Məhkəmə qərarları › İş №2-1(105)-487/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-487/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-487/2022 10.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi, mənəvi və fiziki zərərin əvəzi olaraq ona kompensasiya ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-1593/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, tam, hərtərəfli, obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, 06 dekabr 2017-ci il tarixində etibarnamə ilə idarə etdiyi VAZ211150 markalı 10OH375 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Memar Əcəmi küçəsilə hərəkət edərək Heydər Əliyev prospektilə kəsişmədə işıqforun yaşıl işığının yandığını görüb hərəkətini davam etdirmiş, və bu zaman həmin küçələrin kəsişməsi hissəsində sol istiqamətdən, Heydər Əliyev prospektindən sürətlə gələn KAMAZ markalı çınqıl dolu yüklü ağırtonnajlı yük avtomobilinə vurulmuş, zərbənin təsirindən təsadüfən sağ qalmışdır. Kamazın sürücüsü ona qısa zaman ərzində maşın alıb verəcəklərini bildirmiş, o da bu xahişləri nəzərə alıb, KAMAZ-ın sürücüsünə cinayət işi açılmaması üçün xəstəxanada müalicə əvəzinə öz evində 20-25 gün müalicə almışdır. Qeyd edir ki, təqsirkar şəxslər ona vurulmuş zərəri ödəməkdən yayınırlar. Belə ki, Cavabdeh2 Dövlət X3 xx.xx.2018-ci il tarixli, TYP 068919 nömrəli inzibati xəta haqqında protokolunun və onun əsasında Quba rayon PŞ DYPB-in xx.xx.2018-ci il tarixli, 068919 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olaraq qəbul edilməsi ilə ona maddi və mənəvi zərər vurulmuşdur. Hesab edir ki, həmin zərər ona ödənilməlidir. Onun şikayəti üzrə Quba Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və KAMAZ markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ona vurulmuş 2646,80 manat məbləğində ziyan ödənilməmiş, cavabdehlərin hərəkətləri, həmçinin, məhkəmələrdə prosesin 4 il 4 aydan artıq müddətə davam etməsi ilə bağlı ona ziyan dəymiş, hüquqları pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-1593/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd edir ki, iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh qismində inzibati orqanları qeyd etsə də, iddia ərizəsindən görünür ki, həmin orqanların vəzifəli şəxslərinin hərəkətlərindən narazıdır və tələbində həmin orqanın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini və barələrində xüsusi qərardad çıxarılmasını xahiş edir. Hesab edir ki, məhkəmənin bu mövqeyi yanlışdır və iddianın mahiyyətini təhrif edir. Qeyd edir ki, iddia ərizəsində cavabdehləri dəqiq müəyyənləşdirmişdir və ümumi tələblə yanaşı qanunvericiliyə uyğun olaraq xüsusi tələb də irəli sürmüşdür. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı cavabdeh qismində inzibati orqanları qeyd etsə də iddia ərizəsindən görünür ki, həmin orqanların vəzifəli şəxslərinin hərəkətlərindən narazıdır və tələbində həmin orqanın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini və barələrində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, iddiaçının tələbi cavabdeh qismində qoyduğu orqanlara qarşı deyil, həmin orqanların əməkdaşlarına yönəldilmişdir. İnzibati məhkəmə icraatında inzibati orqanların hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, eyni zamanda həmin orqanların inzibati aktlarından şikayətlərə baxılır. Fiziki şəxslərin hərəkətlərindən şikayətlərə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Cinayət işinin başlanması haqqında qərar qəbul edilməsi də inzibati məhkəmə icraatının səlahiyyətində deyildir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan başqa iddiaçının tələbi yalnız maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmamışdır. Yalnız belə tələb olduğu halda iddiaçı iddianın mümkünlük şərtlərinə əməl edib ilk növbədə cavabdeh inzibati orqanlara müraciət etməli, müraciəti təmin edilmədiyi, yaxud müraciətə cavab verilmədiyi təqdirdə, iddiaçı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə qaldırılmış iddia tələbi cavabdeh orqanların inzibati icraatdan irəli gələn fəaliyyətindən deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Bu halda isə qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 7.2-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 15-ci maddəsində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı tələbində cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən çəkinmə öhdəliyinin qoyulmasını xahiş etsə də, iddia ərizəsində cavabdehin onun hüquq və azadlıqlarına müdaxiləsinin nədən ibarət olduğu qeyd edilməmiş və əsaslandırılmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-1593/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar