Məhkəmə qərarları › İş №2-1(105)-505/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-505/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-505/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) X3 və X4 ibarət tərkibdə, X19 qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "torpaq sahəsindən üçüncü şəxsin istifadəsinə xitam verilməsi və həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2- 1(118)-915/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: 15 aprel 2014-cü il tarixli, 2806 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” nə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1ində yerləşən ümumi sahəsi 461.1 kv.m. olan yardımçı təsərrüfatı X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1inə yerləşən ümumi sahəsi 461.1 kv.m. olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə X11 adına xx.xx.2016cı il tarixdə, **********75-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, müəssisənin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü kimi “dövlət”, hüququn növü isə “istifadə” göstərilmişdir. X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X16 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi, həmin kompleksin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərracın nəticələrinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli, 01 nömrəli hərrac protokolunun, xx.xx.2014-cü il tarixli, 2806 nömrəli “Müəssisənin (obyektin) alqısatqı müqaviləsi” nin etibarsız hesab edilməsi və bu hərracın nəticələri əsasında X10 adına dövlət reyestrdindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(011)-4363/2018 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(103)-10511/2018 nömrəli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-4363/2018 nömrəli qətnaməsi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(102)- 1179/2019 nömrəli qətnaməsi ilə apellyasiya instansiya məhkəməsinin 2(103)-10511/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra X6 oğlu İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, ünvan 1i ərazisindən heyvandarlıq məqsədilə ona 223 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin orqan 03 avqust 2022-ci il tarixli, **********87 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin və prezidentin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.3 və 4.16.4-cü bəndlərinin tələblərinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətləri həyata keçirdiyindən, Şabran rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı müraciət olduğu təqdirdə məsələyə münasibət bildiriləcəkdir. İddiaçı təkrarən ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, ünvan 1ində yerləşən dövlət mülkiyyətinə aid 723 ha torpaq sahəsinə dair X17 ilə ƏMDK arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən 223 ha hissənin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin orqan 30 may 2023-cü il tarixli, 3-21-3/2-H-0593/02-8/2023 nömrəli məktubu ilə Torpaq Məcəlləsinin 73-cü və 103-cü maddələrinə istinadla müraciətə eyni məzmunlu imtina cavabı vermişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 703 ha torpaq sahəsinin üzərində X11 istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi 2007-ci ildə Şabran rayonunun Maytablı kəndində iri və xırdabuynuzlu heyvanların saxlanması üçün təsərrüfat yaratmışdır. Həmin təsərrüfat Şabran rayonunun Maytablı kəndində olan 223 ha torpaq sahəsində yerləşir. Mərhum atası dəfələrlə həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Şabran rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yalnız bu günlərdə bilmişdir ki, həmin torpaq sahəsi əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsinin, hal-hazırda isə AR İqtisadiyyat Nazirliyinin balansındadır. Bu torpaq sahəsində yerləşən, tamamilə uçmuş, yararsız vəziyyətdə olan 400 kv.m. tövləni Bakı şəhərindən olan X16 qeyri-qanuni olaraq özəlləşdirmişdir. Hal-hazırda X16 bu torpaq sahəsini başqa şəxslərə icarəyə verərək, həmin torpaq sahəsini kənd təsərrüfatı üçün tamamilə yararsız hala salmaqdadır. Bunun nəticəsində yaxınlıqdakı ərazidəki yerləşən bütün torpaq sahələri də yararsız hala düşəcəkdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar və qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hər hansı şəxsi müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Bu səbəbdən, iddiaçının onunla yeni icarə müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti və ya onun hüquq varisi olduğu qurumlardan hər hansı biri ilə X16 arasında icarə müqaviləsi bağlanmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə iddianın predmeti olan torpaq sahəsi üzərində hüquqlara malik olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(118)-4251/2023 nömrəli qərardadı ilə X16 zəruri cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(118)-915/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 703 ha torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən X13 verilməsi müəyyən edilmir. İddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması ilə yanaşı, qaldırılan iddia formasında iddia növü qanunvericilikdə nəzərədə tutulmamışdır. İddiaçı 223 ha torpaq sahəsinin cavabdeh inzibati orqanın balansında olduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübutu mövcud deyil. Onun torpaq sahəsinin statusunu bilməməsi bu torpaq sahəsindən qanunsuz istifadə etdiyini göstərir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən onun məhkəməyə hansı tələblə müraciət etdiyini nəzərə almamışdır. Belə ki, iddia ərizəsinin özündən və “xahiş edirəm” hissəsindən də görünür ki, o, bu torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Təbii ki, əgər onun bu torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olsaydı, onda hal-hazırki iddia ilə də məhkəməyə müraciət etmək zərurəti də yaranmazdı. İşə baxan məhkəmə onun hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, artıq 17 ildən çoxdur ki, həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Bu baxımdan, hesab edir ki, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi onun hüquqlarına toxunduğu üçün hazırkı iddia üzrə subyektiv hüququ vardır. O, həmin torpaq sahəsinə dair öz hüquqlarının qeydiyyata alınması üçün yalnız halhazırki iddia formasından istifadə edə bilərdi. Belə ki, bundan əvvəl də o, bu torpaq sahəsinə dair icarə hüquqlarının rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxt bu torpaq sahəsinə dair hal-hazırki iş üzrə üçüncü şəxs X10 istifadə hüququnun olması əsası ilə onun iddiasının əlverişli nəticələrə gətirib çıxarmayacağı ona izah olunmuş və hal-hazırki iddia ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, bu iddia ərizəsi üzrə qəbul edilmiş qərardadda, ümumiyyətlə, O.Q.Məmmədovun bu torpaq sahəsinə dair heç bir hüququ olmadığı və həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması göstərilmişdir. Həm AR Torpaq Məcəlləsində, həm də “Torpaq icarəsi haqqında” AR Qanununda kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsində həmin torpaqların faktiki olaraq kimin istifadəsində olması nəzərə alınmaqla, bu torpaq sahələrinə dair hər hansı bir müqavilə bağlanarkən həmin şəxslərin üstünlük hüququ qorunur. Yəni, bu torpaq sahələri istifadəyə və icarəyə verilərkən və ya satılarkən birinci növbədə həmin şəxslərə təklif olunur və yalnız həmin şəxslər bu müqaviləni bağlamaqdan imtina etdikdə, onda həmin bu torpaq sahələri başqa şəxslərə təklif oluna bilər. Lakin, məhkəmə tərəfindən işə baxılarkən qanunvericiliyin bu normaları da nəzərə alınmamışdır. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı qənaətinə gəldiyi halda, iddia tələbinin birinci hissəsini təmin etməyə bilərdi. Lakin, iddianın ikinci hissəsi birbaşa cavabdehə aid olduğundan və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması birbaşa cavabdehin səlahiyyətində olduğundan iddiası mümkün sayılmamalı idi. Bu torpaq sahəsinə bitişik olan 28 ha torpaq sahəsi yerli bələdiyyə ilə onun arasında bağlanmış icarə müqaviləsi əsasında istifadə olunur. Təbii ki, bu baxımdan da onun hal-hazırda istifadəsində olan torpaq sahəsini icarəyə götürməkdə üstünlük hüquqları vardır. AR Mülki Məcəlləsində mülkiyyət və icarə hüquqları ilə yanaşı, şəxsin istifadə hüquqları da qorunur. Belə ki, Mülki Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə edən şəxslərin də əmlak hüquqları vardır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya məhkəmə iclaslarının (ilkin və təxirə salınmış) vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, o, ünvan 1ində yerləşən ümumi sahəsi 461.1 kv.m. olan əmlak kompleksi kimi müəssisəni özəlləşdirmiş, eləcə də, müəssisənin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ əldə etmişdir. Odur ki, sözügedən torpaq sahəsi üzərində onun istifadə hüququ vardır. Lakin, artıq 8 ildir ki, torpaq sahəsi zəbt olunmuşdur və o sahədən istifadə edə bilmir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün hesab edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinə bitişik olan 28 ha torpaq sahəsinin yerli bələdiyyə ilə onun arasında bağlanmış icarə müqaviləsi əsasında tərəfindən istifadə olunduğunu və bu baxımdan, onun iddia etdiyi 703 ha torpaq sahəsini icarəyə götürməkdə üstünlük hüququ, dolayısı ilə subyektiv hüququ olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək bildirir ki, qeyd edilən hal onu hazırkı iddia tələbi üzrə subyektiv hüququn sahibi kimi qəbul etmək üçün əsas deyildir. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə, “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 461.1 kv.m. olan əmlak kompleksi kimi müəssisə dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2016-cı illərdə üçüncü şəxs tərəfindən özəlləşdirilmişdir. Hazırda həmin əmlak üçüncü şəxsin xüsusi mülkiyyətindədir, əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla, üçüncü şəxsin istifadə hüququ üzrə reyestrdə qeydə alınmışdır. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, hazırkı iş üzrə iddiaçının atası X2 rayonu, Maytablı kəndində yerləşən 461.1 kv.m. olan yardımçı təsərrüfatın özəlləşdirilməsinin nəticələrini – həmin əmlaka dair X16 ilə komitə arasında bağlanmış alqı-satqı müqaviləsini və reeystrdə aparılmış qeydiyyatı mübahisələndirmiş, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 iyul 2018-ci il tarixli, 2(011)- 4363/2018 nömrəli qətnaməsi ilə iddiaçının subyektiv hüququ olmadığından tələbi rədd edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Belə ki, mübahisəsi gedən torpaq sahəsi üzərində istifadə hüququna dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində adına aparılmış qeydiyyat nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Ona görə də, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2-1(118)-915/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar