Məhkəmə qərarları › İş №2-1(105)-484/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-484/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-484/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)- N265/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, N982-N984-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə Beyləqan rayon N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202Nci il il tarixli 4/2 -23N4 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissədən daxil olmuş N nömrəli hərbi hissə üzrə Quba-Qusar Taboru qovluğunda QubaQusar RHK-dan səfərbərliyə çağrılmış 23-cü MAT-un N-ci manqasının adlı siyahısında (əsas: 97, məlumatda atasının adı Mail yazılıb) N973-cü il təvəllüdlü sıravi İddiaçı Mail oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissəni özbaşına tərk etmis və N nömrəli hərbi hissəyə qaytarılmış İddiaçı Mail oğlu N nömrəl hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 53 №-li əmrilə (əsas: § 3, sıra 9, səh. 258, əmrdə atasının adı Mail yazılıb) б MÄT-ın şəxsi heyət siyahısına daxıl eünürək, bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və N nömrəli hərbi hissəyə qaytarıbmış İddiaçı Mail oğlu N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 54 №-li əmrilə (əsas:~§ 22, sıra 9, səh. 262, əmrdə atasının adı Mail yazılıb) 6 MAT-ın şəxsi heyət siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur.N nömrəli hərbi hissə komandirinin noyabr N993mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Mayıl oğlunun xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşıdır, hərbi xidmətə könüllü birlikdə yollanmışlar. O, Quba Qusar batalyonunun 3-cü bölük komandiri olmuşdur, İİİ qrup Qarabağ əlilidir.N993-N994-cü illərdə idiaçı ilə birlikdə hərbi xidmətdə olmuşlar.O,N996-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra təxris olunmuşdur. N994-cü ilin may ayında atə.kəs elan olunandan sonra batalyon dağılamışdır. Sənədləşmə aparlmadığından qardaşının təxris olunması barədə əmr olmadan evə getmişdir. İş üzrə birinci instansiya məhkəməsinə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmyerlidir. Müharibə başlayandan sonra könüllü olaraq iddiaçı ilə birlikdə cəbhəyə getmiş və iddiaçı ilə birlidə döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N994- cü ildə o, yaralandığına görə hospitalda müalicə olunmuş, sağalandan sonra yenidən xidmətə yollanmışdır. Lakin səhhətinə görə onu geri qaytarmışlar. Hazırda İİİ qrup Qarabağ əlilidir. Bundan sonra iddiaçının harada xidmət etməsi vənecə təxris olunması ona məlum deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N0N29/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, digər əsgər yoldaşları ilə birlikdə N993cü ilin oktyabr ayında Qusar rayonunda Quba-Qusar Taboru üzrə vətən uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanmışdır. 2N2, 704, N saylı hərbi hissələrdə qeydiyyatda olmuşdur. 27 dekabr N993-cü ildə Nərgiztəpə istiqamətində ilk döyüşə girmiş, Beyləqndan Martuni istiqamətində döyüşlərdə iştirak etmiş, Beyləqan və Füzuli rayonlarında gedən döyüşlərdə bir neçə dəfə xəsarətlər almışdır. N994-cü ilin may ayında Ulu Öndərin səyləri nəticəsində atəşkəs elan olunmuş və onlar silahı təhvil verdikdən sonra evə buraxılmışlar. Bu müddət ərzində Vətənin müdafiəsi uğrunda canlarında keçməyə hazır olmuşlar və ancaq döyüş əməliyyatlarını düşünmüşlər. Sənədləşmə işlərindən başları çıxmadığından bununla əlaqədar gələcəkdə üzləşə biləcəkləri əngəlləri düşünə bilməmişlər. Faktiki olaraq hamıya məlum olmuşdur ki, onlar aktiv döyüşlərin iştirakçıları olmuşlar. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün rəsmi qaydada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İmtinaya əsas kimi guya onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Halbuki, hamı kimi atəşkəs elan olunduqdan sonra komandirlərin əmrinə əsasən hərbi hissəni tərk edərək evə qayıtmışdır. Hazırda iddiaçının oğlu da X4 iştirak edərək yaralanmış və əlillik dərəcəsi almışdır. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5028 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissəni özbaşına tərk etmiş və N nömrəli hərbi hissəyə qaytarılmış İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 53 nömrəli əmri ilə 6 MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir.Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin oktyabr N993fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir.Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N994-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)-N265/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmamışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək işin yenidən baxılması məqsədilə birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış olan ona müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı hüquqlarının pozulması ilə nəticələnmişdir. O, digər əsgər yoldaşları ilə birlikdə N993cü ilin oktyabr ayında Qusar rayonunda Quba-Qusar Taboru üzrə vətən uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanmışdır. 2N2, 704, N saylı hərbi hissələrdə qeydiyyatda olmuşdur. 27 dekabr N993-cü ildə Nərgiztəpə istiqamətində ilk döyüşə girmiş, Beyləqandan Martuni istiqamətində döyüşlərdə iştirak etmiş, Beyləqan və Füzuli rayonlarında gedən döyüşlərdə bir neçə dəfə xəsarətlər almışdır. N994-cü ilin may ayında Ulu Öndərin səyləri nəticəsində atəşkəs elan olunmuş və onlar silahı təhvil verdikdən sonra evə buraxılmışlar. Bu müddət ərzində vətənin müdafiəsi uğrunda canlarında keçməyə hazır olmuşlar və ancaq döyüş əməliyyatlarını düşünmüşlər. Sənədləşmə işlərindən başları çıxmadığından bununla əlaqədar gələcəkdə üzləşə biləcəkləri əngəlləri düşünə bilməmişlər. Faktiki olaraq hamıya məlum olmuşdur ki, onlar aktiv döyüşlərin iştirakçıları olmuşlar. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün rəsmi qaydada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İmtinaya əsas kimi guya onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Halbuki, hamı kimi atəşkəs elan olunduqdan sonra komandirlərin əmrinə əsasən hərbi hissəni tərk edərək evə qayıtmışdır. Hazırda onun oğlu da X4 iştirak edərək yaralanmış və əlillik dərəcəsi almışdır. Göstərilənlərə əsasən qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar isə onun hüquqlarını pozan qərarın qəbul edilməsi Azərbaycan Respublikası ərazisini qəsbkarlardan qəhrəmancasına müdafiə edən, böyük şücaət göstərərək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən igidlik göstərən şəxsin müharibə veteranı adının verilməsindən məhrum etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarım bəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Sübutedici faktlar tərəfindən məhkəməyə təqdim edilmişdir, lakin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi N993-cü ilin oktyabr ayında Qusar rayonunda Quba-Qusar Taboru üzrə vətən uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanması, 2N2, 704, N saylı hərbi hissələrdə qeydiyyatda olması, 27 dekabr N993-cü ildə Nərgiztəpə istiqamətində ilk döyüşə girməsi, Beyləqandan Martuni istiqamətində döyüşlərdə iştirak etməsi, Beyləqan və Füzuli rayonlarında gedən döyüşlərdə bir neçə dəfə xəsarətlər almasına istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli 4/2-23N4 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına, hərbi hissəni özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, müvafiq qanunveriiclik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini və əmrlə təxris olunduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçıya məxsus hərbi bilet və arxiv arayışlarında da iddiaçının müvafiq döyüş əməliyyatlarını aparan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunmasına dair hər hansı məlumat öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sübut qismində təqdim etdiyi şahid ifadələri qeyd edilən halları birbaşa təsdiq edən sübut qismində çıxış etməməklə, həmin sübut vasitəsi əsasında iddia tələbinin qanuni əsasının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zərrui edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)-N265/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar