Məhkəmə qərarları › İş №2-1(105)-495/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-495/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-495/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışın və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********5-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Yergüc kəndi, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən Əmlak Komleksi kimi müəssisə üzərində mülkiyyət hüququ X2 adına qeydə alınmışdır. Həmin çıxarışa əsasən 583.4 kv.m qeyri-yaşayış sahəsi 05 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsi ilə X4 tərəfindən İddiaçı bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********05-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Xaçmaz rayon, Yergüç kəndində yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. JN 0987, KOD 30219088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə/İ- 155 saylı Qərarı ilə X7 Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisindən 0.39 ha torpaq sahəsi satılmışdır. X12 əsasında X6 adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq olaraq Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.29 və 0.10 ha torpaq sahələri X6 xüsusi mülkiyyətindədir. Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə və qeyrilərinə qarşı torpağa dair dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki cizgilər əsasında bərpa edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək X5 adına Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fondu torpağına aid olan ərazidə bütöv şəkildə verilən 0,39 ha pay torpaq sahəsi ayrılmasına dair JN-0254 saylı 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi andan etibarsız hesab edilmiş, eləcə də həmin dövlət aktından irəli gələn bütün nəticələr etibarsız hesab olunmuş, X5 adına verilən xx.xx.1999-cu il tarixli, JN-254 saylı, 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona verilmiş iki hissədən ibarət (640,13 kv.m + 3291,98 kv.m), cəmi miqdarı 0,39 ha olan pay torpaq sahəsi üzərində həmin aktda göstərilən koordinatlar, cizgilər daxilində mülkiyyət hüquqları təmin edilmiş, X6 adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılmış və X6 Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid yol kimi ümumi istifadədə olan torpaq sahəsindən X2 və başqalarının istifadəsinə yaratdığı maneələrə son qoyulması və qətnamənin 1-ci və 2-ci bəndlərinin icrası üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinin Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-2567/2023 saylı məktubu ilə müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi 21 iyun 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı, X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi üçün cavabdeh orqana müraciət etmişdir. Həmin orqan xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən torpaq sahələrinə dair X6 adına verilmiş **********53 və **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür." Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 məxsus olmuş İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz Xudat yolunun sol tərəfində yerləşən (sənəd üzrə ünvan Xaçmaz rayonu Yergüc kəndi) qeyri yaşayış binası və bu ərazidə istifadəsində olan torpaq sahələrinin yerləşdiyi əraziyə digər şəxsin, X6 adına dövlət reyestrindən çıxarış verilmişdir. (Çıxarış xx.xx.2015 tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********23 olan) Sonradan bu çıxarış əsasında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53 və qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********54 olan iki çıxarış verilmişdir. Tərəflərindən qeyd olunan çıxarışların qeydiyyatının ləğv olunması barədə Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi idarəsinə müraciət edilimişdir. Lakin Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi xx.xx.2023-cü il tarixdə müraciətə cavab verərək bunun məhkəmə qərarı ilə mümkün olacağını bildirmişdir. Yuxarıda qeyd olunan çıxarışlar Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş JN-987, kod 30219088 Dövlət aktı əsasında verilmişdir. Xaçmaz rayon məhkəməsinin 2- 310 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən X6 adına 0.39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılmışdır. Lakin Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında Azad Quliyevin adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il tarixində isə həmin alqı-satqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. X11 adına ik ədəd çıxarış verilmişdir. Bunlar 0.29 ha sahəsi olan reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha sahəsi olan reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışlardan ibarətdir. Azad Quliyevin adına verilmiş sənəd X2 adına verilmiş xx.xx.2011-ci il tarixli reyestr nömrəsi **********05-12301 qeydiyyat nömrəsi ********** olan çıxarış və sonradan İddiaçı mülkiyyətinə keçmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın yerləşdiyi əraziyə verilmişdir, (iş materiallarına hər iki sənədin texniki pasportu və dövlət aktının surətləri əlavə olunur. Buradakı xəritədən onların üst-üstə verildiyini görmək mümkündür) Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxan məhkəmə tərəfindən X9 zəruri cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi və bu sənədlərin dövlət reyestrində qeydiyyatlarının silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.(hakim İsmayıl Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi ilə JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edildiyinə görə həmin Akt əsasında verilmiş çıxarışlar da etibarsız hesab edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında X6 adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il tarixində isə həmin alqı-satqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. Göründüyi kimi mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hüquqlar ancaq X7 məxsus olmuş, digər şəxslərin hüquqlarına toxunmamışdır. Torpaq sahələrinin üst-üstə tam düşmə halı mütəxəssis rəyi ilə də təsdiqini tapmış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olduğu öz təsdiqini tapmışdır. Üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və çıxarışların etibarlı hesab edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X6 torpaq sahəsi ilə bağlı hüquqları qanuni quvvəyə minmiş Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən cavabdeh inzibati orqan mübahisələndirilən dövlət qeydiyyatlarını aparmalı deyildi, əgər inziba, orqan məhkəmə qərarından xəbəri olmadan qeydiyyat aparmışdırsa, aparılmış bu qeydiyyatlar iddiaçının müraciəti zamanı nəzərə alınmalı və həmin dövlət qeydiyyatları ləğv edilməli idi. Belə ki, Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005 ci il tarixli qətnaməsi saxta olduğundan üzə çıxarılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsindən məlumatlı deyil. Torpaq sahələrinin üst-üstə düşdüyü hissədə qeydiyyatın ləğv edilməsinə etiraz etmir. 2016-cı ildə 39 sot torpaq sahəsinin 10 sotunu satmışdır, daha sonra 10 sot torpaq sahəsi ona geri qaytarılmışdır. Torpaq sahəsi hal-hazırda tam mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, torpaq islahatı keçirilən zaman əkinə yararlı, biçənək, bağ və dinc torpaqların ayrılması nəzərdə tutulurdu. Mübahisə olunan ərazi nə əkin, nə örüş, nə dinc, nə də çoxillik əkmələr kateqoriyasına aid deyildir. İslahat zamanı bəzi qüsurlar olmuş, 2005-ci ildə həmin vətəndaşlara verilmiş dövlət aktları etibarsız hesab olunmuşdur. O həmin dövrdə DTXK-nin rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2015-ci ildə DTXK ləğv edildikdən sonra müvafiq sənədlər ƏMDXyə təhvil verildiyi dövrdə üçüncü şəxs bəzi şəxslərin adına sənədləşmələr aparmışdır. Həmin ərazidə yerləşən torpaq sahəsinə dair çıxarışı olduğu halda eyni əraziyə üçüncü şəxsin adına çıxarış verilmişdir. DƏDRX özü də bilir ki, texniki səhvlik etmişdir. Sözügedən dövlət aktları məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı X6 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların 0.153 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 0.153 ha hissədə dövlət reyestrində qeydiyyatların silinməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə bu hissədə təmin edilməməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi və dövlət reyestrində qeydiyyatlarının silinməsi, həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(105)-495/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)- 489/2024 nömrəli qərarı qismən- üçüncü şəxs X6 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların iddiaçının torpaq sahəsi ilə üstüstə düşməyən hissədə etibarsız hesab edilməsi və bu sənədlərin dövlət reyestrində qeydiyyatlarının silinməsinə dair iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən 0.153 ha hissədə üçüncü şəxsin adına olan çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatların silinməsi ilə bağlı iddianın təmin edilməsinə dair işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********5-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Yergüc kəndi, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən Əmlak Komleksi kimi müəssisə üzərində mülkiyyət hüququ X2 adına qeydə alınmışdır. Bundan sonra həmin çıxarışa əsasən 583.4 kv.m qeyri-yaşayış sahəsi 05 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsi ilə hüququ X4 tərəfindən iddiaçıya bağışlanmışdır. xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayon, Yergüç kəndində yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. JN 0987, KOD 30219088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə/İ- 155 saylı Qərarı ilə X7 Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisindən 0.39 ha torpaq sahəsi satılmış, həmin Dövlət Aktı əsasında X6 adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. ********** reyestr nömrəli qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. **********53 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və **********54 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq olaraq Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.29 və 0.10 ha torpaq sahələri X6 xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı həmin çıxarışları və dövlət reyestrində qeydiyyatları mübahisələndirir. Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə və qeyrilərinə qarşı torpağa dair dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki cizgilər əsasında bərpa edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək X5 adına Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fondu torpağına aid olan ərazidə bütöv şəkildə verilən 0,39 ha pay torpaq sahəsi ayrılmasına dair JN-0254 saylı 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi andan etibarsız hesab edilmiş, eləcə də həmin dövlət aktından irəli gələn bütün nəticələr etibarsız hesab olunmuş, X5 adına verilən xx.xx.1999-cu il tarixli, JN-254 saylı, 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona verilmiş iki hissədən ibarə (640,13 kv.m + 3291,98 kv.m), cəmi miqdarı 0,39 ha olan pay torpaq sahəsi üzərində həmin aktda göstərilən koordinatlar, cizgilər daxilində mülkiyyət hüquqları təmin edilmiş, X6 adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılmış və X6 Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid yol kimi ümumi istifadədə olan torpaq sahəsindən X2 və başqalarının istifadəsinə yaratdığı maneələrə son qoyulması və qətnamənin 1-ci və 2-ci bəndlərinin icrası üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinin Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-302/2024 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 1.0540 ha torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən 0.29 ha və 0.10 ha torpaq sahələrinə dair X6 adına verilmiş çıxarışlarda müəyyən edilmiş koordinatlarla 0.153 ha hissəsi üst-üstə düşür. (müvafiq xəritə və ortofoto görüntülər əlavə olunur.) Göründüyü kimi torpaq sahələrinin 0.153 ha hissədə üst-üstə düşmə halı mütəxəssis rəyi ilə də təsdiqini tapmışdır. Beləliklə, kollegiya sadalananları ümumiləşdirərək qeyd edir ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə X6 adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilməsinə baxmayaraq, bundan 10 il sonra həmin dövlət aktı əsas göstərilərək 0,39 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daha sonra növbəti çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur....Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, 0,39 ha torpaq sahəsinin iddiaçının 0.153 ha hissəsi ilə üst-üstə düşən hissədə üçüncü şəxsin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.1-ci maddələrinin tələbinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrində də nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi üçüncü şəxs X6 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların 0.153 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 0.153 ha hissədə dövlət reyestrində qeydiyyatların silinməsinə dair iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı X6 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların 0.153 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 0.153 ha hissədə dövlət reyestrində qeydiyyatların silinməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarı üçüncü şəxs X6 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların 0.153 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 0.153 ha hissədə dövlət reyestrində qeydiyyatların silinməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar