Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-490/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 2 saylı Regional Ərazi filialına qarşı “əmək xəsarətinə görə ödənilməyən aylıq ödənclərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-280/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ildən iddiaçıya ödənilməyən əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə zərərli iş stajına görə təqaüdə çıxmışdır. 1976-1994-cü ilədək Sumqayıt Şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti idarəsində asfaltdöşəyən briqadir işləmişdir. xx.xx.1993-cü ildə avtoqəza nəticəsində xəsarət almış və ona ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, əmək xəsarəti alan tarixdən 2014-cü ilin əvvəlinədək ona hər ay zərər vurmadan irəli gələn öhdəliyə görə ödənc ödənilmişdir. Lakin, ona məlum olmayan səbəblərdən 2014-cü ildən həmin ödəncin ödənilməsi dayandırılmışdır. Bununla bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə xx.xx.2021-ci il tarixdə müraciət etsə də, ərizəsinə heç bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət edərək, 2014-cü ildən bu günədək ona əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsinin təmin olunmasını tələb etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə yaranmış öhdəliklər üçün DSMF məsuliyyət daşımır. Xəsarətə görə müavinətin alınması üçün vətəndaşın müəssisədə xəsarət aldığını təsdiq edən sənəd olmalı və müəssisə özəlləşdirilmiş, dövlət müəssisəsi olmalıdır. Qeyd edir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 12 yanvar 2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemindən İddiaçı dair məlumat aşkarlanmamışdır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli **********55 nömrəli məktuba əsasən müəssisə Sumqayıt Şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hal-hazırda dövlət müəssiəsi olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir, özəlləşdirilməmişdir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir”. Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin raşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti oİmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Belə ki, iddiaçı “xəsarətə görə ödənc” tələbinə dair xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi şöbəsinə müraciət etmişdir. Qeyd edir ki, işçinin aylıq müavinəti almaq hüququ mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına və idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəbdən, iddiaçıya aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-280/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, bəzən elə olur ki, müəssisə ləğv olunur və ya yenidən təşkil olunur. Bu zaman təyin olunmuş ödənclərin ödənilməsini dövlət öz üzərinə götürür. Belə olan halda müəssisənin varisi müəyyən olunanadək, müəssisə özəlləşdirilənədək həmin ödənclərin aylıq müavinət şəklində ödənilməsini dövlət öz üzərinə götürür. Məhz buna görədir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və vaxııd peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları" təsdiq edilmişdir. Hazırki iş üzrə iddiaçının işlədiyi və istehsalat xəsarəti aldığı müəssisə Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hazırda dövlət müəssisəsi olsa da, fəaliyyətini dayandırmış və özəlləşdirilməsi hələ baş tutmamış bir təşkilatdır. Belə olan halda “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2003-cü il tarixli AR NK-ın Qərarının 1.2-ci bəndinə əsasən vətəndaşa xəsarətə dörə təyin olunan ödənci dövlət büdcəsi hesabına aylıq müavinət şəklində ödənilməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəsisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəməlidir. Qanunun tələbinə görə heç bir halda zərərçəkən ona ödənilməli olan puldan məhrum edilə bilməz. AR Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları“ da məhz buna görə qəbul edilmiş, bununla da vətəndaşların sosial müdafıəsini dövlət öz üzərinə götürmüşdür. Həmin Fərmanın 5.2 və 5.3-cü bəndlərinə əsasən bu cür aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi ƏƏSMN-nin yerli orqanları və DOST xidmətlərinə həvalə edilmişdir. Bıı səbəbdən, hesab edir ki, istehsalatda xəsarətlər almağı, bu xəsarətə görə 2014-cü ilədək aylıq 80 manat ödənc almağı işin mübahisəsiz halıdır. Mübahisəli hal isə odur ki, ona 2014-cü ildən bu ödəncin verilməsi dayandırılıb. İmtinaya əsas olaraq qeyd edilmişdir ki, müəssisə rentabelli olmayıb, fəaliyyətini dayandırıb, özəlləşdiriləndən sonra onun hüquqi varisi müəyyən olunacaq. Hesab edir ki, həmin müddət ərzində onun hüquqları pozulmuş olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ. Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” 1.1-ci bənd. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı və Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ –ndan göründüyü kimi yalnız özəlləşdirilməyə çıxarılmış və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində işləmiş və istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərin sosial təminatını dövlət öz üzərinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının işlədiyi və istehsalat xəsarəti aldığı müəssisə Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir və özəlləşdirilməmişdir. Belə olan halda iddiaçının yuxarıda göstərilən Fərmanın müddəalarına əsaslanaraq ona ödənməli olduğu ödəncin sosial müdafiə orqanından tələb etməsi əsassız hesab edilməlidir. Bu baxımdan, məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçıya məxsus xx.xx.1965-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1976-cı il tarixindən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində işləmişdir. İş materiallarında olan 25 iyun 1993-cü il tarixli istehsalatda baş verən bədbəxt hadisə haqqında aktdan görünür ki, İddiaçı 24 iyun 1993-cü ildə saat 13:15-də nahar fasiləsindən qayıdarkən yolu keçən zaman avtomobil qəzasına uğramışdır. İşdə olan TSEK-in xx.xx.1997-ci il tarixli, 030860 nömrəli arayışından görünür ki, İddiaçı istehsalat qəzası nəticəsində 2-ci (ikinci) dərəcəli ömürlük əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək 2014cü ildən bu günədək əmək xəsarətinə görə ona ödənilməmiş aylıq ödənclərin ödənilməsini xahiş etmiş, müraciətə baxılmış və cavabdeh orqan tərəfindən yuxarıda eyd edilən səbəblərdən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İşin hallarından görünür ki, hazırkı iddia tələbi əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsinin cavabdehə həvalə edilməsi barədədir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində işləyən zaman bədbəxt hadisə zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, əmək xəsarəti ilə əlaqədar ona 2014-cü ilin əvvəlinədək aylıq ödənclər ödənilmişdir. Bundan sonra iddiaçı ona ödənclərin ödənilməsi barədə cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmiş, daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” nin 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Beləliklə, qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi 2 kateqoriya müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərinə aylıq ödənclər verilir: 1) Özəlləşdirilən dövlət müəssisələri; 2) İdarəetməyə verilən dövlət müəssisələri. İşin hallarından görünür ki, iddiaçının əmək xəsarəti aldığı Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi qeyd olunan kateqoriyadan olan müəssisələrə aid deyil. Belə ki, birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilən 13 yanvar 2022-ci il tarixli **********55 saylı məktubdan görünür ki, Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hal-hazırda dövlət müəssisəsi olmaqla, Sumqayıt şəhər İcra hakimiyyətinin tabeçiliyindədir və özəlləşdirilməmişdir. Yəni, sözügedən müəssisə özəlləşdirilməmiş dövlət müəssisəsidir. İdarəetməyə verilən dövlət müəssisələrinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli fərmanı ilə “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1 və 1.2-ci bəndlərinə əsasən bu Əsasnamə, dövlət müəssisələrinin (obyektlərinin) (bundan sonra müəssisə (obyekt) fərdi layihələr əsasında dirçəldilməsini təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə işlənib hazırlanmışdır. Əsasnamə müəssisələrin (obyektlərin) müqavilə əsasında idarəetməyə verilməsinin ümumi qaydalarını o hallarda müəyyən edir ki, obyektin özəlləşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyildir, yaxud hələ vaxtı çatmamışdır. Əsasnamənin 3-cü bəndində qeyd edilir ki, müəssisənin idarəetməyə verilməsi yolu ilə dirçəldilməsi haqqında qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunur. Müəssisənin idarəetməyə verilməsi formaları aşağıdakılardır: - müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə açıq müsabiqə keçirilməsi yolu ilə; - müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə qapalı müsabiqə keçirilməsi yolu ilə; - konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə edilməsinə dair onunla müqavilənin bağlanması yolu ilə. Beləliklə, Əsasnamənin müddəalarından görünür ki, müvafiq müəssisənin idarəetməyə verilməsi haqqında qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunur, bundan sonra müəssisə müqavilə əsasında idarəetməyə verilir. Lakin, hazırkı işin hallarından görünür ki, Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsinin idarəetməyə verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edilməmişdir. İddiaçının vəkili də məhkəmə iclasında izahatında sözügedən müəssisənin idarəetməyə verilən dövlət müəssisəsi olmadığını etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının əmək xəsarəti aldığı vaxt işlədiyi müəssisə hazırda özəlləşdirilmiş və ya idarəetməyə verilən dövlət müəssisəsi deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin imtinası və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri isə məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-280/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-490/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-490/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver