Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-498/2023 08.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının etibarnamə üzrə nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)- 831/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikası, Quba rayonu, Zərqava kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin “Mərkəzimetaltəmir” Trestində çilingər quraşdırıcı, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991ci il tarixədək quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər vəzifəsində işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 04 avqust 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 01 sentyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin domna istehsalatı bəndində 1030100a-1753a kodu üzrə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan 29 aprel 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMCnin 17 iyul 2022-ci il tarixli 56 nömrəli arayışında iddiaçının xx.xx.1977-xx.xx.1978-ci il və xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 3 ay (xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 52 yaşının tamam olduğu 02 yanvar 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı noyabr 1978-ci il tarixdən 13 noyabr 1980-ci tarixədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamış, həmin tarixdən xx.xx.1999-cu ilədək Sumqayıt şəhərində faliyyət göstərən “Azərbaycan Xüsusi Təmir” İdarəsinin “Mərkəzimetaltəmir” Trestində (sonrakı adı xx.xx.2012-ci ildən "xxxx" MMC) çilingər quraşdırıcı, quraşdırıcı, dəmirçi çilingər peşlərində işləmişdir. Ümumi iş stajı 21 il 2 ay 26 gündür. "xxxx" MMC-də işlədiyi iş dövrü, yəni xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilə qədər işlədiyi dövr 1 nömrəli siyahıya aiddir. Bunu həmin müəssisənin 17 iyul 2022-ci il tarixli, 56 saylı arayışı təsdiq edir. Həmin arayışa görə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya əsasən Metallurgiya istehsalatı (qara metallurgiya) bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 10030100a-1753a bəndinə əsasən ona 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Onun 52 yaşı xx.xx.2011-ci ildə tamam olmuşdur. 52 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyini cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2-1(85)- 1103/2018 nömrəli qərarı ilə “Mərkəzləşmiş Təmir Tikinti Tresti” çilingər quraşdırıcısı X1 cavabdeh DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, M.Bağırovun həmin idarədə işlədiyi çilingər quraşdırıcı ixtisasının 1 nömrəli siyahıya aid edilməsi təsdiq edilmişdir. Yuxarıda qeydi edilənlər, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 15 saylı izahlı arayışı, qanuni qüvvəsini almış məhkəmə aktları bir daha təsdiq edir ki, onun işlədiyi quraşdırıcı çilingər peşəsi 1 nömrəli siyahıya aiddir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-831/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşənin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda 1030100a-1753a koduna uyğun gələn “təmirçi çilingər, elektrik-qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyorları” vəzifəsi kimi qeyd olunmaması, ümumilikdə, çilingər quraşdırıcı və quraşdırıcı kimi qeyd olunması iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir. Belə ki, iddiaçının "xxxx" MMC-də işlədiyi çilingər quraşdırıcı və quraşdırıcı peşələri NK-nın 21 iyun 1993-cü il tarixli qərarında (“Metallurgiya istehsalatı“ bölməsi KOD 1030100a) öz əksini tapmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüquq normalarına istinad etməklə yanaşı, onun işlədiyi müəssisənin fəaliyyət istiqamətini, tutduğu vəzifələri, çalışdığı sahənin əsas funksiyasını, oradakı əmək şəraitini, faktiki yerinə yetirdiyi işləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları nəzərə almış, bu halların yoxlanılması və təhlili əsasında iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd edir ki, işlədiyi müəssisənin əsas vəzifəsi “Azərboru” İstehsalat Birliyində metallurgiya sobalarının təmiri işlərini yerinə yetirməkdən ibarət olmuşdur. Metallurgiya sobalarının təmiri işlərini isə təmir xidməti (heyəti) yerinə yetirirdi ki, onun da tərkibi çilingər-quraşdırıcı, təmirçi çilingər, quraşdırıcı və elektrik-qaz qaynaqçılarından komplektləşdirilmişdi. Vəzifələrinin necə göstərilməsindən asılı omayaraq, həmin vəzifələrdə çalışanların hər biri ağır və zərərli əmək şəraitində işləməklə sobaların təmiri ilə məşğul olmuşdurlar. Həmçinin, nəzərə almaq lazımdır ki, təmir xidmətinin (heyətinin) tərkibindəki təmirçi çilingər, quraşdırıcı, çilingər-quraşdırıcı peşələri uyğun (oxşar) ixtisaslar sayılırdılar və işlədikləri müddətdə həmin peşələrdə çalışanlar faktiki olaraq eyni işləri görmüşdürlər. Elə bunun nəticəsidir ki, (əmək kitabçasındakı 9 və 10 nömrəli qeydlərdən də göründüyü kimi) iddiaçı xx.xx.1991-ci il tarixdə 4-cü dərəcəli çilingər-quraşdırıcı peşəsindən birbaşa ixtisas dərəcəsi artırılmaqla 5-ci dərəcəli quraşdırıcı, xx.xx.1991-ci il tarixdə isə 5-ci dərəcəli quraşdırıcı peşəsindən yenə də birbaşa təmirçi çilingər vəzifəsinə keçirilmişdir. Bununla da həmin müəssisə göstərilən vəzifələrin bir-birinə uyğunluğunu, onun həmin vəzifələrdə işləməklə eyni əmək funksiyasını yerinə yetirdiyini təsdiq etmişdir. Sözügedən vəzifələrdə çalışarkən yerinə yetirdiyi işlər AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə “Metallurgiya (qara metallar)” bölməsinin “metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması” adlanan hissəsinin 1030200a-1753a şifrəsinə tam uyğundur və bunu iş yerindən ona verilən arayışlar da təsdiq edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 02 yanvar 2011-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğu üçün 52 yaşına çatması (xx.xx.2011), 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin “Mərkəzimetaltəmir” Trestində çilingər quraşdırıcı, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər vəzifəsində işləmişdir. (19 il 02 ay 27 gün). İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (02 il) Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1991xx.xx.1999-cu il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 7 il 3 ay müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın metallurgiya istehsalatı (qara metallar) bölməsinin domna istehsalatı bəndində 1030100a-1753a kodu üzrə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC-nin 17 iyul 2022-ci il tarixli 56 nömrəli arayışında iddiaçının xx.xx.1977xx.xx.1978-ci il və xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə nəzərdə tutulan sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 3 ay (xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1977-xx.xx.1978-ci il tarixlərində Azərbaycan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin “Mərkəzimetaltəmir” Trestində çilingər quraşdırıcı, xx.xx.1981-xx.xx.1991-ci il tarixlərində çilingər quraşdırıcı, xx.xx.1991xx.xx.1991-ci il tarixlərində quraşdırıcı vəzifəsində işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2022-ci il tarixli, 56 saylı və 13 yanvar 2023cü il tarixli, 01 saylı güzəştli arayışlardan görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək həmin müəssisədə çilingər quraşdırıcı, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək çilingər quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək quraşdırıcı, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək təmirçi çilingər vəzifəsində işləmişdir. Göstərilən peşələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “Metallurgiya istehsalatı (qara metallar)” bölməsi üzrə metallurgiya sobalarının təmiri və tərkibinin hazırlanması yarımbölməsinin 1030100a-1753a bəndinə və ya “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” vəzifə koduna uyğundur. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışlardan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1981-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il tarixlərində hazırkı "xxxx" MMC-də çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrində işləmişdir. (11 il 10 ay 27 gün) İddiaçının işlədiyi çilingər quraşdırıcı və quraşdırıcı vəzifələrinin güzəştli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, həmin müəssisə tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 15 saylı izahlı arayışdan görünür ki, ötən əsrin 70-90-cı illərində təmir işlərini aparan işçi heyətinin hansı ixtisaslı fəhlələrdən komplektləşdirilməsi barədə mərkəzdən göndərilən göstərişlərə əsasən təmirçi heyət təkcə təmirçi çilingər peşəsində çalışanlardan ibarət olmurdu. Heyətin tərkinə elektrik-qaz qaynaqçıları, quraşdırıcılar, quraşdırıcı çilingərlər, digər təmirçilər və s. peşə sahibləri daxil edilmişdi. Həmin işçilərin tutduqları vəzifələrin (peşələrin) adlarının sənədlərdə ayrı-ayrı oxşar peşələr kimi göstərilməsinə baxmayaraq, onlar təmir işlərini birlikdə icra etmişdirlər. O cümlədən, İddiaçı əmək kitabçasında quraşdırıcı çilingər, təmirçi çilingər və quraşdırıcı vəzifələrində çalışdığı göstərilsə də, o, bilavasitə həmin təmirçi heyətin tərkibində “Azərboru” İB-dəki metallurgiya sobalarının təmiri işləri ilə xüsusilə zərərli və xüsusiilə ağır əmək şəraitində məşğul olmuşdur. İzahlı arayışdan göründüyü kimi müəssisənin təmirçi heyətinin tərkibinə təmirçi çilingərlə yanaşı, quraşdırıcılar və quraşdırıcı çilingərlər də daxil olmaqla, həmin vəzifələrdə çalışan şəxslər faktiki olaraq eyni əmək funksiyalarını icra etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-2338/2022 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı 2 nömrəli siyahı üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Kassasiya instansiya məhkəməsi iddiaçının Yermak İxtisaslaşdırılmış Tikinti-montaj idarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğun olması qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının işlədiyi quraşdırıcı və çilingər quraşdırıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Ş. Metallurgiya istehsalatı bölməsinin 10300000 kodlu (Qara metallar) yarımbölməsinin 10301000 kodlu “1.Domna istehsalatı” sahəsinin 1030100a—1753a şifrinə (təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 1 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 02 yanvar 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-831/2023 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.