Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-50/2023 12.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair X2 adına verilımiş AN 314188 saylı, xx.xx.2018ci il tarixli torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(118)-219/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair X2 adına verilımiş A N 314188 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ tikinti materialları kombinatı direktorunun təqdimatına əsasən 25 oktyabr 1991-ci il tarixdə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 240 № li qərarı ilə Novxanı sovxozu ərazisində 1381№li 0,10 ha torpaq sahəsi iddiaçıya bağ evinin tikilməsi üçün ayrılaraq Bağçılıq-yoldaşlıq birliyinin sədri T.Abdullayev tərəfindən bağ qonşusu Məmmədşərifov Zahidin iştirakı ilə tanıdılmışdır. Həmin gündən bu günə kimi adı çəkilən torpaq sahəsi bilavasitə iddiaçının istifadəsindədir. Ona məxsus torpağ sahəsinin hasara alınması məqsədilə 1991-ci ildə öz hesabına dörd yük avtomaşını daş aldırmaq istəyərkən bağ qonşusu Məmmədşərifov Zahidlə razılığa gəlmişlər ki, torpaq sahəsinin giriş hissəsi ümumi istifadələrində olsun, ona görə də, həmin torpaq sahəsinin üç tərəfini hasara aldırmış, yalnız giriş hissəsinə dəmir reşotka tipli qapı quraşdırmışdır. Həmin ərazidə əkmiş olduğu meyvə ağaclarının quruması səbəbi ilə, qamışlı, gölməçəli, eyni zamanda çuxurlu olduğundan 2014-cü il tarixdə 40 ədəd yük nəqliyyat vasitəsiylə torpaq gətizdirərək ərazini hamarlatdırmışdır. Bu günə kimi öz torpaq sahəsinə vaxtaşırı gedib baş çəkir. Qeyd olunanları bağ qonşuları təsdiqləyə bilər. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə aldırmaq üçün cavabdeh idarəyə müraciət etmişdir. xx.xx.2019- cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən rəsmi məktubla imtina olunaraq, **********99 №li reystr nömrəsi ilə qeydə alınmış X2 adına çıxarış verilməsi bildirilmişdir. Abşeron rayon arxivinin rəsmi məktubla vermiş olduğu məlumatından görünür ki, X4 0,10 ha torpaq sahəsinin verilməsi barədə qərarın və torpağın nömrəsi iddiaçının adına torpaq sahəsinin ayrılması barədə XDS-in qərarın nömrəsi və torpaq sahəsinin nömrəsiylə fərqlidir. 0,10 ha torpaq sahəsinin verilməsi barədə qərar verildiyi və T.Abdullayev tərəfindən tanıdıldığı gündən otuz iki gün sonra cavabdehin adına başqa nömrəli qərar və başqa nömrəli torpaq sahəsi verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, X3 Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 268 nömrəli qərarı əsasında 13.11,2018-ci il tarixli, **********99 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11,1991-ci il tarixli, 268 nömrəli qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsindən X5 tərəfindən xx.xx.2018-ci il tarixli, 8İ-1320 nömrəli ərizə əsasında 0,01 ha hissəsindən imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(118)-219/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 240 N0-li qərarı ilə İddiaçı Novaxnı sovxozu ərazisindən 0.10 ha 1381 saylı, xx.xx.1991-ci il tarixli 268 saylı qərarı ilə R.Nəsirovaya 0.10 ha 1648 saylı torpaq sahəsi ayrılmışdlr. Hər iki qərarda torpaq sahəsinin vətəndaşlara göstərilməsi müvafiq vəzifəli şəxs T.Abdullayevə həvalə edilmişdir. Qərarlardan göründüyü kimi torpaq sahələrinin sahəsi və yerləşdiyi ərazi eyni olsa da, onların nömrələri fərqlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair qərarına ayrıc aktı və ya torpaq sahsinin plan sxemi əlavə edilməmişdir. Bu səbəbdən torpaq sahələrinin koordinatlarının üst-üstə düqşüb-düşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti texnkik ekspertizasının təyin olunması da mümkün olmamışdır. R.Nəsriova qeydiyyat orqanına əvvəlcə müraciət etmiş və 1991-ci ildən istifadəsində olan torpaq sahəsinə hüququnun qeydə aldırmışdır. Əgər söhbət eyni torpaqdan gedirsə, onda iddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən isitfadə edir ki, bu da ağlabatan deyildir. Məhkəmə hesab edir ki, mübahiəsləndirilən plan və ölçü sənədi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun tərtib edildiyi və verildiyi üçün onun ləğv edilməsinə əsas mövcud deyildir. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən hallara və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad edərək göstərir ki, qərarla razı deyildir. Belə ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin mübahisələndirdiyi Novxanı bağları massivində yerləşən 0,10 ha torpaq sahəsinin xəritə ilə kimə məxsus olmasını araşdırmamış, onun adına torpağa dair qərarın iş üzrə üçüncü şəxs X3 adına olan qərar ilə fərqli tarixlərdə olmasını və həmin qərarların hansı torpağa aid edildiyini, Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddianın həcminin artırılması (X2 adına 268 nömrəli qərarın ləğv olunması) və onun adına torpağa dair qərarla, iş üzrə üçüncü şəxs X2 adına olan qərarlardakı möhürlərin və imzaların fərqli olmasına dair ərizəsi araşdırılmamışdır. Şikayətdə göstərilir ki, X2 adına xx.xx.1991-ci il tarixdə 268 nömrəli qərar saxtadır: möhürlər və imzalar açıq aydın görünür ki, fərqlidir. Məhkəmə yalnız ərizədə qeyd olunan üçüncü şəxsin adına olan qərarın ləğvi hissəsinə qiymət verərək ərizəni təmin etməyərək qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizədə X2 adına torpağa dair 268 nömrəli verilmiş qərardakı möhürün fərqli və saxta olmasını, imzanın fərqli olması faktını ümumiyyətlə görməməzlikdən gələrək araşdırmamışdır. Bütün bunlarla yanaşı məhkəmə sorğularına, vəkil sorğularına və şəxsən ona Abşeron rayon Arxiv İdarəsi dəfələrlə arayış vermişdir ki, İddiaçı adına 25 oktyabr 1991-ci il tarixdə Abşeron rayon XDS İcraiyyə Komitəsi 240 nömrəli qərar ilə Novxanı sovxozu ərazisində 1381 nömrəli 0,10 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə mübahisələndirdiyi X2 torpağa dair adına verilmiş qərarın həqiqiliyini yoxlamaq əvəzinə, vəsatət olmadan, lüzum olmadan yenidən Abşeron rayon Arxiv İdarəsinin yeni rəisinə sorğu göndərərək qərarının reyestrdə olub-olmamasını yoxlamışdır. Yeni arxiv rəisi hansı maraq və düşüncə ucbatındansa məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı adına qərar mövcud deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bütün tələblərinə dair mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, eyni zamanda işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı tərəfindən imzalanmış iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək (səh. 161-162) onun və iş üzrə üçüncü şəxs X2 adına verilmiş qərardan çıxarışda imzaların və möhürlərin saxta olub-olmamasını müəyyən edilməsi barədə ekspertizanın təyin edilməsini, habelə istifadəsində olan Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair cavabdeh X2 adına verilmiş AN314188 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi ilə yanaşı iş üzrə üçüncü şəxs X2 adına Abşeron rayon XDS İcrayyə Komitəsinin 268№li 28 noyabr 1991-ci il tarixdə verilmiş qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsinin arayışı, foto-şəkilləri və ərizəni məhkəməyə təqdim etməsi həmin protokolda öz əksini tapsa da, məhkəmə yalnız yerində müşavirə etməklə həmin ərizənin iş materiallarına əlavə edilməsini qərara almış, məhkəmənin həmin ərizəyə dair hər-hansı münasibəti (ərizənin işdə iştirak edən şəxlərlə müzakirə edilməsi), habelə ərizədə əks olunmuş yeni tələb - üçüncü şəxs X2 adına Abşeron rayon XDS İcrayyə Komitəsinin 268№li 28 noyabr 1991-ci il tarixdə verilmiş qərarının ləğv olunması tələbinin mümkünlüyü, həmin ərizənin icraata qəbul edilibedilməməsi ilə bağlı məsələlər iclas protokolunda öz əksini tapmamış, nəticədə qeyd edilən tələb üzrə hər-hansı qərar qəbul edilməmişdir ki, bu da İPM-nin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarının ləövi üçün əsasdır. Həmin maddəyə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Kollegiya qeyd edir ki, mübahisənin düzgün həlli, həmçinin tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım edilməli idi. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Qeyd edilənlərlə yanaşı kollegiya həmçinin vurğulayır ki, hazırkı iş üzrə iddiaçının əsas iddia tələbi üzrə də tam araşdırma aparılmamış, məhkəmə gəldiyi nəticəni iş üzrə əldə edilmiş sübutlarla tam əsaslandırmamışdır. Belə ki, məhkəmənin qərarında qeyd edilmişdir ki, məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron XDS İH-nin xx.xx.1991-ci il tarixli, 240 saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. Halbuki iddiaçı ona torpaq sahəsi ayrılmasına dair müvafiq qərardan çıxarışın əslini məhkəməyə təqdim etmiş (səh.11), eyni zamanda üçüncü şəxsə torpaq sahəsi ayrılmasına dair qərarın mötəbərliyini mübahisələndirmişdir. Bununla əlaqədar apellyasiya baxışı zamanı Abşeron rayon Dövlət Arxivini müvafiq sorğular verilmiş, cavab olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 240№li qərarında vətəndaş İddiaçı adının aşkar edildiyi qeyd edilmiş, eyni zamanda həmin qərardan çıxarış təqdim olunmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, yekun məhkəmə qətnamələri iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tələb edilərək öyrənilmiş iddiaçı ilə üçüncü şəxs arasında Abşeron rayon məhkəməsinin icraatında olmuş 2(012)-279/2020 nömrəli mülki işin materiallarında da iddiaçıya Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 240№li qərarı ilə torpaq sahəsinin ayrılması barədə arxiv arayışları mövcuddur. Xüsusilə qeyd olunmalıdır ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən hazırkı iş üzrə sorğulara verilmiş cavablarda olan uyğunsuzluqlarla əlaqədar xx.xx.2022-ci il tarixdə təkrarən təqdim olunmuş izah məktubunda arxivdə kitablarında köhnə çap maşınları ilə düzəlişlər aparıldığı göstərilmişdir. Bundan əlavə, iddiaçının əsas tələbi Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair X2 adına verilımiş A N 314188 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi olsa da, məhkəmə qeyd edilən plan ölçünün verilməsinə əsas olmuş sənədləri tələb etməklə iş materiallarına əlavə etməklə kifayətlənmiş, iddiaçının müvafiq dəlillərinə uyğun olaraq həmin sənədlər, o cümlədən qeyd edilən torpaq sahəsinin yerləşmə mövqeyi əks olunmuş Abşeron Rayon Novxanı X1 çıxarışla bağlı hərhansı araşdırma aparmamış, həmin çıxarışın nəyin əsasında verilməsini müvafiq Bələdiyyəyə sorğu verməklə aydınlaşdırmamışdır. Halbuki, bu qeyd edilən tələb üzrə araşdırılmalı olan zəruri haldır. Beləliklə, işin yuxarıda qeyd olunan hallarından aydın olur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirməməsi, iddiaçının dəqiqləşdirilmiş tələbi üzrə ərizəsinin mümkünlüyünə münasibət bildirilməməsi, cavabdehin və üçüncü şəxsin etirazlarının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması, iddiaçının hüquqi marağına uyğun ona yardım edilməməsi iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə isə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən qərardadın təsviri hissəsində göstərilən pozuntularla əlaqədar ilk növbədə idddiaçının iddia tələbinin artırılması barədə ərizəsinin mümkünlüyü məsələsi müzakirə edilməklə İPM-nin 12, 13-cü maddələrinin tələblərinə uyğun ətraflı araşdırma aparılmalı, iş üzrə tərəflərin dəlillərinə əsasən müvafiq sübutlara qiymət verilməklə yekun məhkəmə qərarı ağlabatanlıq ehtimalı ilə deyil, konkret sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə yekun məhkəmə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(118)-219/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-50/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-50/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver