Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-505/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı is üzrə Açar sözlər: iddianın mümkün sayılmaması qərardadının ləğv edilməsi tələbi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəsad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «onun 17 avqust 2020-ci ildən «ştatdankənar» işçi kimi təyin olunması və 20.11.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, 30.07.2020-ci ildən 17.08.2020-ci il tarixə kimi işə çıxdığı müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021ci il tarixli 2-1(118)-1151/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı iddia qaldıraraq 1979-cu ildən başlayaraq 1994-cü ildən fasiləsiz olaraq dövlət orqanında, 2005-ci ildən isə dövlət qulluğunda işləməsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən işdən azad olunması və müəyyən müddətdən sonra “ştatdankənar işçi” kimi 600 manat əmək haqqı ilə işə qəbul olunması Azərbaycan Respublikası Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin pozulması ilə aparıldığından onun 17 avqust 2020-ci ildən “ştatdankənar” işçi kimi təyin olunması və 20.11.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci ildən işdən azad olunmasına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da, faktiki olaraq 30.07.2020-ci ildən 17.08.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddianın əsaslandırılması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlü olub, 1994cu ildən Xaçmaz rayon Əhalinin Sosial Müdafiə Mərkəzində isə qəbul olunmuş və halhazırda işləyir. 1980-1982-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun “Hüquqşünaslıq” fakültəsində təhsil alaraq hüquqşünas ixtisası üzrə həmin texnikumu bitirmişdir. Həmin idarədə işlədiyi illərdə Güzəştlər üzrə mütəxəssis, Direktor müavini-Pensiya və müavinətlər üzrə şöbə müdiri, pensiya təyinatı sektorunun müdiri, Baş məsləhətçi və işdən çıxanadək pensiya üzrə müətəxssis vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 40 il ümumi sığorta stajı olmaqla, 26 il fasilsiz olaraq eyni təşkilatda işləyir. İşlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir. 2005-ci ildən 2020-ci ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Təxminən 2020-ilin iyun ayının sonları, yəni 29.06.2020ci il tarixdə işdən sonra təcili olaraq Fonddan öz arzusu ilə işdən azad olunmaqları və yeni işlə təmin olunmaqları barədə yazmalı olduqları ərizələrin nümunələri göndərilmiş və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər edilmişdir. 23-24 iyul 2020-ci il tarixdə şöbələrində əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X13 hüquqi şəxsin yerlərdə müvafiq idarələrin yaradılması barədə **********68 nömrəli 23.07.2020-ci il tarixli qərarı daxil olmuşdur. Peşəkar biliklərinin yoxlanılması zamanı pensiya mütəxəssisi kimi 54 bal keçid balına qarşı 68 bal toplamışdır. Göstərdiyi nəticə şöbənin ümumi nəticəsinə əsasən yüksək olmuşdur. Əldə etdiyi nəticəyə əsasən ştatda nəzərdə tutulan müvafiq işlə təmin olunacağını gözlədiyi halda, 27 iyul 2020-ci il tarixdə onlara Fondun bütün yerli şöbələrinin əməkdaşlarının 29 iyul 2020-ci il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin **********6 nömrəli 27 iyul 2020-ci il tarixli əmri daxil olmuşdur. Onlar 29 iyul 2020-ci il tarixdən işdən azad ediləndən sonra 17 avqust 2020-ci il tarixdən işə qəbul edilmişdirlər və arada olan müddət üçün əmək haqqı hesablanmamışdır. Onun işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olaraq “ştatdankənar işçi”, elektron məlumata isə düzgün olaraq “mütəxəssis” kimi qeyd olunmuşdur və həmin müddətdə əmək haqqı 1.000 manat əvəzinə 600 manat məbləğ ödənilib. 16 noyabr 2020-ci il tarixdə isə müddətin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərimişdir. Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrin nəzərə alınacağı bildirilib. 17 noyabr 2020-ci il tarixdə isə xəbərdarlığı yalnız orta təhsil olan əməkdaşların imzalamalı olması barədə məlumat daxil olub. 26.11.2020-ci il tarixdə imzalamadığı müqavilənin müddətinin qurtarması ilə əlaqədar 20.11.2020-ci il tarixdən **********28 nömrəli 20.11.2020-ci il tarixli əmrlə işinə xitam verilmişdir. Nəticədə ona qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmiş olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-1(118)-1151/2021 saylı qərardadı ilə hazırki iş üzrə iddia mümkün sayılmamışdır.
4. Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(118)-1151/2021 saylı qərardadının ləğv edilməklə onun işə bərpa olunması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
5. İddiaçı S.Z.Məmmədov apelyasiya şikayətində qeyd etmişdir ki, onun qanunsuz olaraq 17.08.2020-ci il tarixdən «ştatdankənar» işçi kimi təyin olunmağı və 20.11.2020-ci il tarixli əmri ilə işdən azad olunmağı barədə inzibati aktların ləğv olunaraq işə bərpa olunmağı, bu inzibati aktlar nəticəsində yaranmış ziyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN-nin və tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə iddianın həmin məhkəməyə aid olmaması səbəbindən təmin olunmamışdır. Həmin qərardadın düzgün qəbul edilmədiyini və onun ləğv olunmasını hesab edərək qeyd edir ki, qərardadın 2-ci səhifəsinin 5-ci abzasında cavabdehin nümayəndəsinin Dövlət Sosial Müdafiə X2ması və mübahisəni mülki məhkəmə icraatına aid olması barədə verdiyi ərizəsinə istinad edilmişdir. Eyni zamanda qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli Qərarının tələbləri izah olunmuşdur. O, ilk dəfə 30.11.2020-ci il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, sonradan ona cavabdehlər Bakı şəhərində yerləşdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etməli olması bildirildiyindən ərizə ilə müraciət edərək sənədlərini geri almış və Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsi iddianın məhkəmə aidiyyəti məsələsini araşdıraraq bu işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olmasını müəyyən etmiş və inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilərək sənədlər Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadının 3-cü səhifəsinin 11-ci abzasında DSMF-nin nümayəndəsi X6 qızının inzibati işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyi də bildirilib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136№-li Qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatının V bəndində İnzibati orqanlara, həmçinin qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də aid edilmişdir. Bundan başqa «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş, ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət təbdiri inzibati akt hesab olunur. Dövlət Sosial Müdafiə Fondu da İnzibati aktı qəbul etmək hüququna malik dövlət orqanı olan, ƏƏSMN tabeliyində fəaliyyət göstərən inzibati orqandır. Bütün bu proseslərə nazirlik başlamış və Fondun əmri ilə son verilmişdir. Fond isə bütün qərardadları Nazirliyin razılığı ilə qəbul edir. Bundan əlavə Fondun adında olan «dövlət» sözü onun dövlət orqanı olmasını təsdiq edir. İPM-nin 2-ci maddəsi inzibati mübahisələrin məhkəmə aidiyyəti və inzibati məhkəmədə baxılan işləri tənzimləyir ki, 2.2.1 maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara həmin məhkəmə tərəfindən baxılmasını təsdiq edir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul edilmiş inzibati orqandan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsi tələb olunur. Qarşı tərəf isə heç bir sübut göstərə bilmədiyi üçün düzgün olmayan qərardadın qəbul olunmasını şərtləndirən iddianın aidiyyəti məsələsini qaldırıb ki, hansı ki, həmin təşkilatın nümayəndəsi əvvəl buna etiraz etməyib.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
6. Cavabdehin nümayəndəsi X5 iddiaçının apelyasiya şikayətinə etirazını təqdim edərək bildirdi ki, apelyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 14.08.2020-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi ilə ştatdankənar mütəxəssis vəzifəsinə qəbul edilmiş və 20.11.2020-ci il tarixdə **********8№-li əmrlə müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün tutduğu vəzifədən azad edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli qərarından göründüyü kimi mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibtlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. X8 3.4-cü bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İstinad olunan Plenum qərarının 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti kimi (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayət olunduğu nəzərə alınmalıdır. Hazırki mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4muşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 30.12.2019-cu il tarizxli 912№-li Fərmanı ilə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X13 Hüquqi Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077№-li Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompenasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən X11. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarından da aydın olduğu kimi DSMF hazırki əmək münasibətlərində hakimiyyət səlahiyyətlərinin subyekti kimi yox, xüsusi hüquq subyekti kimi çıxış etmişdir. Çünki sözügedən orqanın əmək fəaliyyəti ilə bağlı münasibətlərdə iştirakı onun hakimyyət səlahiyyətlərini həyata keçirmə forması olmamaqla, yalnız ona xas fəaliyyətin realizə şəkli deyildir. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir. Müstəsna olaraq qeyd etmək zəruridir ki, dövlət qulluqçularının və hərbi qulluqçuların əmək münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda istinad olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddiaçı dövlət qulluğu vəzifəsini tutduğuna əsaslanaraq inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. «Dövlət qulluğu haqqında» Qanunun 9-cu maddəsinə əsasən «Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. «Publik hüquqi şəxslər haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxsdövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Belə ki, DSMF publik hüquqi şəxsə çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz. Həmçinin istinad olunan Plenum qərarında qeyd olunur ki, mülki və cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apelyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-1(118)-1151/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş edərək izahatında onu da vurguladı ki, o, DSMF X14 əmrilə işə qəbul edilərkən artıq dövlət qulluqçusu statusu olmamış, sadəcə onun müddətli olaraq işə götürülməsi, 3 aylıq müddət bitməsilə bağlı verilmiş əmrlərlə razılaşmadığı üçün konkret olaraq 14 avqust 2020-ci il tarixli və 20 noyabr 2020-ci tarixli əmrlərini mübahisələndirir, xahiş edir ki, apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilsin və onun iddiasının mümkün sayılmasına dair qərardad qəbul edilsin.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmaması barədə qəbul edilmiş qərardadın qanuna uyğun olmasını vurğulayaraq əlavə olaraq onu da qeyd etdi ki, hazırkı mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4muşdur. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir. DSMF publik hüquqi şəxsə çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz.
Tədbiq edilən hüquq
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
10. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
11. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
13. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
14. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
15. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
16. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 2.0.2. İnzibati orqan tərəfindən ümumi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş, ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət təbdiri inzibati akt hesab olunur.
17. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi - dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.
18. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Maddə 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası hazırki qərarın 09-15-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onun 17 avqust 2020-ci ildən “ştatdankənar” işçi kimi təyin olunması və 20.11.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci ildən işdən azad olunmasına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da, faktiki olaraq 30.07.2020-ci ildən 17.08.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında da müəyyən edildiyi kimi iddiaçı DSMF X14 əmrilə işə qəbul edilərkən artıq dövlət qulluqçusu statusu olmamış, eyni zamanda mübahisələndirdiyi əmrlər DSMF X14 tərəfindən 14 avqust və 20 noyabr 2020-ci il tarixlərində qəbul edilmişlər.
23. O da qeyd edilməlidir ki, dövlət başçısının fərmanı ilə təsdiq edimiş Dövlət Sosial X13 Hüquqi Şəxsinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən X11.
24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. yoxlamalıdırlar.
25. X8 13-cü bəndində göstərilir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
26. X8 17-ci bəndində isə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
27. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırki qərardadın 5-ci bəndində əksini tapan apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz, ona görə ki, həmin dəlillərdə iddiaçı yalnız cavabdehin inzibati orqan olmasına diqqəti yönəltməklə iddia tələbinin mahiyyətini mübahisələndirərək işə inzibati məhkəmə tərəfindən baxılmasının vacibliyini qeyd etmişdir.
28. Halbuki hazırki qərarın 11-ci bəndində istinad edilən prosessual hüquq normasının tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür.
29. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda sadalanan hallarına əsasən birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, dövlət qulluqçusu olmayan şəxslərlə işə götürən orqan arasındakı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmadığından həmin tərəflər arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aid olduğundan hazırki iddia mümkün sayılmamalıdır.
30. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-1(118)-1151/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verə bilər.