Məhkəmə qərarları › İş №2-1(105)-490/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-490/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-490/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-952/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “46 il ərzində vergiləri və bütün növ ödənişləri ödədiyi və faktiki mülkiyyətçi hüququ ilə 46 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi 0.0579 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 1992-ci il tarixdən Qusar RİHB-sı tərəfindən təsdiq olunmuş layihə əsasında tikdirdiyi və uzun illərdir ailə üzvləri ilə birlikdə yaşadığı 194.2 kv.m olan fərdi yaşayış evinə, evin altındakı və ətrafındakı 0.0579 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarışı və texniki pasportun ləğv edilməsi; inzibati orqan olan iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və iş üzrə cavabdeh şəxs X9 əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil İman oğlu iddia tələbini dəqiqləşdirərək, “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3481/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X11 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.1976-cı il tarixdə Arzu adlı qızı doğulmuşdur. Birgə nikah dövründə xx.xx.1977-ci il tarixdə ailəsi üçün X10 məxsus, ünvan 2 ünvanda yerləşən istifadədə olan 600 m2 torpaq sahəsində bir otaqlı, 18,2 m2-dən ibarət evi 2000 (iki min) manata razılaşaraq, 1000 (bir min) manatını nəğd ödəməklə, 1000 (bir min) manatını sonradan ödəyəcəklərinə razılaşaraq keçmiş həyat yoldaşı X5 adına alqısatqı edərək almışdırlar. Lakin evin pulunu tam ödəyə bilmədiklərinə görə onlara ünvan 3 ünvana köçməklərinə icazə verilməmişdir. Ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda kirayədə yaşamışdırlar. 1977-ci il tarixdə keçmiş həyat yoldaşı X11 nisyə aldıqları evə olan borcu ödəmək məqsədilə Rusiya Federasiyasına pul qazanmaq məqsədilə gedib, iddiaçı körpə uşağı ilə kirayədə yaşayıb. 01 aprel 1979-cu il tarixdə iddiaçı keçmiş həyat yoldaşı X5 gəlmədiyini görərək xərc-borc edərək evə qalıq 1000 (bir min) manat borcu ödəyərək qızı Arzu ilə keçmiş həyat yoldaşının adına aldıqları 18,2 m2-dən ibarət bir otaqlı evə köçmüşdür. Keçmiş həyat yoldaşı X2 Federasiyasından pulsuz qayıdıb, 03 aprel 1979-cu il tarixdə birgə nikahları keçmiş həyat yoldaşı X5 təklifi ilə pozulub. Birgə nikah dövründə əldə etdikləri ev 18,2 m2 olduğundan X11 əmlak tələbi ilə bağlı iddia qaldırmayıb, həmin evdə birgə nikahlarından olan qızı ilə birgə yaşamağına razılıq vermiş və X11 2-ci dəfə evləndiyi qadınla yaşamışdır. Evə köçdükdən 1 ay sonra iddiaçının keçmiş həyat yoldaşı X11 övladı ilə birgə yaşadığı fərdi yaşayış evinə iddiaçının icazəsi olmadan evin qıfılını qırmış, evə aid əşyaların hamısını və evin sənədlərini özü ilə aparmışdır. Evə aid sənədlərin itməsi barədə “Qusar” ictimai-siyasi qəzetin xx.xx.2001-ci il tarixli, 39-40 (6885) nömrəli buraxılışında elan verilmişdir. Mülki işin materiallarından da görünür ki, keçmiş həyat yoldaşı X11 ilə ailə nikahları pozulduqdan sonra cavabdeh X11 tərəfindən əmlak bölgüsünə dair iddia qaldırılmamışdır, qarşılıqlı razılığa əsasən qeyd olunan ünvanda iddiaçı və birgə nikahdan doğulan X6 yaşamasına və həmin ünvandakı istifadədə olan torpaq sahəsinə, mənzilə sahiblik etməsinə razılıq əldə olunub. İddiaçı 1992-ci il tarixdə yaşadıqları evin uçub-dağıldığını və dar olduğunu, sahəsinin balaca olduğunu görərək evin sökülərək yerində təqdim etdiyi layihə əsasında başqa yeni evin tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişdir. xx.xx.1992-ci il tarixli Sərəncamla təsdiq olunmuş layihə əsasında yeni ev tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Sərəncam imzaladı. Həmin tarixdən iddiaçı, sahəsi 18,2 m2 olan, birgə nikah dövründə aldıqları evi sökdürmüş, həmin evin yerində yeni sahəsi 194,2 m2 olan fərdi yaşayış evini tikdirmişdir. Layihənin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunur. Qeyd edilən evə, evin altındakı və ətrafındakı 600 m2 torpaq sahəsinə görə vergiləri 1977-ci il tarixdən iddiaçı-İddiaçı Şıxseyid qızı ödəyir (aktın notarial təsdiqli surəti və Bələdiyyə tərəfindən verilən Arayış ərizəyə əlavə olunur). Evin tikintisinə çəkilən xərclər və yerli vergilərin ödənilməsi şəxsi büdcəsi hesabına həyata keçirilmişdir. Göstərildiyi kimi evin alqı-satqısına birgə nikah dövründə birgə qazanclarından 1000 (bir min) manat ödənilsə də, nikah pozulduqdan sonra evin ödənişinə qalıq 1000 (bir min) manat borc pul vəsaitini iddiaçı öz şəxsi maliyyə hesabına ödəmişdir. Dövlət Sığorta İdarəsinin Arayışından və notarial tərtib edilmiş Aktdan da görünür ki, evə aid sığorta, vergi və digər ödənişləri iddiaçı ödəmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəsinin xx.xx.2002-ci il tarixli, 657 saylı arayışından və qonşuların notarial təsdiq olunmuş Aktından da görünür cavabdeh X3 rayonu, Məlikov küçəsi, ev 30 (əvvəlki ünvan 26) ünvanda yaşamayıb və həmin ünvana heç bir pul vəsaiti ödəməyib. Bütün sənədlərdən də görünür ki, 1977-ci il tarixdən etibarən qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə sahibliyi iddiaçı etmişdir və hazırda da edir. Fərdi yaşayış evinin layihəsi 1992-ci il tarixdən iddiaçının müraciətinə əsasən Qusar Rayon İcra Hakimiyyətinin memarlığı tərəfindən təsdiq etdiyi layihə əsasında yalnız iddiaçının maliyyəsinə əsasən tikilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş saxta, qanunsuz və əsassız xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə səbəb olmuş fərdi yaşayış evinin tikintisindən X7 xəbəri olmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(029)-624/2016 saylı Qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı Şıxseyid qızına qarşı birgə nikah dövründə 17 mart 1977-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış 0,06 ha həyətyanı torpaq sahəsində onun payının 0,03 ha həcmində müəyyən edilməklə ayrılmasına dair iddiası rədd edilmişdir (qətnamənin surəti ərizəyə əlavə olunur) Məhkəmə iclasında dinlənilən izahatlar və araşdırılan sənədlərlə müəyyən olunmuşdur ki, tərəflər 07 noyabr 1973-cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək evlənmiş və 03 aprel 1979-cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Lakin mübahisə edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. İşin hallarından göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə dair plan və ölçü sənədi əvvəlki sənədlərdə mövcud olsa da, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bu haqda heç bir məlumat verilməmişdir və qeyd edilən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında 17 mart 1977-ci il tarixdən iddiaçının sahibliyində və qanuni istifadəsində olmuşdur, bu barədə alqı-satqı haqqında müqavilənin surəti iddia ərizəsinə əlavə olunur. Həmin sənədin mövcudluğu İddiaçı Şıxseyid qızına həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində Qusar RİHB-nın Sərəncamı əsasında inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına imkan yaradır. Belə ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı Şıxseyid qızının istifadəsində olması iş materialları ilə öz təsdiqini tapdır. İş materiallarından göründüyü kimi əvvəlki yaşayış evi köhnəlib yararsız hala düşdüyündən Qusar Rayon İcra Hakimiyyəti Başçısının razılığı ilə Qusar RİHB-sı nümayəndəsinin xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında sökülmüş və Qusar RİH-i tərəfindən təsdiq olunan layihə əsasında İddiaçı Şıxseyid qızı tərəfindən yeni yaşayış evi inşa edilmişdir. Daha öncə istinad olunan maddi hüquq normaları qeyd olunan torpaq sahələrini əvəzsiz olaraq o şəxslərin mülkiyyətinə verməyi nəzərdə tutur. İddiaçı 1977-ci il tarixdən etibarən xx.xx.1977-ci il tarixli ‘Ev alqı-satqı haqqında müqavilənamə”yə əsasən 46 ildir ki, faktiki yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə və evin altında yerləşən 600 m2 torpaq sahəsinə faktiki olaraq sahiblik edir, torpaq sahəsinə və fərdi yaşayış evinə dair torpaq vergisini, əmlak vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəmişdir və hal-hazırda da ödəyir. xx.xx.2023-cü il tarixli ərizəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciəti imtina ilə nəticələnmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-34/2-1693/2023 saylı məktubunda imtinanın səbəbi kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-96/2021 saylı Qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz Çıxarış barədə nə fikir söyləmək olar?! Verilən imtina məktubundan aydın olur ki, xx.xx.2023-cü il tarixdə X5 adına Çıxarış mövcud deyildi, əgər Çıxarış mövcud olsa idi, imtinada bu haqda yazılardı. Çıxarışın verilməsi göstərilən tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasında üçüncü şəxs qismində X11 tərəfindən verilmiş kassasiya şikayətinə məhkəmənin icraatında baxılırdı, cavabdeh şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-131/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli “plan və ölçü sənədlərinin ləğv edilməsi” qərarından üçüncü şəxs X5 tələbinə baxılırdı, icraat sona çatmamışdı və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1482/2022 saylı Qərarı qəbul edildi və həmin Qərara əsasən X5 qanunsuz və əsassız təqdim etdiyi “plan və ölçü sənədləri” xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1482/2022 saylı Qərarı əsasında ləğv edilməsi barədə Qərar qəbul olundu. Buradan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış saxtadır, qanunsuzdur və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 17 sentyabr 2022-ci il tarixli, **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhəri, Məlikov küçəsi, ev 30 ünvanında yerləşən ümumi sahəsi 195,3 kv.m olan fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1482/2022 saylı qərarından aydın olur ki, İddiaçı üçüncü şəxsin adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-96/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı ilə sözügedən plan-ölçü sənədinin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarı mövcud olmadığından iddia tələbi təmin edilmiş və X5 adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra məhkəmənin həmin qərarından üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1482/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 3-21-3-34/2- 10011/2024 nömrəli müayinə aktından görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi digər qonşu torpaq sahələri ilə hər tərəfdən hasara alınaraq üzərində 1977/2009-cu illərdə inşa olunmuş 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı, ümumi sahəsi 195.3 kv. metr, yaşayış sahəsi isə 81.0 kv. metr olan fərdi yaşayış evi ilə tikinti altı sahəsi 15.6 kv.metr olan həyət tilikisi (anbar, təndirxana) və tikinti altı sahəsi 5.4 kv.metr olan hin inşa olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, torpaq sahəsinin faktiki ölçüsü 0.0579 hektar təşkil edir, kommunikasiya xətlərinin qoruma zolağına düşmür, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında yaşayış məntəqələrinin torpaq sahələrinə aiddir, hal-hazırda həmin fərdi yaşayış evində İddiaçı yaşayır və tərəflərindən həmin fərdi yaşayış evinə **********18-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-952/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilədir. Yəni iddiaçı hal-hazırda X5 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışı və xx.xx.2022-ci il tarixli texniki pasportu deyil, onun verilməsinə əsas olmuş 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqaviləsini mübahisələndirməlidir. Məhkəmə eyni zamanda bildirir ki, iş materialları ilə müəyyən edilir ki, hal-hazırda üçüncü şəxs X5 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsi qüvvədə olduğu və ləğv edilmədiyi təqdirdə, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-952/2025 saylı qərarını qanunsuz və əsassız hesab edir və qərarın tam ləğv edilərək əsaslı qərarın çıxarılmasını tələb edir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının bu işə aid 2-1(105)-131/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə baxılarkən, iş yekunlaşmamış, qərar çıxarılmamış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X8 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarış verilmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixdə 2-1(102)-1482/2022 saylı qərarı ilə 3-cü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətini təmin etməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-131/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. İş məhkəmənin icraatında baxıldığı, işin icraatı sona yetirilmədiyi müddətdə, faktiki olaraq iş üzrə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin və 3-cü şəxs X5 əleyhinə (ziyanına) məhkəmə qətnaməsi olduğu halda, onun fərdi maliyyə hesabına tikilən və faktiki olaraq ailəsinin istifadəsində olan, Qusar Rayon İcra Hakimiyyəti Başçısının müraciəti əsasında təsdiq etdiyi layihə əsasında 1992-ci il tarixdən tərəfindən tikilərək ailəsi ilə birgə istifadə etdiyi əmlakı necə ola bilər ki, digər şəxsin mülkiyyətinə qeydə alınsın?!! Onun ailə üzvləri ilə birlikdə tikdirdiyi, 1992-ci il tarixdən ailə üzvləri ilə birlikdə yaşadığı əmlak-mülk başqasının mülkiyyətinə hansı əsasla dövlət qeydiyyatına alına bilərdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ölçü və plan sənədi olmayan torpaq sahəsinə və onun maliyyə hesabına 1992-ci il tarixdən tikilərək fasiləsiz və etirazsız istifadə etdiyi fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə başqa bir şəxsin adına dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportla təmin olunur. Evin alqı-satqısına birgə nikah dövründə birgə qazanclarından 1000 (bir min) manat ödənilsə də, nikah pozulduqdan sonra evin ödənişinə qalıq 1000 (bir min) manat borc pul vəsaitini o, öz şəxsi maliyyə hesabına ödəmişdir. Dövlət Sığorta idarəsinin Arayışından və notarial tərtib edilmiş aktdan da görünür ki, evə aid sığorta, vergi və digər ödənişləri o ödəmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər üzrə nümayəndəsinin xx.xx.2002-ci il tarixli, 657 saylı Arayışından və qonşuların notarial təsdiq olunmuş Aktından da görünür ki, əvvəlki həyat yoldaşı X11 1979-cu il tarixdən Qusar rayonu, Məlikov küçəsi, ev 30 (əvvəlki ünvan 26) ünvanda yaşamır. Bütün sənədlərdən də görünür ki, 1977-ci il tarixdən etibarən qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə sahibliyi o edir. Qusar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(029)-624/2016 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı Şıxseyid qızına qarşı birgə nikah dövründə 17 mart 1977-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış 0,06 ha həyətyanı torpaq sahəsində onun payının 0,03 ha həcmində müəyyən edilməklə ayrılmasına dair iddiası rədd edilmişdir (qətnamənin surəti iddia ərizəsinə əlavə olunmuşdur). Məhkəmə iclasında dinlənilən izahatlar və araşdırılan sənədlərlə müəyyən olundu ki, tərəflər 07 noyabr 1973-cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək evlənmiş və 03 aprel 1979cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Lakin mübahisə edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Prosessual müddət ötürüldüyü üçün onun iddia tələbi rədd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xahiş edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-952/2025 saylı qanunsuz və əsassız qərarını tamamilə ləğv edib, təqdim edilmiş əsaslı sübutlar əsasında ailəsinin maliyyə vəsaiti hesabına tikilmiş fərdi yaşayış evinə, evin altındakı və ətrafındakı torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X8 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarışın və həmin çıxarış əsasında tərtib olunmuş Texniki Pasportun ləğv edilməsi, qanunsuz çıxarışın və həmin çıxarış əsasında tərtib olunmuş Texniki Pasportun hazırlanıb təqdim edilməsində cinayət əməllərinin aşkara çıxarılması, cinayət əməli etmiş şəxslərin cəzalandırılması məqsədilə iş üzrə xüsusi qərardad çıxararaq işin prokurora verilməsi təmin edilsin. b) Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi üçüncü şəxsə məxsus çıxarış və texniki pasportun ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 17 sentyabr 2022-ci il tarixli, **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhəri, Məlikov küçəsi, ev 30 ünvanında yerləşən ümumi sahəsi 195,3 kv.m olan fərdi yaşayış evi və 0.0579 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 3-21-3-34/2- 10011/2024 nömrəli müayinə aktından görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi digər qonşu torpaq sahələri ilə hər tərəfdən hasara alınaraq üzərində 1977/2009-cu illərdə inşa olunmuş 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı, ümumi sahəsi 195.3 kv. metr, yaşayış sahəsi isə 81.0 kv. metr olan fərdi yaşayış evi ilə tikinti altı sahəsi 15.6 kv.metr olan həyət tilikisi (anbar, təndirxana) və tikinti altı sahəsi 5.4 kv.metr olan hin inşa olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, torpaq sahəsinin faktiki ölçüsü 0.0579 hektar təşkil edir, kommunikasiya xətlərinin qoruma zolağına düşmür, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında yaşayış məntəqələrinin torpaq sahələrinə aiddir, hal-hazırda həmin fərdi yaşayış evində İddiaçı yaşayır və tərəflərindən həmin fərdi yaşayış evinə **********18-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş 17 mart 1977-ci il tarixli “Alqı-satqı haqqında” müqavilənamədən görünür ki, Qusar şəhəri, Məlikov küçəsi, 600 kvadrat metr torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı 26 nömrəli ev X13 tərəfindən X1. Həmçinin iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair 728 nömrəli “Torpaq qeydi” sənədi verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən və üçüncü şəxsin torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas 17 mart 1977-ci il tarixli “Alqı-satqı haqqında” müqavilənamə olmuşdur. Həmçinin torpaq sahəsinə dair “Torpaq qeydi” sənədinin olması da nəzərə alındıqda cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hərəkətlərində qanunsuzluğun olmaması müəyyən olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.1-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, 1.2-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və 1.6-cı bəndinə əsasən şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin, bunun üçün təqdim edilmiş hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Hazırki iş üzrə də üçüncü şəxsə məxsus torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin mötəbər olmaması ilə əlaqədar hər hansı sübut mövcud deyil. Bu da qeydiyyatın qanunauyğun şəkildə həyata keçirilməsi faktını təsdiq edir. Üçüncü şəxsin torpaq sahəsi üzərində yerləşən yaşayış evi ilə bağlı da mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası vahid əmlak prinsipi baxımından həmin qeydiyyatı da əsaslı hesab edir. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağı nəzərə alınmaqla apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi vacib sayır. Kollegiya hesab edir ki, iddiaçı əlverişli hüquq müdafiə vasitəsi seçməmişdir. Hazırda iddiaçı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 17 sentyabr 2022-ci il tarixli, **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirməklə mübahisəli fərdi yaşayış evinin onun tərəfindən yenidən tikilərək sahəsinin genişləndirilməsinə və uzun illərdən bəri həmin ünvanda övladı ilə yaşamasına istinad edir. Kollegiya qeyd edir ki, bu hal tərəflər arasında mübahisə olunmur. Məhkəmə kollegiyasının iclasında mübahisənin məhkəmədənkənar həllinə nail olunması məqsədilə iddiaçı və üçüncü şəxsin nümayəndəsinə təklif verilmiş, üçüncü şəxsin nümayəndəsi evi istəmədiklərini, Quba şəhərində torpaq sahəsi baha olduğunu da nəzərə alaraq, kənar sahələrdə daha ucuz yerdən onlara 0,03 ha torpaq sahəsi veriləcəyi təqdirdə evi və torpaq sahəsini iddiaçının mülkiyyətinə verə biləcəklərini bildirmişdir. Lakin iddiaçı evin və torpaq sahəsinin hamısının ona aid olduğunu, üçüncü şəxsə heç bir şey verməyəcəyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi və həmin torpaq sahəsinin tamamı üzərində hüququnun yaranması əsası olmadığından hazırda hüquqi marağına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında mümkün hüquq müdafiə vasitələrindən istifadə etmək imkanına malikdir. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə alınması nəzərə alınmaqla ümumi əmlakın bölünməsi ilə əlaqədar iddia qaldırıla bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisəli fərdi yaşayış evini özü tikdiyini bildirmişdir. Bu hal tərəflər arasında da mübahisə olunmur. Hər bir halda torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi üzərində iddiaçı və üçüncü şəxsin hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən edilə bilər və həmin məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində yeni qeydiyyat aparıla bilər. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq torpaq sahəsinə tam hüquq ilə iddia edir və düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının vəkili və nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq qeyd etmişdir ki, şəxs, yaxud şəxslərə çıxarış, yaxud texniki pasport verilərkən ilkin sənəd torpaq sahəsinə dair plan və ölçü sənədi götürülür. Plan və ölçü sənədləri məhkəmə mübahisəsində olarkən, işdə cavabdeh şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi və 3-cü şəxs X11 olduğu halda, Azərbaycan Respublikasının Ali Məhkəməsində plan və ölçü sənədinə dair məhkəmə mübahisəsi sona çatmamış cavabdeh inzibati orqan 5 saylı Xaçmaz Ərazi İdarəsi 3-cü şəxs X8 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarış vermişdir. Göründüyü kimi saxtalığa və cinayətkarlığa yol verilmişdir. İddia tələbində inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılarkən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarışın və həmin çıxarış əsasında tərtib olunmuş Texniki Pasportun ləğv edilməsi və qanunsuz çıxarışın və həmin çıxarış əsasında tərtib olunmuş Texniki Pasportun hazırlanıb təqdim edilməsində cinayət əməllərinin aşkara çıxarılması, cinayət əməli törətmiş şəxslərin cəzalandırılması məqsədilə iş üzrə xüsusi qərardad çıxararaq işin prokurora verilməsi xahiş edilir. Kollegiya həmin vəsatəti də əsassız hesab etməklə aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1482/2022 saylı qərarından görünür ki, İddiaçı üçüncü şəxsin adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-96/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı ilə sözügedən plan-ölçü sənədinin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarı mövcud olmadığından iddia tələbi təmin edilmiş və X5 adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilmişdir. Həmin qərarla əlaqəli verilmiş şikayətlər təmin edilməmiş, qərar qanuni qüvvəsini almışdır. İstinad edilən qərarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi ilə bağlı texniki sənəd digər əsaslarla ləğv edilmişdir və həmin qərarın mövcudluğu hazırkı iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-4060/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 2(029)-798/2018 saylı qətnaməsi ilə X5 İddiaçı Şıxseyid qızına qarşı həyətyanı torpaq sahəsinin və sahədə yerləşən yaşayış evinin plan sxeminin tərtib edilməsinə qarşı törədilən maneənin aradan qaldırılması tələbinə dair ilk iddia təmin edilib, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün 0,06 hektarr torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilməsinə, həmin torpaq sahəsinin və sahədə yerləşən yaşayış evinin plan sxemlərinin tərtib edilməsinə qarşı İddiaçı Şıxseyid qızı tərəfindən edilən maneçiliklərə son qoyulması, İddiaçı Şıxseyid qızının X8 qarşı torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi və mülkiyyətin müdafiə üsulu kimi mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-4060/2019 nömrəli, 04 dekabr 2019cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh M.S.Həsənovanın apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 2(029)-798/2018 saylı qətnaməsi ilk iddia tələbi üzrə hissəsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh M.S.Həsənovaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq sənədlərin tərtib edilməsi məqsədilə iddiaçı tərəfindən edilən maneçiliklərin dayandırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuş, bu səbəbdən də cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı qanun pozuntusu aşkarlanmamışdır. Lakin iş materiallarından da görünür ki, ev yararsız vəziyyətdə olduğundan iddiaçı Qusar Rayon İcra Hakimiyyətinə evin sökülərək yenidən tikintisinə icazə verilməsi üçün müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə evin tikintisinə icazə verilmişdir. Nəticədə iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə əldə etdikləri ümumi sahəsi 18.2 kv.metr olan fərdi yaşayış evi sökülmüş və yerində ümumi sahəsi 194.2 kv.metr olan ev tikilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həm iddiaçının, həm də üçüncü şəxsin adına yeni tikilmiş evin texniki göstəricilərini müəyyən edən müvafiq sənəd mövcuddur. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxsin nümayəndəsi yaşayış evinin tam olaraq iddiaçının mülkiyyətinə verilməsinə etiraz etməmişdir. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi və üzərində yerləşən evin bölgüsü mülki məhkəmə icraatı qaydasında aparıla bilər. İddiaçının torpaq sahəsinə tam hüquq ilə iddia etməsinin isə hüquqi əsası mövcud deyil, hazırkı iddia yuxarıda qeyd edilənlərə əsasən əsassız hesab edilir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iddiaçıya izah olunsun ki, həm torpaq sahəsi həmdə üzərində yerləşən evlə bağlı hüquqlarının müıyyın edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında müəyyən edilmiş hüquq müdafiə vasitələrindən istifadə etməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(118)-952/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar