Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-495/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-253/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi idarəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı daha sonra ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 62 yaşı var. Yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı regional ərazi idarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılması üçün DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. 1974-1979-cu illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmiş və bu səbəbdən DSMF-nin 11 saylı regional ərazi idarəsi xx.xx.2021-ci il tarixdə **********9 saylı məktubla ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. DSMF-nin 11 saylı regional ərazi idarəsinin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1959-cu il tarixdə ünvan 1ində anadan olmuşdur. 8-ci sinfi bitirib 1974-cü ilin iyun ayının 1-də Kürdəmic kənd “Moskva” kolxozuna işə qəbul olunmuş və əmək fəaliyyətinə başlamışdır. 1978-ci ilin sonuna kimi orada işləmişdir. Sonra ailə qurub Şamaxı şəhərinə köçmüşdür. Bir neçə il işləməmiş, 1989-cu ildən başlayaraq Şamaxı şəhər istehlak cəmiyyətində “Pirqulu” ticarət müəssisəsində, Şamaxı şəhər İncəsənət təhsili müəssisəsində işləmişdir. Bu dövrlərə aid həm əmək haqqı sənədləri var, həm də həmin dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh həmin illər üzrə onun 22 il 6 ay 20 gün sığorta stajının olmasını qəbul edir. Yalnız 1974-1978-ci illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi 4 il 7 ayı sığorta stajına qəbul etmir. Təqdim etdiyi arxiv arayışlarından görünür ki, o, həqiqətəndə həmin illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işləmişdir. Əmək haqqı almış və sosial sığorta fonduna pul ödəmişdir. Buna görə də, həmin illər onun sığorta stajına hesablanmalı və ona yaşa görə əmək pensiyası hesablanmalıdır.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində 1974-1978-ci il tarixlərdə ünvan 1 “Moskva” kolxozunda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İT ******* nömrəli xx.xx.1989-cu il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1989xx.xx.1996-cı il tarixlərdə Şamaxı Kooperativ Cəmiyyətində (06 il 03 ay), xx.xx.1996xx.xx.1997-ci il tarixlərdə Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsində (03 ay 17 gün), xx.xx.1997-xx.xx.2013-cü il tarixlərdə Şamaxı rayon mədəniyyət şöbəsində (16 il) əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ünvanlanan müraciətinə verilmiş imtina cavabının əsasını iddiaçının ünvan 1i “Moskva” kolxozunda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 27 may 2021-ci il tarixli 161 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1996-cı il tarixdə 36 nömrəli əmrlə Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsində işə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə isə işdən azad edilmişdir (03 ay 17 gün). İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 27 may 2021-ci il tarixli 161 nömrəli arayışından məlum olur ki, İddiaçı Şamaxı rayon mədəniyyət şöbəsində 1997, 1999, 2000, 2001, 2002, 2003-cü illərin bütün ayları üzrə, 1998-ci ilin 10 ayı, 2004-cü ilin 11 ayı, 2005-ci ilin isə 7 ayı üzrə əməkhaqqı almışdır. İddiaçı Şamaxı rayon mədəniyyət şöbəsində yalnız əmək haqqı ödənilən iş stajı illəri nəzərə alınsa xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı 07 il 04 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək Şamaxı rayon mədəniyyət şöbəsində olan sosial sığorta stajı 07 il 03 ay (məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər) təşkil edir. İddiaçı yalnız əmək haqqı və məcburi dövlət sosial sığorta haqları ödənilən iş stajı illəri nəzərə alınarsa Şamaxı rayon mədəniyyət şöbəsində olan ümumi sosial sığorta stajı 14 il 07 ayı təşkil edir. İş materiallarında olan Şamaxı Kooperativ Cəmiyyəti tərəfindən təqdim edilmiş əməkhaqqı və digər gəlirlər barədə 21 aprel 2021-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı 1991, 1992, 1993, 1994-cü illərin bütün ayları üzrə, 1995-ci ilin isə 10 ayı üzrə əmək haqqı almışdır. Beləliklə, R.S.X1 Cəmiyyətində yalnız əməkhaqqı aldığı dövlər nəzərə alınsa da sosial sığorta stajı 04 il 10 ay təşkil edir. Belə ki, İddiaçı əmək kitabçasında qeyd edilən müəssisələrdə yalnız əmək haqqı ödənilən dövrlər nəzərə alınarsa onun sosial sığorta stajı 19 il 08 ay 17 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı 12 il 05 ay 17 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-xx.xx.2013-cü il tarixlərdə toplanmış pensiya kapitalı 2454,42 manat təşkil edir. İddiaçının mübahisələndirilməyən xx.xx.2006-cı il tarixədək olan 12 il 05 ay 17 gün sosial sığorta stajının nəzərə alındığı təqdirdə pensiya kapitalı aşağıdakı qaydada hesablanır. 12 il 05 ay 17 gün x 306=3797 manat, 2007-ci il üzrə: 3797+8,3%=4112 manat, 2008-ci il üzrə: 4112+16,7%=4799 manat, 2009-cu il üzrə: 4799+20,8%=5884 manat, 2010-cu il üzrə: 5884+1,5%=5972 manat, 2011-ci il üzrə: 5972+5,7%=6313 manat, 2012-ci il üzrə: 6313+7,9%=6812 manat, 2013-cü il üzrə: 6812+1,1%=6687 manat, 2014-cü il üzrə: 6887+2,4%=7052 manat, 2015-ci il üzrə: 7052+1,4%=7151 manat, 2016-cı il üzrə: 7151+4%=7437 manat, 2017-ci il üzrə: 7437+12,4%=8359 manat, 2018-ci il üzrə: 8359+5,7%=8835 manat, 2019-cu il üzrə: 8835+3%=9100 manat, 2020-ci il üzrə: 9100+16.6%=10.611 manat, 2021-ci il üzrə: 10.611+11%=11.779 manat. Beləliklə, İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövlər nəzərə alındıqda fərdi hesabının sığorta hissəsində toplanmış ümumi pensiya kapitalı 12.024 manat təşkil edir. İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövlər (əməkhaqqı ödənilməyən dövrlər də daxil edilməklə) nəzərə alındıqda onun sosial sığorta stajı 22 il 06 ay 20 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı 14 il 11 ay 17 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006xx.xx.2013-cü il tarixlərdə toplanmış pensiya kapitalı 2454.42 manat təşkil edir. Bu halda İddiaçı ümumi pensiya kapitalı aşağıdakı qaydada hesablanmalıdır. 14 il 11 ay 17 gün x 306=4590 manat, 2007-ci il üzrə: 4590+ 8,3% = 4970 manat, 2008-ci il üzrə: 4970+ 16,7% = 5801 manat, 2009-cu il üzrə: 5801+ 20,8% = 7007 manat, 2010-cu il üzrə: 7007+ 1,5% = 7077 manat, 2011-ci il üzrə: 7077+ 5,7% = 7481 manat, 2012-ci il üzrə: 7481 + 7,9% = 8072 manat, 2013-cü il üzrə: 8072+ 1,1% = 8161 manat, 2014-cü il üzrə: 8161 + 2,4% = 8324 manat, 2015-ci il üzrə: 8324+ 1,4% = 8440 manat, 2016-cı il üzrə: 8440+ 4% = 8778 manat, 2017-ci il üzrə: 8778+ 12,4% = 9867 manat, 2018-ci il üzrə: 9867+ 5,7% = 10.429 manat, 2019-cu il üzrə: 10.429+ 3% = 10.742 manat, 2020-ci il üzrə: 10.742+ 16.6 %= 12.525 manat, 2021-ci il üzrə: 12.525+ 11 %= 13.902 manat. Beləliklə İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövrlər (əməkhaqqı ödənilməyən dövrlər də daxil edilməklə) nəzərə alındıqda fərdi hesabının sığorta hissəsində toplanmış ümumi pensiya kapitalı 16.357 manat təşkil edir. İddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, qanunla tələb edilən 25 il sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış tələb olunan pensiya kapitalına malik olmadığından ona cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-253/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
14. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur.
21. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur.
22. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1997-2005-ci illərdə Şamaxı rayonunun Mədəniyyət turizm şöbəsində işlədiyi və həmin müəssisədə işlədiyi dövrlərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur.
23. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialında saxlanılan Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsinin 1996-1998-ci ilin əmr kitablarından arxiv çıxarışından görünür ki, İddiaçı 36 saylı 11 noyabr 1996-cı il tarixli əmrlə müəssisəyə gözətçi təyin edilmiş, 04 saylı, 28 fevral 1997-ci il tarixli əmrlə işdən azad edilmişdir.
24. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının Şamaxı şəhər Regional ASAN Xidmət mərkəzinə ünvanladığı 27 may 2021-ci il tarixli məktubundan qeyd olunmuşdur ki, Pirqulu ticarət müəssisəsinin 1996-cı il əmək haqqına aid şəxsi hesab kitabları X6 filialına təhvil verilməmişdir.
25. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1997-ci illərdə “Pirqulu” ticarət müəssisəsində işlədiyi və onun 1997-ci ilin yanvar-fevral ayları üzrə aldığı əmək haqqının miqdarı qeyd olunmuşdur.
26. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1974-1978-ci illərdə ünvan 1 Moskva adına kolxozda və 1974-cü ildə - 221, 1975-ci ildə - 365, 1976-cı ildə - 366, 1977-ci ildə - 365, 1978-ci ildə - 105 adam günü işlədiyi qeyd edilmişdir.
27. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1989-cu ildən 01 mart 1996-cı ilədək, 11 noyabr 1996-cı ildən 28 fevral 1997-ci ilədək, xx.xx.1997-ci ildən 01 iyul 2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir.
28. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 14 mart 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şamaxı rayon Kürdəmic kənd “Moskva” kolxozunda minimum əmək iştirak norması qadınlar üçün 110-dur.
29. Apellyasiya şikayətindən və cavabdehin imtinasından müəyyən olunur ki, iddiaçının 22 il 06 ay 20 gün sosial sığorta stajının olması mübahisələndirilmir.
30. Cavabdeh inzibati orqan iddiaçının 1974-1978-ci illərdə Şamaxı rayonu, Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi müddəti mübahisələndirir.
31. İddiaçının 1974-1978-ci illərdə “Moskva” kolxozunda işlədiyi dövrün əmək kitabçasında əks etdirilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
33. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.
34. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
35. Göründüyü kimi iddiaçının 1974-1978-ci illərdə Şamaxı rayonu, Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi dövrlər sığorta stajına daxil edildikdə onun 25 ildən artıq sosial sığorta stajı və pensiya yaşına çatdığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin hazırki iş üzrə 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-253/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.