Məhkəmə qərarları › İş №2-1(105)-487/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-487/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-487/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun, Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X14 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X14 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət – Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)- 943/2024 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar Quba rayon kolxoz bazarının əmək kollektivinin iştirakı ilə özəlləşdirilməsini iddia edərək, X14 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 adına tərtib edilmiş mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 06 fevral 2024-cü il tarixli məktubu ilə onların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X9 mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxaz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin bərpası”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək, “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X14 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X14 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət – Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etdilər. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon X21 İcraiyyə Komitəsinin (bundan sonra XDS İK) 16 iyun 1985-ci il tarixli 168 nömrəli qərarı ilə, Quba şəhəri, 22-ci məhəllə ünvanında, Heydər Əliyev (keçmiş Azərbaycan) prospektində müasir tələblərə cavab verən bazar tikintisi üçün 2 hektar torpaq sahəsi ayrılmış, keçmiş SSRİ Ticarət Nazirliyinin Respublika Layihələşdirmə İnstitunun 2442 nömrəli layihə smeta sənədləri əsasında 1985-1988-ci illər ərzində Quba bazarı tikilərək istifadəyə verilmişdir. Quba bazarının ilkin balans dəyəri 1 438 560 000 (bir milyard dörd yüz otuz səkkiz milyon beş yez altımış min) rubl hesablanmışdır. Quba rayon İHB-nın 1994-cü il tarixli 139-140 nömrəli sərəncamları ilə bazarın örtülü hissəsində Quba Ticarət Kommersiya - Mərkəzi təsis edilmişdir. İddiaçılar həmin müəssisələrdə işləmiş, bu faktı iddia ərizəsinə əlavə etdikləri əmək kitabçalarının surətləri ilə təsdiq edirlər.AR Prezidentinin 29 sentyabr 1995ci il tarixli 1120 saylı Fərmanı ilə DövlətƏmlakının Özəlləşdirilməsi Haqqında AR Qanunu - Dövlət Proqramı təsdiq edilmiş, Dövlət Proqramının 5-ci maddəsinə əsasən Quba bazarı və X31 Mərkəzi indiki halda Əmlak Məsələləri Dövlət Xidmətinin (Bundan sonra ƏMDX) qərarı ilə məcburi özəlləşdirilən müəssisələr sırasına daxil edilmişdir. Həmin tarixdən bazarın əmlakı üzərində sərəncam vermək və sair bütün səlahiyyətlərin Dövlət Proqramına əsasən 3-cü şəxs - ƏMDX-ə keçmişdir. Bundan başqa, iddiaçıların məcburi özəlləşdirməyə çıxarılan müəssisələrin əmək kollektivi üzvləri olaraq Bazarın, Ticarət Kommersiya Mərkəzinin özəlləşdirilməsi ilə əlaqədar qərarın qəbul edilməsi, özəlləşdirilərkən qanunla nəzərdə tutulan güzəştli 15 faizlik paya olan mülkiyyət hüquqlarınının təmin edilməsi barədə 10 000-dən artıq aidiyyatı orqanlara müraciətləri olmuşdur. Müraciətləri nəzərə alan o vaxt ki, AR Əmlak Nazirliyi Quba rayon İcra hakimiyyətinə, Quba rayon şöbəsinə və Quba kolxoz bazarının rəhbərliyinə müraciət etmişdir. 2000-ci ilin oktyabr ayındakı həmin məktubda yazılıb: "Bazarın özəlləşdirilməsi ilə əlaqədar lazım olan sənədləri bir ay müddətində DƏNnin rayon şöbəsi ilə birlikdə hazırlayıb təqdim olunması üçün zəruri tədbir görməyiniz vacibdir. Özəlləşdirmə sənədlərinin təqdim olunması yubandırıldığı halda Dövlət Əmlak Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət müəssisələrinin özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamənin 1-ci bölməsinin 2.2-ci maddəsinə və Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin 11 Dövlət Proqramının 5-ci maddəsinin 5-ci bəndinə əsasən özəlləşdirmə komissiyası yaradaraq bir ay müddətində müəssisənin özəlləşdirilməsi həyat keçiriləcək." Göstərişlərin icrası məqsədilə o vaxtı icra başçısı vəzifəsində işləmiş X15 iddiaçıları İH-ə dəvət etmiş müəssisələrin əmlakının mütəxəssis Elşad Nuriyev tərəfindən hazırlanan texniki pasportu və digər tələb edilən sənədlər tərəflərindən təqdim edildikdən sonra əmək kollektivinə tezliklə özəlləşdirilmənin aparılmasının təmin ediləcəyi bildirilmişdir. Lakin sabiq İHB-ı 09 aprel 2001-ci il tarixli 56 saylı sərəncamı ilə ƏMDX-nin səlahiyyətlərini mənimsəyərək Quba kolxoz bazarının xx.xx.2001-ci il tarixli ləğvetmə balansını təsdiq edərək (balans saxlayıcısı olmasına baxmayaraq) əmlak kompleksini dövlət reyestrindən çıxartmışdır. Eyni zamanda qanunsuz əmlakları ələ keçirmək niyyəti ilə Quba Ticarət Kommersiya X5 direktor təyin etmişdir. Quba İİK-i dövlət reyestrindən yayındırılan 2442 nömrəli layihə smeta dəyəri 1 438 560 000 (bir milyard dörd yüz otuz səkkiz milyon beş yez altımış min) rubl hesablanan Bazar və Ticarət Kommersiya Mərkəzini tikintisi yarımçıq qalmış "örtülü bazar" adı İHBnın xx.xx.2001-ci il tarixli 56 nömrəli sərəncamı ilə ləğvetmə balansı təsdiq etməklə dövlət reyestrində yayındırılan Quba Kolxoz bazarını və taleyi iddiaçılara naməlum olan Quba Ticarət Kommersiya Mərkəzini - əmlak kompleksini "xxxx" qiymətləndirmə Firmasını vasitəsi ilə qiymətləndirilməsi, ilkin balans dəyəri 1 438 560 000 manat (əslində rubl) ilə təyin olunmuş qiymət arasındakı fərqi əlavə kapital fondu hesabına silinərək balansa alınması, RKİ-nm balansına götürüləcək obyektin qiymətləndirilməsi, X22 guya RKİ-a məxsus Quba şəhəri, Azərbaycan prospektində (hazırki H. Əliyev prospekti) yarımçıq qalmış "örtülü bazar" 30 milyon manata (AZN) (əslində Quba Ticarət Kommersiya Mərkəzinin derektoruna direktoru olduğu Ticarət Kommersiya Mərkəzini və xx.xx.2001-ci il tarixli ləğv etmə balansına əsasən ləğv edilən Quba bazarını ) - dövlət əmlakı kompleksini payçı adı ilə X4, barədə xx.xx.2003-cü il tarixli, 20 saylı qərar qəbul etmişdir. Quba rayon Notariat Kontorunun reyestrdə 4-Ə -226 nömrə ilə 18 iyul 2003-cü və 4Ə-260 22 avqust 2003-cü il tarixlərdəki qeydlərlə bağlanılmış alqı-satqı müqavilələri ilə iki dəfə X2. X7 direktoru olduğu X24 və qanunsuz ləğv edilən Quba Kolxoz bazarını - əmlak kompleksini guya İİK-nin balansında olan yarımçıq tikili "örtülü bazar" adı ilə qanunsuz özəlləşdirmişdir. Eyni zamanda paralel olaraq Quba bələdiyyəsinə də öz növbəsində əmlak kompleksi yerləşən 2.0 hektar torpaq sahəsindən 1.11 hektarını Quba bələdiyyəsinin Quba kəndinin Bələdiyyə fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına az-yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Quba şəhər sakini X3 məqsədilə satılması barədə 07 iyul 2003-cü il tarixli qərar qəbul etmiş, "torpağa mülkiyyət hüququna dair JN: 0884 kod 30301004 nömrəli Dövlət AKT-ı hazırlanmışdır. Beləliklə Azərbaucan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış daşınmaz dövlət əmlakının (əmlak kompleksinin) reqistrdə qeydiyyatı aparılsa da, İHB-nın sərəncamı ilə registrdən çıxarılaraq mövcud qaydada dövlət torpağı qrupuna aid edilmiş , infrasutrukturu və xidmət sahəsləri yerləşən (Quba bazarı və Quba Ticarət Kommersiya Mərkəzi) satılması (hazırki ƏMDX-i tərəfindən mütəxəssis Elşad Nuriyevin tərtib etdiyi texniki pasporta uyğun) aidiyyəti dövlət qürumu tərəfindən həyata keçirilməli olan bu ərazi - əmlak kompleksi - üzərində ilkin balans dəyəri 1 438 560 000 rubl hesablanmış bu 2.0 hektar ərazidən 1.11 hektarı Quba şəhər Bələdiyyəsi kənd təsərrüfatına az-yararlı torpaq sahəsi kimi göstərilməklə Quba şəhəri, Azərbaycan prospekti ünvanı (hazırdə H. Əliyev prospekti) ünvan 3kəzi dövlət qurumunun (indiki halda ƏMDX) bir başa səlahiyyətləri mənimsənilməklə Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli qərarı ilə qeyri-qanuni formada satılmış, 1.11 ha torpaq sahəsinin kommersiya məqsədi üçün Quba rayon Torpaq Şöbəsi və X28 İnstitutu tərəfindən 07 iyul 2003-cü il tarixdə təsdiq edilmiş 15 dekabr 2003cü il tarixində 160 nömrə ilə qeydiyyata alınmış JN-0084 kod 30301004 olan torpağa mülkiyyət hüququna dair Dövlət AKT-ı hazırlanmışdır. Bundan sonra cavabdeh orqan tərəfindən 22 avqust 2003-cü il tarixli 4-Ə- 260 qeyd nömrəli alqı- satqı müqaviləsinə əsasən Quba şəhəri, Azərbaycan (Heydər Əliyev) prospekti ünvanında yerləşən əmlak kompleksinə X14 adma qanunsuz texniki pasport işlənilmişdir. X26 isə öz növbəsində aldığı əmlak kompleksini Mehman İbrahimovun Bakı şəhərində yaşayan bacısı oğlu X11 əvəzsiz istifadəyə vermiş, daha sonra isə onun adına keçirməklə cavabdeh orqandan Ceyhun Bəkir oğluna adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əldə etməklə cinayət yolu ilə mənimsənilən dövlət əmlaklarını rəsmiləşdirmişdir. Bundan sonra X26 vəfat etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X10 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğvi barədə cavabdeh orqana müraciətlərinə verilən cavabda bildirilir ki, guya X10 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan respublikasının Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən olunan hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanıb, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinə dair vətəndaş X10 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Belə ki, iş materiallarından müəyyən olunur ki Quba Kolxoz bazarı və örtülü hissəsində İHB-nın 139-140 saylı sərəncamları ilə yardılmış Quba Ticarət Kommersiya Mərkəzi ilkin balans dəyəri 1438 560 000 rubl olmasına baxmayaraq Quba rayon X8 İdarə Heyətinin xx.xx.2003-cü il tarixli qərarı ilə satılmış, torpaq sahəsini isə Quba bələdiyyəsi isə öz növbəsində əmlak kompleksi yerləşən 2.0 hektar torpaq sahəsindən 1.11 hektarını 07 iyul 2003-cü il tarixli Quba bələdiyyəsinin 07 saylı qərarı ilə Quba kəndinin kənd təsərüfatına aid az-yararlı boş torpaq kimi satmasına baxmayaraq cavabdeh orqan Dövlət Əmlakını Özəlləşdirilması haqqında Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsini pozmuşdur. Qeyd olunan faktlara istinadən Quba Kolxoz bazarının, örtülü hissəsində yaradılmış Quba Ticarət Kommersiya Mərkəzinin əmlak kompleksinə və ona məxsus torpaq sahəsinə qeyri-qanuni sənədlər əsasında hazırlanan X10 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın ləğvi üçün əsaslar yaratmışdır. Ona görə qanunsuz aparılan qeydiyyatın ləğvi barədə məhkəməyə müraciət edirlər. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-943/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı X19 əmlak kompleksinin satılması barədə Quba rayon Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı mübahisələndirdiyi və buna nail olduğu halda X14 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 adına tərtib edilmiş mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğvini tələb edə bilərdi. Lakin, göründüyü kimi iddiaçının barədə Quba rayon Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı mübahisələndirdiyi iddia tələbi təmin edilməmiş və məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır. Məhkəmə düzgün olmayaraq AR Prezidentinin Fərmanı ilə yaradılan dövlət əmlak kompleksinin paylı mülkiyyət kimi satılmasına dair qərarı, Quba Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsaslanmaqla, həmin qərarların qanunsuz olmasını nəzərə almamışdır. Məhkəmə işdə olan Qusar rayon məhkəməsinin 21 iyun 2024-cü il tarixli cavab məktubunu, işdə olan ki, Qusar rayon məhkəməsində 2-322a/2007 və 2-158a/2007 saylı qətnamələrin mövcud olmadığı halda Qusar rayon Məhkəməsinin qətnamələrini qərarında göstərmədən, hüquqi qiymət vermədən bilə-bilə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdir. Belə ki, məhkəmə inzibati aktın qəbul edilməsi ilə əlaqədar guya şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə simmetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu iş üzrə sübuta yetirilməsini qeyd edərək imtinanı əsaslı hesab edir. Bununla əlaqədar qeyd edirlər ki, çıxarışlar dəyəri 1438 560 rubl qiymətləndirilən AR Prezidentinin Fərmanı ilə yaradılan - Quba kolxoz bazarına və Quba Ticarət Kommersiya Mərkəzi -dövlət əmlek kompleksinə paylı mülkiyyət kimi tikintisi yarımçıq qalmış örtülü bazar kimi qeydiyyata alınmışdır. Beləliklə hesab edirlər ki, məhkəmənin istinad etdiyi İPM 14.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında] iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda qeyd etməyi zəruri hesab edərək bildiririk ki, cavabdeh inzibati orqan məhkəmə iclsında iştirakdan yayınmış çünki, cavabdeh orqan ən azından çıxarışın 02 mart 2007-ci il tarixli 2-232a 2007-ci il tarixli qətnaməsinə əsasən qanunsuz işlənilməsini etiraf etməkdən yayınmışdır. Məhkəmə isə bu halı qəsdən araşdırmamış və cavabdehi bu məsuliyyətdən bilə-bilə azad etmişdir ki , bilə-bilə qanunsuz qərar qəbul edilməsinə şərait yaratsın. Məhkəmə iş üçün böyük əhəmiyyətli olan bu sübuta hüquqi qiymət vermədən qərarından gizlətmişdir İPM-nin 10.-cu maddəsinə əsasən İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tabedirlər. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir. Məhkəmə ilkin olaraq dövlət əmlak kompleksinin əmlakına qanunsuz çıxarışın verilməsi ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə qərardad qəbul etmişdir. Hesab edir ki, məhkəmə sonradan İPM-nin 10-cu maddəsinin tələbləri pozulmaqla mübahisəyə baxılması və onım həll edilməsi ilə əlaqədar hesab edirik ki, hakimə hər hansı təsir göstərilməklə bilə-bilə qanunsuz qərar qəbul edilməsinə məcbur edilmişdir. Həmin məcəllənin 11-12-ci maddələrinə əsasən İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarım və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin mmrim həK üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasmda məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul etməli idi. Lakin məhkəmə həmin maddələrin tələblərini pozmağa məcbur edilmiş , nəticədə təqdim etdiyimiz sübutlara - vidio çarx, Qusar rayon məhkəməsinin 21 iyun 2024-cü il tarixli G(029)294/2024 nömrəli cavab məktubuna, Qusar rayon məhkəməsində 2-322a/2007 və 2-158a/2007 saylı mülki işlər mövcud olmayan qətnamələri araşdırmadan saxlanılmasına məcbur edilməsi şübhələri yaratmışdır.Həmin Məcəllənin 14.3-cü maddəsinə sasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə isə cavabdeh inzibati orqanı inzibati aktı qəbul edilməsi ilə əlaqədar Qusar rayon məhkəməsində 2-322a/2007 qətnaməsinin olmadıöı halda bu şərtin mövcudluğunu sübut etmək mövcudluğunu həmin orqanın üzərinə düşdüyü halda cavabdeh orqanı həmin məsuliyyətdən azad etmək üçün həinki iştirakını təmin etməmiş hətta münasibəti bildirməkdən belə azad etmişdir Halbuki hamıya məlum olan hallar məhkəmədə sübut olunmur.İPM-nin-58-ci maddəsinə əsasən Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılmalıdır Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin məhkəmə çıxarışın hazırlanmasına səbəb olan alqı-satqı müqaviləsinin qanunsuz olmasına, vidio çarx, Qusar rayon .məhkəməsinin 21 iyun 2024-cü il tarixli G(029)294/2024 nömrəli cavab məktubuna, Qusar rayon məhkəməsində 2-322a/2007 və 2-158a/2007 saylı mülki işlər mövcud olmayan qətnamələri araşdırmadan, qiymətləndirmədən İPM-nin 58 maddəsinin tələblərini pozmuşdur. Bu isə xx.xx.2025-ci il tarixli qərarın apellyasiya qaydasında ləğvi əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehə və üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəi isə qismən təmin edilməlidir. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlu cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X14 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X14 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət – Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə yanlış olmuş, onun əsaslandığı hallar iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsinə deyil, iddianın mümkün sayılmamasına əsas verir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, Quba Rayon XDS-nin İcraiyyə Komitəsinin 168 saylı, 16 iyul 1985-ci il tarixli qərarına əsasən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 2.0 ha torpaq sahəsi Quba rayon mərkəzi bazarının tikintisi üçün ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının sentyabr 1994-cü il tarixlı sərəncama əsasən Quba rayon mərkəzi kolxoz bazarının mərkəzi hissəsində yaradılmış “Ticarət Kommersiya Mərkəzi”nin nizamnaməsi icra hakimiyyəti tərəfindən qeydə alınmışdır. Daha sonra Quba rayon Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarına əsasən Quba şəhəri, Azərbaycan prospektində yerləşən örtülü bazar 30 milyon manata X2. Buna dair tərəflər arasında 22 avqust 2003-cü il tarixli və 18 iyul 2003-cü il tarixli alqısatqı müqavilələri də bağlanmışdır. Bununla yanaşı Quba rayon mərkəzi kolxoz bazarının yerləşdiyi torpaq sahəsinin 1.1 ha hissəsi də Quba rayon Quba bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 07 saylı qərarına əsasən X2. Buna dair JN 0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Daha sonra isə mübahisə predmeti olan əmlak kompleksi X26 tərəfindən üçüncü şəxs X1 və sonuncunun adına **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Hazırki iş üzrə iddiaçılar Quba rayon kolxoz bazarının əmək kollektivinin iştirakı ilə özəlləşdirilməsini iddia edərək, X14 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X9 adına tərtib edilmiş mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 06 fevral 2024-cü il tarixli məktubu ilə onların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu dövlətə məxsus əmlakın müəyyən şəxslərə satılması və ya verilməsi qaydalarını müəyyən edir. Dövlət əmlakının özəlləşdirilməsi yalnız xüsusi proqram əsasında həyata keçirilə bilər. Bu proqramda hansı əmlakların özəlləşdiriləcəyi əvvəlcədən müəyyən edilir. Əgər əmlak proqramda yoxdursa, onun üzərində mülkiyyət iddiası irəli sürmək olmaz. Özəlləşdirmədə əmək kollektivləri müəyyən hallarda güzəştli şərtlərlə iştirak edə bilər. Amma bu hüquq yalnız qanunda göstərilən qaydalara uyğun tətbiq olunur. Özəlləşdirmə prosesi dövlət tərəfindən nəzarətdə saxlanılır və qanunlara uyğun aparılır. Hazırki işin hallarına münasibətdə qeyd edilməlidir ki, iddiaçılar tərəfindən mülkiyyət hüququnun tanınması və qeydiyyatın ləğv edilməsi ilə bağlı qaldırılmış iddia ilk növbədə onların bu sahədə hüquq və səlahiyyətlərinin mövcudluğu kontekstində qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi yalnız bu sahədə qüvvədə olan qanunvericiliyin tələbləri və dövlət proqramı əsasında həyata keçirilə bilər. İddiaçılar konkret olaraq əmək kollektivi üzvləri kimi çıxış edərək bazar əmlakının guya onların birgə mülkiyyətinə aid olduğunu irəli sürmüşlər. Lakin iş materiallardan aydın şəkildə görünür ki, sözügedən bazar dövlət əmlakının özəlləşdirilməsi proqramına daxil edilməmiş və həmin proqram əsasında özəlləşdirilməmişdir. Bu isə o deməkdir ki, iddiaçılar əmək kollektivi adından çıxış etsələr belə, onların bu konkret mülkiyyət obyekti üzərində hər hansı mülki hüquqi iddia irəli sürmək səlahiyyəti mövcud deyil. Qanunvericiliyə görə yalnız özəlləşdirmə proqramına daxil edilən müəssisələrin əmək kollektivləri müəyyən hallarda güzəştli şərtlərlə mülkiyyət hüququ əldə edə bilər. Bu halda isə belə bir hüquqi baza ümumiyyətlə mövcud deyil. Kollegiya qeyd edir ki, iddiaçıların iddia qaldırmaq səlahiyyətini şərti qəbul edilsə belə, aşağıdakılara əsasən də iddia mümkün iddia deyil. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, .... Əgər qeydiyyat mülkihüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Plenum qərarının 15.1-15.3-cü bəndlərinə əsasən, İPM-in 8.2-ci maddəsinə əsasən, ..... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X14 adına tərtib edilmiş dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Quba rayon Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarıdır. İşin konkret hallarına nəzər yetirəndə görürük ki, Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqının İdarə Heyətinin xx.xx.2003-cü il tarixli və protokol nömrəsi 10 olan qərarına əsasən, Quba şəhərində yerləşən örtülü bazar 30 milyon manat məbləğində X6. Bu satış 22 avqust 2003-cü il və 18 iyul 2003-cü il tarixli alqı-satqı müqavilələri ilə də təsdiqlənmişdir və həmin sənədlər ilkin qeydiyyat üçün əsas təşkil edir. Göründüyü kimi ilkin qeydiyyat “Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarı və alqısatqı müqavilələri əsasında həyata keçirilib. Ona görə də, qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun ləğvi və ya qeydiyyatın dəyişdirilməsi kimi iddialar yalnız həmin qərar və müqavilələr ümumi məhkəmə qaydasında mübahisələndirilməsi ilə mümkün ola bilər. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarının tələb və normalarına uyğun olaraq mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı iddialar yalnız aidiyyəti mülki məhkəmələrdə ilkin hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi əsasında baxılmalı və qiymətləndirilməlidir. İddiaçılar tərəfindən isə bu qanuni prosedur pozularaq, inzibati qaydada iddia irəli sürülmüşdür ki, bu da qanunvericiliyə zidd olmaqla iddianın mümkünlüyünü istisna edir. Hazırki iş üzrə məhkəmə kollegiyası onu da qeyd edir ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, X14 adına tərtib edilmiş dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd, yəni Quba rayon Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarı 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər qəbul edilmişdir, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya bir daha qeyd edir ki, hətta iddiaçının hazırki tələbi qaldırmaqda subyektiv hüququ olmasını qəbul edilsə belə, həmçinin ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının ləğvi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə belə (inzibati mübahisə olduğu qəbul edilsə belə), iddia müddətinin ötməsi səbəbindən iddia mümkün sayılmamalı idi. Belə ki, ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının qəbul edilməsindən sonra, yəni hüquqi münasibətlərin obyektiv olaraq başa çatmasından və hüquq subyektlərinin qarşılıqlı öhdəliklərinin faktiki olaraq dayandırılmasından uzun müddət müddət keçdiyi halda cavabdeh inzibati orqana qarşı hazrıki tələblə (tələb yuxarıda göstərilən formada olsaydı belə) məhkəməyə müraciət edilmiş, lakin bu tələb (qəbul edilmiş tələb) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində müəyyən edilən bir aylıq və həmin Məcəllənin 551.1-ci maddəsində nəzərdə tutulan öhdəliklərin icrasına dair tələblərin hüquqi qüvvəsini itirmə müddəti keçdikdən sonra irəli sürüldüyündən, İnzibati Prosessual Məcəllədə və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında əksini tapan iddianın qanuni mümkünlüyü şərtləri, xüsusən də iddia müddətinə əməl olunması meyarı pozulması və bu pozuntu üzrlü səbəblərlə əsaslandırılmaması əsası ilə də mümkün sayılmamalı idi. Kollegiya onu da nəzərə alır ki, hüququn müdafiəsi yalnız qanunla müəyyən olunmuş müddətlər daxilində həyata keçirilə bilər və bu müddətlərin pozulması hüquq sisteminin sabitliyinə və dövlət idarəçiliyində hüquqi balansın qorunmasına ziddir. Bununla yanaşı iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/413/2008 saylı, 15 aprel 2008-ci il tarixli qətnaməsindən aydın olur ki, “Quba kolxoz bazarı barəsində qəbul edilmiş Quba rayon İHB-nın 18 yanvar 2001-ci il tarixli, 07 saylı və 20 oktyabr 2003-cü il tarixli, 175 saylı sərəncamlarının, Quba bələdiyyəsinin 07 iyul 2003cü il tarixli, 07 saylı və Quba rayon KCİ-nin 03 fevral 2003-cü il tarixli qərarlarının ləğv edilib cinayət yolu ilə mənimsənilmiş dövlət əmlakının və dəymiş zərərin DƏİE üzrə DKnə qaytarılması və X20 barəsində cinayət işinin başlanılmasma dair xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 18 dekabr 2007-ci il tarixli qətnaməsi”ndən İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarından İddiaçı2 və cavabdeh Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(102)-1915/08 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/-413/2008 saylı, 15 aprel 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadından məlum olur ki, İddiaçı2 “Quba kolxoz bazarı barəsində Quba rayon İHB və digər orqanlar tərəfindən 2001-ci və 2003-cü illərdə qəbul olunmuş qərarların ləğv edilib cinayət yolu ilə mənimsənilmiş dövlət əmlakının və dəymiş zərərin DƏİE üzrə DK-nə qaytarılması və M.İbrahimovun barəsində cinayət işinin başlanmasına dair xüsusi qərardadın çıxarılmasına dair mülki iş üzrə qəbul olunmuş məhkəmə aktlarının ləğvi”nə dair şikayəti icraata qəbul olunmasından imtina edilmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 17 may 2010-cu il tarixli, 2(105)-493/2010 saylı qətnaməsindən görünür ki, “İddiaçı2 Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Kooperativ Cəmiyyətləri İttifaqına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Quba Rayon Notariat Kontoruna və maraqlı tərəf X19 qarşı Quba Rayon Kooperativ Cəmiyyətləri İdarə Heyətinin qərarlarını və alqı-satqı müqavilələrinin ləğv edilməsi və xüsusi qərardad çıxarılmasına dair iddia tələbi üzrə Quba Rayon Məhkəməsinin 21 yanvar 2010-cu il tarixli qətnaməsindən (sədrlik edən hakim E.Ə.Camalovdur) İddiaçı2 verdiyi apellyasiya şikayəti” təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 21 yanvar 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı2 tərəfindən mübahisələndirilən hüquqi aktlar, o cümlədən, Quba Rayon İcra Hakimiyyətinin 2001 və 2003-cü illərə aid sərəncamları, Quba Bələdiyyəsinin qərarları, Quba Kooperativ Cəmiyyətləri X30 xx.xx.2003-cü il tarixli və X16 xx.xx.2003-cü il tarixli qərarları, habelə X26 ilə bağlanmış alqı-satqı müqavilələri ilə bağlı mübahisələr artıq bir neçə instansiya məhkəməsində tam şəkildə araşdırılmış və bu iddialar üzrə yekun məhkəmə aktları qəbul edilmişdir. Həmin aktlarla iddiaçının tələbləri əsassız hesab olunaraq rədd edilmiş və bu qərarlar qüvvədə saxlanılmışdır. Hətta Konstitusiya Məhkəməsi belə bu mübahisələrlə bağlı şikayəti icraata qəbul etməmiş və bu da məsələnin hüquqi baxımdan artıq başa çatdığını göstərmişdir. Belə olan halda, artıq bir neçə instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktları ilə həll edilmiş eyni hüquqi münasibətlərin yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik və sabitlik prinsiplərinə, habelə məhkəmə aktlarının preyudisial qüvvəsinə və eyni hüquqi məsələnin eyni tərəflər arasında təkrar mübahisələndirilməsinin yolverilməzliyi prinsipinə ziddir. Kollegiya onu da qeyd edir ki, iddiaçılar həmçinin X9 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsini tələb edirlər. Lakin iş materiallarında olan Qusar Rayon Məhkəməsinin 02 mart 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X13 cavbadeh X19 qarşı əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə məxsus Quba şəhəri, Azərbaycan prospektində yerləşən ümumi sahəsi 1610 kv.m olan “Örtülü Bazar” Binasının alqı-satqısına dair cavabdehlə bağladığı müqavilə etibarlı hesab edilmişdir. İş materiallarında olan Qusar rayon Məhkəməsinin 21 yanvar 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X23 cavbadeh X12 qarşı əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə məxsus Quba şəhərinin 22-ci məhəlləsində yerləşən 2 mərtəbəli ticarət obyektinin C korpusunun 1-ci mərtəbəsinin 15m X 5.60 m ölçülərdə olan hissəsinin və onun altındakı torpaq sahəsinin, habelə, D korpusunun ölçüləri 19 m X 5.60 m olan 2-ci mərtəbəsinin alqı-satqısına dair bağlanılmış müqavilə etibarlı hesab edilmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X12 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş cəmi 782 kv m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın texniki pasportunun verilməsi vəzifəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Kollegiya qeyd edir ki, iddiaçılar X9 adına tərtib olunmuş, dövlət reyestrində **********9612301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğvini tələb etsələr də, həmin çıxarışın hüquqi əsasını təşkil edən alqı-satqı müqaviləsinin hüquqi etibarlılığı artıq Qusar Rayon Məhkəməsinin 02 mart 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Sözügedən qətnamədə iddiaçı X9 cavabdeh X19 qarşı əqdin etibarlı hesab edilməsinə dair iddiası təmin olunmuş və nəticədə Quba şəhəri, Azərbaycan prospektində yerləşən, ümumi sahəsi 1610 kv.m olan “Örtülü Bazar” binasına dair bağlanmış müqavilə etibarlı hesab edilmişdir. İddiaçılar isə həmin qətnaməni nə apellyasiya, nə də kassasiya qaydasında mübahisələndirməmiş, eyni zamanda həmin qətnamənin hüquqi nəticələrini ləğv etmək üçün heç bir hüquqi addım atmamışlar. Belə olan halda hüquqi qüvvəyə minmiş və tərəflər arasında mülki hüquqi münasibətləri müəyyən etmiş məhkəmə aktı qüvvədə qaldığı müddətdə müqavilə əsasında verilmiş dövlət reyestri çıxarışının ləğvi tələb oluna bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıların hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Bu isə o deməkdir ki, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda yuxarıda göstərilən bütün halları, iddia müddətinin ötməsi, eləcə də eyni hüquqi münasibətlər üzrə artıq qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğu, üçüncü şəxsə münasibətdə qanuni qüvvəsin almış məhkəmə aktının olması iddianın mümkün sayılmamasını zəruri edir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-943/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar