Məhkəmə qərarları › İş №2-1(105)-497/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-497/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-497/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X2 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-591/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə (apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə) Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “X.Əsgərova” qeydinin ləğv edilərək, həmin texniki pasportu qərarla məxsus olan şəxsin, babası X2 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-591/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova) İddiaçı xx.xx.2025-ci il tarixində həmin qərardan apellyasiya şikayəti vermiş, eyni zamanda xx.xx.2025-ci il tarixdə ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-591/2025 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(1180- 591\2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının surəti məhkəmə tərəfindən rəsmi qaydada ona xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Bundan sonra o, vəkilinə müraciət edərək apellyasiya şikayəti verilməsini xahiş etmişdir. Vəkili bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə artıq apellyasiya şikayəti vermişdir. Lakin sistemdə yoxladıqda məlum olmuşdur ki,naməlum texniki səbəblərdən həmin şikayət elektron kabinetdə yoxdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə yenidən onun adından həmin şikayət elektron kabinet vasitəsilə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsindən ona işin apellyasiya məhkəməsinə göndərilməsi barədə məktub gəlmiş və orada onun tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Apellyasiya şikayətinin cəm şəklində göstərilməsindən belə başa düşmüşdür ki, hər iki şikayət İnzibati məhkəməyə daxil olmuş və məhkəmə hər iki şikayəti baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Lakin Apellyasiya məhkəməsinin ona göndərdiyi məktubdan məlum olmuşdur ki,vəkilinin xx.xx.2025-ci il tarixdə göndərdiyi şikayət sistemdən keçməmiş və apellyasiya instansiyasına yalnız xx.xx.2025-ci il tarixdə verilmiş şikayət göndərilmişdir və bununla da şikayət müddəti onun tərəfindən ötürülmüş kimi hesab edilir. Bundan əlavə, vəkilinin kompyuterindən də görünür ki, vəkil xx.xx.2025ci il tarixdə şikayəti tərtib edərək göndərmişdir və texniki səbəblərdən həmin şikayət sistemdə qeydə alınmamışdır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025ci il tarixli, 2-1(118)-591/2025 nömrəli qərardadı iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş və qərardaddan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 08 may 2025-cü il tarixə, saat 10:40-a məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək məhkəmədən prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini, apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəyə etiraz edərək iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İddiaçı ərizəsində müddətin ötürülmə səbəbini qərardadın ona 01 aprel 2025-ci il tarixdə göndərilməsi ilə əsaslandırsa da, iş materiallarından görünür ki, məhkəmə mübahisələndirilən qərardadı iddiaçının vəkili və nümayəndəsi Vəkil (məhkəmə iclasında iştirak etmiş) elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmçinin nümayəndə tərəfindən qərardaddan şikayətin əslində xx.xx.2025-ci il tarixdə verilməsi, lakin texniki səbəblərdən həmin şikayətin məhkəməyə göndərilməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlil də müddətin ötməsi üçün üzrlü səbəb ola bilməz. Belə ki, bununla bağlı ərizəyə əlavə edilmiş kompüterdən çıxarışda da şikayətin göndərilməsi müəyyən edilməməklə ərizədə qeyd edilən halları təsdiq etmir (şikayətin xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilməsini). Hazırki halda mübahisələndirilən məhkəmə qərardadı iddiaçının vəkili və nümayəndəsi elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən şikayət verilmə müddəti də həmin tarixdən başlanmışdır. Bu eyni zamanda mübahisə edilməyən haldır. Beləliklə, hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Odur ki, iddiaçının məhkəmə qərardadından vaxtından uzun müddət keçəndən sonra şikayət verməsinin səbəbləri üzrlü hesab edilə bilməz. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın” İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməli, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(118)-591/2025 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar