Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-493/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-N(NN8)-N992/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-N(NN8)- N992/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-N(NN8)-N992/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakına və əlil olmuş şəxs olduğuna əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N975-ci ildə Xaçmaz rayonu Tikanoba kəndində doğulmuşdur. N994-cü ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətlə əlaqədar hərbi xidmətə çağrılmış və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N () nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə Tərtər rayonunda yaralanmış, xx.xx.N994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. MN MHHK-nın xx.xx.2023-cü il tarixli 22N nömrəli qərarına əsasən aldığı xəsarət «Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». O, döyüş əməliyyatları zamanı xəsarət alması ilə əlaqədar N () saylı hərbi hissəni tərk etmişdir. Aldığı xəsarətə əsasən 2-ci dərəcəli Qarabağ müharibəsi əlili hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi və bəraətvcrici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə «Müharibə veteranı» adı verilə bilməz. Komissiya qərar qəbul edərkən ikinci dərəcəli Qarabağ müharibəsinin əlili kimi imtiyazlı istisna hüququna malik olduğunu nəzərə almamışdır. Ona görə də Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”nın xx.xx.2024-cü il tarixdə onun barəsində qəbul etdiyi qərar tam əsassızdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-3072 nömrəli arxiv arayışına əsasən iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda olmaqla əsaslandırılılmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə N25. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Maddə N27. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtinasında Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3072 nömrəli arxiv arayışına əsasən iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməməsi halına istinad etmişdir. Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N9HP497 saylı arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş N975-ci il təvəllüdlü İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır və yoxdur. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayış, hərbi bileti əvəz edən N6443 saylı arayış və Məhkəmə-Tibbi Ekspertiza və X4 K/N64-2023№li müayinə aktının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N5-ci il tarixli 9/2-4N49 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: pr-N, səh-6, sıra-253) hərbi hissənin tərkibinə gəldiyi qeyd edilib, bütün növ təminatlardan istifadə etmək hüququ verilərək, İ motoatıcı tabora təyin olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən İ motoatıcı taborun əsgəri İddiaçı komandirin 0N aprel N994-cü il tarixli 80 №-li əmrilə (əsas: pr-8, səh-20, sıra-237) hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamımı göndərilmişdir. N №-li hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti və yaralanması barədə araşdırma apara bilmirlər. N №-li hərbi hissə komandirinin N iyun N994-cü il tarixli NN8 №-li əmrilə (əsas: pr-N0, səh-27, sıra-3, atasının adı tam yazılmamışdır) əsgər İddiaçı hərbi hissəyə yazılması ilə əlaqədar hospitalın bütün təminatlarından azad edilmişdir. N №li hərbi hissə komandirinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hospitala qəbul olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023cü il tarixli 22N saylı Qərarında qeyd edilmişdir ki, Xaçmaz RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N9HP-497 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N994-cu ildən xx.xx.N994cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: "Sağ bel nahiyəsinin dəlib keçən odlu silah güllə yaralanması yumşaq toxumaların zədələnməsi ilə” və xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Döş qəfəsinin sağ yarısında və bel nahiyəsinin sağ yarısında odlu silah güllə yaralanmasına görə aparılmış cərrahi əmə iyyat yaralarının sağalmış izləri olan çapıq toxumalar və döş qəfəsinin sağ yarısında İX-X qabırğa səviyyəsində metal yad cisim (güllə)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin N2 07 2023 cü il tarixli 3-43-27/2-82N nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 3-43-27/2-820 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli N64 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” MN MHHK-nın xx.xx.2023-cü il tarixli N69 nömrəli qərarı ləğv edilir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin 7.2 bəndinin a) yarımbəndi. Bundan əlavə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli 2329093AAE5V nömrəli arayışa əsasən İddiaçı xx.xx.20N7-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə əlaqədar verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli, 28N6 saylı məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli N nömrəli əmrində (əsas: §-N, sıra-253, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə etmək hüququ verilmiş və N-ci motoatıcı tabora təyin olunmuş, təcili hərbi xidmətə çağırılmış əsgərlərin siyahısında, Xaçmaz RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 Nə-li əmrində (əsas: §- 8, səh-20, sıra-237, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilən N-ci motoatıcı taborun əsgərlərinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı həmin hərbi hissədəki xidməti və müalicəyə göndərilməsi barədə araşdırma apara bilmirlər. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN8 №-li əmrində (əsas: §- N0, sıra-3, səh-27, əmrdə atasının adı tam yazılmamışdır) hərbi hissələrinə yazıldıqlarına görə, hospitalın bütün təminatlarından azad edilən hərbi qulluqçularının siyahısında İddiaçı Q. oğlunun adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı müalicə üçün hospitala qəbul olunması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən 0N.N994-cü il tarixədək, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Tərtər Hərbi Prokurorluğununun xx.xx.2024-cü il tarixli 3- 3-2N0/2-045672/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 877, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş N975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.20N7-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən (Diaqnoz: Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Epileptik qıcolma tutmaları) 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən r00N308N8ntb nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş (Diaqnoz: Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi...) və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 22N nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ bel nahiyəsinin dəlib keçən odlu silah güllə yaralanması yumşaq toxumalarının zədələnməsi ilə. Döş qəfəsinin sağ yarısında və bel nahiyəsinin sağ yarısında odlu silah güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyat yaralarının sağalmış izləri olan çapıq toxumalar və döş qəfəsinin sağ yarısında İX-X qabırğa səviyyəsində metal yad cisim (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Sonuncu dəfə İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən y00N85573egz nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən tsek-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində NN nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli №3-43-27/2-58/2025 saylı məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayonu Tikan-oba kəndində qeydiyyatda olan, xx.xx.N975-ci ii təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı N yanvar N994-cü il tarixdə keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il tarixli N23 saylı əmrinə əsasən qr N, 83c maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü hərbi xidmətə məhdud yararlı hesab edilərək ehtiyata keçirilmişdir. (Əsas: Qazax Hərbi Prokurorluğun xx.xx.2008-ci il tarixli məktubuna əsasən bərpa olunub). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə bağlı qeyd edir ki, 877, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə prokurorluqda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. Həmçinin cavabdehin təqdim etdiyi Arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N994-N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023cü il tarixli 22N saylı Qərarı ilə “Sağ bel nahiyəsinin dəlib keçən odlu silah güllə yaralanması yumşaq toxumalarının zədələnməsi ilə. Döş qəfəsinin sağ yarısında və bel nahiyəsinin sağ yarısında odlu silah güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyat yaralarının sağalmış izləri olan çapıq toxumalar və döş qəfəsinin sağ yarısında İX-X qabırğa səviyyəsində metal yad cisim (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin iş materiallarına əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il tarixli N23 saylı əmrinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü hərbi xidmətə məhdud yararlı hesab edilərək ehtiyata keçirilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, yaralanmış və ikinci qrup əlil olmuşdur. Tibbi Sosial Ekspert Komissiyasında iddiaçının sonuncu müayinəyə dair arayış, hərbi bileti əvəz edən N6443 saylı arayış və Məhkəmə-Tibbi Ekspertiza və X4 K/N64-2023 №-li müayinə aktının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bu kateqoriya işlər üzrə isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-N(N02)-683/2025 nömrəli qərarı ilə iddiaçı X2 N () nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından və hospitalda müalicə aldığına görə N nömrəli hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 35 nömrəli əmri ilə tutduğu vəzifədən azad edildiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 79-N-ci maddəsinə əsasən Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Nəticə olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər əsasında iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində bilavasitə iştirak etməsi halının müəyyən edilməsi mümkün olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq yaralanması, hərbi travma alması və hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması, ona bununla bağlı əlillik və pensiya təyin edilməsi halı da müəyyən edilmiş, bu faktlar işin mübahisəsiz halları kimi çıxış etmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.N970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.N982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-N(NN8)-N992/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-493/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-493/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver