Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-486/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iinzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-942/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus MT-İ № ******* nömrəli əmək kitabçasının surəti, H3 № ******* nömrəli hərbi biletin surəti, “X4” QSC-nin, "xxxx" ASC-nin araşdırıcı arayışlarından görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1981 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1984xx.xx.1984 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1984 - xx.xx.1990-cı illəri (avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı), xx.xx.1991-xx.xx.2010 ("Orbita Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik), xx.xx.2011-xx.xx.2016 ("Azərboru” ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik avadanlıqlarının xidməti və təmiri” sexində X5 sexi üzrə elektrik montyoru), xx.xx.2016-xx.xx.2020-ci illər ("SEMOCO” MMCdə elektrik montyoru), habelə xx.xx.2020-ci ildən hal-hazıradək "X4” QSC-də Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixində Zəngilan rayonunda anadan olmuşdur. Hal-hazırda "X4” QSC-də çalışır. xx.xx.2023-cü il tarixində iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 3-17-1/2-M- 12941/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi ümumi və güzəştli stajının az olması göstərilmişdir. İmtina məktubunu iddiaçı xx.xx.2024-cü il tarixində almışdır. İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1981 -ci il tarixədək Sumqayıt şəhəri Məişət texnikasının təmiri üzrə atelyedə radiomexanik işləmiş; xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olmuş; xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Sumqayıt şəhəri Məişət texnikasının təmiri üzrə atelyedə radiomexanik işləmiş; xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək "Avtomat xətlərin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı işləmiş; xx.xx.1991 -ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "Orbita-Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik, qəbuledici, sex rəisi işləmiş; xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik Avadanlıqlarının Xidməti və Təmiri sexində X5 sexi üzrə elektrik montyoru işləmiş; xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-də (X2) Mexaniki xidmətin elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru işləmiş; xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək "X4" QSC-də (X2) Təmir-Tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik peşəsində işləyir. Elektrik montyoru kimi işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Onun tələb olunan ümumi və güzəştli iş stajı mövcuddur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına 28 dekabr 2023-cü tarixində ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-12941/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Fondun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına iddiaçı tərəfindən təqdim edilən MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1991-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Sumqayıt şəhər texniki mərkəzində işlədiyi qeyd olunub. Araşdırma zamanı, xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də iddiaçının xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib - işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2010cu il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmayıb. Həmçinin, iddiaçıya münasibətdə 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2012-ci ildə 1 ay, 2015-ci ildə 2 ay, 2023-cü ildə 3 ay sığorta kapitalı öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 6 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmayıb. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 10 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981 -xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və 2011-2023-cü illər üzrə cəmi 12 il 1 ay)) təşkil edir. Eyni zamanda, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 17 gün (xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 31718,03 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-942/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “cavabdeh orqan iddiaçının güzəştli stajını 12 il 6 aydan az hesablayaraq 5 il 2 ay 17 gün olduğunu əsas tutmaqla imtina etmişdir. Yəni, yalnız xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2015, xx.xx.2015xx.xx.2016-cı illəri güzəştli iş stajı kimi nəzərdə tutmuşdur. Lakin məhkəmə sorğusu nəticəsində əldə edilmiş “X4” QSC-nin arayışına əsasən iddiaçı 2020-ci ilin 24 yanvar tarixindən həmin müəssisənin Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir ki, həmin peşə üzrə əmək fəaliyyətini ağır və zərərli iş şəraitində boru istehsalı sahəsində quraşdırılmış boruyayma avadanlıqlarının elektriklə işləyən hissələrinə xidmət etməklə davam etdirir. Həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır (3-cü Metallurgiya istehsalatı bölməsi – 3.8-ci boru istehsalı bəndi – (a) yarımbəndi). Bundan əlavə həmin arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC istehsalat sahələri ilə birlikdə “X4” QSC-yə icarəyə verilmiş, həmçinin, "xxxx" MMC ilə “X4” QSC arasında 2016-2020-ci illərdə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2020- xx.xx.2023-cü illərdə işlədiyi müddət də onun güzəştli iş stajına aid edilməlidir. Başqa sözlə desək, iddiaçının "xxxx" ASC (5 il 5 ay 21 gün), "xxxx" MMC (3 il 1 ay 19 gün) və “X4” QSC-də (3 il 11 ay 1 gün) işlədiyi vəzifələr eyni xarakterli vəzifələr olmuş və 12 il 6 ay həmin vəzifələrdə çalışmış, bu da işəgötürən tərəfindən təqdim edilən arayışlarda öz təsbitini tapmışdır. Eləcə də, iddiaçı xx.xx.1984-xx.xx.1990-cı illərdə avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı vəzifəsində işləmişdir. Həmin vəzifə yuxarıda qeyd olunan Nazirlər Kabinetinin qərarında öz əksini tapmışdır (1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – “a” yarımbəndi fəhlə - qazmaçı). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması (xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olur), azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Yəni, xx.xx.1963- cü il təvəllüdlü İddiaçı iddianın tələbində nəzərdə tutulan vaxtdan (xx.xx.2023-cü il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi (müraciət tarixi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 69-cu maddə: İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə aşağıdakıları qeyd edir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx-2023-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Bundan əlavə iddiaçıya məxsus MT-İ № ******* nömrəli əmək kitabçasının surətindən, H3 № ******* nömrəli hərbi biletin surətindən, “X4” QSC-nin, "xxxx" ASC-nin araşdırıcı arayışlardan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1981 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1984 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1984- xx.xx.1990-cı illəri (avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı), xx.xx.1991-xx.xx.2010 ("Orbita Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik), xx.xx.2011-xx.xx.2016 "Azərboru” ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik avadanlıqlarının xidməti və təmiri” sexində X5 sexi üzrə elektrik montyoru), xx.xx.2016-xx.xx.2020-ci illər, ("SEMOCO” MMC-də elektrik montyoru), habelə xx.xx.2020-ci ildən hal-hazıradək "X4” QSC-də Təmirtikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Bir sözlə, iddiaçı tələb olunan 25 ildən artıq iş stajına malik olmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının həm ümumi iş stajına, həm də güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Kollegiya ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, cavabdeh orqan onun həmin stajının 25 ildən az olmaqla 21 il 10 ay 9 gün təşkil etdiyini bildirmişdir. Yəni, cavabdeh orqan xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984xx.xx.1984, xx.xx.1984-xx.xx.1990-cı illəri, habelə 2011-2013-cü illəri hesablayaraq həmin qənaətə gəlmişdir. Lakin kollegiya bu hesablamanı əsassız qəbul edir. Belə ki, iddiaçı xx.xx.1980xx.xx.1981 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1984-xx.xx.1984 (Sumqayıt şəhəri Məişət Texnikasının təmiri üzrə atelyedə radiomexanik), xx.xx.1984-xx.xx.1990-cı illəri (avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı), xx.xx.1991xx.xx.2010 ("Orbita Servis” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki mərkəzində radiomexanik), xx.xx.2011-xx.xx.2016 "Azərboru” ASC-nin Texniki Xidmət və Təmir Departamentinin Elektrik avadanlıqlarının xidməti və təmiri” sexində X5 sexi üzrə elektrik montyoru), xx.xx.2016-xx.xx.2020-ci illər, ("SEMOCO” MMC-də elektrik montyoru), habelə xx.xx.2020-ci ildən hal-hazıradək "X4” QSC-də Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Yəni, iddiaçının 2006-cı il tarixədək (əmək kitabçasının əsas götürüldüyü tarixlərdə) 24 il 9 ay 8 gün, ümumilikdə isə 60 yaşının tamam olduğu - xx.xx.2023-cü il tarixədək 40 il 9 ay 6 gün sığorta (iş) stajı mövcud olmuşdur. İş materiallarında olan əmək kitabçasının mötəbərliyi cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş və qanunvericiliyə zidd olaraq tərtib edilməsi təsbit edilməmişdir. Bundan əlavə apellyasiya şikayətində qeyd edilən xx.xx.1991-xx.xx.2010-cu il tarixlərində iddiaçının işlədiyi müəssisədə xx.xx.2006cı ildən sonra fərdi hesabın sığorta hissəsində sığorta haqqının öz əksini tapmamasına görə 1991-2006-cı illərin də iş stajı kimi hesablanmaması iddiaçının sosial təminat hüquqularının birbaşa pozulması deməkdir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, ümumi stajla bağlı cavabdeh orqanın imtinasının, həmçinin apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Güzəştli stajla bağlı isə kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının güzəştli stajını 12 il 6 aydan az hesablayaraq 5 il 2 ay 17 gün olduğunu əsas tutmaqla onun müraciətindən imtina etmişdir. Yəni, yalnız xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2015, xx.xx.2015- xx.xx.2016-cı illəri güzəştli iş stajı kimi nəzərdə tutmuşdur. Lakin birinci instansiya məhkməsinin sorğusu nəticəsində əldə edilmiş "X4” QSC-nin arayışına əsasən iddiaçı 2020-ci ilin 24 yanvar tarixindən həmin müəssisənin Təmir-tikinti və Rekonstruksiya İşləri şöbəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir ki, həmin peşə üzrə əmək fəaliyyətini ağır və zərərli iş şəraitində boru istehsalı sahəsində quraşdırılmış boruyayma avadanlıqlarının elektriklə işləyən hissələrinə xidmət etməklə davam etdirir. Həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır (3-cü Metallurgiya istehsalatı bölməsi - 3.8ci boru istehsalı bəndi - (a) yarımbəndi). Bundan əlavə həmin arayışda qeyd olunmuşdur ki, "Azərboru” ASC istehsalat sahələri ilə birlikdə "X4” QSC-yə icarəyə verilmiş, həmçinin, "Semoko” MMC ilə "X4” QSC arasında 2016-2020-ci illərdə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2020- xx.xx.2023-cü illərdə işlədiyi müddət də onun güzəştli iş stajına aid edilməlidir. Yəni, iddiaçının "Azərboru” ASC (5 il 5 ay 21 gün), "Semoko” MMC (3 il 1 ay 19 gün) və "X4” QSC-də (3 il 11 ay 1 gün) işlədiyi vəzifələr eyni xarakterli vəzifələr olmuş və 12 il 6 ay həmin vəzifələrdə çalışmış, bu da işəgötürən tərəfindən təqdim edilən arayışlarda öz təsbitini tapmışdır. Eləcə də, iddiaçı xx.xx.1984xx.xx.1990-cı illərdə avtomat xətlərinin buraxılması üzrə Minsk İstehsalat Birliyində qazmaçı vəzifəsində işləmişdir. Həmin vəzifə yuxarıda qeyd olunan Nazirlər Kabinetinin qərarında öz əksini tapmışdır (1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər - "a” yarımbəndi fəhlə - qazmaçı). Göründüyü kimi məhkəmə araşdırması zamanı oxşar müəssisə tərəfindən təqdim edilmiş arayışlar əsasında həmin sahələrdə fəaliyyət göstərən peşələrin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Beləliklə, iddiaçının adıçəkilən qurumlarda çalışması ilə bağlı, habelə güzəştli iş stajına daxil olan fəaliyyət göstərməsilə bağlı sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Eyni zamanda 29 iyun 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. Beləliklə, iddiaçının pensiya hüququnun təmin olunmasında əlavə bir maneə yoxdur. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması (xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olur), həmçinin xx.xx.2023-cü il tarixdə azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi iddiaçının güzətli stajının 60 yaşına çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə tamam olduğu üçün güzəştli əsaslarla yaşa görə əmək pensiyasının həmin tarixdən təyin edilməli və ödənilməli olmasını nəzərə almamışdır. Beləliklə, kollegiya qeyd edir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı iddianın tələbində nəzərdə tutulan vaxtdan (yəni güzəştli stajı yarandığı xx.xx.2023-cü il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-942/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.