Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-505/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinə qarşı “Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2- 1(118)-790/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Qalagah kəndində yerləşən 0.12 ha torpaq sahəsi Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xüsusi mülkiyyətində olmuşdur. **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Qalagah kəndində yerləşən 0.12 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı “Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının babası X4 Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi olmuşdur. Babası vəfat edəndən sonra iddiası əsasında Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində babası X3 miras qalmış 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə onun vərəsəlik hüququ müəyyən edilərək tanınmışdır. Təxminən bir ilə yaxın olar ki, X12 ona məxsus 0.04 ha həyətyanı torpaq sahəsini və yaşayış evini özbaşına olaraq zəbt edərək torpaq sahəsini setka çəpərə almış və oğlanları ilə birlikdə ona məxsus 2 mərtəbəli yaşayış evini özbaşına olaraq sökərək tikinti materiallarını da özü üçün aparmışdır. Bununla da X12 iddiaçıya məxsus əmlakı zəbt etməklə yanaşı, maddi zərər də vurmuşdur. Hal-hazırda həmin torpaq sahəsində onun tərəfindən yaşayış evi inşa edilir. İddiaçıya məxsus qeyd olunan 0.04 ha torpaq sahəsi hal-hazırda X9 qanunsuz sahibliyindədir. İddiaçı X9 qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, ona vurduğu maddi zərəri ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də X9 qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və maddi zərər tələbinə dair iddia ilə Şabran rayon məhkəməsinə müraciət etmişdir. Tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının vərəsəlik hüququ müəyyən edilərək tanınmış Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində babası X3 miras qalmış 0.04 ha həyətyanı torpaq sahəsi X10 Şabran rayon Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı ilə satılmışdır və bu barədə 14fevral tarixlərində Şabran rayon Notariat ofisində alqı-satqı həyata keçirilmişdir. Həmin toprpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X9 adına Hüquqların Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10-aprel 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarış və Texniki Pasport verilmişdir. Hesab edir ki, Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayon Qələgah kəndində babası X3 miras qalmış 0.04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə vərəsəlik hüququ müəyyən edilərək tanındığını qeyd edir. Bu barədə İddiaçı və Şabran rayon Məhkəməsi tərəfindən bələdiyyəyə məlumatlandırıcı heç bir sənəd daxil olmamışdır. Şabran rayon Qələgah kəndində iddia olunan həmin 0.04 hektar torpaq sahəsi faktiki olaraq bələdiyyə xəritəsində 0.12 hektardır. Həmin ərazi Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 26 sentyabr 1997ci il tarixli qərarı ilə bələdiyyə mülkiyyətinə ayrılmışdır və hüquqverici sənədlərlə həmin torpaq sahəsi üzərində bələdiyyənin hüquqları tanınmışdır. X12 bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsi və torpaq sahəsində qəzalı vəziyyətdə olan yaşayış evi onun ata- baba yurdu olduğundan həmin torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi üzərində bələdiyyənin hüquqları tanındıqdan sonra bələdiyyənin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı ilə X9 mülkiyyətinə satılmışdır. Bələdiyyənin qərarı ‘‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” əsasnamənin tələblərinə uyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-790/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şabran rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(031)-1751/2017 saylı qətnaməsinə əsaslanaraq 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu iddia edir. Lakin nə qərarın icrası, nə də 0.04 ha torpaq sahəsinin koordinatları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində göstərilir ki, Sumqayıt İnzibati Məhkəməsində 3-cü şəxs X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olmuş milli qəhrəman X8 ailə üzvü olması əldə əsas tutularaq İddiaçı əleyhimə qərardad qəbul olunmuşdur. Məhkəmə tərəfindən zəruri araşdırılmalar aparılmalı, iddiaya mahiyyəti üzrə baxılmalı, sübutlara hüquqi qiymət verilməli idi. Hazırki iddianı qaldırmağa İddiaçı birbaşa subyektiv hüququ vardır. Bundan əlavə, Şabran rayonu Qələgah kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində İddiaçı adına miras olaraq keçmiş fərdi yaşayış evinin olmasına baxmayaraq, Şabran rayonu Dəvəçi bələdiyyəsi qeyri qanuni olaraq həmin torpaq sahəsini boş torpaq sahəsi kimi sənədləşdirərək adına mülkiyyət sənədi əldə etmişdir. Bundan sonra Şabran rayonu Dəvəçi bələdiyyəsinin qeyri qanuni qərarı və göstərişi əsasında X5 Nühiyevə məxsus 0.04 ha həyətyanı torpaq sahəsini və yaşayış evini özbaşına olaraq zəbt edərək torpaq sahəsini setka çəpərə almış və oğlanları ilə birlikdə iddiaçıya məxsus 2 mərtəbəli yaşayış evini özbaşına olaraq sökərək tikinti materiallarını da özü ilə aparmışdır. Ona görə də Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı qanunsuz olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)- 790/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşin hallarından görünür ki, Şabran rayon Dəvəçi Bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli iclas protokolunun 03/01 saylı qərarı ilə X6 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 barədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında” Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq Dəvəçi bələdiyyəsi 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa çatmışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq X6 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olmuş milli qəhrəman X8 ailə üzvü X9 mülkiyyətinə pulsuz verilməsi qərara alınmışdır. Göründüyü kimi, 0.12 ha torpaq sahəsi Şabran rayon Dəvəçi bələdiyyəsinin mülkiyyətində olması dövlət qeydiyyatına alınmış, Bələdiyyə qərarı əsasında torpaq sahəsinə X10 mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarının ləğv edilməsini istəyir. Halbuki, yuxarıda sadalanan sənədlərdən görünür ki, iddiaçı qeyd edilən torpaq sahəsi ilə bağlı ümumiyyətlə, hüquqmüəyyənedici sənədlərə malik deyildir, o yalnız Şabran rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(031)- 1751/2017 saylı qətnaməsinə əsaslanaraq 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu iddia edir. Lakin nə qərarın icrası, nə də 0.04 ha torpaq sahəsinin koordinatları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-790/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-505/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-505/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver