Məhkəmə qərarları › İş №2-1(105)-490/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-490/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-490/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehə ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində tikinti aparılmasına qadağa qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-1073/2021 saylı qərardadından İddiaçı tərəfindən apelyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehə ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində tikinti aparılmasına qadağa qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu Zarat kəndi ərazisində, Xəzər dənizi sahilində yerləşən məqsədli təyinatı Ehtiyat Fondu torpağı olan xüsusi mülkiyyəti 1,2795 ha təşkil edir. “Çıxarış”ı 2016-cı ildə almışdır. Ona məxsus sahənin 0,618749 ha hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qərarı ilə yeni tikilməkdə olan yolun altına alınması nəzərdə tutulmuşdur. Bu məqsədlə onun adına "xxxx" ASC-nin Sumqayıt filialına kompensasiya hesablanaraq 18562 manat məbləğində pul köçürülmüşdür. Onunla heç bir rəsmi və qeyri-rəsmi əlaqə və müzakirələr aparılmadan həmin ilin mart ayında ilk dəfə olaraq alqı-satqı müqaviləsi bağlamaq məqsədi daşıyan görüş olmuşdur. O, göstərilən məbləğlə razılaşmayaraq və bir sıra qanuni tələblərə əməl olunmadığını nəzərə alaraq imza etməkdən imtina etmiş və pulu almamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1073/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-1073/2021 saylı qərarını ləğv edərək ona məxsus Siyəzən rayonu ərazisində yerləşən 12795 ha torpaq sahəsi ilə bağlı Azərbaycan X1rşı mülkiyyəti ilə bağlı ona konpensasiyanın tam şəkildə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin düzgün tərtib edilmədiyini, vurulmuş ziyanla bağlı yenidən iddia qaldıraraq birinci instansiya məhkəməsinə təqdim edəcəyini bildiridi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X3 apelyasiya şikayətinin mümkün sayılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apelyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İddiaçı apelyasiya şikayəti verərkən şikayətin səhvən qətnamədən verilməsini qeyd etmiş, həmin şikayət əsaslandırılmamışdır. Yəni, iş materiallarına əlavə edilmiş apelyasiya şikayətindən görünür ki, iddiaçının apelyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin tələbinə uyğun verilməmişdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti ümümiyyətlə əsaslandırılmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən İddiaçı Azərbaycan Respublikası İPM-nin «Məhkəmənin yardım etmək vəzifəsi» adlanın 13-cü maddəsinə əsasən şikayətin düzgün əsaslandırılması təklif edilsə də, o buna razı olmayaraq yenidən birinci instansiya məhkəməsində artıq başqa tələblə, yəni, vurulmuş ziyanın ödənilməsinə dair cavabdehə qarşı iddia qaldıracağını bildirdi. Buna görə məhkəmə kollegiyası hesab edir ki, İPM-nin 85.2-ci maddəsinə əsasən şikayət əsaslandırılmadığından apelyasiya şikayətinə baxılması mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-1073/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud olmadığından apelyasiya şikayətinə baxılması qeyri-mümkün sayılmalıdır. NƏTİCƏVİ HİSSƏ Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 94-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehə ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində tikinti aparılmasına qadağa qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)- 1073/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması mümkün hesab edilməsin. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar