Məhkəmə qərarları › İş №2-1(105)-481/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-481/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-481/2022 15.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi və Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X4rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi və Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X4rşı “iddiaçının sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması, cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10.000 manat kompensasiyanın tutulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1136/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulmasını, vurulan mənəvi ziyanın əvəzi kimi xeyrinə 10.000 manat kompensasiya tutulması xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim etməklə iddia tələblərinə əlavə olaraq Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X7 ** KL *** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirməkdən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərədə tutulan prosedurların həyata keçirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iddiaya əlavə və dəyişikliklər təqdim etmiş və sonuncu tələbi aşağıdakılardan ibarət olmuşdur: 1. Sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Avşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması, 2. Cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi ondan xeyrinə 10.000 manat kompensasiya tutulması,3. Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X6 ** KL *** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirməkdən imtinasının qanunsuz hesab edilməsi, 4) Cavabdehin üzərinə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərədə tutulan prosedurların həyata keçirilməsi öhdəliyinin qoyulması. İddiaçı həmçinin vəsatətlə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən lazımi qaydada icra edilməməsini və onlara qarşı 5.000 manat mənəvi ziyanla bağlı pretenziya məktubunun göndərilməsini bildirərək, hazırkı iddia tələbi üzrə həmçinin Abşeron rayon İcra və Probasiya şöbəsinin birgə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iş üzrə xx.xx.2022-ci il tarixli iclasda iddia tələblərinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X7 BDYPİ ilə birgə cavabdeh kimi prosesə cəlb edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin birgə cavabdehlər sırasından çıxarılmasını, ASAN Xidmətin üçüncü şəxslərin sırasından çıxarılmasını xahiş edərək aşağıdakı tələblərlə bağlı qərar qəbul edilməsini xahiş etmişdir: 1. BDYPİ-nin ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin etdiyi inzibati cərimə qərar və protokollarının qanunsuz sayılması və iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarlarına uyğun olaraq, BDYPİ-nin həmin pozuntu ilə bağlı inzibati tənbeh haqqında elektron protokolları barədə bütün məlumatların qurumun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması; 2. cavabdehlərin üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə həmin avtomobili texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyi qoyulması; 3. 1 saylı Rayonlararası Qeydiyyat- İmtahan və X7 üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirilməsi məqsədilə onu müayinədən keçirməkdən imtina qanunsuz sayılması və avtomobili müayinədən keçirmək öhdəliyi qoyulması; 4. Cavabdehlərin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi onlardan xeyrinə müştərək qaydada 10.000 (on min) AZN kompensasiya tutulması. İddia ərizəsində, ona əlavə və dəyişikliklərdə iddiaçı idarə etdiyi Mersedes-Benz minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı inzibati tənbeh qərarlarına, həmin qərarlarla bağlı BDYPİ-yə müraciətlərinə, müraciəti ilə əlaqədar verilmiş cavablara, müvafiq inzibari tənbeh qərarlarının ləğvi ilə əlaqədar inzibati xətaya dair iş üzrə məhkəmə qərarlarının, daha sonra isə həmin avtomobilin texniki baxışdan keçirilməsi ilə əlaqəar müraciətlərinə və həmin müraciətə verilmiş cavabların məzmununa istinad etməklə göstərmişdir ki, BDYPİ 2018-ci ildə baş vermiş bir inzibati xətaya (avtomobilin texniki baxışdan vaxtında keçirilməməsinə görə) görə, İXM-in tələblərini kobud şəkildə pozmaqla ona çox sayda inzibati cərimə protokolu (qərarı) yazıb. Pozuntular aşağıdakılarda ifadə olunub: İXM-in 60.1-ci maddəsinin tələbinə zidd olaraq, bildiriş vasitəsilə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyib, işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün məlumatlandırmayıb (çağırmayıb); İXM-in 60.3-cü maddəsinin tələbinə zidd olaraq, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış bildiriş göndərməyib; 122.1-ci maddəsinin tələbinə zidd olaraq, İXM-in 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddəsində nəzərdə və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xəta ilə bağlı elektron sənəd şəklində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməyib; 125.2.1-ci maddəsinin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməyib; 125.2.2-ci maddəsinin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-in hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərməyib; İXM-in 125.3-cü maddəsinin tələbinə zidd olaraq, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol vəya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməyib; müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının X1 göndərilməyib; SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilməyib və onun elektron ünvanına (olduğu halda) göndərilməyib; İXM-in 125.2.3-cü maddəsinin tələbinə zidd olaraq, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməyib; İXM-in 125.4-cü maddəsinin tələbinə zidd olaraq, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilməyib; İXM-in 38.6-ci maddəsinə əsasən, İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 53.0.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 125.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi 25 aprel 2019-cu il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verib: 12 yanvar 2019-cu il tarixli, 016- 133487Q saylı qərarı o cümlədən, 27 oktyabr 2018-ci il tarixli, EQ 095595 saylı inzibati cərimə protokolunu; 12 noyabr 2018-ci il tarixdə EQ 241279 saylı inzibati cərimə protokolunu. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019cu il tarixli qərarından şikayət verilməyib, o, qanuni qüvvəyə minib. Həmçinin, Abşeron Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verib: 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı qərarı, 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarı, o cümlədən 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolunu; 12 may 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 15 iyun 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 08 sentyabr 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; EQ ******* saylı inzibati cərimə protokolunu (BDYPİ həmin protokolla bağlı ərizəçiyə və məhkəməyə hər hansı sənəd təqdim etmədiyi üçün tarix qeyd edilməyib). Məhkəmə gəldiyi nəticəni qərarında aşağıdakı kimi əsaslandırıb: "...Məhkəmədə müəyyən edilmişdir ki, şikayətçi İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016- 77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ- nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə protokolu qanunla müəyyən edilmiş müddətdə yəni SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində şikayətçinin ünvanına göndərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsi tərəfindən şikayətçi barəsində mübahisələndirilən protokollara baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində inzibati xəta törədən şəxsin ünvanına göndərilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə İddiaçı göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokollar əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir...". Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından BDYPİ-nin verdiyi şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi 16 iyul 2021-ci il tarixli qərarı ilə rədd edib (və qərar qanuni qüvvəyə minib). Məhkəmə gəldiyi nəticəni qərarında aşağıdakı kimi əsaslandırıb: "...Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin Vİİİ bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. Həmin maddənin X bəndinə əsasən, nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. işin müəyyən olunmuş hallarına yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan normaları baxımından yanaşılsa belə nəticəyə gəlməyə əsas olar ki (barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən) hazırkı iş üzrə cərimə qərarı qanuni qüvvəyə minməmiş yəni ərizəçi tərəfindən mübahisələndirilərək müvafiq məhkəmənin qərarları ilə ləğv olunmasına nail olunmuşdur. Ləğv olunmuş bir qərar üzrə hər hansı bir cərimənin ödənilməsinin tələb olunması və ödənilmədiyi halda nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunması qanuni hesab oluna bilməz. .......Apellyasiya instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sübutları bir daha təhlil edib, inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 idarəsinin rəis müavini Elşən Kazımovun şikayəti üzrə apelyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-335/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsinə əsas yoxdur, birinci instansiya məhkəməsi İddiaçı əməlində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir..." İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından sonra həmin inzibati işə xitam verilməli, həmin xəta ilə bağlı təyin olunmuş bütün cərimə protokolları ləğv olunmalı və BDYPİ-nin informasiya sistemindən silinməli idi. Lakin BDYPİ özbaşınalığı davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından imtina edib. Belə ki, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının qüvvəyə minməsindən sonra bir neçə dəfə avtomobili texniki baxışdan keçirmək məqsədilə 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X10 müraciət etmiş, amma orada hər dəfə ona bildirilib ki, avtomobilin vaxtında texniki baxışdan keçirməməsi ilə bağlı sistemdə adına çox sayda inzibati cərimə protokolu qalmaqda davam etdiyi üçün bu, mümkün deyil. 7 dekabr 2021-ci il və 13 yanvar 2022-ci il tarixlərdə BDYPİ-yə yazılı ərizə ilə müraciət edərək hansı səbəbdən bu dövlət orqanının məhkəmə qərarının icrasından doğan vəzifələrini icra etmədiyi və cərimə barədə məlumatların sistemdən silmədiyi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Nəhayət, 18 fevral 2022-ci ildə onun şəxsi emailinə BDYPİ-nin rəsmi email ünvanından (dyp.gov.az) BDYPİ-nin rəis müavini Kamran Əliyevin imzası ilə 9 fevral 2022-ci il tarixli (016-62092-4222) məktubla bildirilib ki, "müxtəlif tarixlərdə "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsi faktları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polis idarəsinin X1 ötürülmüş məlumatları əsasında barənizdə EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmış və qanuni qüvvəyə minmiş, lakin tərəfinizdən bugünədək icra edilməmişdir. Siz Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİİİ hissəsinin tələblərinə uyğun olaraq, həmin qərarlar əsasında tətbiq edilmiş cərimələri ödəməklə "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirə bilərsiniz." BDYPİ yenə də qanunvericiliyin şikayət və müraciətlərə baxılması və bu barədə məlumatlandırma ilə bağlı müəyyən etdiyi müddətləri kobud şəkildə pozub: şikayətilə bağlı qərar 70 gündən çox müddət keçdikdən sonra elektron poçtla ona göndərilib. BDYPİ-nin 18 fevral 2022-ci ildə ona təqdim etdiyi 9 fevral 2022-ci il tarixli (016- 62092-4222) tarixli məktubu aldıqdan sonra növbəti gün - 19 fevral 2022-ci ildə həmin qərardan BDYPİ-yə aşağıdakı tələblərlə növbəti şikayət ünvanlamışdır: "1. Abşeron Rayon Məhkəməsi də 26 aprel 2021-ci il tarixli qərarını icrasından doğan öhdəliklər çərçivəsində EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarının qüvvədən düşməsi barədə qərar qəbul edəsiniz. Yuxarıda qeyd olunan inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarla bağlı BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparasınız. "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsi barədə göstəriş verəsiniz. Qanunsuzluq və özbaşınalığı davam etdirmək fikrinə düşərək tələblərini təmin etməkdən imtina etsəniz, BDYPİ-nin 9 fevral 2022-ci il tarixli (016-62092-4222) məktubunda göstərilən EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarların hər biri barədə qanunda nəzərdə tutulmuş tələblərə uyğun olaraq aşağıdakı məlumatları təqdim etməyiniz xahiş olunur: həmin qərarlar İXM-in hansı maddələrinin pozuntusu ilə bağlı olub? həmin qərarlarla bağlı məlumatlar nə vaxt BDYPİ-nin uyğun informasiya sisteminə yerləşdirilib? həmin qərarlarla bağlı məlumat nə vaxt ərizəçinin mobil telefonuna göndərilib? həmin qərarlar nə vaxt kağız formasında müvafiq poçt idarəsinə təqdim edilib, nə vaxt ünvanına çatdırılıb və bu barədə məlumatlar nə vaxt BDYPİ-nin müvafiq informasiya sisteminə yerləşdirilib? Bu barədə yazılı məlumatla yanaşı, hər bir sualın cavabı ilə bağlı təsdiqləyici sənədlərin (o cümlədən, EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı qərarların surətlərini (o cümlədən kağız variantlarını) təqdim etməyiniz (email ünvanıma göndərə də bilərsiniz, poçtla da) xahiş olunur." BDYPİ İXM-in tələblərini pozaraq qanunla müəyyən olunmuş müddətdə şikayətinə baxıb qərar qəbul etməyib. BDYPİ-nin 9 fevral 2022-ci il tarixli məktubunda qeyd etdiyi və təqdim etmədiyi elektron protokollar barədə ASAN Xidmətdən mobil telefonuna müxtəlif vaxtlarda aşağıdakı məzmunda informasiya daxil olub; belə ki: 21 oktyabr 2019-cu il tarixdə mobilinə daxıi olan məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (sənəd 21 oktyabr 2019-cu ildə qəbul edilib və məlumat da qəbul edildiyi gün göndərilib); 11 dekabr 2019-cu ildə gələn mesajda həmin protokolun xx.xx.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 31 oktyabr 2019- cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 21 dekabr 2019-cu ildə gələn mesajda həmin protokolun xx.xx.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 25 noyabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 15 yanvar 2019-cu ildə gələn mesajda həmin protokolun 13 yanvar 2019-cu ildə qüvvəyə mindiyi bildirilir; dekabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2019- cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib); 21 oktyabr 2019-cu ildə gələn mesajda həmin protokolun 21 oktyabr 2019- cu ildə qüvvəyə mindiyi bildirilir; 21 dekabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib və bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 31 oktyabr 2019-cu ildə gələn mesajda həmin protokolun xx.xx.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 15 yanvar 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2020-ci il tarixdən dəbbə hesablanmağa başlandığı bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib); 25 noyabr 2019-cu ildə gələn mesajda həmin protokolun 25 noyabr 2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 19 yanvar 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2020- ci il tarixdən icra qərarının qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib; fevral 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib. ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə xx.xx.2020-ci il tarixdən icra qərarının qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib. Göründüyü kimi, pozuntu barədə SMS mesajlar barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə qanunvericiliyin müddətlə və digər prosedurlarla (o cümlədən məlumatların tamlığı - inzibati xəta barədə protokolun tarixi, inzibati xətanın nə ilə bağlı olması, istinad olunan qanun norması və s.) bağlı tələblərinin kobud şəkildə pozulması yolu ilə çatdırılıb. Sonradan məlum olmuşdur ki, bu sənədlərdən 4-ü (EQ 3134545, EQ 2985119, EQ ******* və EQ ******* saylı) avtomobilin texniki baxışdan keçirilməməsi, biri isə (EQ ******* saylı) yol nişanının tələblərinin pozulması ilə bağlıdır. Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra istifadəsində olan həmin avtomobilin (** KL ***) öz adına keçirilməsi məqsədilə iki dəfə BDYPİ-nin 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X2muş, hər iki dəfə ona bildirilib ki, qeyd olunan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin ona təyin etdiyi inzibati cərimə protokolları (qərarları) barədə məlumatlar həmin qurumun uyğun informasiya sistemindən silinmədiyi və bu səbəbdən avtomobili texniki baxışdan keçirmək mümkünsüz olduğu üçün, qeyd olunan avtomobilin adına keçirilməsi mümkün deyil. Belə ki, 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X7 avtomobili özgəninkiləşdirilməsindən imtina cavabını aldıqdan sonra 1 saylı Rayonlararası Qeydiyyatimtahan və X7 minik avtomobilinin addan-ada keçirilməsindən (özgəninkiləşdirilməsindən) qanunsuz əsaslarla imtinasından 10 mart 2022-ci il tarixdə BDYPİ-yə şikayət vermişdir. Şikayətdə aşağıdakı tələblər irəli sürülüb: 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X7 əməkdaşlarının qanunsuz hərəkətlərinə son qoyulması və avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməsi üçün göstəriş verilsin, 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X7 avtomobilin özgəninkiləşdirilməsindən imtinasını qanuni hesab etdiyiniz halda, həmin qərarı məhkəmədə mübahisələndirmək hüququmu relallaşdıra bilmək üçün qanunda nəzərdə tutulmuş qaydada və müddətdə əsaslandırılmış yazılı cavab verilsin. 22 fevral 2022-ci ildə Abşeron Rayon icra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının Baş X13 idarəsi tərəfindən tam icrasının təmin olunması ilə bağlı qanunvericilikdə üzərinizə qoyulan öhdəliklərdən doğan tədbirləri görülməsini xahiş etmiş, 14 mart 2022-ci ildə təkrar olaraq Abşeron Rayon icra və Probasiya Şöbəsinə müraciət edərək, bu qurum tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunması üçün icra haqqında Qanunla üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi nəticəsində mənə vurulan mənəvi ziyanın əvəzi kimi 5.000 AZN kompensasiya ödənilməsini tələb etmişdir. Həmin qurumun məhkəməyə və iddiaçıya təqdim etdiyi məktubda bildirilib ki, BDYPİ Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarında göstərilən inzibati cərimə protokolları (qərarları) barədə məlumatları informasiya sistemindən silib. Məhkəmənin 19 aprel 2022-ci il tarixli iclasında BDYPİ nəhayət iddia ərizəsilə bağlı yazılı etirazını və mübahisəyə səbəb olan inzibati protokolların surətlərini məhkəməyə təqdim edib. BDYPİ iddia tələblərini qəbul etməyib, onların mümkünsüz olduğuna görə rədd edilməsini xahiş edib. Bundan başqa: BDYPİ inzibati cərimə protokollarının surətlərini təqdim etsə də onlarla bağlı tələb olunan digər sübutları (onların mesajla və kağız formasında iddiaçıya çatdırılması, bu barədə məlumatların X1 yerləşdirilməsi, inzibati icraat barədə ərizənin məlumatlandırılması və s.) yenə də məhkəməyə təqdim etməyib; BDYPİ-nin məhkəməyə təqdim etdiyi inzibati xəta tənbehi barədə elektron protokollar arasında 9 fevral 2022-ci il tarixli məktubunda adı çəkilməyən və informasiya sisteminə salınmayan daha bir sənəd - EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli protokol da var. BDYPİ məhkəmə qərarları ilə qanunsuzluğu tanınmış inzibati cərimələrin qurumun informasiya sistemindən vaxtında silinməməsinə, eyni qanunsuz əsaslarla təyin olunmuş və iş üzrə icraata xitam verilməsinə baxmayaraq beş qanunsuz inzibati tənbeh barədə qərarı (protokol) barədə məlumatı sistemdən silməkdən imtina etdiyinə görə məsuliyyət daşıdığı halda, 1 saylı Rayonlararası Qeydiyyat- imtahan və X5 bu quruma sorğuya cavab verməkdən imtina etdiyinə, avtomobilinin özəlləşdirilməsi ilə vacib olan, bu qurumun səlahiyyətinə aid edilən və avtomobilin nə texniki baxışdan keçirilməsi (o cümlədən həmin avtomobillə bağlı BDYPİ-nin informasiya sistemində ödənilməmiş cərimələrlə), nə də dövlət qeydiyyatına alınması bağlılığı olan - avtomobilin müayinədən keçirilməsi barədə müraciəti qanunsuz olaraq icra etməkdən və bu barədə ona rəsmi cavab verilməsi barədə sorğuna cavab verməkdən imtina etdiyinə görə birgə cavabdeh kimi prosesə cəlb olunmalıdır. Məhkəmə prosesinin gedişində əldə olunan məlumatlar və sənədlər nəticəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinin birgə cavabdehlərin sırasından, ASAN Xidmətin üçüncü şəxslərin sırasından çıxarılması qənaətinə gəlmişdir. Ona görə də 1 saylı Rayonlararası Qeydiyyatimtahan və X7 BDYPİ ilə birgə cavabdeh kimi prosesə cəlb edilməsi, Abşeron Rayon icra və Probasiya Şöbəsini birgə cavabdehlərin sırasından çıxarılması, ASAN Xidmətin üçüncü şəxslərin sırasından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, kompensasiya tələbi ilə bağlı tələblərini iddia ərizəsində ətraflı şəkildə əsaslandırmışdır. İnzibati orqanların qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ödənilən kompensasiyaya mənəvi ziyana görə ödənişin də daxil olduğu həm yerli məhkəmə, həm də Avropa insan Hüquqları Məhkəməsinin praktikasında təsbit olunub. Belə ki, Ali Məhkəmə 9 iyun 2021-ci il tarixli qərarında (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə) bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyub. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi "Koinq Almaniyaya qarşı" işdə ərizəçiyə "mənəvi narahatlıq yetirilməsinə", "Artiko İtaliyaya qarşı" işdə "tənhalıq və kimsəsizlik hisslərinə", "Younq, Cames və X3rşı" işdə "alçaldıcı və təhqiredici hərəkətlərə" görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İddiaçının işi də yuxarıda bəhs etdiyi işlə oxşardır. Belə ki, istifadəsində olan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin olunan inzibati cərimə protokollarının (qərarlarının) qanunsuzluğu ayrı-ayrı vaxtlarda qaldırılmış iki şikayət əsasında Sumqayıt Şəhər Məhkəməsinin və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları səviyyəsində tanınıb, lakin BDYPİ qanunsuz olaraq onları uzun müddət icra etməkdən imtina edib, qanunusuz sayılan cərimə qərarları barədə məlumatı özünün informasiya sistemindən silməyib, 4 ilə yaxın müddətdə avtomobilini texniki baxışdan keçirməkdən imtina edib; avtomobilinin qanunsuz cərimələrlə yüklənməsi səbəbindən iddiaçı ondan normal yararlana bitməmiş (əsasən texniki baxış və BDYPİ-yə dəvət olunanda ondan istifadə etmişəm), onu öz adına rəsmiləşdirə (özgəninkiləşdirə) bilməmiş; qanunsuz inzibati cərimələri ödəməməyi əsası ilə məhkəmə yolu ilə 6 aylığa sürücülük hüququndan məhrum edilmiş (sonradan həmin qərar da ləğv edilib) və digər mərhumiyyətlər və çətinliklərlə üz- üzə qalmışdır; bu müddət ərzində dövlət qurumlarına saysız-hesabsız şikayət və ərizələrlə müraciət etmiş (onlar ya cavablandırılmayıb, ya da rədd edilib), 30-dan çox məhkəmə prosesinə qatılmaq məcburiyyətində qalmış, avtomobili texniki baxışdan keçirmək cəhdi ilə 10 dəfədən artıq texniki baxış şöbələrinə baş çəkmiş, çox sayda BDYPİ-də olmuşdur. Bütün bunlar onda ciddi mənəvi sarsıntılara səbəb olub və cavabdeh dövlət qurumu onu kompensasiya etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 9 may 2019-cu ildə bu işlə bağlı ikinci - kompensasiya ilə bağlı qərarını açıqlayıb. Həmin qərara əsasən, Məhkəmə hökumətin üzərinə ərizəçiyə sökülən mülkünə görə 50000 avro, mənəvi zərərə görə 3000 avro, hüquq məsrəflərinə görə 1900 avro təzminat ödəmək vəzifəsi qoyub. BDYPİ-nin bu hissədə iddia tələbinin mümkünsüz sayılaraq rədd edilməsi barədə tələbi qanunsuzdur, b. İddia növləri və iddia tələbləri ilə bağlı Bu işdə iddia tələblərindən biri cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməyə məcbur olunması ilə bağlı idi. Cavabdeh qanuni qüvvəyə minmiş birinci məhkəmə qərarını - Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarını onun qanuni qüvvəyə minməsindən 2 il 9 ay, ikinci qanuni qüvvəyə minmiş qərarını - Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021- ci il tarixli qərarını isə təxminən 8 ay sonra icra edib. BDYPİyə 7 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə müraciətindən sonra bu qurum məhkəmə qərarlarında adı keçən cərimələr barəsində məlumatları nəhayət sistemdən silsə də, hər iki qanuni qüvvəyə minmiş məhkəmə qərarı səviyyəsində iş üzrə icraata xitam verilməsinə baxmayaraq, digər qanunsuz cərimələri oradan silməkdən imtina edib. Bu qanunsuzluq bir tərəfə, BDYPİ inzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq həmin pozuntular barədə vətəndaşı məlumatlandırmadan və digər hüquqlarını təmin etmədən, keçmişdə baş vermiş yeni- yeni xətalar barədə məlumatları informasiya sisteminə əlavə edib, avtomobili texniki baxışdan keçirməkdən və onu özgəninkiləşdirməkdən (dövlət qeydiyyatından keçirməkdən) imtina etməklə 1) məhkəmə qərarlarının qüvvəsini heçə endirir, 2) vətəndaşı təkrar-təkrar həmin qanunsuz qərarları məhkəmə qaydasında mübahisələndirmək məcburiyyəti qarşısında qoyur. Halbuki İXM-in 38.6-ci maddəsi həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisinin internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirilmədiyi halda şəxsin inzibati məsuliyyətə cəlb olunmasını qadağan edir. BDYPİdə bu qanunsuzluq uzun illərdir ki praktika halını alıb və hər il minlərlə insan bu özbaşınalığın qurbanına çevrilir. BDYPİ-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə bağlı etirazı və digər rəsmi cavabları cavabdehin məhkəmə qərarları səviyyəsində tanınan bu qüsurlu praktikadan əl çəkmək niyyətində olmadığını bir daha təsdiqləyir. Deyilənləri təsdiqləyən daha bir sübut BDYPİ-nin məhkəmənin 19 aprel 2022-ci il tarixli iclasında məhkəməyə təqdim etdiyi inzibati xəta tənbehi barədə elektron protokollar arasında BDYPİ-nin informasiya sisteminə salınmayan və 9 fevral 2022-ci il tarixli məktubunda icra olunmayan cərimə protokolları arasında adı çəkilməyən daha bir sənədin - (EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli protokolun olmasıdır. Bu iş ətrafında baş verənlər (o cümlədən BDYPİ-nin ümumi fəaliyyəti) göstərir ki, cavadehin bu cür özbaşınalığının qarşısını təkcə öhdəliklərin icrası iddia növü qaydasında məhkəmə qərarının verilməsinə nail olmaqla aradan qaldırmaq çətin ola bilər. Həmin səbədən, hesab edir ki, bu formada inzibati məsuliyyət tədbirləri barədə məlumatların BDYPİ-nin uyğun informasiya sisteminə salınması və ondan qaynaqlanaraq avtomobillərin texniki baxışdan keçirilməsindən və özgəninkiləşdirilməsindən imtina praktikası məhkəmə qərarı səviyyəsində qanuna zidd sayılmalı və BDYPİ-nin üzərinə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulması yolu ilə təyin olunmuş inzibati tənbeh tədbirləri barədə məlumatları informasiya sisteminə daxil etməkdən çəkinmək vəzifəsi (çəkinmə barədə iddia) qoyulmalıdır. Eyni zamanda BDYPİ-nin 3 ildən çox davam edən qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı mənəvi zərərə görə 10.000 manat kompensasiya ödənilməsi barədə qərar da qəbul edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı idarə etdiyi Mersedes-Benz minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda yol hərəkəti qayda pozuntusu etdiyinə görə xüsusi texniki vasitə ilə aşkar edilmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 inteqrasiya edilmişdir. Həmin elektron qərardan bir neçəsi Abşeron Rayon Məhkəməsinin qərarı ilə xitam verilmiş, lakin bir neçəsi qüvvədə olduğundan qanunla müəyyən edilmiş qaydada avtomobilin texniki müayinədən keçirilməsi MİS-tərəfindən qəbul edilmir. İddiaçı iddia ərizəsində bildirir ki, onun barəsində elektron qərarlar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulmuşdur, həmçinin qanunsuz olaraq avtomobilini texniki müayinədən keçirilməsindən imtina edilmişdir. İnzibati İcraat haqqında Qanununun 3.1-ci maddsəinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların: cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə; inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 N№-li qərarında göstərilmişdir ki, İnzibati icraat haqqında Qanunun 3.2, 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Eyni zamanda birinci instansiya məhkəməsi icraatına daxil olan iddia ərizəsi üzrə ilk növbədə iddianın mümkünlüyünü yoxlamalıdır. Bunun üçün o iddia ərizəsinin İPMnin 46-cı maddəsinə uyğun tərtib edildiyini araşdırmalı, mübahisələndirmə haqqında iddialarda İPM-nin 32-ci, məcburetmə haqqında iddialarda İPM-in 33-cü, öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialarda İPM-in 34-cü, müəyyən etmə və ya tanınma haqqında iddialarda İPM-in 36-cı, iddia müddətləri ilə bağlı İPM-in 38 və 39-cu maddələrinə riayət edilib-edilmədiyini müəyyən etməlidir. Bundan sonra həmin məhkəmə iddianın qeyd edilən məcəllənin 35-ci maddəsinin tələbləri baxımından mümkünlüyünü yoxlamaqla və həmin məcəllənin 13, 46.3, 51-ci maddələrinin tələblərini də nəzərə almaqla iddianın mümkünlüyü ilə bağlı müvafiq nəticəyə gəlməlidir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1136/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsi və həmin minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin üzərinə qoyulması, "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin müayinədən keçirilməsi öhdəliyinin Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X10 həvalə olunması iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarda dəyişiklik edilərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi müştərək olaraq onlardan onun xeyrinə 10.000 (on min) manat kompensasiya tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia ərizəsinin qeyri-mümkün hesab edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərmişdir ki, işə baxan hakim inzibati-prosessual qanunvericiliyin tələblərini, o cümlədən məhkəmənin yardım vəzifəsi çərçivəsində üzərinə düşən vəzifələri yüksək peşəkarləqla yerinə yetirməklə ümumən ədalətli qərar çıxarb, məhkəmə sistemində belə peşəkar hakimlərin olmasından məmnunluğunu bildirməklə, iddianın kompensasiya tələbi ilə bağlı hakimin gəldiyi nəticəni mübahisəli hesab edir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər hətta qəbul edilsə ki, texniki baxışla bağlılığı olmayan inzibati tənbeh tədbiri barədə protokol mövcud olduğu halda cavabdehlərin avtomobili texniki baxışdan keçirməkdən imtina etmək haqqının olması, həmin pozuntuya görə mənəvi ziyana görə tələb haqqını aradan qaldırır, bu, 2019-cu ilin oktyabrından sonrakı zamana şamil oluna bilər. Ona qanunsuz cərimələr isə 2018-ci ilin sentyabr ayından yazılmağa başlayıb, həmin cərimələrin qanunsuzluğu Sumqayıt şəhər məhkəməsinin qərarı səviyyəsində tanınsa da, cavabdehlər o qərarın icrasından imtina etməklə (avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı yeni-yeni qanunsuz inzibati tənbeh tədbirləri tətbiq etməklə) onun hüquqlarını kobud şəkildə pozublar və bu, mənəvi ziyanla bağlı iddiaya baxılması üçün əsasdır. BDYPİ avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı digər inzibati tənbeh tədbirləri barədə sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq ona göndərmədiyi kimi, EQ2470330 saylı, 31 oktyabr 2019-cu il tarixli elektron protokolu da ona təqdim etməyib. Onu yalnız təkidli yazılı müraciətlərindən (vəsatətlərindən) və hakimin yazılı sorğusundan sonra BDYPİ nəhayət 2022-ci ilin aprel ayında (sənədin tərtib edilməsindən 3 il sonra) məhkəməyə təqdim edib. Dövlət orqanı həmin sənədi ona qanunda nəzərdə tutulmuş müddətdə təqdim etsəydi, qanunu pozduğuna görə cəriməni ödəməkdən imtina etmək fikrinə düşməzdi. BDYPİ-nin inzibati tənbeh qərarlarının qanunsuzluğu ilə bağlı Abşeron Rayon Məhkəməsində inzibati xəta icraatı qaydasında işə baxılan zaman həmin sənəd ona təqdim olunsaydı, digər qərarlar kimi onun qanunsuzluğunu da mübahisələndirib ləğv etdirə bilərdi. Məhkəmənin bu məsələdə yanlışlığı mənəvi ziyana görə kompensasiya tələbinin yalnız avtomobilin texniki baxışdan keçirilməsi ilə əlaqələndirməsi olub. Halbuki, mənəvi ziyanın qarşılanması tələbi təkcə avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı olmayıb, həmçinin dövlət orqanının yol verdiyi digər kobud qanun pozuntuları ilə bağlı olub ki, onları iddia ərizəsində ətraflı əks etdirmişdir. İstifadəsində olan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin olunan inzibati cərimə protokollarının (qərarlarının) qanunsuzluğu ayrı-ayrı vaxtlarda qaldırılmış iki şikayət əsasında Sumqayıt Şəhər Məhkəməsinin və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları səviyyəsində tanınsa da, BDYPİ qanunsuz olaraq onları icra etməkdən imtina edib, qanunsuz sayılan cərimə qərarları barədə məlumatı özünün informasiya sistemindən silməyib, həmin cərimələr barədə məlumatların bir hissəsi bir neçə il sonra-bu işə Sumqayıt İnzibati Məhkəməsində baxılması dövründə silinsə də, 5 qanunsuz qərar barədə məlumat sistemdə saxlanılıb, 4 ilə yaxın müddətdə avtomobilini texniki baxışdan keçirməkdən imtina edib. Avtomobilinin qanunsuz cərimələrlə yüklənməsi səbəbindən ondan normal yararlana bilməmişdir. Cərimələrlə heç bir bağlılığı olmadığı halda, avtomobilin özgəninkiləşdirilməsi prosesi çərçivəsində müayinədən keçirilməsindən qanunsuz imtina olunur və bu özbaşınalıq bu günə qədər davam edir. Qanunsuz inzibati cərimələri ödəməməyinin əsası ilə məhkəmə yolu ilə 6 aylığa sürücülük hüququndan məhrum edilmişdir və digər məhrumiyyətlər və çətinliklərlə üz-üzə qalmışdır. Bu müddət ərzində dövlət qurumlarına saysız-hesabsız şikayət və ərizələrlə müraciət etmişdir (onlar ya cavablandırılmayıb, ya da rədd edilib), 30 dan çox məhkəmə prosesinə qatılmaq məcburiyyətində qalmışdır, avtomobili texniki baxışdan keçirmək cəhdi ilə 10 dəfədən artıq texniki baxış şöbələrinə baş çəkmişdir, çox sayda BDYPİ-də olmuşdur. İddiaçı göstərir ki, bütün bunlar onda ciddi mənəvi sarsıntılara səbəb olub və cavabdeh dövlət qurumu onu kompensasiya etməlidir. Kompensasiya tələbini rədd edən məhkəmə bu faktları və dəlilləri nəzərə almayıb. İddiaçı apellyasiya şikayətində daha sonra göstərir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından sonra o, avtomobilini texniki baxışdan və müayinədən keçirmək üçün ilk dəfə BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və X10 müraciət etmişdir. Axırıncı dəfə 3 iyun 2022-ci il tarixdə orada olmuşdur və hər dəfə ona bildiriblər ki, avtomobilin texniki baxışdan keçməməsi ilə bağlı sistemdə 4 inzibati tənbeh protokolu qalır, bütün cərimələr köçürülmədən maşın texniki baxışdan keçə bilməz. Başqa sözlə, cavabdehlərin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməkdən imtinası davam edir. Sumqayıt Regional Qeydiyyat-İmtahan və X3 bununla bağlı yazılı cavab verilməsi barədə müraciətini hər dəfə olduğu kimi rədd etdilər, əvəzində 4 cərimə protokolunun hələ də sistemdə qalması barədə kağız verdilər. BDYPİ-yə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmaqla yanaşı həmin qurumun qanunsuz inzibati cərimə qərarlarının ləğvi və qurumun vəzifəli şəxslərinin İXM-nin 594-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə şikayətlə 23 fevral 2022-ci ildə yenidən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 02 iyun 2022-ci il tarixli qərarı ilə BDYPİ-nin EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarının qanunsuzluğu barədə qərar çıxarıb. Ləğv edilən qərarlar arasında həmçinin “yol nişanlarının tələbini pozduğuna görə” tətbiq edilən EQ2470330 saylı, 31 oktyabr 2019-cu il tarixli elektron protokol da var. İddiaçı apellyasiya şikayətində həmçinin göstərir ki, birinci instansiya məhkəməsində meydana çıxan suallardan biri də bu cür işlərdə mənəvi ziyana görə kompensasiya tələbinin mümkünlüyü ilə bağlı olub. Məhkəmə öz qərarında bu arqumentə əsaslanmasa da, məhkəmə praktikasının mübahisəli mövzularından biri olduğunu və apellyasiya məhkəməsində qaldırıla biləcəyini nəzərə alaraq həmin məsələ ilə bağlı mövqeləyini bir daha diqqətə çatdırır. İnzibati orqanların qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ödənilən kompensasiyaya mənəvi ziyana görə ödənişin də daxil olduğu həm yerli məhkəmə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında təsbit olunub. İddiaçı Ali Məhkəmənin 09 iyun 2021-ci il tarixli qərarının (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə) məzmununa istinad edərək göstərir ki, onun işi də bu işlə oxşarır. Bu arqumentlə maddi ziyanın rədd edilmə ehtimalı varsa, belə bir qərarın qəbulu aşkar qanunsuz olardı. Avropa İnsan Hüquqları Məhkəməsi də Azərbaycanla bağlı mülki, cinayət və inzibati mübahisələrdən doğan şikayətlərlə bağlı çox sayda işlərdə ərizəçilərin mənəvi ziyanla bağlı tələblərini təmin edib. Məhkəmə bu cür tələblərlə bağlı iddiaların təmini üçün heç vaxt maddi ziyanın vurulmasının vaciliyini şərt kimi irəli sürməyib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İPM-nin 2-ci və AR MPM-nin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əməl o zaman inzibati xəta sayılır ki, İXM-nin xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibate tənbeh bir qayda olaraq inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. İlə bağlı olur. Məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. İddiaçı tərəfindən yol verilmiş qayda pozuntularına görə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə elektron qərarlar qəbul edilmiş və həmin qərarlar icra olunmayanadək nəqliyyat vasitəsinin texniki müayinədən keçirilməsini qeyri-mümkün edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİİİ-ci hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və iclası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Maddənin tələbindən göründüyü kimi nəqliyyat vasitəsinin üzərində hər hansı icra olunmamış qərar olmadıqda müayinə edilir. Belə olan halda yalnız qanunla müəyyən edilmiş məhdudiyyətlər olduğu halda texniki müayinənin keçirilməsini istisna edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi yol hərəkəti qaydalarının pozulması birbaşa inzibati xətanı yaratdığından belə şikayətlərə inzibati mübahisələr üzrə icraat çərçivəsində baxılmasını istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, eyni zamanda tutulacaq mənəvi zərərin məbləğinin əhəmiyyət daşımadığını bildirərək şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehlərə lazımi qaydada məlumat verilsə də nümayəndləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin şikayətdə iddianın təmin edilən hissələri mübahisələndirilməmiş, yalnız təmin edilməyən “..vurulan mənəvi ziyanın əvəzi kimi xeyrinə 10.000 (on min) AZN kompensasiya tutulması” hissəsi mübahisələndirilmiş, həmin hissədə qərara dəyişiklik edilərək xeyrinə 10.000 (on min) AZN kompensasiya tutulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, iddianı müvafiq hissədə təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...avtomobilin texniki baxışdan keçirilməməsi üçün iddiaçının barəsində “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında (EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli) protokolun mövcud olması “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi üçün əsas hesab edilir. Başqa sözlə desək İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə iddiaçı tərəfindən ödənilmiş olsaydı cavabdeh təşkilata qarşı mənəvi ziyanla bağlı tələbə baxılması məqəsədəmüvafiq hesab edilə bilərdi”. Məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçının avtomobili texniki baxışdan keçirmək üçün cavabdehə müraciət etdiyi zaman onun inzibati xətaya dair iş üzrə icraat qaydasında şikayəti əsasında ləğv edilmiş sahibliyində olan nəqliyyat vasitəsinin 2018-ci il üzrə texniki baxışdan keçirilməməsi ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollardan əlavə, “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında EQ ******* saylı protokol da mövcud olmuşdur. İddiaçı özü də xx.xx.2022-ci il tarixli ərizəsinin qeyd hissəsində “...həmin inzibati tədbir növünü qanunsuz saymaqda davam etməklə və onu Abşeron Rayon Məhkəməsində mübahisələndirməklə yanaşı, məhkəmə digər cərimə protokolları barədə məlumatların cavabdehin informasiya sistemindən silinməsi barədə iddiamı təmin edəcəyi halda, avtomobilin texniki baxışdan keçirilərək, öz adıma özgəninkiləşdirilməsi prosesinin yubanmaması üçün həmin cərimə məbləğinin (64 AZN) 27 aprel 2022-ci il tarixdə ödəyib, təsdiqləyici sənədi məhkəməyə təqdim edirəm” məzmunlu qeyd etmiş və müvafiq qəbzi təqdim etmişdir (səh. 167-168). Eyni zamanda, iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş Abşeron Rayon Məhkəməsinin 3(012)- 458/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin qanunsuz inzibati cərimə qərarlarının ləğvi və qurumun vəzifəli şəxslərin İXM-nin 594-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə şikayətinin təmin edilməsi və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçının avtomobili texniki baxışdan keçirilmiş və adına özgəninkiləşdirilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsinə əsasən həmin qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Qanunun 4-cü maddəsinin 18-ci bəndində nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək yol hərəkəti sahəsində dövlətin vəzifələri kimi müəyyən edilmişdir. X9 vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi qaydalarını tənzimləyən 30-cu maddəsinə əsasən isə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Kollegiya qeyd edir işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, cavabdehin iddiaçının avtomobilini texniki baxışdan keçirməkdən imtinası yalnız məhkəmə qərarları ilə qanunsuz sayılaraq ləğv edilmiş texniki baxışdan keçirilməmə ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollarla deyil, həm də iddiaçının barəsində həmin vaxt mövcud olmuş İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında EQ ******* saylı protokolla da bağlı olmuşdur ki, bu hal da cavabdeh inzibati orqanın hər-hansı qanunsuz qərarı (inzibati aktı) və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya mənəvi zərər vurulması “İnzibati icraat haqqında” qanunun və Mülki Məcəllənin tələbləri baxımından istisna olunur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə: - zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). - zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1- ci maddə) - delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). - qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3-cü maddə). - dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir( 1100-cü maddə). Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməklə yanaşı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi Ali Məhkəmənin 09 iyun 2021-ci il tarixli qərarı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə) ilə bağlı işin halları hazırkı işin halları ilə hüquqi və faktiki baxımdan fərqlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasına görə, bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: (...) 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinin müddəalarına əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: (...) 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, inzibati xəta haqqında icraat üzrə şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyanın ödənilməsi qaydası həmin normaların aid olduqları mülki qanunvericilik aktları ilə tənzimlənir. Hazırkı halda isə iddiaçı ona mənəvi ziyanın ona qanunsuz olaraq inzibati xəta haqqında icraat üzrə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı deyil, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən səbəblərdən onun avtomobilini texniki baxışdan keçirməkdən imtina etməsi nəticəsində keçirdiyi ciddi mənəvi sarsıntılarla bağlı olduğunu bildirmişdir ki, bu halda da cavabdeh inzibati orqanın hər-hansı qanunsuz qərarı (inzibati aktı) və ya hərəkəti (hərəkətsizliyi) müəyyən edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin iddianın mümkünsüz hesab edilməsi ilə bağlı müvafiq dəlillərinə və istinad etdiyi normalara münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər də birinci instansiya məhkəməsinn qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin etirazının dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə birinci instansiya məhkəməsi öz qərarında iddidanın mümkünlüyü məsələsinə qiymət verərəkən ətraflı münasibət bildirmişdir. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inzibati orqan kimi, inzibati xətaya dair işlər üzrə fəaliyyəti ilə bağlı deyil, “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək”dən irəli gələn və publik hüquq münasibəti olan fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, iddiaçı barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə protokolları və qəbul edilmiş qərarları İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət verməklə müvafiq rayon (şəhər) məhkəmələrində mübahisələndirmiş və həmin şikayətlər üzrə yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1136/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar