Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-492/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-2093/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Hal-hazırda “Körpü Bina Tikinti" MMCdə çalışır. Ona xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. Belə ki, 60 yaşı xx.xx.2022-ci il tarixində tamam olmuşdur. Lakin, həmin dövrdə qüvvədə olan qanunvericiliklə pensiya təyinatı üçün pensiya kapitalı tələb olunurdu və bu tələb xx.xx.2022-ci il tarixində qanuna edilmiş dəyişikliklə aradan qaldırılmışdı. Əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdehin 3-17-1/2-M-171930/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmişdir; xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur:xx.xx.1982ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmişdir;xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir;xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir;xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmişdir; (öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrü çıxmaqla iş stajı 2 il 4 ay təşkil edib);xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "xxxx" peşəsində işləyir. Pensiya təyinatı zamanı aşağıda qeyd olunmuş dövrlər üzrə güzəştli iş stajı nəzər alınmamışdır: "xxxx" Sumqayıt xüsusiləşdirilmiş təmir-quraşdırma idarəsində (indiki "xxxx" ASC) işlədiyi xx.xx.1979-xx.xx.1980; xx.xx.1982-xx.xx.1984; xx.xx.1987-xx.xx.1989-cu il dövrləri (bu fakt əmək kitabçası və iş yerindən verilən arayışla təsdiq olunub) Bu müəssisənin adı 3 dəfə dəyişdirilmişdir:xx.xx.1987-ci ildə - "xxxx" trestinin Sumqayıt xüsusiləşdirilmiş idarəsi;xx.xx.1993-cü ildə - "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi;xx.xx.2022-ci ildə - "xxxx" Açıq Səhmdar Cəmiyyəti. Həmin idarə "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmiş və zavodun marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin zavoda xidmət göstərmişdir. Əslində orda işlədiyi boru kəmərləri çəkən çilingər, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, İşlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" - (2040200a-14641) peşəsi ilə eynidir, sadəcə bu peşələrin adı xx.xx.1987-ci ildə dəyişdirilmişdir. Göründüyü kimi əmək kitabçasında da müəssisə tərəfindən bu barədə qeydlər aparılmışdır. "Azərkimyatikinti" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı” peşəsində işlədiyi xx.xx.1996 - xx.xx.1998-ci il dövrü; (həmin idarə ləğv olunduğu üçün Dövlət Arxivinin Sumqayıt Filialından arxiv arayışı (işə qəbul barədə əmr) təqdim olunub və əmək kitabçasında müvafiq qeydlər var) Həmin arayışı 2022-ci ildə verən Arxiv İdarəsi necə olur ki, 2024-cü ildə ona aid sənədi tapa bilmir?! Həmin sənədləri təkrar olaraq xx.xx.2024-cü il tarixində də əldə etmişdir."xxxx" ASC-də "əl ilə elektrik qaynaqçısı" peşəsində işlədiyi xx.xx.2006 - xx.xx.2013-cü il dövrü (cəmi 2 il 4 ay); (xx.xx.2006-cı il tarixindən xx.xx.2008ci il tarixinədək adının səhv qeyd olunması ilə bağlı olaraq fərdi uçot sistemində sığortaolunanın kimi məlumatlarına sonradan düzəliş edilmişdir) AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının 4.1.20-ci maddəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Filial tərəfindən aparılan araşdırmaya əsasən iddiaçının xx.xx.1979-cu il tarixli WT-0449286 nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "Azərkimyatikinti tresti'ndə qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki əmək fəaliyyətinin dəqiqləşdirilməsi məqsədilə aparılmış monitorinq nəticəsində onun sadəcə xx.xx.1996-cı il tarixli, 46 nömrəli əmrlə işə qəbul olması ilə bağlı məlumat aşkarlanmışdır. Həmçinin, iddiaçının adına arxiv sənədləri müəyyənləşdirilməmiş, sözügedən hallar Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli birgə aktı ilə təsdiq olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Metallurgiya istehsalı (qara metallar; İİİ bölməsinin polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və Kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları (20401 OOa-14641) vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 15 avqust 2022-ci il tarixli 02/04 nömrəli arayışında xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir. Eləcə də iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada xx.xx.1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınmışdır. Bu da həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunan səbəblərdən, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmiş və onun müraciətindən imtina olunmuşdur. Bundan sonra. İddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmişdir; xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmişdir; xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "xxxx" peşəsində işləyir. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/4 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx" Tresti Sumqayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də metallurgiya zavod avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının 3-cü bölməsinin ******* yarımbölməsinin a)l4841 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/5 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Mərkəzidomnatəmir Tresti Sumqayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də əl ilə elektrik qaynaqçısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 N-li siyahının 3-cü bölməsinin 1030 yarımbölməsinin 1753 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 342 saylı arayışında iddiaçının xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət keçdiyi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərikimyatikinti Trestinin 3 N-li TQİ-nin xx.xx.1996-cı il tarixli 46 saylı əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, 02 sentyabr 1996-cı ildən trestin 6 N-li TTQİ-nin 3 N-li TTQİ-nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə peşəsi üzrə işə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 şöbəsinin böyük mütəxəssisi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi AR DA-nın Sumqayıt Filialının böyük fond mühafizəçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixində 142 N-li əmrlə əmək haqqı işəmuzd ödənilməklə 6-cı dərəcəli elektrik qaynaqçısı kimi 3N-li sahəyə göndərilmişdir. xx.xx.1996-cı il tarixli 46 N-li əmrlə 6 N-li sahədən köçürmə yolu ilə 3 N-li sahəyə işə qəbul edilmişdir. Sonrakı dövlərə aid arxiv sənədlərində adına rast gəlinməmişdir. İddiaçının əmək kitabçasından tərcümə edilmiş məlumatda qeyd edilir ki, iddiaçıya xx.xx.1983-cü il tarixli əmr № 147k ilə 4-cü dərəcə çilingər-boru quraşdırıcısı, xx.xx.1984cü il tarixli əmr № 33 ilə 3-cü dərəcə elektrik qaynaqçısı, xx.xx.1984-cü il tarixli əmr № 33 ilə 3-cü dərəcə qaz qaynaqçısı, xx.xx.1987-ci il tarixli əmr № 79 ilə 5-ci dərəcə (çilingərmontajçı) çilingər-boru quraşdırıcısı vəzifələri, xx.xx.1987-ci il tarixli əmr № 250 ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası N 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki,“Azərikimyatəmir” Trestinin 2 N-li “Təmirtikintiquraşdırma” İdarəsinin şəxsi heyyəti üzrə 1993-cü ilə və “Azərikimyatikinti” Trestinin 3 N-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. “Azərikimyatikinti” Trestinin 3 N-li TTQİ-nin şəxsi heyətə dair 1998-ci ilin əmrlər kitabında İddiaçı işləməsi barədə məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli AZB 01/25 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi "xxxx" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Azərboru" ASC respublikada polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəflərindən yalnız onların cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a- 14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-2093/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə pensiya təyini üçün tələb olunan sığorta stajı təmin olunsa da, iddiaçının pensiyasının istədiyi həddə yenidən hesablanması qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd olunmuş vəzifələrin A.R. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş siyahıya uyğun olmaması məsələsindən başqa həmçinin iddiaçının əmək kitabçasında qeyd olunmuş, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərkimyatikinti tresti”ndə qaynaqçı vəzifəsində işlədiyi dövrlərə münasibətdə məlumatların dəqiqləşdirilməsinə əsasən xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr üzrə arxiv sənədlərində adına rast gəlinmədiyi müəyyən edilmişdir. Bu fakt Dövlət Arxivinin Sumqayıt Filialının 8 fevral 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də xx.xx.1996-xx.xx.1998-ci i tarixləri arasındakı dövrü onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış tədqiqatda belə sadəcə iddiaçının xx.xx.1996-cı il tarixdə köçürmə yolu ilə qaynaqçı vəzifəsinə təyin edildiyi müəyyən olunmuş, 1997-ci il tarixdə isə ödənişsiz məzuniyyətdə olduğu (əməkhaqqı almadığı) 1998-ci il tarixə münasibətdə isə onunla bağlı heç bir sənədin müəyyən olunmadığı bildirilmişdir. Sözügedən halda iddiaçı həmin dövrə münasibətdə işlədiyini iddia etsə də, məhkəmə tərəfindən 1996-1998-ci il tarixləri üzrə iddiaçının əməkhaqqı cədvəlləri və digər zəruri sənədlərinin tədqiq olunmadan sadəcə iddiaçının işə daxilolma və ödənişsiz məzuniyyət əmrləri ilə kifayətlənməklə həmin dövrü sığorta stajına daxil edilməsi və əsaslı araşdırma aparmadan iddia tələbinin təmin edilməsi qərarın qanunvericiliyin tələblərinin gözlənməsi kontekstində əsassız və qanunvericiliyə zidd olunması qənaətinə gəlməyə kifayət edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmişdir) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki mübahisənin əsasını təşkil edən hallar aşağıdakılardır: İddiaçıya 25 dekabr 2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 29 iyun 2022-ci il tarixində yarandığına istinad etməklə əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciət etmiş, orqanın müvafiq məktubu ilə müraciət imtina ilə cavablandırılmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.1962-ci ildə anadan olmuş iddiaçıya münasibətdə onun 25 ildən artıq ümumi iş stajına malik olmasını qəbul edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən ünvanlanmış xidməti məktubda iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 10 dekabr 1979-cu il tarixində başlamaqla 60 yaşında ümumi iş stajı 25 ildən artıq təşkil edir. İşin mübahisəli halı cavabdeh inzibati orqan tərəfindən 29 iyun 2022-ci l tarixinə münasibətdə iddiaçının güzəştli iş stajının az olmasına istinad olunmasıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
1. İddiaçının xx.xx.1979-cu il tarixli l/İT-0449286 nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimyatikinti tresti”ndə qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki əmək fəaliyyətinin dəqiqləşdirilməsi məqsədilə aparılmış monitorinq nəticəsində onun sadəcə xx.xx.1996-cı il tarixli, 46 nömrəli əmrlə işə qəbul olması ilə bağlı məlumat aşkarlanmışdır. Həmçinin, iddiaçının adına arxiv sənədləri müəyyənləşdirilməmiş, sözügedən hallar Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü i tarixli birgə aktı ilə təsdiq olunmuşdur.
2. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalı (qara metallar) İİİ bölməsinin polad və ferroərintilər istehsalı qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları (2040100a- 14641) vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının əmək kitabçasında və "xxxx" ASCnin ona dair 15 avqust 2022-ci il tarixli 02/04 nömrəli arayışında xx.xx.1979-xx.xx.1980-ci il xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir.
3. Eləcə də, iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada xx.xx.1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınmışdır. Bu da, həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Kollegiya cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1996-xx.xx.1998-ci illərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə “Azərikimyatikinti” Trestinin 3 N-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı 02 sentyabr 1996-cı ildən trestin 6 N-li TTQİ-nin 3 N-li TTQİ-nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə (əl qaynaqçısı) peşəsi üzrə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1997-ci il 2k N-li əmrlə və xx.xx.1997-ci il tarixli 41-k əmrlərlə 6 ay müddətinə əmək haqqı saxlanılmadan öz hesabına məzuniyyətə buraxılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərikimyatikinti” Trestinin 3 N-li TTQİ-nin şəxsi heyətə dair 1998-ci ilin əmrlər kitabında İddiaçı işləməsi barədə məlumat yoxdur. İddiaçının xx.xx.1997-ci ildən sonra ödənişsiz məzuniyyətdə olması həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Məhkəmə iclasında izahatı zamanı iddiaçı 1997-1998-ci illlərdə ödənişsiz məzuniyyətdə olmasını təsdiq etmişdir. Bu halda məhkəmə hesab edir ki, xx.xx.1996-xx.xx.1997-ci illər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Cavabdeh tərəfindən vəzifə uyğunsuzluğu ilə əlaqədar nəzərə alınmayan xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlərə nəzərən məhkəmə qeyd edir ki, həmin dövrlər üzrə məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində təqdim edilmiş Azərboru ASC-nin xx.xx.2025- ci il tarixli AZB 01/25 saylı arayışında qeyd edilmişdir ki, sorğuda qeyd edilən "quraşdırıcı- çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcıçilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641);(2040300a-14641): (20404o0a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Cavabdeh qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada xx.xx.1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınmışdır. Bu da həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında mübahisə olunan dövr və sonrakı dövrlərin qeydiyyatı ardıcıl olaraq aparılmışdır. Qaralama olsa da, qeyd edilən dövr və sonrakı dövrlər işəgötürənin arayışı ilə eynilik təşkil edir. Qeyd edilənlər əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmır. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.1997-ci il, cəmi 14 il 7 ay 8 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşagıdakıları qeyd edir. Cavabdeh inzibati orqanın 1-ci dəlilinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırılma aparılmaqla müvafiq sorğular verilmiş və aşağıdakı məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərikimyatəmir” Trestinin 2 №-li “Təmirtikintiquraşdırma” İdarəsinin şəxsi heyyəti üzrə 1993-cü ilə və “Azərikimyatikinti” Trestinin 3 №-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. “Azərikimyatikinti” Trestinin 3 №-li TTQİ-nin şəxsi heyətə dair 1998-ci ilin əmrlər kitabında İddiaçı işləməsi barədə məlumat yoxdur. Azərikimyatikinti Trestinin 2 №-li TQİ-nin xx.xx.1993-cü il tarixli 142 nömrəli əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixindən ev növbəsi saxlanılmaqla, köçürmə yolu ilə 6-cı dərəcə elektrik qaynaqçısı işinə qəbul edilmiş və 3 nömrəli sahəyə göndərilmişdir. Azərikimyatikinti Trestinin 3 №-li TQİ-nin xx.xx.1996-cı il tarixli 46 nömrəli əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, 02 sentyabr 1996-cı ildən trestin 6 №-li TTQİ-nin 3 №li TTQİ-nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə peşəsi üzrə işə qəbul edilmişdir. O cümlədən Azərikimyatikinti Trestinin 3 №-li TQİ-nin xx.xx.1997-ci il tarixli 2-k nömrəli əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı 02 yanvar 1997-ci ildən 6 ay müddətinə əmək haqqı saxlanılmamaq şərtilə öz hesabına məzuniyyətə buraxılmışdır. Azərikimyatikinti Trestinin 3 №-li TQİ-nin xx.xx.1997-ci il tarixli 41-k nömrəli əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı 01 iyul 1997-ci ildən 6 ay müddətinə əmək haqqı saxlanılmamaq şərtilə öz hesabına məzuniyyətə buraxılmışdır. İddiaçının xx.xx.1997-ci il tarixdən 6 ay müddətinə, 6 ayın tamamlandığı xx.xx.1997ci il tarixdən də yenidən 6 ay müddətinə, ümumilikdə 1 il müddətinə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.1996-ci ildən xx.xx.1997-ci ilədək çalışdığı dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının sözügedən tarixlərdə müvafiq vəzifələrdə çalışması arxivdən çıxarışlarla öz təsdiqini tapmış, beləliklə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin 1-ci dəlili əsassız olmuşdur. Cavabdeh inzibati orqanın şikayətinin növbəti dəlili iddiaçının xx.xx.1979-xx.xx.1980ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində çalışdığı quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalı (qara metallar) İİİ bölməsinin polad və ferroərintilər istehsalı qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir. Qeyd olunan dəlillə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq daxil olan Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli AZB 01/25 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi "xxxx" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Azərboru" ASC respublikada polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəflərindən yalnız onların cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Eyni zamanda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən notarial qaydada tərcümə edilmiş əmək kitabçasında da xx.xx.1987-ci il tarixli, 250 nömrəli əmr ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası № 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilməsi qeyd edilmişdir. Beləliklə kollegiya cavabdeh inzibati orqanın həmin dəlilini də əsassız hesab edir. Sonuncu dəlil iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan ilkin versiyada xx.xx.1991-ci il tarixinin qeyd olunmasına istinad etmişdir. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının əmək fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrlə bağlı verilmiş əmrin qanunsuz olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin dəlil iddiaçı ilə onun çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçı qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən İddiaçı sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər də sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərdə müvafiq vəzifələrdə işləməsi əmək kitabçasındakı qeydlər və müəssisə tərəfindən verilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır. Hansı ki, cavabdeh inzibati orqan tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq əsaslı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan arayışlarla təsdiq edilən iddiaçının işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər üçün isə tələb olunan güzəştli iş stajı 12 il, 6 ay olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı 29 iyun 2022-ci il tarixində toplanmış olur. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 25 dekabr 2023-cü il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi həmin dövrdə iddiaçının 10 il, 6 aydan çox güzəştli iş stajının cavabdeh tərəfindən qəbul edilməsi faktını təsdiqləyir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt 29 iyun 2022-ci il tarixində ödənildiyindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(118)-2093/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.