Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-483/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Şabran rayon Məhkəməsinin 2(031)-82/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-1383/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarrı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək ”Şabran rayon Məhkəməsinin 2(031)-82/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsinin icraası ilə əlaqədar icra işi üzrə icraatın dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmlşdır ki,X1 ona qarşı Şabran rayonu Maytarlı kəndində yerləşən torpaq sahəsindən istifadəyə hər hansı bir formada maneəçilik törətməyin aradan qaldırılması barədə məhkəməyə iddia ərizəsi vermiş və Şabran Rayon Məhkımısinin 09.01.2018-ci il tarixli 2(031)-82/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Cavabdehnə göndərilmişdir.İddiaçı bununla əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş,həmin iddia təmin edilmədiyi üçün qərardan apellyasiya şikayəti vermişdir.Eyni zamanda iddiaçi bildirir ki,o, Şabran Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli qətnaməsinin icrasının dayandırılması ilə əiaqədar Cavabdehnə müraciət etmiş,lakin icra işi üzrə icraat dayandirilmamışdir.Əksinə, bu iş üzrə 23.06.2021-ci il tarixinə icra hərəkətlərini yerinə yetirilməsi təyin edilmişdir.Bununla da cavabdeh tərəfindən icra haqqında Qanunun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-1383/2021 saylı qərardadı ilə iddia mümkün saylımamışdır (hakim Ceyhun Məmmədov). Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şabran Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(031 )-82/2018 saylı qətnaməsinin icrası ilə bağlı icra işi üzrə icraatın dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-1383/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli qərarlarına istinad edərək onun iddia ərizəsinin aidiyyatı üzrə Şabran rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunumunun qeyd olunan qərarları düzgün tövsüf edilməmişdir. Belə ki, onun iddiasının mahiyyətindən də açıq- aydın görsənir ki, o, icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət vermişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17-ci maddəsinə əsasən icra işinin predmetinə aid olan yeni iddia verildikdə həmin iddia baxılıb qurtarana qədər icra işi üzrə icraat dayandırılmalıdır. Həmin qanunun 18-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 21.1-ci maddəsinə görə bu qanunun 17-ci maddəsində nəzərdə tutlmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 21.2-ci maddəsinə görə bu qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qrupunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Qanunun yuxarıda sadaladığı normalarından açıq aydın görsənir ki, icra işi üzrə icraatın dayandırılması icra məmuru tərəfindən həyata keçirilir. Lakin icra məmuru onun müraciəti əsasında icra işi üzrə icraatı dayandırılmalı olduğu halda, bunu etməmişdir. Yəni müvafiq qərarı qəbul etməli olduğu halda, həmin qərarı qəbul etməmiş, yəni hərəkətsizlik göstərmişdir. Ona görə də onun hərəkətsizliyindən müvafiq olaraq inzibati məhkəməyə şikayət vermişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati orqanlardan və onların hərəkət və hərəksizliyindən İnzibati Məhkəməyə şikayət verilmək olduğu göstərilmişdir. Yəni yuxarıda göstərdiyi qanunvericilik normaları icra məmurunun hərəkət və hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə şikayət vermək hüququnun olduğunu göstərmişdir. Ancaq məhkəmənin qəbul etdiyi qərardadda istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli qərarlarında mahiyyəti üzrə tamamilə başqa məsələlərə münasibət bildirilmişdir. Təbii ki, Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi, qətnamənin hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, ödənilməli pul məbləğinin indeksiyaysı ilə əlaqədar icra işinin gedişində müvafiq qətnaməni qəbul etmiş məhkəməyə müraciət olunmalıdır. Lakin işin hallarından da görsənir ki, onun müraciəti yuxarıda göstərdiyi hallarla deyil, birbaşa icra məmurunun hərəkətsizliyindən edilən şikayətdir. Eyni zamanda o, müvafiq ərizə ilə Şabran rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Şabran rayon Məhkəməsinin qərardadı ilə onun ərizəsi təmin edilməmiş və iddianın İnzibati Məhkəməyə verilməli olduğu göstərilmişdir. Ona görə də hesab edir ki, bu qərardad ləğv edilməli, onun iddia ərizəsi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.Məhz buna görə apellyasiya şikayətinin dəlilləri əsassısdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Bununla əiaqədar həmçinin qaldırılmış iddia İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-nin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apeylasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-1383/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-483/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-483/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver