Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-501/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Vəkil2 Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, Üçüncü şəxs X14 vəkili və nümayəndəsi X24 iştirakı ilə, İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər - X22, X15 və "xxxx" MMC) iddia tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN–213 KOD 30104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (qeydiyyat kitabında 213 nömrə ilə xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır) əsasən Qusar Rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X18, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün 7,53 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən aktda sahəsi 1727,83 ha, planşet nömrəsi 213, sahəsi 10993,00 kv.m planşet nömrəsi 213A, sahəsi 20727,00 kv.m planşet nömrəsi 213V, sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahələrinin planı (cizgisi) öz əksini tapmışdır.
2. JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli Dövlət Aktına əsasən (qeydiyyat kitabında 25-İVk nömrə ilə xx.xx.2006-cu il tarixdə qeydə alınmışdır) Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi ilə X16 Qusar rayonunun Əcəxur kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25.53 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən aktda müxtəlif ölçülü və müxtəlif planşet nömrəli 15 torpaq sahəsinin, o cümlədən sahəsi 28786,06 kv.m planşet nömrəsi 548J olan torpaq sahələsinin planı (cizgisi) öz əksini tapmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018ci il qeydiyyat tarixli çıxarışa əsasən Qusar rayon, Əcəxur kəndində yerləşən 6.926 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə Qusar rayonu Əcəxur kəndində yerləşən torpaq sahəsinə dair X9 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
5. İddiaçıların cavabdeh orqana müraciətinə xx.xx.2021-ci il tarixli, **********51 nömrəli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İmtinada bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Əcəxur kəndində yerləşən X9 adına hazırlanmış 1.3032 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkündür.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mövcud olmayan Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X10 adına yazılmış JN 548 nömrəli KOD 30104018, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayon Əcəxur-oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsinə dair JN 213 nömrəli, KOD 30104018, 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verildiyi vaxtdan indiyə kimi onların istifadəsindədir. Belə ki, onlar vergiləri ödəməklə həmin torpaq sahəsinə sahiblik edirlər. Məlum olmuşdur ki, sözügedən Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 213 JN nömrəli, Qusar rayon Əcəxur-Oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanunsuz olaraq Bakı şəhər sakini X9 adına JN 548 KOD 30104018 olan, 24 may 2006-cı il tarixli Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsinə Sənubər Qasımovanın adına RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair Dövlət Aktının verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645 a/2006 nömrəli qətnaməsi göstərilmişdir. Lakin Qusar Rayon Məhkəməsinin belə bir qətnaməsi mövcud olmamışdır. X19 və onun nümayəndəsi qismində çıxış edən qızı X6 sənədlərdən istifadə edərək iddiaçıların mülkiyyətində olan 28786,06 kvadrat metr torpaq sahəsinə yeni Dövlət Aktı və Çıxarış almışdır. X19 bir ildir ki, vəfat etmiş və hazırda onun işləri qızı və eyni zamanda rəsmi nümayəndəsi X22 tərəfindən aparılır.
8. İddiaçının nümayəndəsi daha sonra İddiaçı1 münasibətdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək X14 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X7 adına özgəninkilşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X7 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın, həmçinin 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkilşdirilməsinə dair Qusar Rayon notariat kontorunun xx.xx.2021- ci il tarixli, 4Ə- 761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X14 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi daha sonra İddiaçı1 münasibətdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Qusar Rayon Məhkəməsinin mövcud olmayan 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X10 adına yazılmış JN 548 nömrəli, 30104018 kodlu, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548JN nömrəli, Qusar rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin ləğv edilməsi öhdəliyinin, həmçinin, X14 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X7 adına özgəninkilşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X7 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın və X14 miras kimi qəbul etdiyi 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə- 761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X14 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
10. İddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən X10 adına olan RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər əsasında qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edlmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, RX seriyalı 12886287 nömrəli dövlət reyestrindən X3 adına qeydiyyata alınmış həmin 6.926 ha torpaq sahəsi cavabdehin məlumat bazasına əsasən digər şəxslərin adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1593/2021 nömrəli qərardadı ilə X22, X15 və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.
12. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona dair etirazın dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvləri X18, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətlərinə Qusar rayon Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsinə dair JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi verildiyi gündən indiyə kimi iddiaçıların istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin X1 dair tərəflər arasında heç bir razılıq, alqı-satqı müqaviləsi olmamış, mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair JN0548, KOD31004018 nömrəli Dövlət Aktının verilməsinə əsas kimi qeyd olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645 a/2006 nömrəli qətnaməsi mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən İddiaçı1 atası X11 özünə məxsus 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satılmasına dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair Qusar rayon məhkəməsinin 2-292 a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsini mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair JN0548, KOD31004018 nömrəli Dövlət Aktının verilməsi kimi qeyd olunmuş və mövcud olmayan Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645 a/2006 nömrəli qətnaməsi ilə eyniləşdirərək əsaslandırılması qeyri-qanuni olduğundan qərar ləğv olunmalıdır.
15. Üçüncü şəxs Agrarco MMC apellyasiya şikayətinə dair etirazını onunla əsaslandırmışdır ki, X32 qızının 6.356 ha torpaq sahəsindən 3,48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X14 adına qeydiyyata alınmasına dair çıxarışın 28786.06 kv.metr torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilərək ləğv olunmasına dair iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir və həmin qərardan verilmiş apellyasiya şikayəti etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Qusar rayonu, Əcəxur kəndində yerləşən 3,48 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixində reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi hazırkı iş üzrə “Agrarco MMC-nin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Belə ki, "xxxx" MMC daşınmaz əmlakı vicdanlı əldə edən şəxs qismində Qusar rayonu, Əcəxur kəndində yerləşən 3,48 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almış və daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixində reyestrdən çıxarışla rəsmiləşdirmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X10 adına yazılmış JN548 nömrəli, 30104018 kodlu. 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair X33 rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr hissəsinin və həmin Dövlət Aktına əsasən Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr hissəsinin X10 qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin 28786,06 kv.metr hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də iş üzrə iddiaçıların hər birinin adından “apellyasiya şikayətinin təmin edilməsi, birinci instansita məhkəməsinin qərarının ləğv edilməsi” barədə ərizələr təqdim etmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Üçüncü şəxs X14 vəkili və nümayəndəsi X31 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi X20 dəqiqləşdirilmiş iddia tələbi üzrə məhkəmə qərarının təmsil etdiyi MMC-nin maraqlarına toxunmadığını, apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
20. İş üzrə digər iddiaçılar və üçüncü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
26. Kollegiya ilk növbədə iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəsinin icraata qəbul edilməsi ilə bağlı qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsinə İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq yardım edilmiş və sonuncu yuxarıda qeyd edilən məzmunlu dəqiqləşdirmə ərizəsi təqdim etmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixlə ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq həmin ərizənin icraata qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
27. Hazırki mübahisənin predmetini cavabdehin X9 adına hazırlanmış 1,3032 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə dair imtinası təşkil edir.
28. Cavabdehin imtinasının və etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, X9 adına olan RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər əsasında qanunun tələblərinə riayət edilməklə hazırlanmışdır. Eləcə də aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli dövlət reyestrindən X3 adına qeydiyyata alınmış həmin 6.926 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasına əsasən digər şəxslərin adlarına özgəninkiləşdirilmişdir.
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə hüquqi cəhətdən başqa şəxsin hüquqları qeydə alındığından iddiaçının tələbini təmin etmək mümkün deyildir. Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddiaçıların atası X11 özünə məxsus 2.07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satılmasına dair alqısatqı müqaviləsi etibarlı hesab edilmişdir. Eyni zamanda həmin qətnamədə Vadim Əmiraslanova məxsus 2,07 ha torpaq sahəsinin aid olduğu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN-213 olmuşdur ki, bu da JN – 213 KOD 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə eynilik təşkil etdiyinə əsas verir. Bundan əlavə, məhkəmədə iddiaçının nümayəndəsi və vəkilinə saxta olduğunu iddia etdiyi Qusar Rayon Məhkəməsinin 2-645a/2006 saylı, 14 aprel 2006-cı il tarixli qətnaməsinin üçüncü şəxs tərəfindən təqdim olunan 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi kimi oxunmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən həmin ərizənin təqdim edilməsi təmin olunmamışdır. Eləcə də, iddiaçılar mübahisəli torpaq sahəsinin onlar tərəfindən hər hansı qaydada satılmamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bütün bu qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin qanuni əsasla Sənubər Qasımovaya satılması və bunun nəticəsində vərəsəlik hüququ əsasında X14 həmin torpaq sahəsini özgəninkiləşdirməsi qanuni əsasla həyata keçirildiyi üçün iddia tələbi əsaslı sayıla bilməz.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, G(029)- 833/2019 nömrəli məktubunda həmin məhkəmənin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin, statistik kartoçkalarının qeydiyyatında 14 aprel 2006-cı il tarixli, 2- 645a/20066 saylı mülki işin mövcud olmadığı göstərilmişdir.
31. İşin qeyd edilən halı ilə bağlı araşdırma aparmış birinci instansiya məhkəməsinin sorğusu ilə 2-645a/2006 saylı, 14 aprel 2006-cı il tarixli qətnaməsinin, habelə həmin mülki işin göndərilməsi tələb edilmiş, müyəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2- 645a/2006 saylı, 17 aprel 2006-cı il tarixli qətnaməsinə və mülki iş materiallarında mövcud olan eyni qətnaməyə əsasən X9 cavabdehlər X17 və digərləri ilə bağladığı alqı-satqı müqavilələrinin (əqdlərin) etibarlı hesab edilməsi qət edilmişdir ki, bununla da Sənubər Qasımovanın adına Qusar rayonunun Əcəxur kəndində yerləşən 35,50 ha torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının verilməsi əsas hesab edilmişdir. Lakin həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçılar, habelə onların atası X18 ümumiyyətlə tərəf olmamışlar və beləliklə də, iddiaçılara dövlət aktı ilə ayrılmış torpaq sahəsinin X4 həmin 2- 645a/2006 saylı, 17 aprel 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmamışdır.
32. Daha sonra üçüncü şəxs – J.Əmirbəyovanın nümayəndəsi R.Kazımov məhkəməyə Qusar Rayon Məhkəməsinin 2- 292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi təqdim etmiş, həmin qətnamə ilə X9 cavabdehlər X12 və digərlərinə məxsus torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmiş, həmçinin, həmin qətnamə ilə X18 tərəfindən 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satıldığı müəyyən edilmişdir.
33. Cavabdehin sorğuya cavabından müəyyən olunmuşdur ki, X9 adına qeydiyyata alınmış 6,926 ha torpaq sahəsindən 0,57 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsinə və 8i-246 reyestr nömrəli bölgü planına əsasən X7 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli, yerdə qalan 6,56 ha torpaq sahəsinə isə X14 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarış verilmişdir. Eləcə də, X22 6,356 ha torpaq sahəsindən 3,48 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirmiş və sonuncunun adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarış işlənmişdir.
34. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Əcəxur kəndində yerləşən 0,57 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı) X7 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü də iş materiallarına əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinə əsasən X22 0,57 ha torpaq sahəsini X2 (bölgü planı mövcuddur).
35. Beləliklə, işin yuxarıda qeyd edilən halları, habelə apellyasiya baxışı zamanı işdə iştirak edən şəxslərin izahatları və təqdim etdikləri sübutlarla müəyyən olunur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayon Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsi ilə bağlı JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsi iddiaçıların istifadəsindədir və həmin torpaq sahəsinin X1 dair tərəflər arasında heç bir razılıq, alqısatqı müqaviləsi olmamış, mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair JN 0548, KOD 31004018 nömrəli Dövlət Aktının verilməsinə əsas kimi qeyd olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi isə mövcud deyildir. İddiaçıların mərhum atası X18 tərəfindən 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satıldığının müəyyən edildiyi Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsində göstərilən torpaq sahəsinin isə JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahəsi olması müəyyən edilməmişdir.
36. Kollegiya qeyd edir ki, iddiaçıların adına olan JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahəsinin cizgisi və koordinatları ilə üçüncü şəxs X9 adına Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi əsasında verildiyi göstərilən JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli Dövlət Aktındakı sahəsi 28786,06 kv.m planşet nömrəsi 548J olan torpaq sahəsinin cizgisi və koordinatlarının eyni olması, habelə həmin torpaq sahəsinin iddiaçıların istifadəsində olması, üçüncü şəxs X22 tərəfindən sonradan digər üçüncü şəxslər X15 və "xxxx" MMCyə satılmış torpaq sahələrinə aidiyyətinin olmaması barədə proses iştirakçılarının izahatları bu nəticəyə gəlməyə əsas verir ki, həmin torpaq sahəsi ilə bağlı üçüncü şəxs X9 adına daşınmaz əmlakın dövlət reyesterində mövcud olmayan məhkəmə qətnaməsi əsasında aparılmış ilkin və sonrakı qeydiyyatlar əsassız olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı izahatında da üçüncü şəxslərə satılmış torpaq sahələrinin hazırkı mübahisənin predmeti olan 28786,06 kv.m torpaq sahəsinə aidiyyəti olmadığını bildirərək həmin üçüncü şəxslərlə bağlı hər-hansı tələblərinin qalmadığını, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi də dəqiqləşdirilmiş iddia tələbinin təmsil etdiyi hüquqi şəxsin maraqlarına toxunmadığını, üçüncü şəxs kimi iştiraklarına xitam verilməli olduğunu bildirmişdir. İşin qeyd edilən halı ilə bağlı kollegiya həmçinin qeyd edir ki, cavabdehin təqdim etdiyi müvafiq reyester məlumatlarına əsasən də X9 adına qeydiyyata alınmış 6,926 ha torpaq sahəsindən X5 0,57 ha və "xxxx" MMC-yə satılmış 3,48 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinin ölçüsü - 2,876 ha məhz iddiaçıların mübahisələndirdikləri, onların adına olan JN–213 KOD 30104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında planşet nömrəsi 213M olan 28786,06 kv.m torpaq sahələrinin ölçüsünə uyğun gəlir ki, bu da həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyesterində X10 adına mövcud olmayan məhkəmə qətnaməsi, yəni hər-hansı hüquqi əsas olmadan qeydiyyatın aparılması nəticəsinə gəlməyə əsas verir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.
38. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli X33 rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr topaq sahəsinə dair hissəsi və həmin Dövlət Aktına əsasən Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsi üzərində X10 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeyd 28786,06 kv.metr hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.