Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-506/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-918/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı DSMF-nin 11 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək DSMF-nin 11 saylı Regional Ərazi Filialının DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və 1974-cü ilin mart-iyul aylarında və 1975-ci ilin mart ayından başlayaraq 1981-ci ilin yanvar ayınadək Şamaxı rayonu Lenin adına kolxozda və 1981- 1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-918/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1974-cü ilin mart-iyul aylarında və 1975-ci ilin mart ayından başlayaraq 1981-ci ilin yanvar ayınadək Şamaxı rayonu Lenin adına kolxozda və 1981-1987-ci illərdə “Şamaxı” sovxozunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. (hakim V.Əzizova)
3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi.
5. Cavabdeh xx.xx.20022-ci il tarixində məhkəməyə apellyasiya şikayətinin geri götürülməsinə dair ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti əsasında ona xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarla yaşa görə əmək pensiyası təyin edildiyindən mübahisənin apellyasiya icraatında davam etdirilməsinə zərurət qalmamışdır. Bu baxımdan, İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsini rəhbər tutaraq tərəflərindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
6. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir.
7. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərardan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.
9. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır.
10. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir.
11. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir.
12. Qeyd olunmalıdır ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırki iş üzrə cavabdehin bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından, həmçinin iddia tələbi təmin edildiyindən onun bu barədə ərizəsi təmin edilməlidir.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir.
14. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-918/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3