Məhkəmə qərarları › İş №2-1(105)-491/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-491/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-491/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Dövlət qulluğundan azad edilməyi barədə 10.07.2018-ci il tarixli, 389-K saylı əmrin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-1(118)-430/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kadrlar İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə qarşı “əmrlərin ləğvi, işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı ərizəsini dəqiqləşdirərək Dövlət qulluğundan böhtanla azad edilməyi və öz azusu ilə vəzifədən azad edilməyi barədə 10.07.2018-ci il tarixli, 389-K saylı əmrin ləğv edilməsini və cavabdehlərin əsl cavabdeh Ədliyyə Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5074/2020 saylı, 07.10.2020-ci il tarixli qərardadı ilə cavabdehlər əsl cavabdeh Ədliyyə Nazirliyi ilə əvəz edilmiş və iddiaçının “Dövlət qulluğundan böhtanla azad edilməyi və öz azusu ilə vəzifədən azad edilməyi barədə 10.07.2018-ci il tarixli 389-K saylı əmrin ləğv edilməsi”-nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5074/2020 saylı, 07.10.2020-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İdiaçı İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmuş, ona inzibati aktların mübahisələndirilməsi üçün qanunvericilikdə müddət təyin edildiyi izah edilmişdir. İddiaçı əvvəlcə ümumi məhkəmədə iddia qaldırdığını, lakin nazirlikdən xahiş olunduğu üçün ərizənin baxılmamış saxlandığını, sonra Bakı İnzibati Məhkəməsində iddia qaldırdığını, Bakı İnzibati Məhkəməsi ərizəni icraata götürdüyü üçün müddət tətbiq edilməsinin qanunsuz olduğunu bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(118)-430/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sümqayıt İnzibati Məhkəməsinin 2-1(118)-430\2021saylı, 14 iyun 2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinici instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasına dair müddətin ötürülməsinə dair işin faktiki hallarına düzgün qiymət verilməmiş, iddiaçı tərəfindən məhkəmələrə qanunla müəyyən edilmiş müddətdə müraciət edilməsi nəzərə alınmamış, nəticədə iddiaçının məhkəməyə müraciət hüququ birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İnzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsində müvafiq müddətlər müəyyən edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı 389K№-li, 10.07.2018-ci il tarixli, əmrlə dövlət qulluğundan azad edilmişdir. İddiaçı isə həmin əmrdən iki ilə yaxın müddət keçdikdən sonra, yəni 12 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı özü də, iddia ərzisində sonradan hüquq məsləhətçisi işinə düzəldiyi Şabran Bələdiyyəsindən işdən çıxması ilə əlaqədar hazırkı iddianı gec qaldırdığını bildirmişdir (i.v. 2). Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(118)-430/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar