Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-491/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxslər X5, X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-2062/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarına əsasən ayrılmış 2.51 ha torpaq sahəsinə dair İddiaçı, X3 və X4 adına Xaçmaz rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 01 avqust 1998-ci il tarixli, JN-0051, KOD 30208048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinin birgə mülkiyyətçilər İddiaçı, X5 və X8 arasında əldə edilmiş razılaşmaya əsasən bölgüsü aparılmış, bölgü planına əsasən, torpaq sahəsinin 0,83667 ha hissəsi X6 ayrılmışdır. Qeyd edilən bölgü planı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təsdiq edilmişdir. Qeyd edilən bölgü planı əsasən, X6 ayrılmış Xaçmaz rayonu, Hacı Əbdurəhimoba kəndində yerləşən 0,83667 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2022-ci il tarixdə qeydiyyata alınaraq, ********** nömrəli, **********01 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, İddiaçı 20 sentyabr 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Xaçmaz rayonu, Hacı Əbdurəhimoba kəndində yerləşən 0,83667 ha torpaq sahəsinə dair X4 adına verilmiş ********** nömrəli, **********01 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Həmin orqan 11 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-L-0024-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Hacı Əbdurəhimoba kəndində yerləşən 0,83667 ha torpaq sahəsinə dair X4 adına verilmiş ********** nömrəli, **********01 reyestr nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına verilmiş 18 iyul 2022-ci il tarixli, ********** nömrəli, **********01 reyestr nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, JN-0051, KOD 30208048 nömrəli “Torpağa mülkiyyət hüquqa dair” Dövlət Aktına əsasən iddiaçı, X5 və X6 ayrı-ayrılıqda iki yerdən 2,51 ha torpaq sahəsi verilmişdir və dövlət aktının cizgisində göstərilir ki, torpaq sahəsi biri 1,66 ha, digəri isə 0,85 ha hissədən ibarətdir. Dövlət aktının qaiməsi (sertifikatı) adlanan hissəsindən görünür ki, torpaq sahəsi paylanarkən boş sahə olmuşdur, yəni çox illik əkmələr olmamışdır. Üçüncü şəxslərdən X8 ayrı təsərrüfat olmaqla, özünəməxsus evdə ailəsi ilə birlikdə yaşayır. Dövlətin əvəzsiz olaraq verdiyi torpaq sahəsində onun iştirakı ilə oğulları X5 və X7 öz vəsaitləri və zəhmətləri hesabına fındıq bağı salmış və bu vaxta qədər həmin bağdan istifadə etmişdilər. X8 2023-cü ildə onlara müraciət edərək ümumi birgə mülkiyyətdə olan həmin 2,51 ha torpaq sahəsindən öz payını ayırmaq istədiyini bildirmişdir. Daha sonra reyestr xidmətində bölgü planı tərtib edilmiş, Zaur Laçınov bölgü planına əsasən həm 1,66 ha hissədən, həm də fındıq bağı salınmış 0,85 ha hissədən ona düşən hissəni ayırmaq istədiyini bildirmişdir. Onun həmin fındıq bağının salınmasında nə zəhməti, nə də vəsaiti olmamışdır. Sonradan cavabdeh bağ sahəsinin fındığını yığmağa başlayanda iddiaçı ona etiraz etmişdir, lakin cavabdeh bildirmişdir ki, 0,85 ha hissədəki bağ sahəsi bütövlükdə onundur, onların bağa daxil olmağa ixtiyarı yoxdur və bağdan qovmuşdur. Zaur Laçınov aldatma yolu ilə onların ümumi birgə istifadələrində olan torpaq sahəsinin 0,85 ha hissəsi üzərində mülkiyyət hüququnu reyestrdə qeydə aldırmışdır. Halbuki, torpaq sahəsi iki hissədə olduğundan hər birinin payı, o cümlədən, üçüncü şəxs X4 da payı hər iki hissədən ayrılmalı idi. Bölgü elə aparılmalıdır ki, mülkiyyətçilərin heç birinin hüququ pozulmasın. Yəni, hər bir mülkiyyətçiyə eyni qaydada hər iki torpaq sahəsindən pay ayrılmalı idi. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-1(118)-5883/2023 nömrəli qərardadı ilə X5 və X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-2062/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, yaranmış mübahisə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində yaranmamış, mübahisənin yaranmasına əsas iddiaçı və onunla eyni hüquqi marağı olan üçüncü şəxs X5 ilə X8 arasında torpaq bölgüsündün yaranmışdır. Burada iddiaçı inzibati orqanın bölgü aparılmasından yox, X4 bölgü apararkən onu aldatmasından narazıdır. Bölgü planın təsdiqi mülki subyektlərin iradə ibadəsinin təsdiq edilməsidir ki, bu da mülki məhkəmə icraatı qaydasında ləğv edilə və ya etibarsız hesab edilə bilər və torpaq shəsinin naturada bölünməsi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı üçüncü şəxs Zaur Laçınovun adına verilmiş çıxarışın və bölgü planın etibarsız hesab edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsində müvafiq iddia qaldırmış, həmin məhkəmənin 06 aprel 2023-cü il tarixli, 2(067)-414/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(105)-1299/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-414/2023 nömrəli qətnaməsi ləğv edilmiş, ona çıxarışın mübahisələndirilməsi ilə bağlı aidiyyatı üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunaraq iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə görə hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, bölgü planına əsasən ona ayrılmış 0,83667 ha torpaq sahəsi ona məxsus yaşayış evinin yaxınlığında yerləşir. Üçüncü şəxs şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, sözügedən 0,83667 ha bağ torpaq sahəsini onlar əkib-becərmişlər, Zaur Laçınovun həmin sahədən xəbəri olmamışdır. Torpaq sahəsindən ona pay ayrılması ilə müraciətindən sonra bölgü planı tərtib edilmiş, qardaşının sözünə inanaraq həmin planı imzalamışdılar. Üçüncü şəxs şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, Xaçmaz rayonu, Hacı Əbdurəhimoba kəndində yerləşən 2,51 ha torpaq sahəsi 01 avqust 1998-ci il tarixli, JN-0051, KOD 30208048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və üçüncü şəxslər X3 və X4 ümumi birgə mülkiyyətində olmuş, daha sonra birgə mülkiyyətçilərin öz aralarında əldə etdikləri razılığa əsasən, torpaq sahəsinin bölgüsü aparılmış, 2,51 ha torpaq sahəsinin 0,83667 ha hissəsi Zaur Laçınova ayrılmış, bölgü planı ümumi birgə mülkiyyətçilərin imzaları ilə təsdiq edilmişdir. Bundan sonra 2,51 ha torpaq sahəsinin 0,83667 ha hissəsi üzərində üçüncü şəxs X4 mülkiyyət hüququ **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmalı əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya qeyd edir ki, üçüncü şəxsin adına reyestrdə **********01 nömrəli qeydiyyat mülki-hüquqi əqd, yəni birgə mülkiyyətçilərin ümumi birgə razılığı əsasında yazılı formada tərtib edilmiş bölgü planına əsasən aparılmışdır. İddianın hüquqi təbiətindən də görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən məsələ reyestr orqanın qanunsuz faktiki xarakterli hərəkəti deyil, məhz aralarında imzalanmış bölgü sxeminin qanuniliyidir. İddiaçı dəlillərində bölgü sxemini aldadılma nəticəsində imzaladığını, əslində üçüncü şəxsə ayrılmış 0,83667 ha bağ sahəsinin ümumi birgə mülkiyyətçilərin hər üçü arasında bölünməli olduğunu bildirmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı mübahisə predmeti birgə mülkiyyətçilərin ümumi razılığı əsasında yazılı formada tərtib edilmiş bölgü planına əsasən 18 iyul 2022-ci il tarixdə, **********01 reyestr nömrəsi ilə X4 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə olduğundan, bu halda qeydiyyat, onun aparılmasına əsas təşkil etmiş bölgü planı mübahisələndirilməklə həyata keçirilməli və belə işə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-2062/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-491/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-491/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver