Məhkəmə qərarları › İş №2-1(105)-5/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X(sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, XX katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin N4 yanvar N0N3-cü il tarixli, N- 1(118)-489/N0N3 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. SX № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin, xx.xx.N0N0-xx.xx.N0N0-ci ci il tarixlərdə N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Hərbi biletin 14-cü qrafasında aparılan qeydə görə o, N saylı hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

2. N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 38 saylı əmrindən görünür ki, ehtiyatdan çağırılmış İddiaçı xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir.

3. N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 41 saylı əmrindən görünür ki, ehtiyatdan çağırılmış İddiaçı N saylı hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 03N nömrəli əmrinə əsasən, hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə xx.xx.N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

4. N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 318 saylı əmrindən görünür ki, əsgər İddiaçı N8N saaylı hərbi hissədən (tamamlama mərkəzindən) gəlmiş hesab olunaraq N-ci tabor 4-cü bölük 3-cü tağım N-ci manqa atıcısanitar vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas kimi N-ci ordu korpus komandirinin xx.xx.N0N0-ci il tarixli 03N nömrəli sərəncamı göstərilmişdir.

5. 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 3 saylı əmrindən görünür ki, əsgər İddiaçı xx.xx.N0N1-ci il tarixdən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmişdir.

6. AR Müdafiə Nazirliyinin N4 iyun N0NN-ci il tarixli 4/3 7N74 saylı məktubu ilə iddiaçının müraciətindən imtina olunmuş və qeyd edilmişdir ki, iddiaçıya “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 17 iyun N0NN-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N8N nömrəli hərbi hissə xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, 70N nömrəli hərbi hissədə iddiaçının xidməti döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərninin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N0N0-ci ildə ikinci Qarabağ uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı hərbi biletində N saylı hərbi hissənin qeydi mövcuddur. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətindən cavabdeh tərəfindən imtina olunmuş və imtina məktubunda qeyd olunmuşdur ki, “AR Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, X5 adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N8N nömrəli hərbi hissə xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, 70N nömrəli hərbi hissədə xidmətiniz döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə X5 adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci| maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.” Yuxarıda da qeyd etdiyi kimi, hərbi biletində döyüş bölgəsində iştirakı ilə bağlı N saylı hərbi hissənin möhürü mövcud olmasına baxmayaraq, Müdafiə Nazirliyinin həmin müddətdə aktiv döyüşlərin dayandırıldığını əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsi əsassızdır. Belə ki, hərbi biletindəki N saylı hərbi hissənin möhürü və qeydi həmin faktı inkar edir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı xidmət etdiyi N8N nömrəli hərbi hissə N7 sentyabr N0N0 - N noyabr N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmamışdır. İddiaçı 70N nömrəli hərbi hissənin tərkibində xidməti müddəti döyüş əməliyyatlarının dayandırılması dövrünə düşmüşdür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edirlər ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin N4 yanvar N0N3-cü il tarixli, N-1(118)- 489/N0N3 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir (hakim V.Əzizova).

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının təsviri hissəsində qeyd edilir ki, iddiaçıya məxsus SX ******* serialı hərbi biletində İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə N8N nömrəli hərbi hissənin, xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə 70N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və 14-cü qrafasında aparılan qeydə görə o, 70N nömrəli hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, N8N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 03N nömrəli əmrinə əsasən iddiaçı N noyabr N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən görünür ki, iddiaçı N noyabr N0N0-ci il tarixdə N8N nömrəli hərbi hissədən gəlmiş və vəzifəyə təyin edilmişdir. Qanunvericiliyinin tələblərinə görə müharibə veteranı və vəsiqəsinin alınması üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı xidmət etdiyi N8N nömrəli hərbi hissə N7 sentyabr N0N0-N noyabr N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmamışdır. İddiaçı 70N nömrəli hərbi hissənin tərkibində xidməti müddəti (N noyabr N0N0-ci il) döyüş əməliyyatlarının dayandırılması dövrünə təssdüf etdiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazilər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çartdırmaq istəyirlər ki, döyüş əməliyyatları aparılan hərbi hissəni tərkibində olan bütün şəxsi heyət döyüş əməliyyatlarında iştirak etmir. Hərbi qulluqçu döyüş əməlyyatlarında iştirak etmək üçün yalnız hərbi hissə komandirinin əmr əsasında döyüşə gedir. 70N nömrəli hərbi hissə komandirinin sonuncu (N8N nömrəli 5 oktyabr N0N0-ci il tarixli) verilmiş əmrdə İddiaçı adı siyahıya qeyd edilməmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsi qeyd edilən halları araşdırmadan iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmiş və iddiaçının iddia tələbini təmin edərək səhv nəticəyə gəlmişdir. Bu isə qüvvədə olan “Veteranlar haqqında” qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Məhkəmə səhv nəticəyə gəlməklə İnzibati Prosessual Məcəllənin tələblərini pozmuşdur. Hesab edirlər ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; [6] Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

18. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

22. İPM-in 1N-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (1N.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (1N.N).

23. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi biletində onun 03-N noyabr N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin, N noyabr-31 dekabr N0N0-ci il tarixlərdə isə N saylı hərbi hissənin tərkibində xidmət etməsi qeyd edilmişdir. Eyni zamanda həmin N saylı hərbi hissə tərəfindən onun N saylı hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətlərində olan döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş əmrlərdən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdə N saylı hərbi hissənin tərkibindən getmiş hesab edilmiş (N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli 035 saylı sərəncamı əsas götürülməklə), bundan sonra onun barəsində qəbul edilmiş xx.xx.N0N0-ci il tarixli əmrdə eyni ilə N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli 035 saylı sərəncamı əsas götürülməklə N saylı hərbi hissədən gəlmiş hesab edilərək N saylı hərbi hissəyə atıcı-sanitar vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə iddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak etməsini hərbi biletdə apardığı qeydlə təsdiq etmişdir. Maraqlısı odur ki, əgər iddiaçı həqiqətən də N saylı hərbi hissəyə xx.xx.N0N0-ci il tarixdə qəbul edilmişdirsə, Füzuli-Şuşa istiqamətlərində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd hansı dövrə təsadüf edir və bu qeyd hansı əsasla aparılmışdır?! Göründüyü kimi iddiaçının xidmətində hər hansı fasilə olmamış, o, N saylı hərbi hissədən (tamamlama mərkəzindən) birbaşa N saylı hərbi hissəyə göndərilmişdir. Sadəcə qəbul edilməsi barədə əmr xx.xx.N0NN-ci il tarixdə rəsmiləşdirilmişdir ki, bu hal onun döyüş əməliyyatlarında iştirak etməsini təkzib edə bilməz.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar;

27. 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.

28. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsinin 10-cu hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

29. Hazırkı halda işin mübahisəli halı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsidir.

30. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili, İddiaçı xidmət etdiyi N saylı hərbi hissənin N7 sentyabr N0N0-N noyabr N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmaması və iddiaçının N saylı hərbi hissənin tərkibində xidməti müddəti (N noyabr N0N0-ci il) döyüş əməliyyatlarının dayandırılması dövrünə təssdüf etməsidir.

31. İş materiallarında olan N saylı və N saylı hərbi hissə komandirlərinin əmrlərindən görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 41 saylı əmrinə əsasən xx.xx.N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır; N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 318 saylı əmri ilə əsgər İddiaçı N8N sayı hərbi hissədən (tamamlama mərkəzindən) gəlmiş hesab olunaraq atıcı-sanitar vəzifəsinə təyin edilmişdir.

32. İddiaçının “Vətən müharibəsi” dövründə hərbi əməliyyatlarda iştirak edən N saylı hərbi hissəyə nə vaxt daxil olması və döyüş-əməliyyatlarında iştirak etməsi halının araşdırılması məqsədilə məhkəmə kollegiyası AR Müdafiə Nazirliyinə (müvafiq hərbi hissələrə) sorğular ünvanlamışdır. Məhkəmə kollegiyasının sorğularına cavab olaraq AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N iyul N0N4-cü il tarixli 890 saylı cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 70N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı araşdırılmış, lakin hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabından çıxarışa əsasən N noyabr N0N0-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olduğu üçün hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat yoxdur. Məktubda qeyd olunan N, 08, 09 noyabr N0N0-ci il tarixlərdə vətəndaş İddiaçı vətən müharibəsində hansı istiqamətdə döyüş əməliyyatlarına cəlb olunması barədə hərbi hissədə heç bir məlumat yoxdur.

33. İş materiallarında olan, iddiaçıya məxsus SX № ******* seriyalı hərbi biletdən iddiaçının xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin, xx.xx.N0N0xx.xx.N0N0-ci ci il tarixlərdə N saylı hərbi hissənin tərkibində xidmət etməsi, hərbi biletin 14-cü qrafasında aparılan qeydə görə onun N saylı hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan Əsasnamənin tələblərinə əsasən N0N0-ci il sentyabrın N7-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi hərbi biletlər - hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilə bilər.

34. Hazırkı halda isə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi nizami hissə üzrə əmrlərlə təsdiq olunmur.

35. İşin qeyd olunan halları nəzərə alındıqda iddiaçı N saylı hərbi hissədə N noyabr N0N0-ci il tarixədək xidmət etmədiyindən hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz.

36. Hərbi doktrinada və terminologiyada qəbul olunmuş anlayışa görə, döyüş əməliyyatları hərbi əməliyyatların aparılması forması olub, hərbi vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin təşkil olunmuş tətbiqi vasitəsilə müəyyən ərazidə və müəyyən zaman kəsiyində hərbi hissələr, hərbi birləşmələr tərəfindən həyata keçirilən əməliyyatdır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

39. Müvafiq normaların tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün iddiaçı, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində xidmət etdiyini sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Bu baxımdan iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz.

41. Nəticə etibarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

42. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N4 yanvar N0N3-cü il tarixli, N-1(118)-489/N0N3 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar