Məhkəmə qərarları › İş №2-1(105)-506/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-506/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-506/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-492/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 231 saylı qərarında qeyd edilir ki, İddiaçı Bəhman oğlunun müayinəsi zamanı müəyyən edilmiş və xəstəlik haqqında şəhadətnamədə göstərilmiş “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nən 242 nömrəli xx.xx.2016-ci il tarixli protokolu. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023 tarixli qərarından görünür ki, İddiaçı aid hissədə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T347/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyinin” phş müalicə müəssisəsi olmadığından vətəndaş İ.R.Rzayevin konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən diaqnozda olan xəstəliklərə düçar olmasını inkar etmək mümkün olmasa da, əyani müayinədə təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Buna görə də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci İl 30 dekabr tarixli 413 nömrəli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunan meyarların hər hansı bir maddəsini aid etməyə əsas vermədi. 2. Vətəndaş İ.R.Rzayevin xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı başın ənsə nahiyyəsində, sol qaşüstü nahiyədə (orbitanın yuxarı kənarında), burun belinin sol yan səthində, sol əlin l-ci barmağının dırnaq falanqasında, sağ əlin 2-ci barmağının dırnaq falanqasının içəri səthində, sol baldırın orta 1/3-nin bayır səthində köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədə göstərilmiş diaqnozdakı xəsarətlərlə eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, T79/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1-3.Vətəndaş İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5- Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0- Nevrastenİiya. Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07- xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və onun müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuşdur. 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında xəsarət almış və xx.xx.2016-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqanın uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik dərəcəsini qiymətləndirilməsi zamanı “Odlu silah yaralanmasından sonra yaranan postravmatik ensefolopatiya. Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları (ayda7-8 dəfə) Kəskin astenonevrotik sindrom, Koordinator- statik pozğunluqlar,Hipertoniya xəstəliyi İİİ dərəcə, teztez böhranlı gedişli, əlavə risk İV dərəcə” diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. 2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən qeyd olunan inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 22 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı nəlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 231 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthindəbir ədəd, saq əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq, başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 7 (yeddi) il yarımdır özünü xəstə hesab etdiyini, ailə üzvlərinə qarşı aqressiv olduğu, yaxınlarına xəsarət yetirdiyi, bu səbəblə psixiatrik xəstəxanalara müraciət etdiyini bildirmiş, qıcolma zamanı ətrafda başverənləri hiss etmədiyini, özünə gəldikdən sonra yuxulu olduğunu, medikamentoz preparatlardan “Estolam”, “Videram”, “Fenozepam” gündə 3 dəfə qəbul etdiyini qeyd etmişdir. Vətəndaş həm də panik ataklardan əziyyət çəkdiyini söyləmiş, ataklar zamanı bəzən arterial təzyiqinin yüksəldiyini, bəzən endiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmiş, vətəndaşın illərdir əmək müqavilələrinin olduğu müəyyənləşdirilmişdir. X9 xx.xx.2022-xx.xx.2023-cü il tarixli 9706 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrar olunan tonik klonik epileptik qıcolma tutmaları ilə (ayda 8- 9 dəfə). Hipertoniya xəstəliyi İİİ mərhələ. Asteno-nevrotik sindrom" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 X8 Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2722/23 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beyinin üzvi xəstəliyi, (İ Qarabağ müharibəsi zamanı QKBT) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə).” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. General Hospitalın xx.xx.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində çoxsaylı qliotik ocaqlar aşkar olunur. Beyin qabığının güclü irritasiyası qeyd olunur”.kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. General Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+yavaş” dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı”.kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. X9 xx.xx.2022-xx.xx.2023-cü il tarixli 9706 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrar olunan tonik klonik epileptik qıcolma tutmaları ilə (ayda 8- 9 dəfə). Hipertoniya xəstəliyi İİİ mərhələ. Asteno-nevrotik sindrom”kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 X8 Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2722/23 nömrəli Tibbi Rəyində diaqnoz“Baş beyinin üzvi xəstəliyi, (İ Qarabağ müharibəsi zamanı QKBT) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə).” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. General Hospitalın xx.xx.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində çoxsaylı qliotik ocaqlar aşkar olunur. Beyin qabığının güclü irritasiyası qeyd olunur”.kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. General Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+yavaş” dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı”.kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. General Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+yavaş” dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı”.kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəs“iAorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=63%). Aortal və Mitral qapaqlar fibrotikdir. MinTR. Min MR. Perikard təmizdir”kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaşın təqdim etdiyi General Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsinin doğruluğuna şübhə yaranması səbəbi ilə, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmaları təsdiqləyən yeni EEQ müayinə nəticəsi tələb olunmuşdur. EGE Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi Bu rutin EEQ incelemesinde zemin aktivliyi yaşla uyğundur. Hər iki hemisfer arası simmetriya qorunmuşdur. Sol fronto-temporalda daha bariz, hər iki hemisferde frontotemporal nahiyyelerde paroksizmal epileptiform yavaşlamalar və zaman zaman generalizə olmuş şəkildə tikan-dalğa aktivlikləri müşahidə olundu. Kliniki korelyasiya uyğundur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. (Bununla bərabər ikinci dəfədir ki, EGE Hospital eyni bu nəticə ilə vətəndaşlara sənəd təqdim edir) Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-492/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5-Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07- xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. İddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İş materiallarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozun səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Halbuki, şəxsin əyani müayinəsi ilə sübut edilir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq, başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 7 il yarımdır özünü xəstə hesab etdiyini, ailə üzvlərinə qarşı aqressiv olduğu, yaxınlarına xəsarət yetirdiyi, bu səbəblə psixiatrik xəstəxanalara müraciət etdiyini bildirmiş, qıcolma zamanı ətrafda başverənləri hiss etmədiyini, özünə gəldikdən sonra yuxulu olduğunu, medikamentoz preparatlardan “Estolam”, “Videram”, “Fenozepam” gündə 3 dəfə qəbul etdiyini qeyd etmişdir. Vətəndaş həm də panik ataklardan əziyyət çəkdiyini söyləmiş, ataklar zamanı bəzən arterial təzyiqinin yüksəldiyini, bəzən endiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmiş, vətəndaşın illərdir əmək müqavilələrinin olduğu müəyyənləşdirilmişdir. Məhkəmə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyi etməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Bənd 6.1. Başın travmaları-S02-S09 Başın travmalarının nəticələri -T90 Bənd 6.7 Epilepsiya-G40 Qiymətləndirmə: 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən);6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır);6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi diaqnozun əlillik əlaməti təyin etməsi üçün əsas olmaması halı çıxış etmişdir. Birinci instansiya məhkəməsinin qərraı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Baş beyin ocaqlı travması,Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (XBT kodu S06.3),ağırlaşmaları “Kəllədaxili travmaların nəticələri,postravmatik ensefalopatiya” (XBT kodu T90.5), “Xüsusi epileptik sindromlar,ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolam tutmaları” (XBT kodu G40.5), yanaşı xəstəlikləri “Nevrasteniya,qabarıq asteno-nevrotik sindrom” (XBT kodu F48.0) kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd,sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd,sol əlin 1-ci barmağının dırnaq falanqasanın arxa səthində bir ədəd,sağ əlin 2-ci barmağının dırnaq falanqanın uc hissəsində bir ədəd,sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi əks olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə “Odlu silah yaralanmasından sonra yaranan postravmatik ensefalopatiya .Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri,generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları (ayda 7-8 dəfə) Kəskin asteno-nevrotik sindrom.Koordinator-statik pozğunluqlar.Hipertoniya xəstəliyi İİİ dərəcə,teztez böhranlı gedişli,əlavə risk İV dərəcə” diaqnoz əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində diqanoz qoyulmuş xəstəliklərin onun stasionarda müalicəsi zamanı anamnestik,kliniki,laborator-instrumental müayinələri nəticələri əsasında müəyyən edilmiş, habelə iddiaçının 07.xx.xx.2025-ci il tarixlərdə “Baş beynin üzvi mənşəli şəxsiyyət pozğunluğu,QKBT nəticəsində kəskin şəxsiyyət dəyişkənliyi,kobud davranış pozuntuları,depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolam tutmaları ilə (ayda 6-8 dəfə) XBT-10: F07.0,F07.8, F06.3,G40.0 diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanası PHŞ-də stasionar müalicə aldığı qeyd edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinin tərtib edilməsində cavabdehin nümayəndəsi iştirak etdiyindən, bu hal isə həmin rəyin mötəbərliyini şübhə altına alınmasına əsas olan hal kimi çıxış etdiyindən, həmin ekspert rəyinin işin üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi zamanı nəzərə alınması məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin və ağırlaşma əlamətlərinin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu S06, T90, G40 və digər) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan əlamətlərin əlillik səviyyəsində olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “xəstəliyin əlamətlərinin və ağırlaşmalarının əlillik səviyyəsində olmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (xəstəlik və onun ağırlaşmalarının əlamətlərinin əlillik səviyyəsində olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyləri, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliyin (XBT kodu S06, T90, G40 olan) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapdığından, iddiaçının hüquqi marağı məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilik təyin edilməsindən ibarət olduğundan, birinci instansiya məhkəməsi həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı barəsində sonuncu tibbi göndəriş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və cavabdeh tərəfindən həmin göndəriş əsasında əlilliyin qiymətləndirilməsi aparılmaqla, sonuncu imtina barədə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.Bu səbəbdən kollegiya hesab edir ki, əlilliyin təyinat tarixi məhz sonuncu tbbi göndəriş və onun əsasında cavabdeh tərəfindən aparılmış qiymətləndimənin nəticəsinə dair imtina qərarının tarixi-xx.xx.2023-cü il tarix əsas götürülməklə, müəyyən edilməlidir. Kollegiya hesab edir ki,hazırki iş üzrə əlilliyin təyinat tarixinin müəyyən edilməsi zamanı həmin halın nəzərə alınması məqsədəmüvafiqdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-492/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar