Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-494/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinə qarşı “iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2- 1(118)-68/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsinə qarşı “iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılınası (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqavıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı qızının xüsusi mülkiyyətindədir və onun adına 20.09.2007-ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin 26 mart 2016-cı il tarixli arayışından müəyyən olunmuşdur ki: ”... X12 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair 18 noyabr 2013-ci il tarixdə X6 adına verilmiş A ******* saylı torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda həmin ünvanda yerləşən B- 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair 13 noyabr 2013-ci il tarixdə X7 adına verilmiş A 470556 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları üst-üstə düşdüyündən Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər şöbəsinə 04 dekabr 2013-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən X12 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin WGS-84 şəbəkəsi üzrə koordinatları Ərazi idarəsinə göndərilmiş və İdarə tərəfindən bu koordinatlar arasında iddiaçılara məxsus torpaq sahəsinə dair İdarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra X10 və X7 torpaq sahələrinin koordinatlarına uyğun olaraq 19 mart 2014-cü il tarixdə onlara çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ” Bir müddət sonra iddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bununla bağlı iddiaçı bazadakı həmin fərqlərin sənədlərə uyğun düzəldilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, İdarə 23 avqust 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilmədiyini bildirmişdir.Buna görə də iddiaçı verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması və qeyd olunan öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin üzərinə qoyulmasının məhkəmədən xahiş etmişdir. Cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair iddiaçının arqumenti ondan ibarət olmuşdur ki, ona verilmiş torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahalarinin planı vo ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qanuna ziddir. Belə ki, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsı iddia ərizəsinə etirazında, eləcə də nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsinin koordinatlarının, mərz nişanlarının müəyyən edilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin səlahiyyətlərinə aid məsələdir və kadastr məlumat bazası onlarda olur. DƏDRX-nin Ərazi İdarələri müvafiq baza məlumatlarını məhz Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətindən əldə edirlər. Buna görə də o Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinə müraciət edərək ona verilmiş torpaq sahəlarinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügədən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr malumat bazasındakı məlutmatları (koordinatların) sözügedən torpaq sahəlarinin planı və ölçüsündə göstarilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsini) xahiş etmişdir. Lakin cavbdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Həmçinin məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə cavabdeh DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi idarəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti ilə əvəz olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı qızının cavabdeh Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq koordinatların eyniləşdirilməsi” tələbinə dair iş üzrə Sərəncamının icra olunması barədə 12 iyun 2020-ci il tarixli, 2-1(118)394/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. İddia tələbinə etiraz edərək nəzərinizə çatdırırq ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,2350 ha 3886 saylı bağ torpaq sahəsi JN1092B KOD 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X5 məxsus olmuşdur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdən göründüyü kimi həmin bağ torpaq sahəsi 2007-ci ildə bölünərək sahəsi 0,115 ha olmaqla 3886 nömrəli bağ torpaq sahəsi X1, sahəsi 0,06 ha olmaqla 3886 B nömrəli bağ torpaq sahəsi X2 və sahəsi 0,06 ha olmaqla 3886 A nömrəli bağ torpaq sahəsi İddiaçı qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15-ci bəndinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.0.23-cü bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.31-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə İddiaçı qızına məxsus Sumqayıt şəhəri Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qadirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Yuxarıda qeyd olunanları və iş üzrə cavabdehin düzgün müəyyən olunmadığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə ,əsasən İddiaçı qızı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürülən “torpaq sahəsinin döngə nöqtələri arasında fərqin aradan qaldırılaraq koordinatların eyniləşdirilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar çıxarmağı məhkəmədən xahiş edirik. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(118)-68/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bağırova X4 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15-ci bəndinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.0.23-cü bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.31-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə İddiaçı qızına məxsus Sumqayıt şəhəri Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qadirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Bundan əlavə hazırki məhkəmə işi üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızının mülkiyyətinə verilmiş Sumqayit şəhəri, Saray bağlar massivi 3886 A nömrəli bağ torpaq sahəsinin 20.09.2007-ci il tarixli, AA 000536 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları hazırda mövcud olan elektron kadastr məlumat bazasında qeydə alınmış koordinatlarla eynidir. Göründüyü kimi hazırki məhkəmə işi üzrə cavabdeh qismində cəlb edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəsmi münasibəti (etirazı) nəzərə alınmamiş və müvafiq lazımi araşdırma aparılmadan əsassız qərar qəbul olunmuşdur. Belə ki, İddiaçı qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Saray bağlar massivi 3886 A nömrəli bağ torpaq sahəsinin 20.09.2007-ci il tarixli, AA 000536 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan dögə nöqtələrinin koordinatları ilə mövcud elektron kadastr məlumat bazasında qeydə alınmış koordinatlar eynilik təşkil etdiyindən (uyğunsuzluq mövcud olmadığından) Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1 (118)-68/2021 nömrəli qərarı əsassızdır. Cavabdeh apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı qızının cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iş üzrə X3 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasındakı fərqi aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılınası (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 08 fevral 2021-ci il tarixli, 2-1(118)-68/2021 nömrəli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normaları düzgün tətbiq olunmamış, maddi hüquq normalarının düzgün tətbiq olunması üçün isə geniş həcmdə sübutlar araşdırılmalı olduğu halda, bunlar edilməmişdir. Belə ki, idiaçının Cavabdehnə ünvanladığı 07 avqust 2019-cu il tarixli ərizəsinə cavab olaraq Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 avqust 2019-cu il tarixli, **********73 saylı məktubda bildirilir ki, təqdim edilən sənədlərdə (20.09.2007- ci ildə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) ğöstərilmiş kordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin kordinantları arasında fərq olduğundan müraciəti təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaya cavab verməli orqan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhz həmin inzibati orqan tərəfindən aparılmış dəyişikliyə əsasən, iddiaçıya təqdim edilmiş sənədlərdə (20.09.2007-ci ildə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq yaranmışdır. Buna baxmayaraq işə baxan məhkəmə cavabdehi əsl olmayan cavabdeh hesab edərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz etmişdir. Təkrar işə baxılarkən məhkəmə əsl cavabdehin prosesə cəlb edilməsi məqsədilə iddiaçıya hüquqi yardım etməlidir. Digər tərəfdən kollegiya qeyd edir ki, məhkəmə iddianı təmin etsə də, hansı koordinatların -iddiaçıya təqdim edilmiş sənədlərdə (20.09.2007-ci ildə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatların, yoxsa kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatlarının naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğun olduğunu, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. Bunun üçün isə işə baxan məhkəmə ilk növbədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xidməti tapşırıq verərək mütəxəssis rəyi almalı, üst-üstə düşmə faktı müəyyən edildiyi təqdirdə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməlidir. Yalnız qeyd edilən xüsusatlar araşdırıldıqdan sonra iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(118)-68/2021 saylı qərarı ləğv edilsin. İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinə qarşı “iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayft İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-494/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-494/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver