Məhkəmə qərarları › İş №2-1(105)-498/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-498/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-498/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1772/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1772/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarının “X2 0.37 ha torpaq sahəsi ayrılması” hissəsində ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə şikayət verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1772/2025 nömrəli qərardadının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşdə olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1772/2025 nömrəli qərardadı İddiaçı məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Qərardan 10 gün müddətində şikayət verilməsi nəzərdə tutulsa da, iddiaçı bu müddəti ötürməklə qərardaddan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 11:50-ə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olsa da, həmin kabinetdən istifadə edə bilmir. Sumqayıt İnzibati Məhkəməsinin qərarının poçt xidməti vasitəsi ilə ona çıtdırılmasını gözləmiş, uzun müddət ərzində qərar onun yaşadığı ünvana gəlmədiyini gördükdə qərarın surətini məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə məhkəmədən əldə etmiş və apellyasiya şikayəti vermişdir. Hesab edir ki, apellyasiya şikayətini vaxtında vermişdir və müddəti ötürməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 şikayətə etiraz edib, şikayətin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göründüyü kimi, iddiaçı məhkəmə qərarının tam formada təqdim olunduğu, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi xx.xx.2025-ci il tarixdən 10 gün ərzində şikayət verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə şikayət vermişdir. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir, iddiaçı məhkəməyə şikayətin verilməsi müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə də verilməmişdir. İnzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 75, 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1772/2025 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar