Məhkəmə qərarları › İş №2-1(105)-5/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X19 və X4 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X13, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(85)-2181/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin mövcud qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə “xxxxxxxxxxx” X9 adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi 1994-cü ildən 1998-ci ilə kimi “Çinar” kiçik müəssisəsinin, 1998-ci ildən etibarən hazırki vaxta kimi isə “xxxxxxxxxxx” X9 icarəsindədir. Hər iki hüquqi şəxsin təsisçiləri eyni şəxslərdir. Həmin qeyri-yaşayış sahəsi 1998-ci ilə kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin tarixə kimi icarə müqavilələri Birliklə bağlanmışdır. 1998-ci ildən etibarən isə icarə müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır. 1994-cü ildən hazırki vaxta kimi iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri yerinə yetirmiş, icarə haqları hər hansı bir gecikdirməyə yol verilmədən tam miqdarda ödənilmişdir. Hal-hazırda X10 Dövlət Komitəsinə borcu yoxdur. 2009-cu il tarixdən dəfələrlə cavabdehə müraciət edərək əmlakı özəlləşdirmək istədiklərini bildirsələr də, cavabdehin özbaşınalığı, vəzifələrinə səhlənkar yanaşması nəticəsində müraciətləri təmin olunmamışdır. Hazırda isə əmlakın özəlləşdirilməsi üçün bazar qiymətindən qat-qat baha, şişirdilmiş məbləğdə pul tələb edirlər. İddiaçı xx xxxxx 2018-ci il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 2016-cı il tarixədək olan redaksiyasına uyğun olaraq uzun müddət iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə xx xxx 2018-ci il tarixli, **********97 saylı məktubla imtina olunaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri- yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə xx.xx.2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin satışı hərracda alıcı olmaması səbəbindən baş tutmamışdır. Cavabdehin qeyd olunan imtinası əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtina məktubunda mübahisəli qeyri-yaşayış sahəsinin satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmasını qeyd etsə də, belə bir təklif olmamış, əksinə iddia ərizəsinə əlavə edilmiş xx xxxxxxx 2009-cu il tarixli, 109 nömrəli məktubdan və xx.xx.2011-ci il tarixli poçt göndərişini təsdiq edən sənəddən görünür ki, dəfələrlə cavabdehə həmin qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciət olunsa da, cavabdeh cavab verməmiş, müraciət təmin olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən cavabdeh daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul etməli olduğu halda, o bunu etməmiş, mübahisəli qeyri-yaşayış sahəsinin icarəçisi olmalarına baxmayaraq iddiaçıya bildiriş və ya digər formada məlumat verilmədən obyekt açıq hərraca çıxarılmışdır. Bundan başqa, icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. Bu o deməkdir ki, faktiki, eyni zamanda hüquqi əsaslarla icarəçinin özəlləşdirmə ilə bağlı gözlənilən hüququ həmin qeyri-yaşayış sahəsinə münasibətdə digər şəxslərdən üstündür. Belə ki, həmin obyektin özəlləşdirilməsi ilk növbədə icarəçiyə təklif olunmalıdır. Belə bir təklif iddiaçıya nə şifahi, nə də rəsmi qaydada olmamışdır. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məqsədilə hərraca çıxarılmasından yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş elanlar vasitəsilə xəbəri olmuşdur. Əgər cavabdeh rəsmi internet saytında verilmiş elanı iddiaçıya təklif kimi qiymətləndirirsə bu qeyd olunan Qaydaların 4.2.2-ci bəndinin pozulması deməkdir. 4.2.2-ci bənddə deyilir ki, icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. Eyni zamanda, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Həmçinin cavabdehin rəsmi internet səhifəsində sonradan elanla tanış olarkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh mübahisəli obyektin ilkin satış qiymətini 200000 manat məbləğində müəyyən etmişdir. Mövcud qanunvericiliyə istinad edərək, bu məbləğin həddən artıq şişirdilmiş və əsassız olduğunu müəyyən etmişlər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 7-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Hesab edirlər ki, mübahisəli obyekt “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 2016-cı il tarixədək olan redaksiyasına uyğun olaraq qiymətləndirilməli və ilk növbədə iddiaçıya təklif olunmalı idi. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdehin iddiaçının müraciətindən imtinası tamamilə əsassız və qeyri-qanunidir və buna görə cavabdehin imtinası qanunsuz hesab edilməli və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız və qanunsuzdur. Belə ki, ünvan 2 ünvanında yerləşən 366.5 kv.m qeyri-yaşayış sahəsi X23 Hakimiyyəti, Sumqayıt şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı İstismarı İdarəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı "AER" firması arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 6834/2545 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müvafiq sərəncamı ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, həmin sahəyə dair bağlanılmış xx.xx.2008-ci il tarixli 6834/2545 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Eyni zamanda, sözügedən qeyri-yaşayış sahəsi satın alınmaq üçün Komitənin xx.xx.2017-ci il tarixli **********29 nömrəli və **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı həmin sahəni almaqdan imtina etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. “İcarə haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Poqramı"nın 4.6.5-ci bəndinə uyğun olaraq, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Beləliklə, iddiaçı icarəyə götürdüyü əmlakı almaqdan imtina etdiyinə görə, ünvan 2 ünvanında yerləşən qeyr-yaşayış sahəsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə tərəfindən hərraca çıxarılmış, lakin göstərilən obyektin hərracı alıcı olmaması səbəbindən baş tutmamışdır. Qeyd olunanlar, o cümlədən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair keçiriləcək növbəti hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim etdiyi ərizə əsasında iştirak etmək hüququna malik olduğu barədə Komitənin xx.xx.2018-ci il tarixli **********97 nömrəli məktubu ilə iddiaçı “xxxxxxxxxxx” QSC-ya bildirilmişdir. Eyni zamanda, iddiaçı iddiasında mübahisə predmeti olan obyektin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a uyğun olaraq qiymətləndirilməsini tələb etmişdir. Özəlləşdirilməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təyin edilməsi hüququ satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdur və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Belə ki, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”ın 7-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) start (satış) qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin (obyektlərin) qiymətləndirilməsi Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müstəqil qiymətləndiricilər tərəfindən həyata keçirilir. ünvan 2 ünvanında yerləşən 376.5 kv.m. qeyri- yaşayış sahəsinin bazar dəyəri yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən, qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmişdir. Beləliklə, dövlət mülkiyyətində olan özəlləşdirilən qeyri-yaşayış sahələrinin dəyəri qanunvericiliklə müəyyən olunmuş qaydada müəyyən edilir ki, alıcı qismində çıxış edən şəxsin həmin əmlakın dəyərinin yenidən müəyyən edilməsi tələbini irəli sürmək hüququ yoxdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. (hakim Z.Pirverdiyev) Həmin qərardan cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X20 Məhkəməsinin icraatında olarkən məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(105)-27/2019 saylı qərardadı ilə hazırki iş üzrə icraat iddiaçı “xxxxxxxxxxx” X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və qeyrilərinə qarşı Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, həmin hərracın nəticələrinə dair 01 nömrəli protokolun, X6 və X15 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin və ******* nömrəli xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt Şəhər Məhkəməsində baxılması başa çatana kimi dayandırılmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-4017/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac qanunsuz hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair 01 nömrəli protokol, X6 və X15 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin alqısatqısı üçün ödənilmiş 100.000 manat pulun ƏMDK tərəfindən X2 və X11 geri qaytarılması qət edilmişdir.(hakim Ceyhun Məmmədov.) Qətnamədən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X6, X15 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, F.Ə.Məmmədov və A.Ə.Abbasov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1812/2020 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, G.A.Quliyev) kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının məzmununa lazımi diqqət yetirməmiş, nəticədə həmin hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı "xxxxxxxxxxx" QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müvafiq sərəncamı ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, həmin sahəyə dair bağlanılmış xx.xx.2008-ci il tarixli, 6834/2545 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Eyni zamanda, qeyd edilən qeyri-yaşayış sahəsi satın alınmaq üçün Komitənin xx.xx.2017-ci il tarixli, **********29 nömrəli və xx.xx.2018-ci il tarixli, **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı həmin sahəni satın almaq üçün Komitənin müraciətlərinə heç bir münasibət bildirməmişdir. X14 Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün hərraca çıxarmışdır. Məhkəmə qərarında iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün xx.xx.2016-cı il tarixinə qədər bir neçə dəfə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdiyini, lakin Komitənin özəlləşdirməni həyata keçirmədiyini qeyd etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Qanunvericiliyin qeyd edilən normasına əsasən, dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəsi yox, hüququdur. Dövlət əmlakının nə vaxt özəlləşdirilməsi barədə qərar qəbul etmək Komitənin diskresion hüququdur və bu alıcının (icarəçinin) tələbi ilə şərtləndirilməmişdir. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsi icarəçinin müraciəti əsasında qeyri-yaşayış sahəsini özəlləşdirmək vəzifəsini daşımamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2016-cı il tarixinə qədər mübahisəli qeyriyaşayış sahəsinin özəlləşdirilməsini həyata keçirməməklə heç bir qanunvericilik normasını pozmamışdır və özəlləşdirmənin nə vaxt həyata keçirilməsi yalnız Komitəninqərarından asılı olmuşdur. Məhkəmə qərarında “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinad edərək, icarəçinin icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın almaq hüququnun olduğunu qeyd etmişdir. Qeyd edilən hüquq normasından da görünür ki, icarəçinin icarəyə götürdüyü əmlakı satın almaq hüququ mülkiyyətçinin, bu halda dövlətin razılığından asılıdır. xx.xx.2016-cı il tarixinə mülkiyyətçinin belə bir razılığı olmadığına görə özəlləşdirmə həyata keçirilməmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının müraciəti əsasında özəlləşdirməni həyata keçirməyə borclu olmadığına görə, məhkəmənin həmin tarixə qədər özəlləşdirməni həyata keçirməməklə bağlı Komitənin hərəkətsizliyini qanunsuz sayması və bu səbəbdən özəlləşdirmənin hazırda qüvvədə olan qanunvericiliyə deyil, həmin tarixə qədər qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməli olmasına dair mövqeyi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə eyni zamanda, qərarında Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad edərək, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilmədiyi qeyd etmişdir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt həmin əmlaka dair alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılması fiziki və ya hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi kimi təfsir edilə bilməz. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya qeyri-yaşayış sahəsi satın alınması şifahi təklif edilmişdir, iddiaçı isə bu halı hal-hazırda təkzib edir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 06.09 2018-ci il tarixli, 2-1(85)-2181/2018 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxx 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı ərazi vergilər departamentində qeydiyyata alınmışdır ıə həmin nizamnamənin 1.7-ci bəndindən görünür ki, “xxxxxxxxxxx” qapalı səhmdar cəmiyyəti “AER” firmasının hüquqi varisidir, onun bütün öhdəliklərinə görə məsuliyyət daşıyır, gəlirləri və əmlakları üzərində sərəncam verir. xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, nizamnamə xx.xx.2015-ci il tarixdə (VÖEN **********) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı xx.xx.1998-ci il tarixdə, Ş-27 dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “AER” firmasının bazasında yaradılmış və onun hüquqi varisi olan , “xxxxxxxxxxx” QSC-nin və “AER” firmasının hüquqi varisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumunun dövlət reyetrindən çıxarışdan görünür ki, İddiaçı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. xx xxxxxx 2002-ci il tarixli, 1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyriyaşayış sahəsini istehsal məqsədi ilə “AER” firmasının müddətli istifadəsinə vermişdir. xx xxxx 2006-cı il tarixli, 2545/1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X16 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə “AER” firmasının müddətli istifadəsinə vermişdir. xx.xx.2016-cı il tarixli, 112 nömrəli, xx.xx.2016-cı il tarixli, 140 nömrəli, xx.xx.2016cı il tarixli, 209633 nömrəli, xx.xx.2016-cı il tarixli, 276665 nömrəli, xx.xx.2017-ci il tarixli, 392054 nömrəli, xx.xx.2017-ci il tarixli, 440612 nömrəli, xx.xx.2017-ci il tarixli, 493492 nömrəli, 03.08,2017-ci il tarixli, 562954 nömrəli, xx.xx.2017-ci il tarixli, 573015 nömrəli, xx.xx.2017-ci il tarixli, 610240 nömrəli, xx.xx.2017-ci il tarixli, 684713 nömrəli, xx.xx.2017ci il tarixli, 721308 nömrəli və xx.xx.2018-ci il tarixli, 772194 nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icarə haqqları cavabdehin hesabına köçürülmüşdür. xx xxxxxxx 2009-cu il tarixli, 109 nömrəli məktubdan görünür ki, iddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsini cavabdehdən xahiş etmişdir. Zaman Ekspressin xx.xx.2011-ci il tarixli, 392403 nömrəli, 401682 nömrəli və “Şimşək” kuryer firmasının 293273 nömrəli göndərişindən görünür ki, iddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.m olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsi barədə cavabdehə müraciət etmişdir. “MBA LTD” X3 Konsaltinq və Qiymətləndirmə şirkətinin xx xxxxxx 2018-ci il tarixli, MB-11-708 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin 2016-cı il tarixədək olan Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və normativ sənədlərə əsasən özəlləşdirmədə hesablanmış start qiyməti 15833 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxx 2018-ci il tarixli **********97 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 2009-cu il tarixli, 109 nömrəli ərizə ilə cavabdehə mübahisəli obyektin özəlləşdirilməsi barədə müraciət etdikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallara hələ dəyişiklik olunmamış, iddiaçının müraciətləri “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsal”lara xx xxxxxxx 2016-cı il tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir inzibati akt qəbul etməmiş və yaxud inzibati aktın qəbulundan imtina etməmiş, bundan başqa cavabdeh mübahisəli əmlakın iddiaçıya təklif olunduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat erilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinə əsasən qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi daxil olmuş müraciətə əsasən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. Həmin “Qaydalar”ın 4.2.1-ci bəndinə əsasən, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi arasında alqı-satqı müqaviləsi bağlanılır. Həmin “Qaydalar”ın 4.2.2-ci bəndinə əsasən, icarəçi, ona müvafiq təklif edildikdən 1 ayərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan"na müvafiq olaraq özəlləşdirilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin Özəlləşdirilməsi Qaydalarının 7-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Məhkəmə tədqiqatı ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsi uzun müddət iddiaçının icarəsində olmuşdur. İcarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmiş, icarə haqları tam şəkildə ödənilmişdir. İddiaçı xx xxxxxxx 2009-cu il tarixli, 109 nömrəli və xx xxxxx 2018-ci il tarixli ərizələrlə cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsini xahiş etmişdir. İddiaçı həmin obyektin onun adına özəlləşdirilməsində hədsiz maraqlı olmuşdur. Bundan başqa işdə olan Zaman Ekspressin xx.xx.2011-ci il tarixli, 392403 nömrəli və 401682 nömrəli, “Şimşək” kuryer firmasının 293273 nömrəli göndərişindən iddiaçının cavabdehə təkrar müraciətləri müəyyən olunur. Cavabdeh isə yalnız iddiaçının sonuncu müraciətinə imtina barədə xx xxx 2018-ci il tarixli, **********97 saylı məktubla cavab verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə xx.xx.2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin hərracı alıcı olmaması səbəbindən baş tutmamışdır. Kollegiya qeyd edir ki, iddiaçı xx xxxxxxx 2009-cu il tarixli, 109 nömrəli ərizə ilə cavabdehə mübahisəli obyektin özəlləşdirilməsi barədə müraciət etdikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallara hələ dəyişiklik olunmamışdı. Belə ki, x xxxxxxx 2016-cı il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a yeni məzmunda 7-ci hissə əlavə edilərək özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) start (satış) qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin (obyektlərin) qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçının müraciətləri “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsal”lara xx xxxxxxx 2016-cı il tarixli dəyişikliyə qədər olmuş, cavabdeh hərəkətsizlik edərək iddiaçının müraciətinin təmin olunması üçün inzibati icraat başlamamış, heç bir inzibati akt qəbul etməmiş və yaxud inzibati aktın qəbulundan imtina etməmişdir. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli obyektin özəlləşdirilməsi ilə bağlı müraciətlərindən cavabdeh tərəfindən hazırki qanunverciliyə istinad olunmaqla imtina edilməsi iddiaçının hüququnun pozulması deməkdir. Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İş materiallarında olan “MBA LTD” X3 Konsaltinq və Qiymətləndirmə şirkətinin xx xxxxxx 2018-ci il tarixli, MB-11-708 nömrəli məktubundan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366,5 kv.metr olan qeyri-yaşayış sahəsinin 2016cı il tarixədək olan Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanun və normativ sənədlərə əsasən özəlləşdirmədə hesablanmış start qiymətinin 15833 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh apelyasiya şikayətində qeyd edilən qeyri-yaşayış sahəsinin satın alınmaq üçün Komitənin xx.xx.2017-ci il tarixli, **********29 nömrəli və xx.xx.2018-ci il tarixli, **********67 nömrəli məktubları ilə iddiaçıya təklif edilməsini bildirsə də, bununla bağlı iş materiallatrında heç bir sübut aşkar olunmamışdır. Hazırki işə apellyasiya icraatı qaydasında baxılarkən xx.xx.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 mübahisəli qeyri-yaşayış sahəsi üzərində X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən ******* nömrəli (qeydiyyat nömrəsi **********) “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun kserosurətlərini məhkəməyə təqdim etmişdir. Həmin sənədlərin lazımi qaydada təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə məhkəmə sorğusu verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, **********14 saylı məktubla müvafiq çıxarış, mübahisəli qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda 01 nömrəli protokola əsasən X6 və X1 barədə sonuncularla Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4130 nömrəli “Müəssisənin (obyektin) alqı- satqı müqaviləsi” və qeyri-yaşayış sahəsinin texniki pasportunun lazımi qaydada təsdiqlənmiş kserosurətləri məhkəməyə daxil olmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə mövcud olmasına, həmin mübahisə ilə bağlı məhkəmə aktı qəbul olunmasına baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi mübahisəli qeyri-yaşayış sahəsini hərrac vasitəsilə özgəninkiləşdirmişdir. Bundan sonra iddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, X2, X11 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, həmin hərracın nəticələrinə dair 01 nömrəli protokolun, X6 və X15 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nin və ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-4017/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac qanunsuz hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair 01 nömrəli protokol, X6 və X15 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4130 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” və qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin alqısatqısı üçün ödənilmiş 100.000 manat pulun ƏMDK tərəfindən X2 və X11 geri qaytarılması qət edilmişdir. Qətnamədən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X6, X15 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1812/2020 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3363/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1812/2020 saylı qərarı ilə müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi 1994-cü ildən icarə hüququ əsasında iddiaçının istifadəsində olmuş və əmlakın iddiaçının adına özəlləşdirilməsi barədə dəfələrlə iddiaçı tərəfindən Komitəyə təklif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi arasında alqı-satqı müqaviləsi bağlanılır. Həmin “Qaydalar”ın 4.2.2-ci bəndinə əsasən icarəçi ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən “Dövlət Əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirillir. İddiaçı tərəfindən dəfələrlə edilmiş rəsmi müraciətlərə əsasən Komitə qeyriyaşayış sahəsinin QSC-nin adına özəlləşdirilməsinə razılıq verməmişdir. “Dövlət Əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.1-ci bəndinə əsasən hərracın keçirilməsi məqsədi ilə satıcı tərəfindən komissiya yaradılır, “Qaydalar”ın 4.2-ci bəndinə əsasən komissiya hərracın keçirilməsini təmin edir, hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb satıcıya təqdim edir, hərracın gedişində mübahisəli vəziyyət yarandıqda icrasını dayandırır və bu barədə satıcıya müvafiq məlumat verir, hərracın qalibini müəyyən edir. İddiaçı, icarəsində olan qeyri-yaşayış sahəsinin özəlləşdirmə hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə QSC-nin adına özəlləşdirilməsi barədə Komitəyə qarşı qaldırdığı iddianın Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin olunması barədə hərracın təşkili üzrə Auksion Mərkəzinə xx xxxxxxxx 2018-ci il tarixli ərizə ilə məlumat verib hərracın dayandırılmasını xahiş etməsinə baxmayaraq hərracın dayandırılması təmin edilməmiş, qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satılmışdır. İşdən görünür ki, hərracın keçirilməsi barədə göndərilmiş bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən xəbərnamə əldə edilmədən hərrac keçirilməklə iddiaçının hərracda iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-nin78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in yuxarıda istinad olunan 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, həmin mülki iş üzrə tərəf olmuş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə də cavabdeh qismində çıxış etdiyindən və həmin məhkəmə qətnamələri hazırki iş üzrə iddiaçı və cavabdehə münasibətdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları ilə kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2181/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2181/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar