Məhkəmə qərarları › İş №2-1(105)-482/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-482/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-482/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-352/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işləmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona 62,5 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 26 aprel 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyasının təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi sənədlərə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 6 ay sığorta stajına uyğun olaraq, 16669,16 manat, xx.xx.2006-cı tarixindən xx.xx.2018-ci il tarixinədək 1969,50 manat olmaqla, ümumilikdə, 18638,66 manat təşkil ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət edərək ona 62,5 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 09 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından yenidən imtina edərək qeyd etmişdir ki, təqdim edilən sənədlərə əsasən sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək 24 il 8 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq, 17075,10 manat, xx.xx.2006-cı tarixindən xx.xx.2018-ci il tarixinədək 1969,50 manat olmaqla, ümumilikdə, 19044,60 manat təşkil ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) olmayan pensiya təminatına imkan vermir. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 62 yaş 6 ayı tamam olduğundan yaşa görə əmək pensiyası təyini üçün sənədlərini Sumqayıt "Asan xidmət" Mərkəzinə təqdim etmişdir. lakin cavabdeh orqan ona əmək pensiyasının təyinindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun ümumi iş stajı əmək kitabçası üzrə 24 il 7 aydır. Bundan başqa o, 3 il 7 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə məxsus (VÖEN: 2********) istehsal sahəsində işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna mütamadi olaraq məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin, 2000-2005-ci illərdə fərdi sahibkar kimi vergi orqanından qeydiyyatdan keçməklə pərakəndə satış ticarəti ilə məşğul olmuş (VÖEN: 2********) və həmin illərdə məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olmuşdur. Cavabdeh isə həmin dövrü iş stajına daxil etməmişdir. Halbuki, həmin dövrlə birlikdə onun sığorta stajı 29 ildən artıqdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun təqdim etdiyi təhsil haqqında sənədə (diplom) əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 il 6 ay 18 gün əyani təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü 16 il 9 ay 10 gün təşkil etməklə, 19 il 3 ay 28 gün mübahisələndirilməyən sosial sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, iddiaçının təqdim etdiyi mədaxil qəbzlərinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fiziki şəxs qismində məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövr 1 il 10 ay təşkil etməklə mübahisələndirilən dövr kimi onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının ümumi sosial sığorta stajına mübahisələndirilən illər daxil edilsə belə, tələb olunan sosial sığorta stajı tamamlanmır. Bu səbəbdən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-352/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr sosial sığorta stajına daxil edilərək ona 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının 2000- 2003-cü illərdə məcburi dövlət sosial sığorta haqqları ödəməsi və 2004-2012-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini təsdiq edən mədaxil qəbzləri iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin qəbzlərdə göstərilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməməsini həmin ödənişlərin elektron sistemdə görünməməsi ilə izah etmişdir. Hansı ki, elektron sistemdə xx.xx.2006-cı ildən sonra yaranmışdır və həmin tarixədək olan ödənişlər elektron sistemə daxil edilə bilməzdi. Cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsinə əsas verir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını tam araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (-). Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: (-) b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; (-). Maddə 73. Pensiyalar hesablanarkən nəzərə alınan əmək haqqı növləri (-) Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1-ci bənd. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: (-)

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; (-).

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun yuxarıda qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğu üçün 62,5 yaşda, yəni xx.xx.2022–ci il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi qeyd edilmişdir. (17 il 10 ay 04 gün) ДТ seriyalı, 765082 saylı, 03 iyun 1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1978ci ildə X3 daxil olmuş və 1981-ci ildə “texnik texnoloq” ixtisası üzrə tam kursu bitirmişdir (03 il) Cavabdeh xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr üzrə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərini cavabdehin arxivində aşkar edilməməsi əsası ilə qəbul etməyərək sosial sığorta stajına daxil edilməmiş, bununla da onun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik olmaması qənaətinə gəlmişdir. Kollegiya cavabdehin dəlilləri ilə bağlı bildirir ki, işdə olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş 13 may 2022-ci il tarixli “vergi ödəyicisinin uçotu barədə” arayışdan görünür ki, iddiaçı vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə ********** nömrəli şəhadətnamə (VÖEN) ilə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2012-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi 19 sentyabr və 24 oktyabr 2022-ci il tarixli məktubları ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi diplomun və əmək kitabçasının surətinə əsasən onun 1978-2006-cı illər üzrə 19 il 3 ay 28 gün mübahisələndirilməyən sosial sığorta stajı olmaqla, mədaxil qəbzlərinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fiziki şəxs kimi məcburi dövlət sosial sığorta haqqı ödədiyi 1 il 10 ay dövrü mübahisələndirilən dövr kimi sosial sığorta stajına daxil edilməmişdir. Məktubda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar ayı, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (ümumilikdə 3 il 7 ay) 1969,54 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddiaçının sığorta stajı 24 il 8 ay 28 gün olmaqla, qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Birinci instansiya məhkəməsinin 20 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdehin nümayəndəsi izahatında 2000-2003-cü illərdə aid qəbzlərin elektron sistemdə təsbit edilmədiyini, elektron sistemin isə 2016-cı il tarixdə yaradıldığını bildirmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 2004-2012-ci illər ərzində vergi ödəyicisi kimi uçotda olmuş, 2000-2003-cü illər ərzində müxtəlif aralıqlarla fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin dövrlər isə qəbzlərin elektron sistemdə əksini tapmaması əsası ilə cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar ayından 01 dekabr 2018-ci il tarixədək (ümumilikdə 3 il 7 ay) 1969,54 manat pensiya kapitalı qeydə alınmışdır. Həmin dövrlərlə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DSMF-nin X4 Filialı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-151690/2023 nömrəli məktubu ilə bildirmişdir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərdə ödənilmiş sosial sığorta haqları üzrə qəbzlər DSMF-nin Sumqayıt şəhər şöbəsinin arxivində aşkar edilməmişdir. Bununla belə, həmin orqan sözügedən mədaxil qəbzlərinin surətini məhkəməyə təqdim etmişdir. Belə ki, sorğuya cavaba əlavə edilən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə mədaxil qəbzlərinin kötüklərindən görünür ki, iddiaçı tərəfindən 2000-ci ilin iyun, iyul, sentyabr və oktyabr ayları, 2001-ci ilin fevral-iyun, avqust-oktyabr ayları, 2002-ci ilin mart, maysentyabr, noyabr ayları, 2003-cü ilin yanvar, aprel-iyun, noyabr ayları, 2004-cü ilin fevral ayı ərzində vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. (02 il 01 ay) Kollegiya işin hüquqi halları ilə bağlı qeyd edir ki, mübahisələndirilən 2000-2004-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda qeyd edilən 3-cü maddəsinin b bəndində fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ təsbit edilmişdir. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətinin sığorta stajına daxil edildiyi təsbit edilmişdir. Eləcə də, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajının müəyyən edilməsi əsaslarına hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri və ya bu Qaydaya 8 nömrəli Əlavə aid edilmişdir. Göründüyü kimi həm iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə belə fəaliyyətlə məşğul olan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 2000-2004-cü illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məcburi dövlət sosial sığorta haqlarını həmin vaxt qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından kollegiya hesab edir ki, məcburi sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə üzrə ödənilmiş vəsaitlər onun sığorta stajının hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya cavabdehin dəlillərini əsassız hesab edir. Beləliklə, iddiaçının təhsil, əmək fəaliyyəti dövrü, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr, habelə cavabdeh tərəfindən 2006-cı ilin yanvar ayından 01 dekabr 2018-ci il tarixədək qəbul edilən 3 il 7 aylıq dövrlə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı iş üzrə düzgün hüquqi nəticəyə gəlsə də, qərarın nəticə hissəsində iddia tələbindən kənara çıxmışdır. İşdən görünür ki, iddiaçının tələbi ona 62 yaş 6 ayı tamam olduğu 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən dövrün 2000-2004cü illər olmasına, habelə iddiaçı tərəfindən işə baxan məhkəməyə tələbin dəqiqləşdirilməsi ilə bağlı hər hansı ərizə təqdim edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının tələbini onun “məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək ona 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul edərək bu məzmunda iddianı təmin etmişdir. Halbuki, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində iddiaçının fərdi sahibkar kimi sosial sığorta haqları ödəməsinə dair mədaxil qəbzləri mövcud olmamış, həmçinin, həmin dövr mübahisə predmeti də olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya iddia tələbində qeyd edildiyi kimi, 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-352/2023 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar