Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-492/2022 01.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4 və şikayət vermiş şəxs X3 iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxs “Şəhriyar” X15)“ Dəvəçi rayon XDS PH-nın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxs – “Şəhriyar” X15) “Dəvəçi rayon XDS RH-ın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə X2 adına verilmiş JN-0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 4.27 hektar torpaq sahəsi X4, X8, X5, X6, X11, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ailə üzvləri kimi birgə istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 və iddiaçının ailə üzvlərinin adına JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 22 iyun 2018-ci il tarixli, RX ******* seriyalı, **********04 reyestr nömrəli Çıxarış verilmişdir. Artıq uzun illərdir ki, cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsindən təkbaşına istifadə edir. Cavabdeh tərəfindən pozulmuş və pozulmaqda davam edən hüquqların bərpa olunması üçün Şabran Rayon Məhkəməsində cavabdehə və ailə üzvlərinə qarşı torpağa mülkiyyət hüququna dair N- 0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payı 1/9 hissə olaraq ayrılması” tələbi ilə iddia qaldırılmışdır. Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-244/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Şabran Rayon Məhkəməsinin 2(031)- 591/2019 saylı iş üzrə xx.xx.2019-cu İl tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etsələr də, şikayətləri təmin edilmədi. Qeyd edilən məhkəmə mübahisəsinə apellyasiya mərhələsində baxılan zaman cavabdeh məhkəməyə B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” təqdim edərək bildirmişdir ki, guya Dəvəçi rayon X17 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı ilə onun sahibi olduğu “Şəhriyar” X15na 10 hektar torpaq sahəsi verilmişdir və JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə verilmiş torpaq sahəsi B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə ona verilmiş torpaq sahəsinin sərhədləri daxilində olduğundan həmin torpaq ona məxsusdur və birgə istifadə edilə bilməz. Apellyasiya və kassasiya instansiya məhkəmələri öz qərarlarında yuxarıda göstərilən xüsusatlara hüquqi qiymət verərək, Dəvəçi rayon X17 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı ilə “Şəhriyar” X15na 10 hektar torpaq sahəsinin ayrılması barədə B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın mübahisələndirilmədiyini, bu səbəbdən də JN- 0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payı 1/9 hissə olaraq ayrılması” tələbinin əsassız olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli **********46 nömrəli məktubunda qeyd olunur ki, Dəvəçi rayon X17 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. Bundan sonra Cavabdehnə ərizə ilə müraciət edilərək Dəvəçi rayon X17 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir ki, cavabdeh müraciətə xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab verərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, Dəvəçi rayon XDS RH-ın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının iddiaçılara məxsus 1,89 ha hissədə ləğv olunması, iddianın tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
4. X1 apellyasiya şikayəti vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayəti verən X7 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı4 apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdilər.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti mümkün sayılmamalıdır.
10. Belə ki, İPM-nin yuxarıda istinad olunan 81-ci maddəsinə əsasən məhkəmə qərarlarından yalnız işdə iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər.
11. Hazırki halda isə iş üzrə şikayət vermiş şəxs - X7 nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolundan və iş üzrə məhkəmə qərarından göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs “Şəhriyar” X15 nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, “Şəhriyar” X10 mərhum rəhbəri Nəsrəddin Məmmədovun vərəsəsi X7 isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəməyə təqdim etsə də, onun məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi kimi çıxış etmək səlahiyyəti tanınmamışdır.
12. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır.
13. Belə ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır.
14. İPM-nin 87.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs Ş.Məmmədlinin və digər proses iştirakçılarının dinlənilmə hüququ təmin edilmiş, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir.
15. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, X7 hazırkı iş üzrə tərəf və ya icraata cəlb olunmuş üçüncü şəxs olmadığından onun tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1