Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-49/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-N(NN8)-N5N7/202N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, N/Q-760N saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, döyüş bölgəsinə (Milabad və Beyləqan) ezam olunmağı barədə hərbi hissə komandirinin əmrlərində döyüş tapşırığının icrası və ya döyüş təminatı ilə bağlı olması barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Daha sonra iddiaçı yenidən eyni tələblə 2020 və 202N-ci il tarixlərdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, N/Q-8768 saylı və xx.xx.202N-ci il tarixli, N/Q-N7969 saylı məktubu ilə müraciətə eyni məzmunda imtna cavabı verilərək bildirilmişdir ki, Mərkəz Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2N93 nömrəli arayışına əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə və ezamiyyətə göndərildiyi bölgələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona N993-cü ilin aprel ayından N997-ci il tarixə qədər erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarından iştirak etmiş şəxs kimi müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N975-cı il tarixində Dəvəçi şəhərində anadan olmuşdur. 23 aprel N993-cü ildə Dəvəçi rayon hərbi Komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə-əməliyyatlarda iştirak etmək üçün Beyləqan rayonunun Milabad kəndində sürücü-elektrik vəzifəsində xidmət göstərmişdir. N997-ci il tarixə qədər xidmət etmişdir. Orada döyüşçülərə və Müdafiə Nazirliyinə məlumatlar ötürməklə müvafiq döyüş xidmətini aparmışdır. Həmin ərazilərdə rabitə xidmətlərini göstərəndə ona verilən ezamiyyət vərəqəsinin arxa hissəsində qeyd edilən çağırışla bu vəzifələri icra etmək üçün ezamiyyətə yollanmışdır. Dəfələrlə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Qeyd edir ki, onunla birlikdə Səfərbərliyə çağırılaraq müxtəlif vəzifələrdə döyüşlərdə iştirak etmək üçün çağırılan döyüş yoldaşları müharibə veteranı adı və vəsiqəsini almışlar. Onların əmrlərindən də görünür ki, Milabad ərazisində ezamiyyətdə olmuşlar. Sadəcə yeganə fərq onların başqa ərazilərə də ezam olunmalarıdır. Lakin o, əfqan dilini bildiyi üçün (tərcüməçilik xidmətləri göstərməyi üçün) həmin ərazidə xidmət göstərməyi uyğun görülmüş və oradakı ezamiyyət müddəti uzadılmışdır. İddiaçı da müvafiq əmrləri icra etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-N(NN8)-N5N7/202N nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə prosesi qurtardıqdan sonra evdə təmir işləri apardığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin arayışını və əvvəlki hərbi bileti aşkar etmişdir. AR MN-nin N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 76 saylı arayışında qeyd edilmişdir ki, o, həqiqətən də döyüş əməliyyatları aparılan bölgədə xidmət edir. ******* saylı hərbi biletinin 7-ci səhifəsində N8-ci bəndində qeyd edilmişdir ki, iddiaçı xx.xx.N995-ci il tarixdən döyüş bölgəsində yerləşən (Beyləqan istiqamətində) N saylı hərbi hissədə qulluq etmişdir. Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Dəvəçi RHK-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N995-ci il tarixli N №-li əmrilə N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. Xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 248 №-İi əmrilə sürücü-elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N5 sutkalıq Zərdab rayonuna ezamiyyətə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 304 №-li əmrilə qazan təminatından çıxarılması barədə məlumat vardır. N4 dekabr N993-cü il tarixli 3N9 №-li əmrdə onun ezamiyyət müddətinin N6 dekabr N993-cü il tarixdən 25 dekabr N993-cü il tarixədək uzadılması, 0N fevral N994-cü il tarixli 3N №-li əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, N4 fevral N994-cü il tarixli 44 №-li əmrdə onun ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, 28 fevral N994-cü il tarixli 56 №-li əmrdə onun Beyləqan rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən uzadılması, xx.xx.N994-cü il tarixli 82 №-li əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, N4 aprel N994-cü il tarixli 97 №-li əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, 29 aprel N994-cü il tarixli NN2 №-li əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən N5 sutkalıq müddətinə uzadılması, N4 may N994-cü il tarixli N27 №-li əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, 3N may N994cü il tarixli N44 №-li əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994- cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, N5 iyun N994-cü il tarixli N59 №-li əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması, 29 iyun N994-cü il tarixli N73 №-li əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. AO seriyalı № ******* hərbi biletdən görünür ki, o, N993-N997-ci illərdə hərbi xidmətdə olmuşdur. Qeyd edir ki, Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2002ci il tarixli arxiv arayışından müəyyən olunur ki, o, döyüş əməliyyatları gedən dövrdə döyüş şəraitində yerləşən hərbi hissəyə ezam olunaraq qulluq etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) İnzibati Prosessual Məcəllə Maddə N4. Sübut etmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının barəsində göstərilən normanın dispozisiya şərtlərinin yerinə yetirilməməsi, yəni onun döyüş əməliyyatları aparılan bölgələrdə xidmət etməsi, həmin bölgələrə ezam olunması və s. təsdiqlənmədiyindən ona müharibə veteranı verilməsi üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) N994-cü il N2 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Əsasnamənin tələbinə görə hər iki kateqoriyadan olan hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün ortaq şərt Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında iştirak etməsi şərtdir. Yəni, hərbi qulluqçu döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olmalıdır. İş materiallarında olan AR MN Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 9/2-2N93 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Dəvəçi RHK-dan çağırılmış, İddiaçı komandirin xx.xx.N995-ci il tarixli N3N nömrəli əmrilə 2N3 nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. Xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 2N nömrəli əmrilə sürücü-elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N5 sutkalıq Zərdab rayonuna ezamiyyətə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 304 nömrəli əmrilə qazan təminatından çıxarılması barədə məlumat vardır. N4 dekabr N993-cü il tarixli 3N9 nömrəli əmrdə onun ezamiyyət müddətinin N6 dekabr N993-cü il tarixdən 25 dekabr N993-cü il tarixədək uzadılması, 0N fevral N994-cü il tarixli 3N nömrəli əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin 0N fevral N994-cü il tarixdən N5 fevral N994-cü il tarixədək uzadılması, N4 fevral N994-cü il tarixli 44 nömrəli əmrdə onun ezamiyyət müddətinin N6 fevral N994-cü il tarixdən 28 fevral N994-cü il tarixədək uzadılması, 28 fevral N994-cü il tarixli 56 nömrəli əmrdə onun Beyləqan rayonunda ezamiyyət müddətinin 0N mart N994-cü il tarixdən N5 mart N994-cü il tarixədək uzadılması, xx.xx.N994-cü il tarixli 8N nömrəli əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin 0N aprel N994-cü il tarixdən N5 aprel N994-cü il tarixədək uzadılması, N4 aprel N994-cü il tarixli 97 nömrəli əmrdə onun Milabad rayonunda ezamiyyət müddətinin N6 aprel N994-cü il tarixdən 30 aprel N994-cü il tarixədək uzadılması, 29 aprel N994-cü il tarixli NNN nömrəli əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin 30 aprel N994-cü il tarixdən N5 sutkalıq müddətinə uzadılması, N4 may N994-cü il tarixli N27 nömrəli əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin N5 may N994-cü il tarixdən 30 may N994-cü il tarixədək uzadılması, 3N may N994-cü il tarixli N44 nömrəli əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin 0N iyun N994-cü il tarixdən N5 iyun N994-cü il tarixədək uzadılması, N5 iyun N994-cü il tarixli N59 nömrəli əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin N5 iyun N994-cü il tarixdən 29 iyun N994-cü il tarixədək uzadılması, 29 iyun N994-cü il tarixli N73 nömrəli əmrdə onun Milabad rayonuna ezamiyyət müddətinin 0N iyul N994-cü il tarixdən N5 iyul N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin noyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının şəxsi heyətin siyahısına salınması, komandirin xx.xx.N995-ci il tarixli N3N nömrəli əmrində 2N3 nömrəli hərbi hissəyə göndərilməsi, iyun N995-ci il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən 2N3 nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N996-cı il tarixli, 76 saylı arayışdan görünür ki, iddiaçı döyüş əməliyyatları zonasında yerləşən 2N3 nömrəli hərbi hissədə xidmət keçmişdir. Həmçinin, iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin N8-ci bəndinin qeyd hissəsindən görünür ki, iddiaçı xx.xx.N995-ci il tarixdən döyüş bölgəsində yerləşən (Beyləqan istiqamətində) N saylı hərbi hissədə qulluq etmişdir. Bununla bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyinin N7 noyabr 2022-ci il tarixli, 4/2-7876 nömrəli məktubu ilə bildirmişdir ki, 2NN nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı 2N3 nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq baş mexanik vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçı Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə, 2N3 nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Dəvəçi RHK-na göndərilmişdir. NN0 nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 2N3 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə onun xidmət etdiyi 2N3 nömrəli hərbi hissənin döyüş əməliyyatları zonasında yerləşdiyi qeyd edilsə də, məhkəmə araşdırması ilə həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına aid edilmədiyi müəyyən edildi. Daha sonra iddiaçı məhkəmə iclasında izahatında N nömrəli hərbi hissədən Beyləqan rayonunun Milabad kəndinə ezam olunduğunu və həmin bölgədə gedən döyüş əməliyyatlarında iştirak etdiyini bildirmişdir. Bundan sonra məhkəmə kollegiyası sorğu ilə cavabdehə müraciət edərək iddiaçının N nömrəli hərbi hissədən ezam olunması ilə bağlı əmrlərin təsdiq edilmiş surətinin, həmçinin, N994-cü il tarixdə iddiaçının ezam olunduğu Milabad kəndində döyüş əməliyyatlarının aparılıb-aparılmaması barədə məlumatın məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyinin N9 yanvar 2023-cü il tarixli, 4/2-2N3 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Dəvəçi RHK-dan çağırılmış, İddiaçı 2N3 nömrəli hərbi hissəyə göndərildiyindən hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, N32 əmrilə hərbi hisənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin 30.09. N993-cü il tarixli 2N nömrəli əmrində təlim hərbi hissəsindən gəlmiş sıravi F.Q. Qədimovun sürücü-elektrik vəzifəsinə təyin olunması barədə, komandirin xx.xx.N994-cü il tarixli NNN nömrəli, xx.xx.N994-cü il tarixli N44 nömrəli, xx.xx.N994-cü il tarixli N59 nömrəli, xx.xx.N994-cü il tarixli N73 nömrəli, xx.xx.N994-cü il tarixli N89 nömrəli, xx.xx.N994-cü il tarixli 204 nömrəli, xx.xx.N994-cü il tarixli 2N9 nömrəli, xx.xx.N994-cü il tarixli 233 nömrəli, xx.xx.N994-cü il tarixli 28N nömrəli, xx.xx.N994-cü il tarixli 295 nömrəli, xx.xx.N994-cü il tarixli 306 nömrəli əmrlərində onun Milabaddakı ezamiyyət müddətinin N5 gün uzadılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N3N nömrəli əmrində xx.xx.N995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq 2N3 nömrəli hərbi hissənin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. 2NN nömrəli hərbi hissədən gəlmiş sıravi F.Q. Qədimov 2N3 nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq baş mexanik vəzifəsinə təyin olunmuşdur. AR Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçı Silahlı Qüvvələri sırasından ehtiyata tərxis olunduğuna görə, 2N3 nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Dəvəçi RHK-na göndərilmişdir. NN0 nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Milabad kəndinin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı N nömrəli hərbi hissədən Beyləqan rayonu, Milabad kəndinə ezamiyyətə göndərilmiş, xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixinədək həmin bölgədə hərbi xidmət etmiş, xx.xx.N995-ci il tarixdən 2N3 nömrəli hərbi hissəyə göndərilmiş, AR Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələri sırasından ehtiyata tərxis olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, idiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixinədək Milabad kəndində ezamiyyətdə olması, 27 iyun N995-ci il tarixdən 26 yanvar N997-ci il tarixinədək 2N3 nömrəli hərbi hissə xidmət etməsi barədə məlumat olsa da, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda nə Milabad kəndinin, nə də 2N3 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2, 33, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-N(NN8)-N5N7/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-49/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-49/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver