Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-485/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2- 1(118)-531/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1171 nömrəli qərarına əsasən Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Eskpertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyyəsində iki ədəd, başın alın nahiyyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, üst dodağın sol yarısında bir ədəd, çənəaltı nəhiyyədə bir ədəd, sol budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli, 0529003AAF8A nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Göndərişdə qeyd edilən ağırlaşmalar obyektiv müayinədə təsdiqlənmədi” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin dekabr ayında yaralanmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1171 nömrəli qərarından da göründüyü kimi həmin diaqnozlu xəstəliyi hərbi travma kimi qeydə alınmışdır. Qeyd edir ki, müharibə zamanı aldığı xəsarətlərdən başqa bir çox xəstəlikləri vardır ki, hansı ki əlilliyin təyin edilməsi üçün əsasdır. Bununla bağlı ona əlillik təyin edilməsi üçün 1 nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş göndəriş cavabdeh orqana göndərilsə də ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli 0529003AAF0N nömrəli göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Keçirilmiş kəllə - beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1992); Mərkəzə göndərilmənin/imtina edilməsinin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli 0529003AAF8A nömrəli göndərişi əsasında zamanı baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: Başın travmalarının nəticələri; Mərkəzə göndərilmənin/imtina edilməsinin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Göndərişdə qeyd edilən ağırlaşmalar obyektiv müayinədə təsdiqlənmədi” səbəbi ilə imtina verilmişdir. İddiaçı 26 fevral 2020-ci il tarixdə əyani müayinədə olmuş və Agentlik tərəfindən protokol tərtib olunmuşdur. Protokolda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisənin xx.xx.2019-cu il tarixli, 0529003AAF8A nömrəli göndərişi əsasında onun iştirakı olmadan xx.xx.2019-cu il tarixdə Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə şəhadətləndirilmiş və 1171 saylı qərar verilmişdir. Həmin qərarda "Odlu silah qəlpə yaralanmalarından sonra başın əlin nahiyyəsində iki ədəd, başın atın nahiyyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, üst dodağın sol yarısında bir ədəd, çənəaltı nəhiyyədə bir ədəd, sol budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyənləşdirilmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz köməkçi diaqnostik müayinələrlə təsdiqlənmədiyinə görə əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin müayinəsi zamanı səhiyyə müəssisəsinin göndərişində əsas xəstəlik kimi "Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1992)’’ xəstəliyinə xas olan əlamətlər obyektiv olaraq aşkar edilməmişdir. Ağırlaşma kimi qeyd edilmiş "Nitq qüsuru” və "Yerişin pozulması” obyektiv olaraq aşkar edilməmiş, eləcə də “Epilepsiya, Epileptiform, tez-tez baş verən qıcolma tutmaları ilə (il ərzində 8-12 epileptik qıcolma tutmaları) anamnestik məlumatlarla təsdiqlənməmiş, qıcolmaları təsdiq edən əlamətlər aşkar edilməmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmalarının səbəb əlaqəsi MN MHHK-nın qərarı ilə təsdiqlənməsə də, səhiyyə müəssisəsinin göndərişində xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” seçilmişdir. Xəstənin əyani müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar aşkar edilmədiyinə və travmanın səbəb əlaqəsi düzgün seçilmədiyinə görə diaqnozun öz təsdiqinin tapmaması barədə qərar verilmişdir. Göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmiş və səbəb əlaqəsi düzgün seçilməmişdir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə 26 fevral 2020-ci il əyani müayinədə olduqdan sonra verilən 19 mart 2020-ci il tarixli əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ilin avqust ayında, yəni təxminən 1 il 05 ay sonra 26 fevral 2020-ci il tarixdə əyani müayinədə olduqdan sonra verilən 19 mart 2020-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(118)-531/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iş üzrə təkrar ekspertiza keçirməli olduğu halda, bunu keçirməmiş və inzibati orqana məxsus diskresion səlahiyyəti mənimsəmişdir. İddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, hazırki iddiadan əvvəl ona əlilliyin təyin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən 0529003AAF0N nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı barəsində 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli, 0529003AAF8A nömrəli göndəriş rəsmiləşdirilmiş, cavabdeh tərəfindən qeyd edilən göndəriş xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Göndərişdə qeyd edilən ağırlaşmalar obyektiv müayinədə təsdiqlənmədi” səbəbi, həmin tarixdən 1 gün sonra isə eyni göndəriş əsasında “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: diaqnozu dəqiqləşdirmək üçün KT müayinəsindən keçməsi məsləhət görülür” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan “Əlilliyin səbəb əlaqəsi hərbi xidmətlə bağlı olan şəxslərin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üzrə” komissiyanın 26 fevral 2020-ci il tarixli protokolunun 1-ci hissəsindən görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisənin xx.xx.2019-cu il tarixli, 0529003AAF8A nömrəli göndərişi əsasında onun iştirakı olmadan xx.xx.2019-cu il tarixdə Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə şəhadətləndirilmiş və 1171 saylı qərar verilmişdir. Həmin qərarda "Odlu silah qəlpə yaralanmalarından sonra başın əlin nahiyyəsində iki ədəd, başın atın nahiyyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, üst dodağın sol yarısında bir ədəd, çənəaltı nəhiyyədə bir ədəd, sol budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyənləşdirilmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz köməkçi diaqnostik müayinələrlə təsdiqlənmədiyinə görə əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin müayinəsi zamanı səhiyyə müəssisəsinin göndərişində əsas xəstəlik kimi "Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1992)’’ xəstəliyinə xas olan əlamətlər obyektiv olaraq aşkar edilməmişdir. Ağırlaşma kimi qeyd edilmiş "Nitq qüsuru” və "Yerişin pozulması” obyektiv olaraq aşkar edilməmiş, eləcə də “Epilepsiya, Epileptiform, tez-tez baş verən qıcolma tutmaları ilə (il ərzində 8-12 epileptik qıcolma tutmaları) anamnestik məlumatlarla təsdiqlənməmiş, qıcolmaları təsdiq edən əlamətlər aşkar edilməmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmalarının səbəb əlaqəsi MN MHHK-nın qərarı ilə təsdiqlənməsə də, səhiyyə müəssisəsinin göndərişində xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” seçilmişdir. Xəstənin əyani müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar aşkar edilmədiyinə və travmanın səbəb əlaqəsi düzgün seçilmədiyinə görə diaqnozun öz təsdiqinin tapmaması barədə qərar verilmişdir. Göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmiş və səbəb əlaqəsi düzgün seçilməmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi ona əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşdən görünür ki, iddiaçıya 0529003AAF8A nömrəli göndəriş əsasında xx.xx.2019-cu il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyinindən imtina cavabı verildikdən sonra, iddiaçı TSEK-də əlavə əyani müayinə olunaraq barəsində “Əlilliyin səbəb əlaqəsi hərbi xidmətlə bağlı olan şəxslərin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üzrə” komissiyanın 26 fevral 2020-ci il tarixli protokol qərarı qəbul edilmiş və həmin qərarla diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə yenidən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən imtina haqqında qərardan ən azından 2020-ci ilin mart ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2020-ci ilin mart ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 1 il 5 ay sonra, xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Bundan əlavə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçı barəsində sonuncu dəfə 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli, 0529003AAF8A nömrəli göndəriş tərtib edilmiş və həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilərək “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam oldurulmuşdur. Həkimin rəyi: diaqnozu dəqiqləşdirmək üçün KT müayinəsindən keçməsi məsləhət görülür” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bununla bağlı, kollegiya hesab edir ki, iddiaçı yenidən səhiyyə müəssisəsinə müraciət edərək 0529003AAF8A nömrəli göndərişdə qeyd edilən nöqsan aradan qaldırılmaqla barəsində yeni göndəriş tərtib edilməsini, daha sonra qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndərilməsini tələb edə, müraciəti təmin edilmədiyi təqdirdə isə iddiaçı inzibati məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(118)-531/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-485/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-485/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver