Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-490/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra başçısı nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-565/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 21 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamından görünür ki, Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında X4 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 1685 saylı, xx.xx.2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən X4 0.10 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon Şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. X4 ayrılması nəzərdə tutulmuş 0,10 ha həyətyanı torpaq sahəsinə dair Abşeron rayonu X1 planından çıxarış tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı (yararsız) təyinatlı olmaqla, məqsədi istifadə növü sahibkarlıq kimi qeyd olunmuşdur. Torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 22 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən cavabdeh inzibati orqana edilmiş müraciət və ona əlavə edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 28 sentyabr 2022-ci tarixli cavab məktubunda qeyd edilmişdir ki, X1 planından çıxarışda göstərilən koordinatlarda yerləşən torpaq sahələri Mərkəzin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən dövlət torpaq fondunun ərazisinə (Masazır gölünün ərazisinə) düşür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsi yaxınlıqdan keçən "xxxx" ASC-yə məxsus 220 kV-luq “2-ci Zabrat” hava xəttinin mühafizə zonası xaricindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsi Səhmdar xəmiyyətin balansında olan 10 kV-luq “Gölətrafı” elektrik hava xəttindən 11 (on bir) metr aralıda yerləşir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 22 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin ərazisindən (koordinatları X40.494477, Y49.760522) “Azəriqaz” İstehsalat Birliyinin Bakı X13 Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri keçmir. 1. Torpaq sahəsinin ərazisindən "xxxx" MMC-yə məxsus qazdoldurma kompressor stansiyasına məxsus D-159 mm-lik yerüstü 4 atm yüksək təzyiqli qaz xətti keçir (Qaz xəttinin mühafizə zonası pozulmuşdur). 2. Torpaq sahəsinin yaxınlığından BRQİD-nə məxsus yeraltı orta təzyiqli PE-160 mm-lik qaz xətti keçir. (Məsafə 15 metr mühafizə zonası pozulmamışdır). 3. Torpaq sahəsi SOCAR-a məxsus pay-hasilat torpaqlarının ərazisinə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 04 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin yaxın qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq çıxarışlar məktuba əlavə edilmişdir. “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin qazdoldurma kompressor stansiyasına məxsus diametri 159 mm olan, yerüstü, 4 atm yüksək təzyiqli qaz xətti xx.xx.2020-ci il tarixində istismara qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, 1.Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamı məhkəmə tərəfindən təqdim olunmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. 2.Abşeron rayonu X1 planından çıxarışda qeyd olunmuş 0.12 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi ilə Abşeron rayonu X1 planından çıxarışda qeyd olunmuş torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 0.0852 ha təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xırdalan südçülük-tərəvəzçilik savxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilməsi haqqında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik savxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq Məmmədova (Cəfərova) Rəhilə Cəfərqulu qızına 0.10 ha torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 1685 nömrəli rəyinə əsasən həmin torpaq sahəsinin qanuna müvafiqliyi və DTXKnin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsinin yer quruluşu və planı Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən də öz təsdiqini tapmışdır. O, həmin torpaq sahəsini artıq 26 ildirki təyinatı üzrə fasiləsiz və etirazssız istifadə edir. Tərəfindən həmin torpaq sahəsi uzun müddət istifadə edildiyindən “torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyesterində adına qeydiyyatdan keçməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubla cavab verilərək həmin torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıca aktı təqdim edilməməsini, sözügedən torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyinin aşkar edildiyini, bundan əlavə həmin torpaq sahəsi üzrəndə hüquqların daşınmaz əmlakın Dövlət reyesterirndə qeydiyyata alınması ilə bağlı digər şəxs tərəfindən müraciətin daxil olduğunu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğunu əsas gətirərək imtina cavabı verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina formal əsaslarla göstərildiyindən imtina qanunsuz və əsassız hesab edilməklə iddia ərizəsi təmin edilməli və həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyesterindən onun adına qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, həmin torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıca aktı təqdim edilməməsi ilə bağlı gəldiyi nəticəyə münasibət olaraq qeyd edir ki, həmin torpaq sahəsi sərəncamla ona verilərkən torpaq sahəsinin baş planı ona verilməsə də, həmin torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən yer qurluşu və planına dair ona lahiyə verilmişdir. Cavabdehin imtina məktubunun ikinci əsası olan sözügedən torpaq sahəsinin paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyinin aşkar edildiyi ilə bağlı göstərilənlərə münasibət olaraq qeyd edir ki, göstərilən elektrik xətti həmin torpaq sahəsində təxminən 50 metr məsafədən keçir və qüvvədə olan qanunvericiliyə əsasən elektrik xəttinin torpaq sahəsindən qeyd olunan məsafədən keçməsi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməməsinə heç bir əsas ola bilməz. Bundan əlavə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınması ilə bağlı digər şəxs tərəfindən müraciətin daxil olduğunu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğunu əsas gətirməsi olmuşdur. Bu hissəyədə münasibət olaraq qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı Azər adlı şəxs dəfələrlə onlara müraciət edərək torpağın ona aid olmasını iddia etmiş və bununla bağlı tərəfindən Abşeron RPİ-nə müraciət olunmuş və Abşeron RPİ-nin təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən toplanmış materiallar rədd edilmişdir. Qeyd eldiyi kimi həmin torpaq sahəsi artıq 26 ildir ki, onun faktiki istifadəsindədir. Həmin torpaq sahəsini fasiləsiz və etirazsız istifadə edir və bu əsaslarla eyni zamanda torpaq sahəsinin ona məxsus olmasını təsdiq edəcək hüquqmüəyyəncdici sənədlərə əsasən onun adına dövlət qeydiyyatından keçirilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi X2 16 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı ii tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmədiyi; 2.Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu; 3.Torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında yerləşdiyi; 4.Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (6 və 220 KVT) mühafizə zolağında yerləşdiyi; 5.Sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-565/2023 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilmiş, Masazır kənd nümayəndəliyi Xırdalan südçülüktərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh inzibati orqanın qeyd etdiyi dəlillərə əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında X4 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsi verilməsi qərar alınmışdır. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısını Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi vətəndaşın əleyhinə şərh olunmamalıdır. Eynizamanda mübahisəli torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 1685 saylı, xx.xx.2014-cü il tarixli rəydən aydın olur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə X4 fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi verilməsi qanuna müvafiqdir. Beləliklə, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olmuşdur. Məhkəmə tərəfindən torpaq sahəsinin təyinatının və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı (yararsız) təyinatlı olması qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqan öz məktubu ilə imtinasında göstərdiyi dəlili təkzib etmiş, torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən və mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Cavabadeh orqanın sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilməsi dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, təqdim olunmuş iş materialında elektron məlumat bazasına əsasən iddiaçıya ayrılmış Abşeron rayonu X1 planından çıxarışda göstərilən 0.12 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları "xxxx" MMC-yə məxsus torpaq sagəsi ilə üst-üsə düşmür, torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Əgər qeyd edilən hal mövcud olsa idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, məhkəmə haqlı olaraq qərarında, Abşeron Rayon İcra Hakimiyyəti Başçısısnın Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan südçüliik-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 saylı məktubu əsasında X4 fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsi verilməsi qərara alındığını qeyd edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.1 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti Başçısını Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməsi vətəndaşın əleyhinə şərh olunmamalı olduğu qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin ikinci dəlilinə gəldikdə isə yəni torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd ləsərüfatlı təyinatlı torpaqlara aid olması dəlilinə dair bildirir ki, məhkəmə tərəfindən torpaq sahəsinin təyinatının və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana sorğu ünvanlamışdır. Cavabdehin 07 oktyabr 2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərülatı (yararsız) təyinatlı olması qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqan öz məktubu ilə imtinasında göstərdiyi dəlili ləkzib etmiş, torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 7-ci hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Göründüyü kimi cavabdeh orqanın bu dəlilidə əsasızdır. Cavabdeh orqanın apellyasiya şikayətini digər əsası kimi torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında yerləşdiyini qeyd edir. Qanunvericilikdə, "Daşınmaz Əmlakın Dövlərt Reyestri haqqında” Azərbaycan Respublikası Qanıınun 15-ci maddəsində, torpaq sahəsinin mühafizə zonasında yerləşməsi torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas göstərilməmişdir. Respublikada hal-hazırda kifayət qədər torpaq sahələri və yaşayış evləri var ki, onlar mühafizə zonasında yerləşirlər və həmin sahələrə cavabdeh orqanın müxtəlif zəruri dairələri tərəfindən çıxarışlar verilmişdir. Həmçinin mübahisəli torpaq sahəsinə yaxın ərazidə yerləşən torpaq sahələrinində çıxarışları vardır. Məhkəmə tərəfindən verilmiş sorğulara alınmış cavablarda,”Azərişiq” ASC tərəfindən 04 oktyabr 2022-ci il tarixli cavab məktubunda Abşeron rayonu Masazır kəndində yerləşən İddiaçı məxsus 0.10 ha torpaq sahəsi yaxınlığından keçən "xxxx" ASC-yə məxsus 220 kV-lııq “2-ci Zabrat" hava xəttinin mühafizə zonası xaricində olduğunu qeyd elmişdir. “Azəriqaz”İstehsalat Birliyi tərəfindən məhkəmə sorğusuna ünvanlanmış 22 noyabr 2022-ci il tarixli cavab məktubunda Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X13 Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri keçmədiyi bildirilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respqblikubimn İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqlann Dövlət qeyddiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın sürətlərindən və mütəxəssi rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Cavabdehin sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər şəxs ("xxxx" MMC) tərəfindən müraciət daxil olduğu, eyni zamanda daşınmaz əmlaka dair mübahisə olduğu aşkar edilməsi dəlilinə əsasən məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, təqdim olunmuş iş materiallarında elektron məlumat bazasına əsasən iddiaçıya ayrılmış Abşeron rayonu Masazır bələdiyyəsinin yerqurluşu planından çıxarışda göstərdən 0.12 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin kordinallan "xxxx" MMC-yə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin kordinatlarının başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak X8 və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1 İ8)-565/2023 saylı qərarından verdiyi apellyasiya şikayətini rədd edək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-565/2023 saylı qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. .....
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; ...... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi ünvan 4i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi torpaq sahəsinin ayrılmasına dair qərara ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi, torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyintalı torpaqlara aid olması, paylayıcı qaz xətti və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi, mübahisə olması halına istinad edilmişdir. Birinci instanisya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 04 avqust 1996-cı il tarixli 28 №li Sərəncamı ilə X3 adına fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 04 avqust 1996-cı il tarixli 28 №li Sərəncamı ilə X3 adına fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqununa dair sənəd verilməsinə etiraz etməməsi barədə rəy verilmiş, bələdiyyənin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş torpaq sahəsinin müayinə aktı, mütəxəssis rəyi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi ayrıldığı vaxtdan hazıradək iddiaçının faktiki istifadəsində olmaqla, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1 2.7ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüququn əldə edilməsini təsdiq edən sənədlər kimi qeyd edilmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Qeyd olunan normaların dispozitiv şərtlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusunda aşkar edilmədiyini bidlirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, bununla bağlı qeyd edilməlidir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin hallar formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ərazisindən yeraltı və yerüstü qaz xəttlərinin keçmədiyi, yalnız müvafiq qazdoldurma kompressor stansiyasına məxsus olan qaz xəttinin mühafizə zonasında yerləşdiyi, həmin qaz xəttinin isə xx.xx.2020-ci il tarixdə istismara verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, müvafiq qaz xətti torpaq sahəsinin iddiaçının adına ayrılmasından və onun istifadəsinə verilməsindən sonra istismara verilmişdir. Belə olan halda isə həmin əsasa istinad edilməklə iddiaçının torpaq sahəsi ilə bağlı yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu halda məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək, hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina və şikayətin dəlili kimi həmin hala istinad etməsi əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili kimi həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolağında yerləşmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olması halı, habelə başqa şəxslərə məxsus torpaq sahəsi ilə üstüstə düşməsi halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili kimi torpaq sahəsi ilə bağlı mübahisə olması halına istinad etməsi formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı hal da mübahisələndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin torpaq sahəsi üzrə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etməklə, onun tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsədmüvafiq hesab edilməsi barədə rəy qəbul edilmiş və həmin rəy hazırda qüvvədə olmaqla, ləğv edilməmiş, dəyişdirilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının ehtiyat fondu torpaq sahəsi olduğu və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının ehtiyat fondu torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-565/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilə