Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-502/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, üçüncü şəxs X7 vəkili və nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ““Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və akt əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-12/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: JN 0009 KOD 30107038 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, X22 Qusar rayonu Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvlərinə 4,78 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, JN- 0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın bir hissəsinə Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən X12 adına JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş və X22na daşınmaz əmlakın dövlət reyestrindən X12 adına 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarış verilmişdir. X12 adına olan MH ******* seriyalı çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 40-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(118)775/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat Kontoruna, X14 və X8 qarşı “Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə cavabdeh X12 adına işlənmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, X22na əsasən X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, 4 iyun 2007-ci il tarixli çıxarışın və X12 adına olan MH ******* seriyalı, 4 iyun 2007-ci il tarixli çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin X1 barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş 31 iyul 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və JN -0009 KOD 30107038 olan 15 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi, X12 adına verilmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsi” iddia tələbi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 oktyabr 2021-ci il tarixli, **********42 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - JN 0352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar Rayon Məhkəmsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsi ilə X14 ünvan 1i ərazisindən 68,43 ha torpaq sahəsi verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 4 iyun 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 4,048398 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. - 31 iyul 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X5 rayonu, Gündüzqələ kəndi ünvanında yerləşən ümumi sahəsi 4,0484 ha olan torpaq sahəsini alıcı X7 mülkiyyətinə vermişdir. - X7 adına tərtib edilmiş **********03 reyestr nömrəli əmlaka dair 13 sentyabr 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 4,0484 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli, 3-21-334/2-10709/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. - DTXK-nın Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi mübahisə predmetidir və JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,11 ha torpaq sahəsi naturada mövcuddur. - Torpaq sahəsinin koordinatları naturadan alındı. JN-263 kod 30217048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı məhkəmə iş materiallarına əlavə olunmadığından X22nda olan koordinatlar ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının uyğun olub-olmaması müəyyən etmək mümkün deyildir. - JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla X14 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. - Göstərilən torpaq sahələrinin koordinatları tam olaraq üst-üstə düşür. (Sxem tərtib olunmuşdur) - Qeyd edilmişdir ki, İddiaçı verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla X14 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. Dövlət Aktlarında üst-üstə düşən hissələrin koordinatları ilə **********03 nömrəli çıxarışa əsasən X7 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə də üstüstə düşür. Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, G(029)-508/2020 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla iddiaçılar X3 və X4 cavabdehlər Qusar rayon X10 və “Ceyhun” X6rşı özəlləşdirmə payının və ya dəyərinin tələb edilməsinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, JN 0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair”dövlət aktı”nın bir hissəsinə Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli qətnaməsinə əsasən X12 adına yeni işlənmiş JN-352 nömrəli dövlət aktını və 4 iyun 2007ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 02 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2 avqust 2021-ci il tarixli, **********81 nömrəli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən,1 hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 1ində yerləşən X12 adına hazırlanmış 4,0484 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonunun Gündüzqala kəndində yerləşən, JN 0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair”dövlət aktı”na əsasən iddiaçıya və ailə üzvlərinə məxsus cəmi 4,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,11 ha hissəsinə dair verilmiş JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin akt əsasında X12 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdırlar. Həmin torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də, Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verildiyi qeyd olunan JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” özlüyündə qanunsuz bir sənəd olmuş və X22 heç bir qanuni əsas olmadan iddiaçının və ailə üzvlərinin 3,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxan məhkəmə tərəfindən X17 və X15 üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-12/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı Möhübəli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun Gündüzqala kəndində yerləşən, JN 0009 KOD 30107038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus cəmi 4,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,11 ha hissəsinə dair verilmiş JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin akt əsasında X12 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X14 verilmiş dövlət aktına əsasən hazırda üçüncü şəxs X7 mülkiyyətindədir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” cəmi 68,43 ha torpaq sahəsinə verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə münasibətdə qanuni qüvvəsini almış qərarlarla müəyyən edilmiş hallar hazırkı iş üzrə də nəzərə alınmalıdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan torpaq sahəsi heç bir əqd və ya razılıq olmadan üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.1-ci maddəsinə ziddir. Həmin torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinəəsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də,Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinəəsasən verildiyi qeyd olunan JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyəthüququna dair dövlət aktı” özlüyündə qanunsuz bir sənəd olmuş və həmin dövlətaktı heç bir qanuni əsas olmadan iddiaçının və ailə üzvlərinin 3,11 ha torpaqsahəsinə dair mülkiyyət hüququnu pozmuşdur. Bu halın olmasını məhkəmə tərəfindən Qusar rayon Məhkəməsinə göndərilən və cavab olaraq göndərilən məktubdan da aydın şəkildə görünür. Belə ki, mübahisəli qətnamənin 7-ci bəndində həmin iş üzrə mübahisə tərəflərinin başqa şəxslər olduğu göstərilmişdir. Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, G(029)-518/2021 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində mövcud olan 2- 158 saylı mülki iş başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında verilmiş JN- 352 saylı dövlət aktının hüquqmüəyyənedici sənəd kimi tanınması üçün müvafiq əsaslandırma təqdim olunmamış, aktın əhatə dairəsi və hüquqi predmeti aydın izah edilməmişdir. Dövlət qeydiyyatına da əsassızlıq mövcud olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli rəyində açıq şəkildə qeyd olunur ki, JN-0009 saylı dövlət aktında göstərilən 3,11 ha torpaq sahəsinin koordinatları üçüncü şəxsə verilmiş JN-352 aktı ilə eyni koordinatlara malikdir. Bu isə daşınmaz əmlakın eyni hissəsinin iki fərqli şəxsə verildiyini və nəticədə iddiaçının mülkiyyət hüququnun pozulduğunu sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının nəticələrinin digər işlərdə nəzərə alınmasını və təkrar mübahisələndirilməsinin qarşısını alır. Məhkəmə, eyni torpaq sahəsinə dair artıq qanuni qüvvəyə minmiş digər məhkəmə qərarlarını - xüsusilə X9 ilə bağh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022 tarixli qərarlarını nəzərə almamışdır. Belə ki, həmin qərarla mübahisəli JN-352aktı əsasında verilmiş çıxarışlar qanunsuz hesab edilmiş və 2,65 ha torpaq sahəsinə dair çıxarışlar ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140.5-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquq əldə edən şəxs hämin hüququn qanunsuz verildiyini bildiyi və ya bilə biləcəyi hallarda "vicdanlı alıcı" hesab edilə bilməz. X14 verilmiş JN-352 saylı dövlət aktı ilə əlaqədar aparılmış bir neçə məhkəmə çəkişməsi və ekspert rəyləri bu hüquqların qanunsuz verildiyinigöstərdiyindən, sonrakı alıcı olan X15 "vicdanlı alıcı" statusuna malik ola bilməz. Məhkəmə qətnaməsində sadalanan Ali Məhkəmənin iki qanuni qüvvəyə minmiş qətnaməsindən də göründüyü kimi, bütün hallarda X14 qanunsuz olaraq verilmiş JN-352 saylı dövlət aktında göstərilən torpağın alıcısı qismində məhz X15 çıxış etmişdir. Görünür bu “mexanizm”lə hərəkət edən “satıcı” X17şərti “alıcı” kimi X15 ilə sövədələşmişdir. Bu tipik hüquqdan sui-istifadə hahdır ki, bu məsələ ilə bağlı da Konstitusiya Məhkəməsinin bir sıra qətnamələrində qəbul etdiyi mövqe məlumdur. Belə olan halda heç bir halda X15 vicdanlı alıcı kimi tanına bilməz. Hesab edir ki, məhkəmə məlum faktlar əsasında deyil, məhz 3-cü şəxslərin xeyrinə olaraq heç bir əsas olmadan qərar qəbul etmişdir ki, bu da İddiaçının haqlı olaraq mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda məhkəmənin mübahisəli qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsi 1997-ci ildən onlara ayrılmışdır və bu günə qədər həmin torpaq sahəsindən faktiki istifadə edirlər. Daha sonra qeyd olunan torpaq sahəsi ilə bağlı sənəd almaq üçün müraciət etmişlər, lakin onlara bildirdilər ki, torpaq sahəsinin bir hissəsi, yəni 3.11 ha torpaq sahəsi üst-üstə düşür. Həmçinin bildirir ki, dövlət aktı ilə müəyyən olunmuş torpaq sahəsinin həcmi 4.78 ha-dır, mübahisəli torpaq sahəsinin həcmi isə 3.11 ha-dır. Hal-hazırda X12 qeyd olunan torpaq sahəsi ilə bağlı əldə etdiyi çıxarış və digər sənədləri ona məxsus 3.11 ha torpaq sahəsi hissəsində mübahisələndirir, çünki Çingiz Cəlilovun əldə etdiyi sənədlərin saxta olduğunu hesab edir. 3.11 ha torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, üçüncü şəxs X17 torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Hüquqlarını müdafiə etdiyi X15 isə torpaq sahəsini ondan rəsmi sənədlər əsasənda almışdır, yəni vicdanlı alıcıdır. Hesab edir ki, əslində hazırki iddia onların maraqlarına toxunmasa da, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs X17 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsi və üçüncü şəxs X12 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi Qusar rayonunun Gündüzqala kəndində yerləşən, JN 0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıya və ailə üzvlərinə məxsus cəmi 4,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,11 ha hissəsinə dair verilmiş JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin akt əsasında X12 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X14 verilmiş dövlət aktına əsasən hazırda üçüncü şəxs X7 mülkiyyətindədir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” cəmi 68,43 ha torpaq sahəsinə verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə münasibətdə qanuni qüvvəsini almış qərarlarla müəyyən edilmiş hallar hazırkı iş üzrə də nəzərə alınmalıdır. Kollegiya tərəfindən mübahisələndirilən dövlət aktına münasibətdə aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsini (elə bir qətnamə mövcud deyil- i.v 8) əsas götürərək, X22na daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs X12 adına MH seriyalı, ******* nömrəli, 4 iyun 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir. Üçüncü şəxs X12 adına olan çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X7 adına özgəninkiləşdirmişdir. Daha sonra isə adına RX seriyalı, ******* nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin adına olan 4,78 ha torpaq sahəsinə verilmiş JN-0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt”nın 0009Z (1,6656 ha) hissəsinin cizgisi bazada öz əksini tapmış, 0009 (3,111 ha) hissəsinə isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qusar rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən X12 adına 68,43 ha torpaq sahəsinə verilmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt” işlənmiş və X22 əsasında X12 adına dövlət reyestrindən 4,048398 ha torpaq sahəsinə 4 iyun 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir. X12 adına olan 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirmiş, 14 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X7 mülkiyyət hüququ tanınmışdır. Kollegiya qeyd edir ki, torpaq sahəsinə dair üçüncü şəxsin adına X22nın verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsi göstərilsə də, Qusar Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, G(029)-508/2020 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Həmçinin məhkəmə tərəfindən əldə edilmiş məhkəmə qərardadı da qeyd edilən halı təsdiq edir. Belə ki, Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla iddiaçılar X3 və X4 cavabdehlər Qusar rayon X10 və “Ceyhun” X6rşı özəlləşdirmə payının və ya dəyərinin tələb edilməsinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində JN 0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi, yəni, mübahisəli torpağın məhz Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2- 158 nömrəli qətnaməsi ilə üçüncü şəxs X14 ayrılması öz təsdiqini tapmamışdır. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan inzibati akt kimi qiymətləndirilə bilməz. X22 inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 67.6 və 67.6.2-ci maddəsinə görə maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Hazırkı halda kollegiya hesab edir ki, üçüncü şəxsin adına JN-352 KOD 30107038 nömrəli Dövlət Aktı mövcud olmayan məhkəmə qətnaməsi əsas götürülməklə tərtib edildiyindən, və bununla da X22nın mötəbərliyi müəyyən edilmədiyindən üçüncü şəxs inzibati orqana qarşı etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati və real aktlara münasibətdə tətbiq edilən anlayışdır. İş materiallarında olan cavabdeh orqanın mütəxəssis rəyindən müəyyən edilir ki, DTXK-nın Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş JN0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi mübahisə predmetidir və JN0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,11 ha torpaq sahəsi naturada mövcuddur. İdiaçıya verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla üçüncü şəxs X14 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. Dövlət Aktlarında üst-üstə düşən hissələrin koordinatları ilə **********03 nömrəli çıxarışa əsasən üçüncü şəxs X7 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları da üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9520 nömrəli ekspert rəyi ilə mütəxəssis rəyində göstərilmiş hallar təsdiq olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, idiaçıya verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla üçüncü şəxs X14 verilmiş JN- 352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxs X14 verilmiş dövlət aktına əsasən hazırda iş üzrə digər üçüncü şəxs X7 mülkiyyətində olması halına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi iddiaçı və onun ailə üzvlərinə məxsus JN-0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə təsdiq olunmuş 4,78 hektar torpaq sahəsinin 3,11 hektarlıq hissəsi ilə bağlıdır. İddiaçı bu hissənin sonradan üçüncü şəxs X12 adına rəsmiləşdirilmiş və onun tərəfindən X8 özgəninkiləşdirilmiş olması səbəbilə JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın müvafiq hissəsinin – yəni 3,11 hektarlıq üst-üstə düşən hissəsinin ləğv olunmasını tələb edir. Bu halda iddiaçının hüquqi marağı tam əsaslıdır, çünki iddiaçı yalnız öz mülkiyyət hüququnu pozan, konkret torpaq sahəsinin hüquqi cəhətdən onun adına tanındığı hissəyə dair dövlət aktının ləğvini tələb edir. Yəni, iddiaçı mübahisələndirdiyi dövlət aktının tam ləğvini yox, yalnız onun öz mülkiyyətinə düşən və aktlar arasında cizgi və koordinat baxımından üst-üstə düşən hissəsinin ləğv edilməsini tələb edir. Burada diqqət çəkən əsas hüquqi məsələ ondan ibarətdir ki, JN-352 KOD 30107038 saylı dövlət aktı (müəyyən hissə), faktiki olaraq iddiaçının adına verilmiş JN-0009 saylı dövlət aktı ilə koordinat və cizgi baxımından eyni torpaq sahəsini əhatə edir. Bu isə bir torpaq sahəsinə iki fərqli şəxsin eyni vaxtda mülkiyyət hüququ iddiasını ortaya çıxarır və torpağa dair dövlət aktlarının birində hüquqi əsassızlıq olduğu ehtimalını doğurur. Bu da yuxarıda göstərildiyi kimi JN-352 KOD 30107038 nömrəli Dövlət Aktının mövcud olmayan qətnamə əsasında əldə edildiyindən həmin aktın hüquqi əsasının olmadığını göstərir. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqana və ya məhkəməyə (ərizə və ya iddia formasında) müraciətinin məzmunu onun hüquqi marağı və həmin müraciət vasitəsilə nail olmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Başqa sözlə, şəxsin hüquqi marağının müəyyən olunması baxımından müraciətin ifadə tərzi deyil, onun məzmunu əhəmiyyət kəsb edir və həm inzibati orqan, həm də məhkəmə yardımetmə vəzifəsi çərçivəsində şəxsin tələbinin məzmununun dəqiqləşdirilməsində və onun hüquqi marağının müəyyən olunmasında ona yardım göstərməyə borcludur. Belə yanaşma həm də prosessual qənaət məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. İddiaçının tələb etdiyi aktın hissəvi ləğvi, yalnız onun mülkiyyətinə aid hissəyə yönəldiyindən bu tələb hüquqi marağın təmin edilməsinə xidmət edir və hüquqi baxımdan əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki,mövcud olmayan qətnamə əsasında verilmiş dövlət aktı hüquqi baxımdan etibarsızdır və qanunsuzluq təşkil edir. Dövlət aktı hüquqi qüvvəyə malik olan və dövlət tərəfindən rəsmi şəkildə təsdiq edilmiş bir sənəd olmaqla, onun düzgünlüyü və etibarlılığı son dərəcə vacibdir. Lakin mövcud olmayan qətnamə əsasında verilmiş dövlət aktı, özlüyündə qanunla nəzərdə tutulan hüquqi prosedurlara və qaydalara uyğun olmadığı üçün bu aktın hər hansı hüquqi təsiri yoxdur. Bu səbəbdən, iddiaçının tələbinə əsasən dövlət aktının qanuna zidd olaraq verilmiş hissədə (iddia tələbinə münasibətdə 3.11 ha totpaq sahəsi hissəsində) ləğv edilməlidir. Bundan əlavə, qeyd etmək lazımdır ki, dövlət aktı əsasında verilmiş çıxarış da hüquqi baxımdan etibarsızdır. Çünki dövlət aktının özünün qanunsuz olması, ona əsaslanan hər bir hüquqi sənədin, o cümlədən çıxarışın da qanunsuz və etibarsız olmasına səbəb olur. Çıxarış dövlət aktının hüquqi qüvvəsini əks etdirən bir sənəd olduğuna görə, saxta və etibarsız bir akt əsasında verilmiş çıxarış da öz növbəsində hüquqi nəticə doğurmur. Bu səbəbdən, saxta qətnamə əsasında verilmiş dövlət aktı və ona əsaslanan çıxarış hər ikisi müvafiq olaraq iddia tələbinə uyğun olaraq ləğv edilməlidir. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmçinin, cavabdeh X7 torpaq sahəsini alarkən vicdanlı alıcı olduğunu və bu səbəbdən onun mülkiyyət hüququnun qorunmalı olduğunu əsas kimi göstərmişdir. Lakin bu yanaşma hazırkı işin mahiyyətinə və iddia tələbinin konkret məzmununa uyğun deyil. Belə ki, iddiaçı tərəfindən ləğvi tələb olunan çıxarış məhz X12 adına 4 iyun 2007-ci il tarixində verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdır. Bu çıxarış birbaşa olaraq, mövcud olmayan qətnaməyə əsaslanaraq hazırlanmış JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmişdir. Həmin çıxarışa əsasən X17 daha sonra torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 və bu satış nəticəsində Kamilovun adına yeni çıxarış verilmişdir. Lakin iddiaçı hal-hazırda məhz ilkin, yəni X12 adına verilmiş, saxta dövlət aktına əsaslanan çıxarışın ləğvini tələb edir. Bu baxımdan, vicdanlı alıcının hüquqlarının müdafiəsinə dair arqument yalnız X8 aid ola bilər, halbuki bu işdə birbaşa mübahisə predmeti olan sənəd, onun hüququnu deyil, X12 adına verilmiş və əsassız sənədə istinad edilərək tərtib olunmuş ilkin çıxarışdır. Həmin sənədin ləğvi tələb olunduğundan, bu halda vicdanlı alıcı müdafiəsi prinsipinə istinad etmək hüquqi baxımdan əsaslı deyil. Çünki saxta və hüquqi əsası olmayan sənəd hüquq münasibətlərində etimad doğura bilməz və belə sənədlərin qorunması hüquqi dövlət prinsipləri ilə ziddiyyət təşkil edir. Nəticə etibarilə, hazırkı iddia yalnız X14 verilmiş çıxarışın, yəni saxta əsasla formalaşdırılmış hüquqi sənədin ləğvinə yönəlmişdir və bu səbəbdən birinci instansiya məhkəməsinin vicdanlı alıcı müdafiəsinə dair mövqeyi işin predmeti ilə əlaqəli deyil və hüquqi baxımdan əsassızdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-12/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. X14 verilmiş JN 0352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və həmin akt əsasında onun adına verilmiş 04 iyun 2007-ci il tarixli, MH ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən - iddiaçının və ailə üzvlərininin adına olan JN 0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair “Dövlət Akt”ının 3.11 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-502/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-502/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver