Məhkəmə qərarları › İş №2-1(105)-502/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-502/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-502/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əliliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1800/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2002-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə (xx.xx.2003-cü ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 0329003AAQCP və N00090692İFE nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan’’na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib, audit tədbiri zamanı müayinə aktından çıxarışla protokol arasında uyğunsuzluq aşkarlanması səbəbindən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılıb. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətiə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 0329003AAQCP və N00090692İFE nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Əyani müayinələr zamanı təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 177 nömrəli Qərarında diaqnoz “Sağ çiyin qurşağı nahiyəsinin dəlib keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ diz oynağının daxili meniskinin zədələnməsinə görə meniskektomiyadan sonra osteoartrozu və bükücü kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ baldırın yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı dəri çapıqları” kimi qeyd olunmuşdur. Alınan travma və aparılan cərrahi əməliyyatlardan sonrakı ilk dövrdə belə orqanizm funksiyalarının cüzi pozulması izlənilmişdir. xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində aparılan əyani müayinələr zamanı dövlət tibb müəssisəsinin 0329003AAQCP və N00090692İFE nömrəli göndərişlərində qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalar araşdırılmışdır. Belə ki, göndərişlərdə qeyd edilmiş patofunksional pozuntular-nevroloji defisit, sağ yuxarı və aşağı ətrafda ciddi hərəki məhdudluq, sağ yuxarı ətrafda neyropatiya, əzələ atrofiyası, kobud dartıcı çapıqlar, sağ diz oynağının deformasiyaedici artrozu və s. kimi ağırlaşmalar əyani müayinə zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə qeyd olunan dövrdə şəxsin sağlamlıq vəziyyəti həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatına əsas verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlilliyin təyinindən imtinanın ləğv olunması və 2020-ci ildən “Sağ çiyin qurşağı nahiyyəsinin dəlib keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə, sağ diz oynağının daxili meniskinin zədələnməsinə görə meniskektromiyadan sonra osteoartrozu və bükücü kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ baldırın yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı dəri çapıqları diaqnozu ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “10 ildən çox müddətsiz əlilliyi olduğuna görə əliliyinin dayandırıldığı xx.xx.2020-ci ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1968-ci ildə anadan olmuş, Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən hərbi əməliyyatlarda, xx.xx.1994-cü ildə yaralanmış və Azərbaycan Respubklikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2002-ci il tarixli, 177 Xa-li Qərarı ilə ona “Sağ çiyin qurşağı nahiyyəsinin dəlib keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə. sağ diz oynağının daxili meniskinin zədələnməsinə görə meniskektromiyadan sonra osteoartrozu və bükücü kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ baldırın yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı dəri çapıqları” diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Respublika Kliniki Xəstəxanasında və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Xaçmaz RMX-da müayinə və müalicə olunmuşdur (Respublika Kliniki Xəstəxanasının xx.xx.1994-cü il və Xaçmaz RMX-nın xx.xx.1994-cü il tarixli çıxarış epikrizləri. Xaçmaz RHK-nın xx.xx.2002-ci il tarixli 1220 saylı arayışı. Tərtər qarnizonu hərbi prokurorluğunun xx.xx.2001-cl il tarixli amnistiya haqqında qərarı, MN-nin xx.xx.2002-ci il tarixli, 26/2-3063 saylı arayışı), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Həmin xəstəliklə əlaqədar ona 2001-ci ildən 2003-cü ilə kimi 3-cti qurp əlillik təyin edilmişdir, 2003-cü ildən SER TSE-01 Na 051150 saylı arayışa əsasən mənə 2-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. 2020-ci ildə müddətsiz əlillik təyini ləğv edilmişdir. Onun müraciəti əsasında sənədlərim əlillik təyini üçün 2 dəfə cavabdehə göndərilmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik təyinindən yenidən imtina edilmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı güllə yarası onu narahat edir, səhhətində ciddi problemlər vardır. Aldığı güllə yarası ilə əlaqədar dizində əməliyyat aparılmışdır. Səhhətinə görə işləyə bilmir və əmək qabiliyyətsiz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xaçmaz rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0329003AAQCP nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 177 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiyin Qurşağı nahiyəsinin dəlib keçən güllə yaralanması nəticəsində çiyin Qursağının kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ diz oynağının daxili meniskinin zədələnməsinə görə meniskektomiyadan sonra osteoartrozu və bükücü kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ baldırın yumcaq toxumalarının dəlib-keçən qüllə yaralanmasından sonrakı dəri çapı plan” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayağında olan ağrılardan şikayətlənmiş, sağ yuxarı ətrafda çiynin ön və arxa səthində, sağ dizdə və sağ baldırın orta 1/3-də çapıq izlənilmiş, əzələ gücü, tonusu normal, reflekslər canlı, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və herəki məhdudiyyət aşkar edilməmişdir”. kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qolunda ağrıdan şikayətlənmişdir. Müayinə zamanı sağ çiynində, sağ kürəkdə, sağ baldırın orta 1/3-də çapıqlar, sağ dizində əməliyyat çapığı müşahidə olunmuş, hərəkətlərində məhdudiyyət qeyd edilməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək defisit aşkar edilməmişdir. X4 xx.xx.2023-cü il tarixli Boyun fəqərələri MRT müayinəsinin nəticəsi "Boyun lordozu düzlənmişdir. Boyun fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdir. C2-C7-fəqərəarası disklərin degenerativ dəyişiklikləri nəticəsində intensivlikləri T2-agırlıqlı sekanslarda zəifləmişdir. (Tip 1). C6- C7-fəqərəarası diskin arxa median qabarması 2 mm qeyd edilmişdir. Dura! kisə və hər iki iaterəl foraminal sinir kökcüyü sıxılmışdır. Onurğa beyni normaldır” kimi qeyd edilmişdir. BiolojiTəbabət Klinikasının 17.01,2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi Müayinə zamanı saq yuxarı və aşağı ətrafların sinirlərinə n. Medianus, n. Ulnaris, n.Musculocutaneus, n.Axillaris və n.Peroneus, n. Tibialis, n.Suralis elektroneyroqrafiya icra olundu. Motor cavabların amplitudası n.Axillaris, n.Musculocutaneus enib, ötürücülük azalıb. Motor cavabın amplitudası n.Peroneus və n.Tibialis enib. Sensor cavabın amplitudası n.Suralis enib. Aparılan müavinə saq yuxan və aşağı ətrafların travmatik neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun xx.xx.2023-cü il tarixli ********** ***-**** nömrəli Arayışında qeyd olunmuş diaqnoz "Sağ çiyin qurşağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Saq qoltuqaltı nahiyənin yad cismi. Qəlpə. Sol bazu kələfinin postravmətik neyropatiyası. Çiyin qurşağının ağrılı dartıcı çapıq toxuması. Saq bazu oynağının kontrakturası. Saq yuxarı ətrafın əzələ atrofiyası. Saq diz oynağının meniskotomiya əməliyyatından sonrakı vəziyyət. Ağrılı çapıq toxuması. Diz oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası. İncik sinirinin neyropatiyası. Baldır əzələlərinin atrofiyası. Baldırın qüllə yaralanmasından sonrakı çox saylı çapıq toxuması. Yerişin pozulması. Ağrı sindromu” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1800/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixindən İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əliliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 2002-ci ildən etibarən əlil kimi fasiləsiz olaraq ekspert komissiyalarından qeydiyyatdan keçmiş və xx.xx.2012-ci ildən isə müddətsiz 2 qrup müharibə əlili olmuşdur. Həmçinin, Dövlət Sosial Müdafiə Fondu tərfindən verilmiş 3-17-1/2- 10333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, iddiaçı 2008-2020-ci illərdə əlilliyə görə əmək pensiyası və Prezident Təqaüdünü almışdır. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin hallarından məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur.Ona görə də İddiaçı təyin olunmuş İİ dərəcə əlilliyin etibarsız hesab olunması haqqında hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının İİ dərəcə əlilliyi Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2012-ci üdən isə müddətsiz 2 qrup müharibə əlili olması ilə bağlı əlillik altsistemində heç bir məlumat yoxdur. Həmçinin məhkəmənin qərarında qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə şifahi vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müavinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və məhkəmə ekspertizasının həyata keçirilməsi barədə qərardad qəbul etməmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1800/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin xx.xx.2020-ci ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya xx.xx.2012-cü il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi xx.xx.2012-cü il tarixli 1777 nömrəli müayinə aktına istinad edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 2002-ci il tarixdən əlillik təyin edilmiş, 2012-ci ilədək üçüncü dərəcə əlillik təyin edilmiş, 2012-ci il tarixdən ikinci dərəcə müddətsiz əlllik təyinatı aparılmış, iddiaçıya əlilliyə görə pensiya təyin edilmiş, 2008-2020-ci il tarixədək pensiya məbləği ödənilmişdir. İş materiallarında olan Dövlət sosial Müdafiə Fondu tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçıya xx.xx.2002-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib, audit tədbiri zamanı müayinə aktından çıxarışlar protokol arasında uyğunsuzluq aşkarlanması səbəbindən pensiya ödənişi 2020-ci ilin avqust ayından dayandırılmışdır. Eyni zamanda cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Əlillik” altsistemindən əldə edilmiş məlumata əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə (xx.xx.2003-cü ilədək) üçüncü dərəcə əlillik təyinatı aparılmış, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli göndərişlər əsasında iddiaçı əyani müyainəyə cəlb edilmiş, əyani müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmaları və patofunksional pozuntular aşkar olunmadığından, hər iki halda diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, cavabdeh iddiaçı barəsində altsistemində məlumatlarında 2012-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyinatı ilə bağlı heç bir məlumat olmamasını bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı barəsində 2012-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə alt sistemdə məlumatın olmaması, yalnzı 2002-ci ildə bir illik müddətinə əlillik təyinatı ilə bağlı məlumatı olması halını qeyd etsə də, iş materialları əsasında iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya 2020-ci ilin avqust ayınadək həmin əsasa görə pensiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq ona müddətsiz əlillik təyinatı apardığı (məhz onun əsasında da pensiya təyin edilmişdir) halda, həmin əlilliyin sonradan iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirilmədən, iddiaçıya heç bir məlumat vermədən, altsistem məlumatının olmaması halına istinad etməklə, əlilliyin dayandırılması (ləğv edilməsi) barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan məlumatlarda uyğunsuzluq olduğu halda, bu istiqamətdə inzibati icraat çərçivəsində araşdırma aparmalı, məhz həmin şəxsə aid hallar müəyyən edilməli, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə və bununla bağlı inzibati icraat aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq altsistemdə olan məlumatların kağız daşıyıcıda olan məlumatlara uyğun olması, habelə həmin məlumatların tamlığının təmin edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda müvafiq alsistemdə məlumatın olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbinə də zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən istinad olunan qanunvericiliyin imperativ norma şəklində müəyyən edilmiş tələbləri pozulmuş, iddiaçı barəsində təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi (dayandırılması) barədə gəldiyi qənaəti onun tərəfindən bununla bağlı hər hansı inzibati icraatın təzələnməsi və aparılmış yeni inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş qərar kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hallara əməl edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əlilliyi dayandırıldıqdan sonra əyani müayinəyə cəlb edilmiş və əlilliyin təyin edilməsindən imtina barədə müvafiq qərarlar qəbul edilmişdir. İndiki halda iddiaçı barəsində əlilliyin ləğv edilməsi həmin inzibati icraatın nəticəsi olaraq ortaya çıxmamışdır, bu hal isə qanunvericiliyi tələblərinə zidd olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, yuxarıd istinad ediən müvafiq Qaydaların 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2012-ci il tarxdən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 10 il keçdikdən sonra iddiaçı barəsində əvvəlki təyin eidlmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə icratın təzələnməklə, yeni bir icraat aparmadan, bu barədə qərar qəbul etmədən, əlilliyi ləğv etdikdən sonra inzibati icraat aparmaqla, onun barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina barədə gəldiyi qənaəti qanunvericiliyin istinad olunan normalarının təəlbinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki haldacavabdeh inzibati orqanın həmin hallara istinad etməsi də qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1800/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar