Məhkəmə qərarları › İş №2-1(105)-505/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-505/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-505/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə X3 adına olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli A№ 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə beş nəfərdən ibarət ailəyə Xaçmaz rayonu Qadaşoba kəndi ərazisində 2.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. Dövlət Aktına əsasən ailənin mülkiyyətinə verilmiş 2.50 ha torpaq sahəsi üç hissədən - 1.50 ha, 0.50 ha və 0.50 ha-dan ibarətdir. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə Dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair Dövlət reyestrindən çıxarışın alınması tələb olunur. Hal-hazırda 2.50 ha torpaq sahəsinin 1.50 ha hissəsinə beş nəfərdən ibarət ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışı almışdır. Yerdə qalan 0.50 ha və 0.50 ha torpaq sahələrinə çıxarışları ala bilməmişdir. Ailəsinin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona xx.xx.2023-cü il tarixli 3-21-3- 34/2-8617/2023 nömrəli məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz ərizənizə əlavə olunmuş JN-0065 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 65 C nömrəli planşetində göstərilən 0.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.30 ha ölçüdə öz əksini tapmışdır və naturada faktiki istifadə olunan torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində göstərilən yerdən kəskin fərqlənir. Ona görə də iddiaçı müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 2.50 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə üzrə Suqmayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-850/2024 saylı iş vardır. Həmin işə baxılarkən məhkəmə tərəfindən 5 saylı Ərazi İdarəsinə müvafiq sorğu verilmiş, sorğuya əsasən məhkəməyə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun və icraçı-mütəxəssis Salman Abbasovun imzası ilə xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-9664/2024 saylı mütəxəssis rəyi göndərilmişdir. Həmin rəydə qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN-0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X4 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxilik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki, torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. Həmçinin məhkəmə işə baxarkən X5 iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və onun tərəfindən məhkəməyə adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A № 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi X3 adına verilmiş həmin çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinin koordinatları ailəmizin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair JN-0065 Dövlət Aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Beləliklə, Kamil Süleymanovun adına verilmiş çıxarış ailə üzvlərinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin hüdudları çərçivəsində verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən X3 adına verilmiş çıxarış tamamilə qanunsuz olaraq verilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı ii iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Beləliklə cavabdeh orqan tərəfindən X3 adına yuxarıda göstərilən çıxarışın verilməsi səbəbindən Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli qərarı ilə ailənin mülkiyyətinə verilmiş və dövlət aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışı ala bilmir. xx.xx.2024-cü il tarixdə müvafiq ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X3 adına verilmiş həmin çıxarışın və plan və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ona 3-21-3-34/2-X-0089- 9/2024 saylı məktubla cavab verilmişdir ki, Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair vətəndaş X6 və ailə üzvlərinin adına verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yazılı etirazında qeyd edir ki, İddiaçı JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətinizdə olan Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha konturu üzərində hüquqların dövlət qeydiyyatının aparılması və həmin kontur ilə naturada üst-üstə düşən **********15 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli X6 və ailə üzvlərinə aid daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-X-0089-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 iul 2024-cü il tarixli 2-1( 118) - 850/2024 saylı məktubu ilə tələb edilən mütəxəssis rəyi 3-21-3-34/2-9664/2024 saylı məktub ilə təqdim edilmişdir. Hal-hazırda JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati iş məhkəmədə davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Həmçinin məhkəmə işə baxarkən X5 iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və onun tərəfindən məhkəməyə adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A № 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2912/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə X3 adına olan xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A№ 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə 1.46 ha torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı əsasında JN 0061 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi X7r. Sonuncunun adına xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. Belə ki, X3 adına işlənmiş çıxarışın verilməsinə əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarıdır. Qərar ləğv edilməmişdir və hazırda qüvvədə olduğundan, dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. Hazırkı tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab olunması və mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı qeydin aparılmsına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddialara baxılması mümkünlük şərtlərini ödəmir. İddia tələbində göstərilmiş tələb məhz inzibati orqanın qəbul etdiyi aktın qanunsuzluğu ilə bağlıdır və həmin iddia inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının Sumqayıt İnzibati Məhkəməsinin icraatında iki işi var. Bunlardan biri mülkiyyət hüququna dair dövlət aktının verilməsi öhdəliyinin qoyulması barədədir, həmin inzibati işin icraatı hazırki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanununi qüvvəyə minənədək dayandırılmışdır. Hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı ilə üçüncü şəxs eyni massivdə torpaq mülkiyyətçilərdir və qonşu sərhədləri var. İddiaçı məxsus torpaq sahəsinin 0,20 ha hissəsi üçüncü şəxs X6 məxsus torpaq sahəsində yerləşir. Mübahisənin yaranmasına səbəb torpaqların yerləşdiyi yerin müəyyən edilməsi üçün elektron xəritə tərtib edilən zaman sürüşmələrin baş verməsidir. Bu hal hər bir torpaq mülkiyyətçisinin torpaq sahəsi 15-20 metr sürüşməyə məruz qalır ki, faktiki torpaq sahəsi ilə uyğunluq yaransın. İddiaçıya Xaçmaz rауоn Аqrаr islahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənara çıxmayıb. Lakin ona məxsus torpaq sahəsinin 0.20 ha hissəsi cavabdehə ayrılmış torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddianın tələbinin mümkün sayılmaması tərəflər arasında mövcud mübahisəni həll etmir. İddiaçının hüquqi marağı torpaq sahəsinin koordinatlarının müəyyən edilməsindən ibarətdir. Ona görə də, iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətini müdafiə etdi və izahatında bildirdi ki, Xaçmaz rауоn Аqrаr islahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 2,50 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Onun torpaq sahəsinin koordinatları qonşu torpaq sahəsinin mülkiyyətçisi olan üçüncü şəxs Kamil Süleymanovun plan və ölçüsünün koordinatları ilə 0,20 ha hissəsində üst-üstə düşür. Yəni, cavabdeh inzibati orqan elektron xəritədə üçüncü şəxsin torpaq sahəsinin koordinatlarını səhvən dövlət aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsinin 0,20 ha hissəsinə işləmişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. Onun hüquqi marağı özünə məxsus olan torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməsi və üçüncü şəxsin adına verilmiş plan və ölçünün onun mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsində ləğv və ya düzəliş edilməsindən ibarətdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirdi ki, Xaçmaz rауоn Аqrаr islahat Komissiyasının qərarı ilə mərhum atası X2 və onun ailə üzvlərinə 1.46 ha torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı əsasında JN 0061 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi olaraq onun adına xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. Onun məxsus torpaq sahəsi yerindədir, heç bir zəbt halına yol verməmişdir. Ona görə də, şikayətin rədd edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qaldırılmaqla, üçüncü şəxs X3 adına olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli A№ 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN- 0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X4 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, iddiaçının İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxilik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki, torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. Birinci instansiya məhkəməsi X3 adına işlənmiş çıxarışın verilməsinə əsas olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 №-li qərarını mübahisələndirilməli olması əsası ilə iddianı mümkün saymayarkən səhvə yol vermişdir. Belə ki, hazırda həmin qərar iddia tərəfindən mübahisələndirilmir və hazırkı mübahisə cavabdeh inzibati orqanın faktiki hərəkətləri ilə bağlı olmaqla, üçüncü şəxsin torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları düzgün qeyd etməməsi nəticəsində yaranmışdır. Belə olan halda, iddiaçının hüquqi marağı isə özünə məxsus olan torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməsi və üçüncü şəxs Kamil Süleymanovun adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatların (iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən 0,20 ha hissəsində) ləğv və ya ona düzəliş edilməsindən ibarətdir və birinci instansiya məhkəməsi ona hüquqi yardım göstərməklə, tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsini təklif etməmiş, nəticəyə düzgün olmayan qənaətə gəlmişdir. Bu baxımdan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2912/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar