Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-490/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlu oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Ağğalar qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onlara zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-259/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları "xxxx" ASC-nin 19 oktyabr 2007-ci il tarixli, 293a saylı əmrindən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2007-ci il tarixindən hərbirinə ömürlük hər ay 74 manat 67 qəpik ödənc ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığı təqdirdə, onun sağlığında düçar olduğu xəstəliklə ölümünə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqə olmasını təyin etmək hal-hazırda mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ş.İsayevə dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 07 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Cavabdehin imtina məktubundan görünür ki, X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı üçün İddiaçı1 və İddiaçı2 özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı halda İddiaçı2 onun vəfatı ilə əlaqədar xx.xx.2022-ci il tarixindən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Bu səbəbdən sözügedən müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ş.İsayevə dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin əliiiik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 07 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim etdiyiniz “Ölüm haqqında şəhadətnamə” və HƏEK-nıb 5164 saylı müayinə aktından çıxarışın kserosurətlərində qeyd edilənlərlə, yəni “Beyin qan dövranının kəskin təkrar pozğunluğu ilə, ftor birləşmələrlə xroniki intoksikasiya İV mərhələ” diaqnozları arasında tibbi nöqteyi nəzərdən birbaşa səbəbli əlaqə olması qənaətinə gəlmək mümkün deyildir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ftor birləşmələri ilə xroniki intoksikasiya və beyin qan dövranı kəskin pozulması bir-birindən fərqli nozologiyalardır və əlaqəli deyillər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin özünün müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə peşə xəstəliyinə görə sağlamlığı pozulmuş işçinin və ya bu şöbədən həlak olmuş işçinin himayəsində olan ailə üzvü olaraq onlara aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılmasını bildirmişdir. Cavabdeh orqanın zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılması ilə razı deyil. Cavabdehin bu hərəkəti qanunazidd olmuşdur. Belə ki, mərhum X4 iddiaçılardan İddiaçı1 həyat yoldaşı və digər İddiaçı2 isə atasıdır. Mərhum uzun müddət zərərli istehsalat sahəsi sayılan Sumqayıt Alüminium zavodunda çalışmağının nəticəsi olaraq sağlamlığını itrmiş və Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.1983-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini 80% itirməklə ona 2-ci qrup peşə xəstəliyi üzrə əlillik təyin edilmiş və nəticə olaraq həmin müəssisə tərəfindən sağlamlığa vurulmuş zərərə görə ödənc təyin edilmişdir. Mərhum vəfat etdikdən sonra, iddiaçılar onun himayəsində olan ailə üzvləri kimi, həmin müəssisəyə - "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 283a №-li “ömürlük Ödəncin verilməsi haqqında”əmrinə əsasən, “vəfat etmiş Ş.Ş.İsayevin əmək qabiliyyətli olmayan arvadı İddiaçı1 və 2-ci qrup əlil övladı İddiaçı2 ömürlük olaraq odənc ödənilsin, əmrin surəti əlavə edilir. Həmin aylıq ödənci iddiaçılara xx.xx.2022-ci il tarixədək həmin müəssisə tərəfindən tam olaraq ödənilmişdir. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "Azəralüminium” Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cı il tarixli sərəncamına əsasən, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, Mərkəzi icra hakimiyyətinin sözügedən qərarı ilə xx.xx.2022-ci il tarixdən "Azəralüminium” ASC zərərə görə aylıq ödəncin verilməsini dayandırmış və həmin tarixdən ödənc alanlar kimi onları cavabdeh DSMF-yə təhkim etmişdir. Cavabdeh orqan isə zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinəti yalnız xx.xx.2022-ci il tarixdən ödəməyə başlasa da, sözügedən müavinət ödənişini xx.xx.2022-ci il tarixdən birdəfəlik olaraq dayandırmışdır. Cavabdeh orqan aylıq müavinətin dayandırılmasını, X1 ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı halda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsinin qanunvericliyin tələbləri baxımından mümkün hesab etməməsi ilə əsaslandırmışdır. Cavabdeh orqanın zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılmasına dair hərəkəti, mülki qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Hesab edirlər ki, cavabdeh orqanın öz səlahiyətlərini aşmış və hüquqa zidd hərəkətlərə yol vermişdir. Yuxarıda qeyd olunduğu kimi, X1 iş yerində, zərərli istehsalat sahəsində çalışdığına görə sağlamlığına işəgötürən tərəfindən zərər yetirilmiş və bunun əvəzi olaraq aylıq ödənc təyin edilmişdir. Zərərə görə ödənc alan şəxs Ş.İsayev vəfat etməsi səbəbindən zərər yetirən müəssisə tərəfindən ödənc dayandırılmışdır. Bu zaman iddiaçılar, zərərə görə ödənc alan şəxsin (ölənin) himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuşdur. Beləcə tərəflərindən tələb olunan sənədlər zərərə görə ödənci ödəyən müəssisə - "xxxx" ASC-yə təqdim edilmiş və müəssisə tərəfindən AR Mülki Məcəlləsinin 1121 və 1122-ci maddələrinə istinadən ödəncin verilməsi bərpa edilərək ona hüququ olan hər ikisi arasında bərabər məbləğdə ömürlük olaraq ödənilməyə başlanılmışdır. Onlar iddiaçılara aylıq müavinət cavabdeh orqan tərəfindən dayandırılarkən buna dair inzibati akt qəbul edilməmişdir. Belə ki, cavabdeh orqanın iddiaçılara ünvanladığı cavab məktubunda ona istinad olunmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçıları inzibati icraata dəvət etmədən, araşdırmanı iştirakları olmadan, etimad göstərdikləri zərərə görə aylıq ödəncin verilməsinə dair inzibati akt qüvvədə olduğu halda, eləcə də onun əvəzləşdirilməsinə dair mərkəzi icra hakimiyətinin inzibati aktı olduğu halda, aylıq müavinətin dayandırılması haqqında ayrıca inzibati akt qəbul etmədən, bununla da aylıq müavinət üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçıların qanunla qorunan hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. Bundan başqa, cavabdeh orqan aylıq müavinətin dayandırılması məsələsini həll edərkən həm zərərə görə mülki qanunvericiliyin tələblərini, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanması, aparılması və yekunlaşdırımasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Ona görə də cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə formal olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-cı il tarixli 804 fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının 3-cü bəndində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraat aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə zərərə görə aylıq Ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandıra bilməz. Zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin verilməsi barədə inzibati akt iddaçılar üçün əlverişli inzibati aktdır və iddiaçları belə bir əlverişli inzibati aktın nəticlələrindən məhrum edən və ya məhdudlaşdırılan, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçılar əlverişli inzibati akt olan aylıq müavinəti zərərə görə aylıq ödəncin, eləcə də onun əvəzi olaraq verilən aylıq müavinətin verilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız müavinəti dayandırdıqdan sonra iddiaçıların müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraza qeyd etmişdir ki, sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığından müavinətin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. X1 vəfat səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilməmişdir. Bu səbəbdən İddiaçı2 aylıq ödənc əvəzinə müavinəti xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ilə dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-259/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərarın ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh DSMFnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları və işin halları ilə müəyyən olunur ki, "xxxx" ASC-nin 19 oktyabr 2007-ci il tarixli, 293a saylı əmri əsasında İddiaçı1 və İddiaçı2 xx.xx.2007-ci il tarixindən hərbirinə ömürlük hər ay 74 manat 67 qəpik ödənc ödənilmişdir. Həmin aylıq ödənci iddiaçılara xx.xx.2022-ci il tarixədək həmin müəssisə tərəfindən tam olaraq ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2008ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq iddiaçılara cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixindən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmiş, lakin müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. İddiaçılar 2007-ci il tarixdən qanunvericiliklə müəyyən edilmiş sosial təminatdan istifadə etdikləri halda, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində bu hüquqdan mərhum olmuşdurlar. İddiaçılar uzun illər ödənc almış, cavabdeh orqan isə ödəncin müavinətlə əvəz edilməsinə öhdəlik götürmüşdür. Bunun əksi qanuni gözlənti və hüquqi müəyyənlik prinsiplərinə ziddiyət təşkil edir . Bundan başqa cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 30171 nömrəli, xx.xx.2022-ci ii tarixli qərarı ilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçinin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və ya himyəsində olmuş digər şəxslərə aylıq ödənc əvəzinə verilən müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial ödənişlər departamentindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktuba əsasən X1 ölüm şəhadətnaməsində ölüm səbəbi kimi “beyin qan dövranın kəskin təkrar pozuntusu” olduğu müəyyən edilmiş, ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilməmişdir. Bu səbəbdən İddiaçı2 aylıq Ödənc əvəzinə müavinəti xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ilə dayandırılmışdır. Məhkəmə qərarında təyin edilmiş müavinətin dayandırılmasını etimad hüququnun pozulması kimi qiymətləndirmiş, lakin etimadın qorunması hallarının mövcudluğu ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə inzibati orqanın iddiaçıların uzun illərdir aldığı Ödəncin müavinəti ilə əvəz edilməsi prosesin hansı normalar və hansı inzibati icraat ilə apardığını göstərə bilmədiyinə istinad etmişdir, lakin müavinət 30171 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş, digər inzibati icraat materialları da məhkəməyə təqdim edilmişdir.Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 2-1(118)- 259/2024 nömrəli qərarı inzibati icraatın düzgün aparılmaması ilə əsaslandırılmışdır. Lakin İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının müavinət təyinatı düzgün aparıimadığından, inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə Ağğalar qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət 1.İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtlər və məbləğ haqqında” qaydaları Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı olmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, mərhum şəxsin ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı üçün aylıq ödəncin təyin edilməsi qnaunvericiliyin tələbi baıxmından mümkün olmamışdır, bu səbəbdən də müavinətin ödənişi dayandırılmış, artıq ödəmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, mərhum şəxs əmək vəzifəsini yerinə yetirərkən aldığı xəsarətə görə müayinə aktı tərtib edilmiş, əmək qabiliyyətinin 80 faizini itirdiyi müəyyən edilmişdir. Bu səbəbdən də işəgötürənin müvafiq əmri ilə vəfat etmiş mərhum şəxsin həyat yoldaşı və övladına ömürlük aylıq ödəncin ödənilməsi təyin edilmişdir. Cavabdeh inzibati orqanın müvafiq qərarları ilə iddiaçılara təyin edilmiş aylıq müavinətin təyin edilməsinin mümkün olmaması qərara alınmış, səbəb kimi mərhum şəxsin ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmaması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı mərhum şəxsin ölüm səbəbinin onun aldığı əmək xəsarəti və ya peşə xəstəliyi ilə bağlı olub-olmaması halının aydınlaşdırılması üçün müvafiq tibb müəssisəsinə sorğu ünvanlanmış, sorğunun cavabında ftorr birləşmələri ilə xroniki intoksikasiya və beyin qan dövranı kəskin pozulmasının bir-birindən fərqli nozologiyalar olması və əlaqəli olmaması qeyd edilmişdir. Göründüyü kimi mərhum şəxsin ölüm səbəbinin onun istehsalatda aldığı əmək xəsarəti və ya peşə xəstəliyi səbəbindən baş verməməsi iş materialları əsasında öz təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən əmək qanunvericlik normasının dispozitiv şərtlərinə əsasən məhz işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər almaq hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Qeyd edilən qanunvericilik normalarının dispoztiv şərtlərinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və ya peşə xəstəliyinə tutulmuş şəxs vəfat etdikdə onun ailə üzvləri o halda aylıq müavinət almaq hüququna malik olur ki, mərhum şəxs məhz əmək xəsarəti və ya peşə xəstəliyi səbəbindən vəfat etmiş olsun. Başqa sözlə desək, mərhum şəxsin ölüm səbəbi ilə onun sağlamlığının pozulmasına səbəb olan aldığı əmək xəsarəti və ya peşə xəstəliyi arasında səbəbli əlaqə olmalıdır. İndiki halda isə iddiaçılara münasibətdə mərhum şəxsin ailə üzvləri qismində həmin aylıq ödənci almaq hüquqlarının yaranması üçün mərhum şəxsin məhz istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarət və ya peşə xəstəliyi səbəbindən vəfat etmiş olmalıdır. Lakin məhkəmə araşdırması zamanı mərhum şəxsin ölüm səbəbinin onun aldığı əmək xəsarəti və ya peşə xəstəliyi ilə bağlı olması, başqa sözlə desək, ölüm səbəb ilə aldığı xəsarət və ya peşə xəstəliyinin səbəbli əlaqəsinin olması halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia tələbi qanunun normasının dispozitiv şərtləri ilə uzlaşmadığından, iddiaçılar belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Nəticə etibarilə cavabdeh inzibati orqanın iddiaçılara münasibətdə hərəkətləri qanunauyğun olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərfindən işin mübahisəli halları ətraflı araşdırılmamış, qanunvericilik normasının tələbləri düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına və qanunun normasına uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instanisya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-259/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.