Məhkəmə qərarları › İş №2-1(105)-5/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X5 və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Üçüncü şəxs X6, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı 2 saylı X15 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X7 ünvan 1 ünvanında yerləşən 2 saylı X21 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-371/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Səmədova (Səlimova) X19 rayonu, Xırdalan şəhəri, yataqxana, 27-ci məhəllə, ev 18B, mənzil 22 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt şəhər şöbəsində 04 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış X15 Nizamnaməsindən görünür ki, müəssisənin yerləşdiyi ünvan Xırdalan qəsəbəsi, 27-ci məhəllə, ünvan 3imiyyətinin 2 saylı Qarışıq Tipli X1 qarşı yataqxanadan istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(0120-169/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardadda məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal olmuşdur, oradan istifadə hüququnun mövcudluğu barədə iş materiallarında sənəd mövcud deyildir. Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 2 saylı X22 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X7 Abşeron rayonu, Xırdalan qəsəbəsi, Nizami küçəsi, bina 18B, 2 saylı X21 qeydiyyatının ləğv edilməsi öhdəliyinin Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “X7 ünvan 1 ünvanında yerləşən 2 saylı X21 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 yataqxana rəhbərliyinin xəbəri olmadan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 "B", 2 saylı X21 cavabdeh Abşeron rayon Polis İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bu barədə 2019-cu ilin dekabr ayında cavabdehin yataqxanaya gələrək 2007-ci ildə yataqxanaya qeydiyyata alınması barədə məlumat verdiyindən sonra xəbər tutmuşlar. Üçüncü şəxs bir gün də olsun yataqxanada yaşamamış və onlar X12 görməmişlər. Ona görə də 2020-ci ildə onlar Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Rəvanə Səmədovanın yataqxanadan istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq bu barədə cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmələri izah edilmişdir. Lakin cavabdeh bu barədə ona etdikləri müraciətə xx.xx.2021-ci il tarixli məktubla imtina edərək buna səbəb kimi vətəndaşın qeydiyyatının ləğvinin yalnız məhkəmə qətnaməsi əsasında mümkün olduğunu qeyd etmişdir. Cavabdehin bu imtinasını əsassız hesab edirlər. Belə ki, X7 yataqxana ilə heç bir iş münasibəti olmamış və eləcə də yataqxanadan istifadəyə dair heç bir müqavilə də bağlamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, Abşeron rayon Polis İdarəsi iddiaçının iddiası ilə əlaqədar qanuni qərarla razılaşır. X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaya qarşı etirazında bildirmişdir ki, məhkəməyə sübut kimi təqdim olunan “Qeydiyyat haqqında A” kartoçkası yataqxananın administrasiyasında saxlanılır. Həmin sənəddə də X7 yataqxanaya qeydiyyatı haqqında məlumat vardır. Belə nəticə çıxır ki, X7 yataqxanaya qeydiyyata götürülməsindən iddiaçının xəbəri olub. Deməli iddianın əsası kimi qeyd olunan birinci hal həqiqətə uyğun deyil. İddianın ikinci əsasını X7 həmin ünvanda hal-hazırda və ümumiyyətlə heç vaxt yaşamadığı təşkil edir. Bu əsas da həqiqətə uyğun deyildir. Belə ki, X16 öz doğma bibisi (atasının bacısı) X3 yaşadığı yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Dilbər həmin yataqxanada 1983-cü ildən qeydiyyatdadır və orada yaşayır. X16 2004-cü ildən Dilbər ilə birlikdə yaşamış (o vaxt artıq Dilbər təqaudçü idi). 2006-cı ildə qanuni əsaslarla (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa uyğun) bibisinin yanına qeydiyyata düşmüşdür. Dilbər uzun müddətdir ki, yataq xəstəsidir. Özünün ailəsi, uşağı yoxdur. Rəvanədən başqa ona doğma bir insan yoxdur, heç kim Dilbərə bir stəkan su belə verməmişdir. X7 bibisi X13 1983-cü ildən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18B 2 saylı X23 yaşayır. Вu yaşayış sahəsi ona uzun müddət çalışdığı iş yerindən verilmişdir. Dilbər yataqxanada yaşadığı müddətdə təqaüdə çıxmışdır. İş yerindən ona başqa mənzil verilməmişdir. Hal-hazırda o yaşadığı yaşayış sahəsini özəlləşdirməkdən ötrü sənədlərini müvafiq orqanlara vermiş, qısa müddət ərzində bu məsələ öz müsbət həllini tapacaqdır. Evli olmasına baxmayaraq, X16 hal-hazırda da Dilbərin yanında yaşayır. Dilbərin tək yaşaması sadəcə mümkün deyil. İddia ərizəsinin əvvəlində cavabdeh Abşeron rayon Polis İdarəsi qoyulsa da, iddia tələbi Yasamal rayon polis idarəsinə ünvanlanmışdır. Bu da bir daha təsdiq edir ki, iddiaçı iddia tələbinin təmin edilməsinə ciddi yanaşmamış, onun məqsədi iddia tələbinin təmin edilməsi deyil, qarşı tərəfi incitmək üçün tələsik iddia ərizəsini məhkəməyə göndərmişdir( bundan əvvəl bu iddia ilə o Abşeron rayon məhkəməsinə müraciət etmiş, Abşeron məhkəməsinin qərardadından hətta Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti də vermişdir). Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, həqiqətdən uzaq olan, iddiaçı tərəfindən yalan mülahizələrlə uydurulan fərziyyələrinə uyğun irəli sürülən fikridir. X18 məhkəmədən istifadə etməklə öz şəxsi ambisiyalarına görə X12 incitmək marağındadır. Yuxarıda göstərilənlərə görə iddiaçı X8 iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-371/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Səlimova (Səmədova) Rəvanə Şaban qızının ünvan 6 ünvanında yerləşən 2 saylı X21 qeydiyyatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Səlimova (Səmədova) Rəvanə Şaban qızı apellyasiya şikayəti verərək qərarına xitam verilməsi və ya müvəqqəti dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 2007-ci ildə doğma bibisi X4 1983-cü ildə yaşadığı ünvan 7 ünvanında yerləşən X15 22 nömrəli mənzilinə (yaşayış sahəsinə) qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Abşeron rayon Polis İdarəsi tərəfindən qeydiyyata alınmış, məqsədi ixtiyar yaşlı xəstə bibisinə qulluq etmək və ona ixtiyar yaşında həyan durmaq olmuşdur. Hal-hazırda bibisi yataq xəstəsi olduğundan ona xüsusi qulluq göstərmək, qəyyumluq etmək bir qohum kimi insani borcudur. 2004-cü ildən bibisilə birgə yaşamış, bibinin ailəsi, uşağı olmamış və başqa ona doğma insan və qəyyumluq edən başqa bir şəxs olmadığından bibinin ixtiyar yaşında və xəstə olması, özünə qulluq etmək imkanından məhrum olması, onun tək yaşaması qeyri-mümkündür. Bibisinə ayrılan yaşayış sahəsi uzun müddət fəhlə peşəsi üzrə işlədiyi Bakı X10 rəhbərliyi tərəfindən 1983cü ildə ayrılmış, artıq 40 ilə yaxındır ki, həmin ünvanda tək yaşayır. Sovetlər birliyi dağıldıqdan sonra X10 “Dövlət Mülkiyyətinin özəlləşdirilməsinə dair” dövlət proqramına uyğun özəlləşdirildiyi ərəfədə bibisinə ayrılan otağın gələcəkdə özəlləşdirilməsi üçün X24 tərəfindən xx.xx.1998-ci ildə 01/5-262 nömrəli rəsmi order verilmişdir. Maddi imkansız və xəstə olduğundan ona ayrılmış otağı özəlləşdirmək imkanı olmamışdır. Xüsusi ilə qeyd edir ki, yataqxanada əksər sakinlərə aid mənzillər özəlləşdirilmişdir. Hal-hazırda bibisi ƏMDK (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı Sumqayıt İnzibati Məhkəməsində ona məxsus yaşayış sahəsinin özəlləşdirilməsi iddia tələbi qaldırmış iddia (iş № 2-19118)-1479/2022 saylı iş üzrə qeyd olunan məhkəmənin hakimi Ceyhun Məmmədovun icraatındadır və hakim ədalətli məhkəmə araşdırılması üçün bibisi yaşayan yataqxananın komendantına sorğu ünvanlamışdır. 1983-cü il tarixdə inşası başa çatdırılan yataqxana Bakı Mebel Kombinatının balansında olmuş, dövlət kapital borcu hesabına mebel kombinatının işçilərinin yaşaması üçün inşa edilmiş, Abşeron rayon ərazisində 1 nömrəli yataqxana olduğundan 2 nömrə İlə qeydə alınmışdır. “Azərbaycan Respublikası 1995-1998-ci ilərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən kombinat özəlləşdirməyə cəlb edildiyindən və sosial təyinatlı obyektlərin onun balansından çıxarılaraq tabe olduğu rayonun icra hakimiyyətinin balansına verilmişdir. Kombinatın Abşeron rayon ərazisində yerləşməsinə baxmayaraq həmin zaman kəsiyində sənaye obyektlərinin Bakı şəhəri Binəqədi rayonuna aid edildiyindən kombinatın balansında olan 1 və 2 nömrəli mehmanxana tipli yataqxanalar Binəqədi rayon İcra Hakimiyyətinin balansına verilmiş, yaşayış sahələrinin özəlləşdirilməsi isə ərazi üzrə Abşeron rayonunda fəaliyyət göstərən aiddiyatı orqanlara həvalə edilmişdir. 2007-ci ildə Abşeron rayon Polis İdarəsi tərəfindən həmin yaşayış sahəsinə qeydiyyata alındıqdan 15 il keçdikdən sonra yataqxananın komendatı (direktoru) X17 onun qeydiyyatda olduğu yataqxananın binasından çıxarılması barədə Abşeron rayon Məhkəməsində iddia qaldırmış və yataqxanadan istifadəyə xitam verilməsi tələbi irəli sürmüş, Abşeron rayon Məhkəməsi araşdırma apararaq iş № 2(012)- 169/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə işə xitam verərək iddiaçıya bu məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etməsi, imtina olunduğu halda isə müvafiq İnzibati məhkəməyə müraciət etməsi izah olunmuşdur. Abşeron rayon Polis İdarəsi isə öz növbəsində 2021-ci ilin yanvar ayında cavab olaraq göndərdiyi məktubunda bildirmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılmasının ləğvi yalnız məhkəmənin qətnaməsi (qərarı) əsasında həyata keçirilə bilər. Bununla razılaşmayan yataqxananın direktoru Anaxanım Quliyeva yataqxana rəhbərliyi adından Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına iddia ərizəsi ilə müraciət etsə də, prosessual müddət keçdiyindən və məhkəməyə qeyri-obyektiv məlumat verdiyindən Abşeron rayon Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə İş 2 (105)-2303/2021 saylı xx.xx.2021ci il tarixli məhkəmə qərardad qəbul edərək qərardaddan kassasiya şaikəyitinin verilməsini istinad etmişdir. Bununla da razılaşmayan Quliyeva Anaxanım Azərbaycan Respublikas DİN-nin Abşeron rayon Polis İdarəsinə qarşı yataqxana rəhbərliyi adından Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq yataqxanada olan qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılması tələbi irəli sürmüşdür. Cavadbeh tərəf yəni Abşeron rayon Polis İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Anaxanım Quliyevanın məhkəməyə yalan məlumat verdiyini məhkəməyə təqdim olunan yataqxananın adminstrasiyasında saxlanılan qeydiyyat haqqında “A” kartoçkasında 2007-ci ildən yataqxanaya qeydiyyatı təsdiqləmişdir. Bütün bunlar 15 ildən sonra onu və ölüm yatağında olan bibisini müxtəlif məhkəmələrə cəlb edən Anaxamm Quliyeva məhkəmələrdən istfadə etməklə öz şəxsi ambisiyası və maraqlarına görə onları incitməklə, hisslərilə oynamaqla insanlıq qanunlarına sığışmayan hərəkətlər edir. Onun əsas məqsədi bibisi rəhmətə gedəndən sonra ona məxsus yaşayış sahəsini başqa şəxsə sataraq qazanc əldə etməkdir. Anaxanım Quliyevanın qanuna zidd hərəkətlərindən Respublikanın DİN-nə və Baş Prokurorluğa məlumat vermiş, bu məsələ hal-hazırda hüquqi müstəvidə həll edilməkdədir(Baş prokurorluğun məktubu əlavə olunur). Yataqxana dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış təyinatlı obyekt olaraq X10 balansında olmuşdur. Kombinat özəlləşdirilərkən dövlət əmlakının özəlləşdirilməsinin proqramına əsasən kombinatın balansından çıxarılaraq ərazi üzrə Binəqədi rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Dövlət müəssisələrinin özəlləşdirilməsi onların səhmdar cəmiyyətə çevrilməsindən sonra onun dəyəri dövlət büdcəsini ödədikdən sonra mülkiyyətçiyə mülkiyyət şəhdaətnaməsi təqdim edilir. Dövlət vəsaiti hesabına inşa edilən yataqxana yaşayış təyinatlı olduğundan, özəlləşdirilməsi yaşayış otaqlarında yaşayan və kombinatın verdiyi order əsasında sakinlər tərəfindən fərdi qaydada özəlləşdirilə bilər. b) Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etiraz onunla əsalandırılmışdır ki, apellyasiya şikayətində 3-cü şəxs yataqxanaya olan qeydiyyatını belə əsaslandırmağa çalışmışdır ki, o, yataqxanaya bibisi X3 razılığı ilə 2007-cı ildə qeydiyyata düşmüş və guya ona görə də "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən onun qeydiyyatı əsaslıdır. 3-cü şəxsin bu mülahizəsi əsassızdır. Belə ki, qanunla 3-cü şəxs Səmədova Rəvanə ilə bibisi X13 arasında yaxın qohumluq münasibəti yoxdur. Yaxın qohum anlayışı ər-arvad, valideyn, uşaqlar, bacı və qardaşlar hesab edilir. Bibi isə qanunla yaxın qohum hesab edilmir. Bundan başqa, 3-cü şəxsin qanunsuz olaraq qeydiyyata düşdüyü ünvan 9 ünvanı iddiaçı 2 saylı X21 məxsusdur. Yəni 3-cü şəxsin qohum hesab etdiyi bibisi X13 həmin yataqxananın mülkiyyətçisi olmadığından onun yataqxana rəhbərliyinin icazəsi olmadan kimisə qeydiyyata salmaq hüququ və ya səlahiyyəti yoxdur. Bundan başqa, X2 ikən Sumqayıt İnzibati Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yataqxanada yaşadığı otağa çıxarış verilməsi barədə iddia qaldırmış, lakin onun iddia tələbi təmin edilməmişdir. X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının 2009-cü il oktyabr 1-nə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən "Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. 3-cü şəxs Səmədova Rəvanənin yataqxana ilə heç bir əmək müqaviləsi olmamış və onun yataqxanaya qeydiyyata alınması barədə heç bir qərar qəbul edilməmişdir. O, yataqxanaya yataqxana rəhbərliyinin razılığı və xəbəri olmadan cavabdeh tərəfindən formal olaraq qeydiyyata alınmışdır. 3-cü şəxs Səmədova Rəvanə 1 gün də olsun, yataqxanada yaşamamış və onu görməmişlər. Ona görə də 2020-ci ildə Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 3-cü şəxs Rəvanə Səmədovanın yataqxanadan istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin mənasına görə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir". Azərbaycan Respublikasının 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 93.1-ci maddəsinə əsasən "Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur." B3-cü şəxsin yataqxana ilə heç bir iş münasibəti olmamış və eləcə də yataqxanadan istifadəyə dair heç bir müqavilə də bağlamamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Vəkil əlavə olaraq bildirdi ki, üçüncü şəxsin yataqxananın direktorunun xəbəri olmadan bibisi Dilbər xanım tərəfindən qeydiyyata alınması barədə iddiaçının bildirdiyi hal həqiqəti əks etdirmir. Üçüncü şəxs özü X24nda işləmişdir. Kombinatın direktoru B.Babayev 15 dekabr 1994-cü il tarixli məktubla 2 saylı X15 direktoru Quliyeva Anaxanıma məktub göndərərək üçüncü şəxs X6 yaşyış yeri ilə təmin edilməsini xahiş etmişdir. Kombinatın direktorunun müvafiq göstərişinə əsasən yataqxanının direktoru X14 qeydiyyata almış, orderdə üçüncü şəxsin adını yazmış, öz imzası ilə təsdiq etmişdir. Yataqxananın direktoru ayrı mənzil verməli olduğu halda verməmiş, bibisinin yaşadığı mənzilə qeydiyyata almışdır. İddiaçı və cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, və cavabdeh inzibati orqan onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9 . Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.[2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı balansında olan yataqxana binasının order əsasında üçüncü şəxsə verilmiş mənzilindən üçüncü şəxsin onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, sözügedən mənzil 2 saylı X26 mülkiyyətindədir. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin yataxanada qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin yataqxanada yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmüş, lakin məhkəməyə qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı Qarışıq Tipli X1 qarşı yataqxanadan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki üzrə Abşeron Rayon Məhkəməsinin 2(0120-169/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının məzmunu ilə müəyyən olunur ki, qərardadla mülki işin icraatına xitam verilmişdir. Həmin qərardadda məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal olmuşdur, oradan istifadə hüququnun mövcudluğu barədə iş materiallarında sənəd mövcud deyildir. Məhkəmənin həmin qərardadı qanuni qüvvəsini almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2 saylı X15 sakinləri tərəfindən tərtib olunmuş aktın məzmunu ilə müəyyən olunur ki, Səmədova Rəvanə heç vaxt həmin yataqxananın 22 saylı otağında yaşamamış, hal-hazırda da yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X13 xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, ünvan 10 ünvanında yerləşən 22 saylı mənzil üzərində X3 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022ci il tarixli, 2-1(118)-1479/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-67/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1479/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası həmin qərarda qeyd etmişdir ki, “...Apellyasiya baxışı zamanı cavabdehin imtinasının müvafiq dəlilləri ilə bağlı araşdırma aparılmış, iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata alınmasını tələb etdiyi mənzilin yataqxana binasında yerləşməsi ilə əlaqədar həmin 2 №-li yataqxananın hansı qurumun balansında olması ilə bağlı sorğular verilmiş, Abşeron və Binəqədi rayon icra hakimiyyətlərindəb daxil olmuş cavablarda qeyd edilən yataqxanaların həmin icra hakimiyyətlərinin balansında olmadığı göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında iddiaçı 2 saylı X15 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-371/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Səlimova (Səmədova) Rəvanə Şaban qızının ünvan 11 ünvanında yerləşən 2 saylı X21 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmuş, üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edilən iş materiallarında 2 saylı X15 hüquqi şəxs qismində qeydiyyatdan keçməsi barədə müvafiq sənədlərin olmasını nəzərə alaraq 2 saylı X25 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən yataqxananın komendantı A.Quliyeva yataqxanaya dair müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt şəhər şöbəsində 04 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış X15 Nizamnaməsindən görünür ki, müəssisə Binəqədi rayon İcra Hakimiyyətinin tabeçiliyində təsərrüfat hesablı hüquqi statuslu müəssisə kimi fəaliyyət göstərir, müstəqil balansa malik olub, hüquqi şəxsdir, yerləşdiyi ünvan Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi 18b-dir. Bakı şəhər Vergilər Departamentinin 2 saylı filalı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X22 vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********). Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin qanuni təmsilçisi A.Quliyeva Bakı X24 ləğv edildikdən sonra 2 saylı X15 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərdiyini, həmin vaxtdan yataqxananın komendantı olduğunu, hazırda yataqxanada kombinatın keçmiş işçilərinin müvafiq orderlər əsasında yaşadığını, iddiaçı mərhum D.Şixəliyevanın da uzun müddət orada yaşadığını, həmin yataqxanada heç bir mənzilin özəlləşdirilmədiyini, Səmədova Rəvanənin qanunsuz olaraq yataqxanada D.Şıxəliyevanın ailə üzvü kimi qeydiyyata düşdüyünü, lakin heç vaxt orada yaşamadığını, bunun Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-371/2022 nömrəli qərarı ilə də müəyyən edildiyini bildirmişdir...” Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-67/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisəyə baxan məhkəmə tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində mülkiyyətçi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən şəxsin həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı açıq-aşkar müəyyən edilirsə, həmin şəxsin qeydiyyatdan çıxarılmasından inzibati orqan imtina etdiyi təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Bu həm “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında istinad edilmiş hüquqi mövqeyindən irəli gəlir, həm də prosessual qənaət baxımından əhəmiyyət daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(118)-371/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar