Məhkəmə qərarları › İş №2-1(105)-506/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-506/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-506/2024 17.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan yuxarı yaşı olduğuna görə, 1974-1977-ci illərdə Bakı 5 saylı texniki peşə məktəbində əyani təhsil dövrünü ümumi sığorta stajına daxil edilməsi və ümumi sığorta stajını düzgün hesablamaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-809/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, idddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, 23:04.1980- xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bügunədək 8 il) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26292,83 manat təşkil edir. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşının tamam olduğu xx.xx.2008-cİ il tarixdən pensiya təyin olunmalı olduğunu iddia edir. Bu məsələyə münasibətdə bildirirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci İl avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Aşkardır ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (14 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1981-ci İl, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir və 1 №-İi siyahı üzrə isə güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “60 yaşdan yuxarı yaşı olduğuna görə, 1974- 1977-ci illərdə Bakı 5 saylı texniki peşə məktəbində əyani təhsil dövrünü ümumi sığorta stajına daxil edilməsi və ümumi sığorta stajını düzgün hesablamaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə anadan olmuşdur, indiyə qədər müxtəlif yerlərdə işləmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X15 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. xx.xx.1974-cü il tarixdə Bakı 5 saylı texniki peşə məktəbinə qəbul olunub xx.xx.1977-ci il tarixdə elektrik-qaz qaynaqçısı peşəsi ilə məktəbin tam kursunu bitirmişdir. Texniki peşə məktəbini tam qurtardıqdan sonra xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci ilədək, hərbi xidmətə çağırılanadək, Azərenerjitikintidə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı ilədək Quba SMK-12 1 saylı “Azkəndtikinti”-də elektrik qaynaqçısı kimi çalışmışdır. 08 iyul 1980-cı il tarixdən 04 noyabr 1980-cı il tarixədək Bakı elektrotexnika zavodunun Quba filialında qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.1980-cı il tarixdən 24.04,198l-ci ilədək Siyəzən mədən qazıntı işlərində qaynaqçı işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci ilədək Kazaxstan Respublikası “Manqışlaqkəndtikinti” sahəsində qaynaqçı kimi işləmişdir. 19 avqust 1981-ci il tarixdən başlayaraq Kazaxstan Respublikası Manqışlakneft X1 çıxarma idarəsində xx.xx.1988-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. 03 avqust 1988-ci il tarixdən SSRİ Orta Maşınqayırma Nazirliyinin Xəzər MədənMetalurgiya Kombinatında 01 noyabr 1988-ci il tarixədək qaynaqçı kimi işləmişdir. 16 noyabr 1988-ci il tarixdən Kazaxstan Respublikası “Tatximremont” trestinin 2 saylı ləmit-tikinti quraşdırma İdarəsində 15 mart 1993-cü ilədək qaynaqçı işləmişdir. 09 fevral 1994-cü il tarixdən 20 iyul 1994-cu ilə dək Müstəqil “Yeni Yol” kooperativində qaynaqçı işləmişdir. Lakin işlədiyi bu dövr, Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən guya Yeni Yol koopertivi DSMF-na məcburi Sosal sığorta haqları köçürmədiyindən və ümumiyyətlə Yeni Yol kooperativinin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatına əsasən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı səbəbindən ümumi sığorta stajına qəbul edilməmişdir. Halbuki, işlədiyi həmin dövrlərdə əmək haqqından bütün tutulmalar, həmçinin DSMF-na məcburi dövlət sosial sığorta ayırmaları tutularaq köçürülmüşdür. Sadəcə olaraq cavabdeh tərəfindən həmin illərin hesabatlarına diqqətlə baxılmamış və düzgün araşdırılma aparılmamışdır. Kooperativdə işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının köçürülməsini yoxlamaq məqsədilə Dövlət Sosial Müdafiə X16 Şəxsin Quba-Xaçmaz filialına müraciət etmişdir. Filialın əməkdaşları bu məsələ ilə əlaqədar bildirdilər ki, bütün hesabat və digər hüquqi sənədlər Dövlət Sosial Müdafiə Fondunda saxlanılır. 1990-cı illərin əvvələrində və 01 yanvar 2006-cı ilə qədər fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınması və hesabatların təqdim edilməsi elektron formada aparılmadığından əksər qeydiyyat sənədləri, hesabatlar və digər hüquqi sənədlər “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında öz əksinin tapmamışdır. Odur ki, hər hansı bir hüquqi və yaxud fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının köçürülməsinin yoxlanılması “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatı ilə yanaşı Dövlət Sosial Müdafiə fondunda saxlanılan onların ilkin qeydiyyat və hesabat sənədləri üzrə aparılmalıdır. 05 yanvar 2010-cu il tarixdən “ASKO” LTD şirkəti üzrə “Vəl-Vələçay” Qum-Çınğıl karxanasında 01 noyabr 2010-cu ilə dək qaynaqçı işəmişdir. Hal-hazırda xx.xx.2015-ci il tarixdən başlayaraq ARDNŞ “Azəriqaz” İB-nin X15 İstismar İdarəsində qaynaqçı peşəsində işləyir. Onun əmək fəaliyyəti dövründə adına hesablanmış əmək haqqlarında DSMF-na bütün sığorta haqları tutularaq köçürüldüyünü nəzərə almışdır və ağır sahədə işlədiyi üçün 60 yaşdan yuxarı yaşı olduğunu, 25 ildən artıq sığorta stajı və bu müddətin 20 ilə yaxın hissəsini həmin işlərdə çalışdığı üçün əmək şəraitinə görə əmək pensiyası almaq hüququnun yaranması və iddiaçı hüquq müəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata müraciət etmişdir və cavabdeh özünün xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir, ona görə də öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İnzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, idddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 10 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, 23:04.1980- xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bügunədək 8 il) təşkil edir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına İmkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Belə ki, İddiaçının 10 noyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində X5 elektrik qaynaqçısı işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə inzibati orqan tərəfindən “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. İş materiallarından da aşkardır ki, mübahisələndirilən dövr (5 ay 11 gün) iddiaçının ümumi iş stajına (22 il 9 ay 10 gün) əlavə edilsə belə, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan (23 il 2 ay 11 gün) iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26292,83 manat təşkil edir. Bundan əlavə, iddiaçı iddia ərizəsində ona Qanunun 9.8ci maddəsinə əsasən 50 yaşının tamam olduğu xx.xx.2008-cİ il tarixdən pensiya təyin olunmalı olduğunu iddia edir. Bu məsələyə münasibətdə bildirirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci İl avqustun 1dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Aşkardır ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (14 il 9 ay 10 gün (xx.xx.1977xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1981-ci İl, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir və 1 №-İi siyahı üzrə isə güzəştli iş stajı yoxdur. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023 tarixli 3-17-1/2-M-103460/2023 nömrəli imtina məktubu əsaslıdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-809/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları” haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajına münasibətdə cavabdeh tərəfindən nəzərə alınan dövrlər 22 il 9 ay 10 gündür. Cavabdeh tərəfindən ilkin olaraq nəzərə alınmayan dövrlər iddiaçının xx.xx.1974-xx.xx.1977-ci illər arasında peşə məktəbində təhsil aldığı dövrlərdir.İş materiallarına iddiaçının A 312128 saylı diplomunun və qiymət cədvəlinin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən dövrlər iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. Cavabdeh orqanın iddiaçının təhsil müddətinin qəbul edilməməsini arayışın təqdim edilməsi ilə şərtləndirməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının diplomunun təsdiq edilmiş surəti onun təhsil müddətinin iş stajına daxil edilməsi üçün mötəbər sübut olaraq qiymətləndirilməlidir. Cavabdeh tərəfindən nəzərə alınmayan digər dövr iddiaçının 09 fevral 1994-cü il tarixdən 20 iyul 1994-cü ilədək X17 kooperativində qaynaqçı işlədiyi dövrdür. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır. Və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda iddiaçının əmək kitabçasında göstərilən uzun müddətdə qaynaqçı işləməsi və bunun cavabdeh inzibati orqan tərəfindəndə qəbul edilməsi, mübahisə edilən dövr üçündə iddiaçının əmək fəliyyəti ilə məşğul olmasına şübhə yaratmır. Beləliklə qeyd edilən təhsil və əmək fəaliyyəti ilə bağlı dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq ümumi iş stajı yaranmış olur. İddiaçının xüsusi iş stajına onun əsas əmək fəaliyyəti qaynaqçı peşəsi olmuşdur. Bununla bağlı iş materiallarında Mangistaumunayqaz Səhmdar Cəmiyyətinin iddiaçının xx.xx.1981-...xx.xx.1988-ci illər üzrə iş stajını təsdiq edən arayışı, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli, 30-1-28/102 saylı məktubunda qeyd edilmiş arxiv məlumatları, X6 X15 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 01-AA/03-İRŞ-115 saylı arayışı, əmək kitabçası mövcuddur. Qeyd edilmiş sənədlərdən və iddiaçının əmək kitabçasında mövcud olan məlumatlardan iddiaçının qaynaqçı peşəsi ilə məşğul olduğu müəyyən edilir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında ümumi peşələr adlanan 35-ci bənd üzrə qazla kəsicilər, qaz qaynaqçıları yarımbəndlərinə uyğun gəlir. Həmçinin, aldığı peşə təhsili üzrə ixtisasca elektrik-qaz qaynaqçısı olan iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş “23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gəlir. İddiaçının istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə pensiya hüququnun 57 yaşdan yaranmış olub-olmaması baxımından cavabdeh orqan tərəfindən xx.xx.2006-cı il tarixədək nəzərə alınan 14 il 09 ay 10 gün + nəzərə alınmamış təhsil dövrü (2 il 10 ay 22 gün)+ nəzərə alınmamış 1994-cü il üzrə 5 ay 11 gün=18 il 1 ay 10 gün Göründüyü kimi iddiaçının tələb olunan ümumi iş stajı xx.xx.2006-cı il tarixədək yaranmamışdır. xx.xx.2006-cı ilə qədər olan 18 il 01 ay 10 gün ümumi iş stajı+xx.xx.2006-xx.xx.2017-ci ilə qədər olan 2 il 06 ay 26 gün iş stajı (xx.xx.2010xx.xx.2010 və xx.xx.2015-xx.xx.2017-ci illər üzrə) = 20 il 8 ay 6 gün Göründüyü kimi iddiaçının tələb olunan ümumi iş stajı həmçinin xx.xx.2017-ci il tarixədək yaranmamışdır. Bu halda iddiaçının əmək pensiyası hüququ hazırda qüvvədə olan qanunvericilik baxımından 60 yaşdan hesablanmalıdır. Qüvvədə olan qanunvericiliyin şərtləri üzrə iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı yaranmış olur. İddiaçıya pensiyanın hansı tarixdən təyin olunmasından asılı olmayaraq, hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiya ödənişi son üç il ödənəcəyi üçün, pensiya təyini tarixinin maddi maraq baxımından heç bir əhəmiyyəti qalmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, idddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) pensiya yaş həddinin tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, xx.xx.2018-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının 60 yaşının tamam olduğu vaxtda qanunla tələb olunan azı 12 il 6 güzəştli iş stajına malik olması mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş işlədiyi dövrlərə aid qeydlər, habelə işəgötürən tərəfindən təqdim edilmiş arayışlar əsasında iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə indiki halda iddiaçıya münaisbətdə qanunla tələb olunan güzəştli iş stajına aid olan şərtin də ödənilməsi halı müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarədtir ki, cavabdeh inzibati orqan iddiaçının 22 il 9 ay 10 gün ümumi iş stajına malik olduğunu qəbul etməklə, onun 25 il ümumi iş stajına malik olmadığını, qanunla tələb olunan pensiya kapitalı məbləğinə malik olmadığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə “Müstəqil Yeniyol” Kooperativində işlədiyi dövrləri, məcburi sosial sığorta haqqı ödənilmədiyindən, iş stajı kimi nəzərə alınmamış, habelə xx.xx.1974-xx.xx.1977-ci illərdə təhsil aldığı dövr təhsilin formasının əyani və ya qiyabi olub-olmamasının müəyyən edilməsi mümkün olmaıdğından iş stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının işlədiyi xx.xx.1994-xx.xx.1994-cü il tarixə aid dövrlərlə bağlı qeydlər əmək kitabçasında öz əksini tapmışdır. İndiki halda cavabdeh tərəfindən həmin qeydin mötəbərliyi mübahisələndirilməmişdir. Mübahisələndirdiyi hal həmin dövrdə məcburi sosial sığorta haqqının ödənilməməsi halı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan pensiyalar haqqında qanunvericiliyin tələbinə əsasən sosial sığorta stajı məhz əmək kitabçası əsasında müəyyən edilməklə, həmin halı təsdiq edən əsas sənəd hesab olunurdu. Cavabdehin mübahisələndirdiyi halla bağlı həmin dövrdə qüvvədə olan qanunvericilik normasında hər hansı tələb və həmin tələbə aid imperativ norma olmadığından, onun istinad etdiyi həmin hissədə arqumenti əsassız olmuş, mübahisələndirilən həmin dövr iddiaçıya münasibətdə sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin, qeyd edilməlidir ki, hətta həmin dövr nəzərə alınmasa belə,iddiaçının təhsil aldığı dövrü (2 il 10 ay 23 gün+22 il 9 ay 10 gün) nəzərə alındıqda qanunla tələb olunan azı 25 il ümumi iş satjına aid şərt ödənilmiş olur. Bununla bağlı, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh tərəfindən iddiaçının təhsil aldığı dövr də mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrə aid diplom iş materiallarında mövcud olmuşdur. Həmin diplomun məzmununda iddiaçının qiyabi təhsil almasına dair qeyd əks olunmamışdır. Göründüyü kimi, indiki halda iddiaçının təhsil aldığı dövr aşkar olduğu və onu təsdiq edən sənəd olduğu halda, onun formasının müəyyən edilə bilməməsi halına istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması yolverilməzdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də cavabdehin arqumenti əsassız olmuş, iddiaçının təhsil aldığı 1974-1977-ci illərə aid dövrü təsdiq edən sənəd olduğundan, həmin dövrlər onun sığorta stajına daxil edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münaisbətdə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan 25 il ümumi iş stajına malik olmasına dair şərt ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. İndiki halda iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi,ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İndiki halda iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-809/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar