Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-49/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X30 qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi X16, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X6 və X9 iştirakları ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-1230/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 08 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən 37 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə qeydiyyata alındığı və digər payçıların yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin müraciətə əlavə olunmadığı aşkar edilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən və **********86-10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, **********86-10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası digər payçıların müraciətlərinin olmaması olmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.2 və 2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, onun digər üç nəfər payçıya müraciət etmək cəhdi baş tutmamış, həmin şəxslər onunla birlikdə cavabdehə müraciət etməyə müxtəlif səbəblərdən razı olmamışlar. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-1230/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi **********86-10301 reyestr nömrəli çıxarışda bələdiyə mülkiyyəti kimi göstərildiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması mümkün deyil. Belə ki, bələdiyyə torpaqlarının şəxslərin mülkiyyətinə ayrılması qaydası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində öz əksini tapmışdır. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, **********86-10301 reyestr nömrəli çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və bu barədə 14079 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Odur ki, həmin çıxarış verilən zaman torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyatının aparılmadığını, torpaq sahəsinin dövlət mülkiyyətində olmadığını və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşdiyi və sonuncu məqam barədə çıxarışın formasında xüsusi qeyd nəzərdə tutulmadığı üçün torpaq sahəsinin mülkiyyət növü kimi - bələdiyyə mülkiyyəti qeyd edilmişdir. Birinci instansiya məhkəməsi bu barədə lazımi qaydada araşdırma aparmamış, müvafiq sorğular verməmiş və bu hala düzgün qiymət verməmişdir. Fərdi yaşayış evinə dair xx.xx.2001-ci il tarixə qədər verilmiş 14709 nömrəli qeydiyyat vəsiqəsi öz növbəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2000-ci il tarixli, 13 saylı sərəncamına əsasən verilmişdir. Qeyd edir ki, fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma üzrə Mərkəzi Büro tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 435 inventar nömrəli Pasport verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ən azı həmin tarixdən ailəsinin istifadəsində olmuş, həmin yaşayış evinin bir hissəsi özgəninkiləşdirilmişdir, bu halda isə həmin torpaq sahəsi üzrə bələdiyyənin mülkiyyət hüququ heç bir halda qeydiyyata alına bilməzdi. Hesab edir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2-1(105)-559/2023 nömrəli qərardadı ilə İddiaçı3, İddiaçı4 və İddiaçı2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan üçüncü şəxslər məhkəməyə ərizə təqdim edərək İddiaçı1 ilə birgə iddiaçı qismində tanınmalarını xahiş etmişlər. Eyni zamanda, İddiaçı1 da daxil olmaqla, birgə iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən və **********86- 10301 reyestr nömrəli çıxarışa əsasən onların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0827 ha həyətyanı torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. Məhkəmə kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(105)-49/2024 nömrəli qərardadı ilə İddiaçı3, İddiaçı4 və İddiaçı2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, adıçəkilən şəxslər və İddiaçı1 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, mərhum İbad Ağakişiyevin arvadıdır. Mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmuş qaynı X17 öz payını İddiaçı2 satmışdır. Onun baldızı Ağakişiyeva (İsmayılova) Elmira Ağababa qızı vəfat etdiyindən sonuncunun payı vərəsəsi İddiaçı4 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək şikayətin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 nümayəndəsi X22 apellyasiya şikayətini müdafiə edərək şikayətin və dəqiqləşmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək dəqiqləşmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının müraciətinə tərəflərindən verilən imtina məktubunun yeganə əsası fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair digər payçıların notarial qaydada təsdiqlənmiş razılıqlarının olmamasıdır. Yaşayış evinə dair dövlət reyestrindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışda “torpaq sahəsinin mülkiyyət növü” qrafasında “bələdiyyə” mülkiyyəti göstərilməsi, hələ həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması demək deyildir. Belə ki, ümumi müəyyən edilmiş qaydaya görə şəxslərin yaşayış və ya qeyri-yaşayış sahələri üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınan zaman həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi onların xüsusi mülkiyyətlərində olmadığı halda, reyestrdən çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə mülkiyyəti göstərilir. Odur ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı tərəflərindən qəbul edilir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdehin orqanın imtinasının ilkin dəlili paylı mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyata alınmasına digər payçıların razılıqlarının olmaması olmuş, sonradan həmin payçılar ayrı-ayrılıqda bununla bağlı cavabdehə müraciət etmişlər və cavabdeh onların müraciətlərinin icrasından imtina etmişdir. Odur ki, payçıların razılıqlarının olmaması ilə cavabdehin dəlili hazırda aradan qalxmışdır. Hazırki imtinanın dəlili Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 0,0885 ha göstərildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin sərəncamında 0,05051 ha qeyd edilməsidir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 tələbi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olmuşdur. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin bələdiyə mülkiyyətində olması əsası ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışda “torpaq sahəsinin mülkiyyət növü” qrafasında “bələdiyyə” mülkiyyəti, “torpaq sahəsi üzərində hüququn növü” qrafasında isə “istifadə” göstərilmişdir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranma anı qanunvericilikdə dəqiq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Hazırki işdən isə görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, cavabdehin məktubundan da görünür ki, məhkəmənin istinad etdiyi hal ümumiyyətlə imtina əsaslarında qeyd edilməmişdir. Əksinə cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilən texniki pasportu hüquqmüəyyənedici sənəd olaraq qəbul etmiş, sadəcə digər birgə mülkiyyətçilərinin buna dair müraciəti olmaması əsası ilə imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmadığını, eləcə də cavabdeh tərəfindən bu əsasla imtina cavabı verilmədiyini nəzərə almadan, iş üzrə araşdırmanı yanlış istiqamətdə apararaq qeyd olunan əsasla iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İşdən görünür ki, X20 ilə hazırki iş üzrə İddiaçı1 ər-arvaddır, Püstə Ağakişiyeva isə X10, X2 və X7 analarıdır. Mübahisəli ünvana dair iş materiallarında olan arxiv əsaslarından müəyyən edilir ki, Xırdalan şəhəri, 1 May küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair Püstə Ağakişiyevanın adına 1980-ci ilin may ayında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 435 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmiş və həmin sənədin “Əsas tikinti planı” bölməsində həmin fərdi yaşayış evinin ümumi sahəsinin X10, X7 və X2 arasında bölüşdürülməsinə dair bölgü sxemi göstərilmişdir. Eyni zamanda, həmin texniki pasportdan yaşayış evinin ümumi sahəsinin 263 kv.m, həyətyanı torpaq sahəsinin isə 885,5 kv.m olduğu müəyyən edilir. Daha sonra sözügedən 435 inventar, 14079 reyestr nömrəli fərdi yaşayış evinə dair adıçəkilən şəxslərin müvafiq payları müəyyən edilməklə, 1996-cı ilin avqust ayında X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu” tərtib edilmişdir. Həmin texniki pasportdan müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi küçənin adı dəyişdirilərək 28 May küçəsi adlandırılmışdır. Bundan sonra, X20 mərhum anaları Püstə Ağakişiyevadan miras qalmış sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yuxarıda adıçəkilən şəxslər arasında bölüşdürülməsinə dair ərizə ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onun ərizəsi əsasında qəbul edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin 27 aprel 2000-ci il tarixli, 13 sərəncamına əsasən həmin həyətyanı torpaq sahəsi X13 292,6 kv.m, X11 175 kv.m, X4 isə 37.5 kv.m təhkim edilməklə, aralarında bölünmüşdür. Nəhayət, həmin fərdi yaşayış evi payçılar İddiaçı2 (36.6 kv.m hissədə) adına xx.xx.2015-ci il tarixdə, İddiaçı3 (40.0 kv.m hissədə) adına xx.xx.2021-ci il tarixdə, İddiaçı1 (21.0 kv.m hissədə) adına xx.xx.2022-ci il tarixdə, X5 (49,9 kv.m hissədə) adına xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə, fərdi yaşayış evinin yerləşdiyi 0,0189 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla, payçıların istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, **********86-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X1 ölmüş, onun vərəsəsi kimi İddiaçı4 müəyyən edildiyindən, E.İddiaçı4 payı xx.xx.2022-ci il tarixdə İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi İbad Ağakişiyev İddiaçı1 əri, X17 qaynı, X12 isə onun baldızıdır. Mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evləri adıçəkilən şəxslərin istifadəsində və sahibliyində olmuş, daha sonra X12 ölmüş, X17 isə öz payını İddiaçı2 satmışdır. Hazırda ümumi sahəsi 147,5 kv.m olan sözügedən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə payçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətlərindədir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası tərəfindən İddiaçı2, İddiaçı3 və İddiaçı4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, həmin şəxslər və İddiaçı1 birgə iddiaçı qismində tanınmışlar. İddiaçılardan İddiaçı1 müraciətinə cavabdeh tərəfindən verilən imtina məktubunun, eləcə də iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası isə fərdi yaşayış evinin paylı mülkiyyətdə olması və digər payçıların daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair razılıqlarının olmaması olmuşdur. Apellyasiya instansiyasında icraat zamanı digər payçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ayrı-ayrılıqda ərizə ilə cavabdeh orqana müraciət edərək mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdilər. Lakin, cavabdeh 28 dekabr 2023-cü il tarixli məktubları ilə müraciətlərin icrasından imtina edərək bildirmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 435 inventar nömrəli texniki pasportda torpaq sahəsinin ölçüsü 0,0885 ha qeyd edildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin 27 aprel 2000-ci il tarixli, 13 sərəncamına əsasən 0,05051 ha torpaq sahəsi İbad, Elmira və Elxan Ağakişiyevlərə ayrılmışdır. Belə ki, payçıların 0,05051 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim olunmaqla, müraciət ediləcəyi təqdirdə baxılacaqdır. Göründüyü kimi cavabdehin imtinasının ilkin dəlili paylı mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyata alınmasına digər payçıların razılıqlarının olmaması olsa da, sonradan həmin payçılar ayrı-ayrılıqda bununla bağlı cavabdehə müraciət etmişlər və cavabdeh onların müraciətlərinin icrasından imtina etmişdir. Odur ki, payçıların razılıqlarının olmaması ilə cavabdehin dəlili hazırda aradan qalxmışdır. Cavabdehin imtinasının hazırki dəlili isə yuxarıda qeyd edildiyi kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsünün 0,0885 ha göstərildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin sərəncamında 0,05051 ha qeyd edilməsidir. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həmin yaşayış evi, həm də onun tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair hazırki iş üzrə İddiaçı4 vərəsəsi olduğu Ağakişiyeva (İsmayılova) Elmira Ağababa qızının, X10 və X7 mərhum anaları Püstə Ağakişiyevanın adına 1980-ci ildə siyahının 1.11-ci bəndində istinad edən hüquqmüəyyənedici sənəd - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 435 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmiş və həmin sənəddə evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü 885,5 kv.m kimi göstərilmişdir. Cavabdehin imtina məktublarında istinad edilən Abşeron rayon İHB-nin Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin 27 aprel 2000-ci il tarixli, 13 sərəncamı isə torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd olmamaqla, həmin aktla İbad, Elmira və Elxan Ağakişiyevlərə münasibətdə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bölgüsü aparılaraq, onların payları müvafiq olaraq 292,6 kv.m, 37.5 kv.m, 175 kv.m (505,1 kv.m) müəyyən edilmişdir. Odur ki, hazırki iş üzrə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları Abşeron rayon İHB-nin Xırdalan qəsəbəsi üzrə nümayəndəsinin 27 aprel 2000ci il tarixli, 13 sərəncamına deyil, yuxarıda istinad edilən siyahının 1.11-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” una əsaslanır. Bu baxımdan, hüquqmüəyyənedici sənəd olan texniki pasport iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçılar qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı” ndan isə görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,0827 ha təşkil edir. Torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evi paylı mülkiyyətdədir, hər bir payçının giriş-çıxış qapısı var. İddiaçı1 məxsus tikili artırılmış sahə ilə birlikdə 0,0325 ha təşkil edir. Göründüyü kimi iddiaçıların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin 0,0827 ha olduğu müəyyən edilmişdir. Bu baxımdan, iddiaçılar məhkəməyə tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, fərdi yaşayış evinin yerləşdiyi 0,0827 ha həyətyanı torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən haqlı olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-1230/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən və **********86-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0827 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.