Məhkəmə qərarları › İş №2-1(105)-510/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-510/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-510/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(118)- 3192/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Heydər Əliyev adına X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan neft kəmərlərinin mühafizə zonasında, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0145 ha torpaq sahəsinə dair X2 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan neft kəmərlərinin mühafizə zonasında, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0145 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin əldə edilməsi üçün sorğu ilə müvafiq orqana müraciət etsək də, bugünə kimi sorğuya cavab ala bilməmişdirlər. Torpaq sahəsində cavabdeh tərəfindən daş tökülərək tikinti işləri aparıldığı müəyyən edilmişdir. X7 Kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin tikili həm cavabdehin özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin bugünə kimi, müraciətə cavab verilməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “İstismar olunan X7 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli, 167 saylı Qərarının 4-cü maddəsinə görə, İNBK-nm istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri X5ni istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmçinin nəzərə alınmalıdır ki, X5 Layihələndirmə Normalarmm tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərazilərinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə razılaşma isə mövcud deyil. Başqa sözlə, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatının, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna görə də iddiaçının hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququ vardır. Cavabdehin həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(118)-3192/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, göstərilən qərardad qanunsuz və əsassızdır, buna görə hesab edirlər ki, qəradad ləğv edilərək, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməli və işə mahiyyəti üzrə, faktiki hallara düzgün qiymət verilməklə obyektiv baxılaraq ədalətli qərar qəbul edilməlidir. İlk öncə məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən mübahisə predmeti üzrə Heydər Əliyev adına X6 iddia ərizəsinin hazırlanması ilə əlaqədar Abşeron rayonu, Masazır kəndində yerləşən, reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan 0,0145 ha torpaq sahəsinə vətəndaş X2 xüsusi mülkiyyət hüququnun tanınması barədə çıxarışın (seriya RX №049924) verilməsi üçün əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi üçün 11 yanvar 2024-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş, cavabdehin 09 fevral 2024-cü il tarixdə "Mərkəz" vəkil Bürosuna daxil olmuş cavab məktubunda isə qeyd olunan sənədlərin surətlərinin yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyi bildirilmişdir. Göründüyü kimi, iddia ərizəsinin hazırlanması üçün sənədlərin təqdim edilməsinin belə ancaq məhkəmə sorğusu ilə verilə biləcəyini bildirən cavabdehdən "çıxarışın ləğvi" üçün müraciət edilmiş olsaydı belə müsbət cavab alınması qeyri-mümkündür. Həm ona görə ki, cavabdehin özünün vermiş olduğu "çıxarışı" məhkəmə qərarı olmadan "ləğv etməsi" və ya qeydin pozulması kimi bir səlahiyyəti yoxdur, həm də ona görə ki, "çıxarış"ın verilməsi üçün əsas olmuş sənədləri ləğv etmədən, onların qanuni olub-oımamasını müəyyən etmədən "çıxarış"ın ləğvi mümkün deyil. Həmin sənədlər isə fərqli orqanların qərar və sərəncamı ola bilər ki, həmin sənədlər də ilk əvvəl məhkəmə tərəfindən ləğv edilməli və ya etibarsız hesab edilməlidir ki, onlar əsasında verilmiş "çıxarış" ləğv edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən aşkar surətdə görünür ki, N.Məmmədov tərəfindən neft və qaz kəmərlərinin mühafizə zonalarında tikinti aparılır. Bu tikili neft kəmərlərinin mühafizə zonasında inşa edildiyindən, kəmərlərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlara, həmçinin N.Məmmədov və yaxınları üçün ciddi təhlükə yaratdığından, kəmərlərdə baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. İstismar olunan X7 kəmərlərinin "mühafizə zonası"nın müəyyənləşdirilməsi qaydalarının 4.1-ci bəndinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına almır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, hazıki iddialarının əsasını təşkil edən müvafiq çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin cavabdeh tərəfindən ləğv edilməsi qanunla nəzərdə tutulmayıb və bu ancaq məhkəmə qaydasında həll edilə bilər. Buna görə də iddiaçının cavabdehə "çıxarışın ləğv edilməsi" ilə bağlı müraciətinin olmaması qanunauyğundur və bu tərəflər arasında mübahisənin olmaması və iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Sumqayıt İnzibati Məhkəməsi həmçinin sözügedən qərardadı qəbul etməklə iddiaçının konstitusion hüququ olan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnu pozmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(118)-3192/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı ona məxsus olan neft kəmərlərinin mühafizə zonasında, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0145 ha torpaq sahəsinə dair X2 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Hazırki halda isə iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadı belə əsaslandırmışdır ki, mübahisə predmeti olan çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamış və bununla bağlı cavabdehin imtina cavabını almamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Hazırkı iş üzrə isə iddiaçı məhkəmədə qaldırdığı tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsi müəyyən olunmur. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. İddiaçı apelyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən mübahisə predmeti üzrə Heydər Əliyev adına X6 iddia ərizəsinin hazırlanması ilə əlaqədar Abşeron rayonu, Masazır kəndində yerləşən, reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan 0,0145 ha torpaq sahəsinə vətəndaş X2 xüsusi mülkiyyət hüququnun tanınması barədə çıxarışın (seriya RX №049924) verilməsi üçün əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi üçün 11 yanvar 2024-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş, cavabdehin 09 fevral 2024-cü il tarixdə "Mərkəz" vəkil Bürosuna daxil olmuş cavab məktubunda isə qeyd olunan sənədlərin surətlərinin yalmz məhkəmə sorğusu əsasında verilə biləcəyi bildirilmişdir. Göründüyü kimi, iddia ərizəsinin hazırlanması üçün sənədlərin təqdim edilməsinin belə ancaq məhkəmə sorğusu ilə verilə biləcəyini bildirən cavabdehdən "çıxarışın ləğvi" üçün müraciət edilmiş olsaydı belə müsbət cavab alınması qeyri-mümkündür. Həm ona görə ki, cavabdehin özünün vermiş olduğu "çıxarışı" məhkəmə qərarı olmadan "ləğv etməsi" və ya qeydin pozulması kimi bir səlahiyyəti yoxdur, həm də ona görə ki, "çıxarış"ın verilməsi üçün əsas olmuş sənədləri ləğv etmədən, onların qanuni olub-oımamasını müəyyən etmədən "çıxarış"ın ləğvi mümkün deyil. Həmin sənədlər isə fərqli orqanların qərar və sərəncamı ola bilər ki, həmin sənədlər də ilk əvvəl məhkəmə tərəfindən ləğv edilməli və ya etibarsız hesab edilməlidir ki, onlar əsasında verilmiş "çıxarış" ləğv edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf hüquqlarını müdafiə üçün inzibati orqana düzgün müraciət etsədə, eyni tələblə məhkəməyə müraciət etməmiş, düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçı ilkin olaraq mübahisələndirdiyi “çıxarışın” verilməsi əsaslarını müəyyən etməli, bu əsaslardan alınan nəticələrə uyğun olaraq hüquq müdafiə vasitəsi seçməlidir. Bu zaman isə əlverşli hüquq müdafiə vasitəsinin seçilməsi və prosessual qənaət prinsipi baxımından Ali Məhkəmənin müvafiq Plenum Qərarları əsas götürülməli, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalıdır. Beləki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında 27 fevral 2020ci il tarixli Plenum Qərarı ilə müvafiq dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. Qeyd edilən dəyişiklik düzgün iddia növlərinin seçilməsində və məhkəmə təcrübəsinin fornalaşmasında əhəmyyətli rol oynamışdır. Lakin iddiaçı tərəf qeyd edilən qərarlardakı hüquqi mövqeləri və formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan məhkəmədə iddia qaldırmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfə izah edilsin ki, yuxarıda qeyd edilən qərarlar və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında və yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum Qərarlarındakı hüquqi mövqeyi nəzərə alaraq düzgün hüquq müqdafiə vasitəsi seçməsi istisna edilmir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(118)-3192/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar