Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-489/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Xızı şəhəri, C.Cabbarlı küçəsi, ev 22 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)- 790/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Ağdaş rayonu, Yenicə kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2onu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İddiaçı Xızı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X4 torpaq sahəsinə qanunsuz müdaxilələrinin qarşısının alınması və həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinə cəhd etməsinin sonuncuya qadağan edilməsi və torpaq sahəsinin onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(068)-22/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək onun 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrin cavabdeh X7 qadağan edilməsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq onun istifadəsində olmasının müəyyən edilməsi qət edilmişdir. İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m. olan fərdi yaşayış evinin planölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi X6 arvadı X8 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına onun mərhum əri X1. Torpaq sahəsini alan zaman Xızı rayonu X5 xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamədə X9 ata adı, soyadı göstərilmədiyi üçün alğı-satqını rəsmiləşdirə bilməmişlər. Mərhum əri X14 rayonu, Xızı şəhəri, C.Cabbarlı küçəsi ev 22 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini aldıqdan sonra ümumi sahəsi 163,04 kv.m yaşayış sahəsi, 91,64 kv.m. köməkçi sahədən, 71,40 kv.m-dən ibarət mənzil tikmişdir. İddiaçı cavabdehə rəsmi müraciət etsə də cavabdeh qurum onun müraciətlərini rəsmi cavablandırmamışdır. O, bir neçə dəfə cavabdeh quruma gedərək oradan rəsmi cavab verilməsini istəmiş, lakin cavabdeh qurum məlum COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşları qəbul etmədiklərini və yaşadığı evə rəsmi məktub göndəriləcəyini bildirmiş, nəticədə onlara etdiyi müraciətə rəsmi cavab verilmədiyindən onların məktubunu almasına dair poçt bildirişi əsasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq ona bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bununla yanaşı həmin şəxs tərəfindən qanunvericiliyin tələblərinə cavab verən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müraciətinə qanunauyğun qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 28 oktyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim İsmayıl Quliyev) iddianın rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan yaranmış hüquqların təqdim edilən sənədlər əsasında dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyat əsası olmasını müəyyən edən hər hansı bir norma mövcud olmadığına görə, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evi faktiki olaraq onun istifadəsində olması müəyyən edilsə də, həmin məhkəmə qərarı ilə onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmamış, cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmamış və bu səbəbdən mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilmədiyindən və bununla bağlı hər hansı bir norma mövcud olmadığına görə cavabdeh inzibati orqanın imtinasını qanuni əsas hesab edərək iddia ərizəsi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin bu hissədə mövqeyi əsassız olduğundan qərar ləğv edilməlidir ona görə ki, Xızı Rayon Məhkəməsinin 2(068)- 22/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.metr olan fərdi yaşayış evinin 2003-cü ildən faktiki olaraq onun istifadəsində olması müəyyən edilmiş və torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi artıq 18 ildir ki, onun istifadəsindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2- 1(105)-582/2021 nömrəli qərarı ilə (hakimlər Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Hökümə Babayeva) iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 564/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov və R.Nəbizadə) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ünvan 4 ünvanında yerləşən 713.00 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinə onun hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçı hansı hüquqlarının (mülkiyyət, istifadə, icarə) qeydə alınmasını istədiyini yazıb dəqiqləşdirməmiş, məhkəmə isə İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya sözügedən məsələdə yardım etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçı həm iddia ərizəsində, həm də sonradan apellyasiya şikayətində hal-hazırda isə kassasiya şikayətində Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsinə istinad edir ki, həmin qətnaməyə görə iddiaçının iddiası qismən təmin edilərək, iddiaçının 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrin cavabdeh X7 qadağan edilməsi, həmin ünvanda yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə qətnaməsini ümumiyyətlə nəzərə almamış, nəticə etibarı ilə də qətnamədəki müddəaları araşdırmamış, onlara münasibət bildirməmişdir. Belə ki, apellyasiya məhkəməsi həmin qətnamənin ən azından qanuni qüvvəyə minməsini yoxlamamışdır. Halbuki, adıçəkilən qətnamə qanuni qüvvəyə mindiyi halda, hazırki işin mübahisə predmetini təşkil edən 713.00 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olması faktı müəyyən edilmişdir ki, bu da hazırki işdə iddiaçının sözügedən əmlaklara istifadə hüququnun qeyd alınmasını istədiyi təqdirdə (yuxarıda artıq göstərildiyi kimi bu məsələ məhkəmənin “yardım etmək vəzifəsi” müddəası baxımından araşdırılmalıdır) apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmalı və preyudisial xarakter daşıyıb-daşımadığı müəyyən edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçının iddia ərizəsinə qarşı məhkəməyə göndərdiyi 12 mart 2021-ci il tarixli etiraz məktubunda iddiaçının sözügedən xahişinin cavabdeh tərəfindən imtinasının konkret əsası göstərilməmiş, sadəcə olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmiş, halbuki, məlum olduğu kimi, həmin maddədə əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün bir neçə konkret əsaslar bəndlər üzrə müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi sözügedən məsələyə formal və səthi yanaşaraq, onu ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında yazır ki, “məhkəmə kollegiyasının sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, arxiv materiallarına əsasən Xızı rayonu, Köhnə Xızı qəsəbəsi ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Muğbilin (şəhadətnamədə şəxsin soyadı və ata adı qeyd olunmamışdır) tam mülkiyyət hüquqi ləğv edilmiş DTXK-si tərəfindən 11 dekabr 2001-ci il tarixində JN-048A (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır, sözügedən şəhadətnamənin təsdiq edilmiş surəti də məktuba əlavə edilmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərir ki, onun mərhum həyat yoldaşı tərəfindən sözügedən 0,06 ha torpaq sahəsi 2005-ci ildə ölmüş X6 həyat yoldaşı X3 2003-cü ildə 550 ABŞ dollarına alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [26] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. 21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96. Ali Məhkəmədə icraat (...) 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 564/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarı ləğv edildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməməlidir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə 13 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində ünvan 4 ünvanında yerləşən 713.00 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində iddiaçı hansı hüquqlarının (mülkiyyət, istifadə, icarə) qeydə alınmasını istədiyini yazıb dəqiqləşdirməmiş, məhkəmə isə İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya sözügedən məsələdə yardım etməli olduğu halda, bunu etməmişdir. Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinə dəqiqləşmə barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdə olan Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrin cavabdeh X7 qadağan edilməsi, həmin ünvanda yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən müəyyən edilmişdir ki, Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsi 10 may 2019cu ildə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və Xızı rayon İcra və probasiya şöbəsinin 12 iyul 2019-cu il tarixli qərarına əsasən icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olmasının müəyyən edilməsi barədə olsa da, hazırki iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, qeyd edilən qətnamə ilə torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin iddiaçının faktiki olaraq istifadəsində olması müəyyən edilmişdir. İşdən görünür ki, Xızı rayonu, Köhnə Xızı qəsəbəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Muğbilin (şəhədətnamədə şəxsin soyadı və ata adı qeyd olunmamışdır) tam mülkiyyət hüququ ləğv edilmiş DTXK-si tərəfindən 11 dekabr 2001-ci il tarixdə JN-048A (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14757/2017 saylı, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair verilmiş JN-048A saylı şəhadətnamədə mülkiyyətçi kimi adı Muğbil kimi qeyd olunan şəxs ilə 26 avqust 1992-ci il tarixdə vəfat etmiş iş üzrə Abdulova (Muqbilova) İradə Muqbil qızının atası X6 eyni şəxs olması faktı müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi barədə iddia tələbi X7 qarşı yönəlmişdir. Azərbaycan Respubliksı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Yuxarıda adı çəkilən mülki iş üzrə tərəflər İddiaçı, cavabdeh X12, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi isə üçüncü şəxs olmuşdur. Həmin qətnamə ilə ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrin cavabdeh X7 qadağan olunması, torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı faktiki olaraq istifadəsində olması müəyyən edilmişdir. Həmin işlə hazırkı işdəki mübahisə predmetləri eynilik təşkil etsə də, iddia edilən torpaq sahəsi üzərində X4 mülkiyyət və ya digər hüququ qeydə alınmamışdır. Halbuki, əmlak üzərində istifadə hüququ mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. İddiaçı isə göstərmişdir ki, sözügedən torpaq sahəsi X6 arvadı X8 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına onun mərhum əri X1. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 2(068)-22/2019 nömrəli 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamə əsasında ünvan 9 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi 2005-ci ildə dünyasını dəyişmiş X11 həyat yoldaşı X8 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına iddiaçının mərhum həyat yoldaşı X1. Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə X6 adına verilmiş JN- 048A saylı şəhadətnamədə X6 təkcə adı “Muqbil” kimi göstərildiyindən torpaq sahəsini Rübabə Müqbilovadan alarkən tərəflər alqı satqı edə bilmədikləri üçün rəsmiləşdirilməmişdir. Bundan sonra iddiaçının mərhum həyat yoldaşı X14 rayonu Xızı qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 22 ünvanında olan ümumi sahəsi 163.04 kv.metr, yaşayış sahəsi 91.64 kv.metr, köməkçi sahəsi 71.40 kv.metrdən ibarət fərdi yaşayış evi tikmiş, lakin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmadığından fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi əvəz etmir. Belə ki, nə torpaq sahəsinin bölgüsünə dair, nə də ki onun üzərindəki fərdi yaşayış evi adlandırılan qeydiyyata alınmamış tikiliyə dair iddiaçının heç bir hüquqmüəyyənedici və ya texniki sənədləri yoxdur. Digər tərəfdən, torpaq sahəsinin mülkiyyətçisi olmuş X6 mülkiyyətində “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 713.00 kv.m deyil, cəmi 0,06 ha (600 kv.m) torpaq sahəsi mövcud olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı adlanan 21-ci maddəsində göstərilir ki, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını nəzərdə tutduğundan, mübahisəli torpaq sahəsinin və tikilinin iddiaçının istifadəsində olması faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi hazırkı icraat üzrə iddianın təmin edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı adlanan 19-cu maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər... İddiaçının isə qeyd edilən torpaq sahəsinə dair icarə (istifadə) müqaviləsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyatı ilə bağlı qanunda nəzərdə tutulan, ümumiyyətlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyi üçün iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təkrar apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və həmin ərizə məhkəmənin icraatına qəbul edildiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və mövcud iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 nömrəli qərarı dəyişdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiaçının ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-489/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-489/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver