Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-509/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2- 1(118)-1895/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus 9 iyun 1984-cü il tarixli AT-lV seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X8” zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika çilingəri peşəsində, NÖC və avtomatika üzrə baş usta vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərikimya” istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun buxar generator kompleksində NÖC və avtomatka təmiri üzrə çilingər peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də kompressor maşinisti vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də ilməkçi peşəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC- də fəhlə vəzifəsində, xx.xx.2011-ci il tarixdən "xxxx" ASC-də 4-cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində işləmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus 06 noyabr 2020-ci il tarixli, 081271 nömrəli əmək kitabçasının surətindən görünürki, o, 6 noyabr 2020-ci il tarixdən bugünədək "xxxx" MMC-də quraşdırıcı çilingər peşəsində işləmişdir. İş materiallarına əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X6 17 mart 2023-cü il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı 1 noyabr 1987-ci il tarixdən 10 yanvar 1990-cı il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X8” zavodunun NÖC və avtomatika sexində karbohidrogenlərin xlorlaşdırılması sexi üzrə NÖC və avtomatika çilingəri peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı Siyahı üzrə (karbohidrogeni, anların birləşmələri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarına əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X6 17 mart 2023-cü il tarixli, 93 nömrəli arayışından görünür ki, İddiaçı 11 yanvar 1990-cı il tarixdən 2 aprel 1996-cı il tarixə kimi tam iş günü “Azərikimya” istehsalat Birliyinin keçmiş “X8” zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika çilingər peşəsində və NÖC və avtomatika üzrə baş usta vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən (karbohidrogenlər, onların birləşmələri) güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İddiaçı “X8” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. İş materiallarına əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X7 tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 94 nömrəli arayışdan görünür ki, İddiaçı 6 mart 2001-ci il tarixdən 5 sentyabr 2005-ci il tarixə kimi tam iş günü zavodun buxar generator kompleksində NÖC və avtomatka təmiri üzrə çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının Xİİİ bölməsinin a) bəndinin 2140000a-18456 şifrəsinə əsasən (qazanxana, turbin avadanlığının təmiri, ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilingərlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. İş materiallarına əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 5 aprel 2023-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı Əbutalib oğlu aşağıda göstərilən (2001-2005) illərdə “Etilen-polietilen” zavodunda işləmişdir: 6 mart 2001-ci il tarixdən “Etilen-polietilen” zavodunun BGK-də (buxar generator kompleksi) NÖC və A təmiri üzrə 6-cı dərəcə ilə çilingər peşəsinə işə qəbul olunmuşdur. 7 sentyabr 2005-ci il tarixli, 1097 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 5 sentyabr 2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilir ki, BGK-si (buxar generator kompleksi) ayrıca bir sahə olduğu üçün İddiaçı Əbutalib oğlunun 2001-ci il əmək haqqı barədə cədvəlləri arxiv fondlarına təhvil verilməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışdan görünür ki, 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qaynaq quraşdırma zavodunun Qaynaq sexinin yüngül konstruksiyaların hazırlanması sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində çalışır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi bilavasitə zərərli iş hesab edilir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən (əmr 01-kş saylı) 4 noyabr 2020-ci il tarixədək (əmr 183-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a) fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 7 il 10 ay 5 gün təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş 14 may 2024-cü il tarixli 236 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 22 avqust 1980-ci il tarixli, 97-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin tam orta (10 illik) təhsil bazasından “Kimya sənayesində avtomatik qurğuların istismarı” ixtisasına (qrup-66) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün 28 oktyabr 1981-ci il tarixli, 101-ct nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra 27 dekabr 1983-cü il tarixli, 148-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun gündüz şöbəsinin “Kimya sənayesində avtomatik qurğuların istismarı” ixtisasına (qrup-89) bərpa edilmişdir. 5 may 1985-ci il tarixli, 79-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı ЖT seriyalı, 028386 nömrəli diplom almışdır (qeyd.№768) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 5 iyun 2024-cü il tarixli 3-17-1/2- R131709/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi “Etilen-Polietilen” Zavodunun 17 mart 2023-cü il tarixli 92 və 93 nömrəli arayışlarında 25 avqust 1988-ci il – 3 iyul 1989-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X8 zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika sexində briqadir və 20 sentyabr 1993-cü il – 2 oktyabr 1995-ci il tarixləri arasındakı dövr ərzində NÖC və avtomatika sexində baş usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi briqadir və baş usta vəzifələri sözügedən arayışda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, enerqetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr vəzifələrinə uyğun deyildir. Həmçinin “Etilen-Polietilen” Zavodunun 23 nömrəli arayışında 6 mart 2001-ci il – 7 sentyabr 2005-ci il tarixləri arasındakı dövr ərzində buxar generator kompeksində NÖÇ və avtomatika təmiri üzrə çilingər, "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışında 30 dekabr 2012-ci il – 4 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışında isə 6 noyabr 2020-ci il tarixdən bugünədək quraşdırıcı çilingər vəzifələrində işlədiyi göstərilib. Göründüyü kimi, işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid deyildir. Bu səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 11 gün (1 noyabr 1987-ci il – 25 avqust 1988-ci il, 3 iyul 1989-cu il – 20 sentyabr 1993- cü il, 2 oktyabr 1995-ci il – 2 aprel 1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı (60 yaşının tamam olduğu) 8 yanvar 1963-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “8 yanvar 1963-cü il” sözləri “8 yanvar 2023-cü il” şəklində oxunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə 30 ildən çox çalışmışdır və hal-hazırda da işləyir. Cavabdeh müraciətindən imtina edərkən onun güzəştli şərtlərlə pensiya hüququ verən stajını düzgün hesablamayaraq, əsassız şəkildə az göstərmişdir. İddiaçının ümumi sığorta stajı 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən stajı da 12 il 6 aydan xeyli artıq olduğu halda, cavabdeh peşə və iş sahələrinin adlarında olan uyğunsuzluq bəhanəsi ilə əsassız olaraq iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Halbuki, cavabdehə təqdim edilən iş yerlərinin arayışlarında zərərli əmək şəraitində işlədiyi dövrlərin siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilmişdir. Bu halda, cavabdeh iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və sairə) nəzərə almaqla müəyyən edə bilərdi. Yəni nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilir. Cavabdehə təqdim edilən iş yerindən verilmiş arayışlardan da iddiaçının məhz sadalanan siyahıda göstərilən peşələr və sahələr üzrə işlədiyi sübuta yetirilmişdir. Yuxarıda sadaladıqlarından göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtina edərək, güzəştli şərtlərlə pensiya təyin etməməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən iddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi “Etilen-Polietilen” Zavodunun 17 mart 2023-cü il tarixli, 92 və 93 nömrəli arayışlarında 25 avqust 1988-ci il – 3 iyul 1989-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X8 zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika sexində briqadir və 20 sentyabr 1993-cü il – 2 oktyabr 1995-ci il tarixləri arasındakı dövr ərzində NÖC və avtomatika sexində baş usta vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi briqadir və baş usta vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, enerqetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr vəzifələrinə uyğun deyildir. Həmçinin iddiaçının “Etilen-Polietilen” Zavodunun 23 nömrəli arayışında 6 mart 2001-ci il – 7 sentyabr 2005-ci il tarixləri arasındakı dövr ərzində buxar generator kompeksində NÖÇ və avtomatika təmiri üzrə çilingər, "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli 25 nömrəli arayışında 30 dekabr 2012-ci il – 4 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışında isə 6 noyabr 2020-ci il tarixdən bugünədək quraşdırıcı çilingər vəzifələrində işlədiyi göstərilmişdir. Göründüyü kimi, işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid deyildir. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 11 gün (1 noyabr 1987-ci il – 25 avqust 1988-ci il, 3 iyul 1989-cu il – 20 sentyabr 1993-cü il, 2 oktyabr 1995-ci il – 2 aprel 1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilir ki, iddiaçının ümumi iş stajı 31 il 11 ay 26 gün (1 yanvar 2006-cı il tarixədək 17 il 5 ay 26 gün (11 noyabr 1981-ci il – 9 dekabr 1983-cü il, 4 iyun 1984-cü il – 27 iyul 1984- cü il, 26 iyun 1985-ci il – 2 aprel 1996-cı il, 6 mart 2001-ci il – 5 sentyabr 2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 6 ay) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-1895/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (14 aprel 2023-cü il) əvvəlki üç il üçün, yəni 14 aprel 2020-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərarın nəticə hissəsində yol verilmiş yanlışlığın düzəldilməsi qərara alınmış və iddiaçının 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğular göndərilmiş, müəyyən edilmişdir ki, 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qaynaq Quraşdırma zavodunun Quraşdırma sexinin Yük qaldırıcı avadanlıqlarının yığım sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində zərərli iş şəraitində çalışır. Həmçinin, "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən 4 noyabr 2020-ci il tarixədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İş stajı 7 il 10 ay 5 gün təşkil edir. Beləliklə də, iddiaçının ümumi stajı ən azı 25 il, xüsus stajı 12 il 6 aydan çox təşkil edir və bu hal ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hüquqi əsas yaradır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnolojiməlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı (60 yaşının tamam olduğu) 8 yanvar 2023-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, İddiaçı işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid deyildir. Bu səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 11 gün (1 noyabr 1987-ci il – 25 avqust 1988-ci il, 3 iyul 1989-cu il – 20 sentyabr 1993-cü il, 2 oktyabr 1995-ci il – 2 aprel 1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması; 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının 60 yaşının tamam olduğu tarixə azı 25 il (31 il 11 ay) ümumi iş stajına malik olması mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisənin predmeti, iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların işlədiyi sahənin elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid olmaması təşkil edir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, ümumilikdə 5 il 6 ay 11 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. İddiaçının xx.xx.1988-xx.xx.1989-cu illərdə “Etilen Polietilen” zavodunda briqadir, xx.xx.1993-xx.xx.1995-ci illərdə baş usta peşələrində işlədiyi peşələrin Siyahıda göstərilmədiyini, həmçinin xx.xx.2001-xx.xx.2005-ci illərdə və xx.xx.2012-xx.xx.2020-ci illərdə STP "xxxx" MMC-də quraşdırıcı çilingər işlədiyi sahənin arayışda göstərildiyi kimi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, bina, qurğu və digər obyektlərin inşasına aid deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X8” zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika çilingəri peşəsində, NÖC və avtomatika üzrə baş usta vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərikimya” istehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun buxar generator kompleksində NÖC və avtomatka təmiri üzrə çilingər peşəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də kompressor maşinisti vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də ilməkçi peşəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC- də fəhlə vəzifəsində, xx.xx.2011-ci il tarixdən "xxxx" ASC-də 4-cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində işləmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qaynaq Quraşdırma zavodunun Quraşdırma sexinin Yük qaldırıcı avadanlıqlarının yığım sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində zərərli iş şəraitində çalışır. Həmçinin, "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən 4 noyabr 2020-ci il tarixədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İş stajı 7 il 10 ay 5 gün təşkil edir. Həmçinin, "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən 4 noyabr 2020-ci il tarixədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İş stajı 7 il 10 ay 5 gün təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmamasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Kollegiya cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdeh tərəfindən isə məhkəməyə əmək kitabçasının mötəbərliyini şübhə atına alan hər hansı sübut və sənəd təqdim edilməmişdir . İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-1895/2025 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.