Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-511/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Məmmədova (Bağırlı) Faiqə Etibar qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)- 847/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixə kimi onun 22 il əmək stajı olmuş, bunun da 19 ilə yaxın bir hissəsi zərərli iş sahələri olmuşdur, yəni o, TMP-ni bitirdikdən sonra işlədiyi bütün sahələr AR Nazirlər Kabinetinin Qərarında güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən iş sahələridir. Bundan başqa o, əmək fəaliyyətini hazırda da davam etdirmiş və 2011-ci ildən hazırki vaxtadək Üzvi Sintez zavodunun TTİ-də izoləedici-bükücü vəzifəsində çalışır. Hazırda iddiaçının ümumi əmək stajı, zərərli sahədə topladığı staj ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağına əsas verdiyi üçün iddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh pensiya təmin etməkdən imtina edərək, bu barədə 26 dekabr 2023-cü il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda cavabdeh guya iddiaçının ümumi stajının 20 ildən az olduğunu qeyd etmiş, onun TPM-də əyani təhsil aldığı dövrü nəzərə almamış, hətta əmək müqaviləsi əsasında işlədiyi bəzi dövrləri də nəzərə almamışdır. Halbuki iddiaçının işlədiyi dövrdə öz hesabına müəssisə tərəfindən məcburi buraxıldığı dövrlər də ümumi əmək stajına daxil edilirdi və həmin müddətin ümumi staja daxil edilməməsi barədə normativ akt sonradan qəbul olunmuşdur. Cavabdehin imtinası tam əsassızdır. Belə hesab edir ki, iddiaçının əmək stajı 52 yaşından güzəştli əsaslarla əmək pensiyasına çıxmağına əsas verdiyi üçün cavabdehin imtinası əsassız sayılmalı və onun üzərinə bu vəzifə olaraq qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildirilir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (16 il 4 ay 14 gün (27 avqust 1987-ci il - 14 yanvar 1988-ci il, 1 iyun 1988ci il - 5 avqust 1989-cu il, 21 sentyabr 1989-cu il - 7 sentyabr 1995-ci il, 2 noyabr 1995-ci il - 31 avqust 1999-cu il, 1 may 2000-ci il-31 iyul 2000-ci il, 1 sentyabr 2000-ci il-31 yanvar 2001-ci il, 30 aprel 2001-ci il, 1 iyun 2001-ci il-31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il-31 yanvar 2002-ci il, 1 mart 2002-ci il - 16 fevral 2003-cü il, 1 mart 2003-cü il - 18 mart 2003cü il, 27 mart 2003-cü il -22 aprel 2003-cü il, 1 iyun 2003-cü il - 27 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il - 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il-30 iyun 2004-cü il, 1 sentyabr 2004-cü il-30 sentyabr 2004-cü il, 1 oktyabr 2004-cü il- 1 aprel 2005-ci il, 1 may 2005-ci il-31 may 2005-ci il, 1 iyul 2005-ci il- 31 iyul 2005-ci il, 1 sentyabr 2005-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 14 il 1 ay 10 gün (27 avqust 1987-ci il - 14 yanvar 1988-ci il, 1 iyun 1990- cı il - 31 mart 1995-ci il, 1 aprel 1995ci il - 6 sentyabr 1995-ci il, 2 noyabr 1995-ci il - 31 avqust 1999-cu il, 1 may 2000-ci il - 31 iyul 2000-ci il, 1 sentyabr 2000-ci il - 31 yanvar 2001-ci il, 1 mart 2001-ci il - 30 aprel 2001ci il, 1 iyun 2001-ci il - 31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il - 31 yanvar 2002-ci il, 1 mart 2002-ci il - 16 fevral 2003-cü il, 1 mart 2003-cü il - 18 mart 2003-cü il, 27 mart 2003-cü il - 22 aprel 2003-cü il, 1 iyun 2003-cü il - 27 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il - 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il – 30 iyun 2004-cü il, 1 oktyabr 2004-cü il - 1 aprel 2005-ci il, 1 may 2005-ci il - 31 may 2005-ci il, 1 iyul 2005-ci il - 31 iyul 2005-ci il, 1 sentyabr 2005ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının MT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Etilen-Polietilen zavodu”nun 22 may 2022-ci il tarixli 05/450 nömrəli arayışında onun 21 sentyabr 1989-cu il - 3 aprel 2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı 7 sentyabr 1995-ci il - 1 noyabr 1995-ci il, 1 sentyabr 1999-cu il - 30 sentyabr 1999-cu il, 1 aprel 2000-ci il - 30 aprel 2000-ci il, 1 avqust 2000-ci il -31 avqust 2000-ci il, 1 fevral 2001-ci il - 28 fevral 2001-ci il, 1 may 2001-ci il -31 may 2001-ci il, 1 avqust 2001-ci il - 31 avqust 2001-ci il, 1 fevral 2002 - 28 fevral 2002-ci il, 17 fevral 2003-cü il - 28 fevral 2003-cü il,19 mart 2003-cü il - 26 mart 2003-cü il, 23 aprel 2003-cü il- 31 may 2003-cü il, 1 avqust 2003-cü il-31 avqust 2003-cü il, 1 iyul 2004-cü il- 31 iyul 2004cü il, 1 aprel 2005-ci il - 30 aprel 2005-ci il, 1 iyun 2005-ci il-30 iyun 2005-ci il, 1 avqust 2005-ci il - 31avqust 2005-ci il, 8 yanvar 2006-cı il - 31 yanvar 2006-cı il, 1 aprel 2006-cı il - 30 aprel 2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) onun öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Etilen-Polietilen zavodu”nun arxivçisi və Mərkəzi Filialının mütəxəssisi tərəfindən 29 noyabr 2023-cü il tarixli birgə Aktla təsdiq edilib. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər qeyd edilmişdir. Lakin ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 427127 nömrəli diplomda onun 01 sentyabr 1984-cü il - 9 iyun 1987-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmaması barədə heç bir qeydin mövcud olmaması və təsdiq edən sənədlər təqdim edilmədiyi üçün həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: A seriyalı, 427127 nömrəli diplomdan görünür ki, X4 07 sentyabr 1984-cü il tarixdə Azərbaycan SSR Sumqayıt şəhər 35 nömrəli OTPM-ə daxil olmuş, 15 iyul 1987-ci il tarixdə peşə məktəbini bitirmişdir. “Səthi aktiv maddələr” zavodu kadrlar şöbəsinin 22 may 2012-ci il tarixli, 05/450 nömrəli arayışdan görünür ki, X4 21 sentyabr 1989-cu il tarixdən 28 oktyabr 2003-cü il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun epoksid qətran sexinin soyuducu su dövriyyəsi sistemi sahəsində maşinist, ammonyakla soyuducu kompressor sexinin 315-ci şöbəsində buxarlanma aparatçısı, xlorparafin 470, superplastifikator və dəmir xlorid turşusu sexinin 315-ci şöbəsində maşinist vəzifəsində işləyib. AZ-İ seriyalı, 925767 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X3 və X4 15 mart 2014-cü il tarixdə nikahlarını bağlamışlar. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, X4 “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddətdə 7 sentyabr 1995-ci il tarixdən - 1 noyabr 1995-ci il tarixədək, 1 sentyabr l999-cu il tarixdən - 30 sentyabr 1999-cu il tarixədək, 1 aprel 2000-ci il tarixdən - 3o aprel 2000-ci il tarixədək, 1 avqust 2000-ci il tarixdən - 31 avqust 2000-ci il tarixədək, 1 fevral 2001-ci il tarixdən - 28 fevral 2001-ci il tarixədək, 1 may 2001-ci il tarixdən - 31 may 2001-ci il tarixədək, 1 avqust 2001-ci il tarixdən - 31 avqust 2001-ci il tarixədək, 1 fevral 2002-ci il tarixdən - 28 fevral 2002-ci il tarixədək, 17 fevral 2003-cü il tarixdən - 28 fevral 2003-cü il tarixədək, 19 mart 2003-cü il tarixdən - 26 mart 2003-cü il tarixədək, 23 aprel 2003-cü il tarixdən - 31 may 2003-cü il tarixədək, 1 avqust 2003-cü il tarixdən - 31 avqust 2003-cü il tarixədək, 1 iyul 2004-cü il tarixdən - 31 iyul 2004-cü il tarixədək, 1 aprel 2005-ci il tarixdən - 30 aprel 2005-ci il tarixədək, 1 iyun 2005-ci il tarixdən - 30 iyun 2005-ci il tarixədək, 1 avqust 2005-ci il tarixdən - 31 avqust 2005-ci il tarixədək, 8 yanvar 2006-cı il tarixdən - 31 yanvar 2006-cı il tarixədək, 1 aprel 2006-cı il tarixdən - 30 aprel 2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, X4 27 avqust 1987-ci il tarixdən 14 yanvar 1988-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Üzvi-Sintez” zavodunun 5 saylı istehsalatın duz məhsulunun təmizlənməsi sexində aparatçı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan mineral duzlar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, X4 21 sentyabr 1989-cu il tarixdən 31 may 1990-cı il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun epoksid qətranı sexinin soyuducu və su dövriyyəsi sistemi sahəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 35 nömrəli arayışından görünür ki, X4 1 iyun 1990-cı il tarixdən 31 mart 1995-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun ammonyak soyuducu kompressor sexində aparatçı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, X4 1 aprel 1995-ci il tarixdən 27 oktyabr 2003-cü il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun xlorparofin - 470, superplastifikator və dəmir-xlorid turşusu sexinin soyuducu bölməsində maşinist işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3 bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak-soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, X4 28 oktyabr 2003-cü il tarixdən 30 sentyabr 2004-cü il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun xlorparofin - 470, superplastifikator və dəmir-xlorid turşusu sexində karbonizasiya aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 38 nömrəli arayışından görünür ki, X4 8 oktyabr 2004-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və karbooksimetil selluloza sexində quruducu və nəqliedici aparatçı, neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 2 bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 2 mart 2020-ci il tarixli, 39 nömrəli arayışından görünür ki, X4 1 yanvar 2006-cı il tarixdən 30 iyun 2010-cu il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və karbooksinetilselluloza sexində neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8 bölməsinin 8.3.2 bəndinə əsasən siyahıda sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 40 nömrəli arayışından görünür ki, X4 1 iyul 2010- cu il tarixdən 13 aprel 2012-ci il tarixədək tam iş günü “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun natrium karbonat və sulfid istehsalı sexində neytrallaşma aparatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8 bölməsinin 8.3.2 bəndinə əsasən siyahıda sadalanan 1 nömrəli siyahıda sadalanmış kimya məhsullarının hazırlanması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 26 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Y-305989/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 5 ay 29 gün (27 avqust 1987-ci il - 14 yanvar 1988-ci il, 1 iyun 1988-ci il - 5 avqust 1988-ci il, 21 sentyabr 1989-cu il - 6 sentyabr W95-ci il, 2 noyabr W95-ci il - 31 avqust 1999-cu il, 1 oktyabr 1999-cu il - 31 mart 2000-ci il, 1 may 2000-ci il - 31 iyul 2000-ci il, 1 mart 2001-ci il -30 aprel 2001-ci il, 1 iyun 2001-ci il-31 iyul 2001-ci il, 1 sentyabr 2001-ci il-31 yanvar 2002-ci il, 1 mart 2002-ci il - 16 fevral 2003-cü il, 1 mart 2003-cü il - 18 mart 2003-cü il, 27 mart 2003-cü il -22 aprel 2003-cü il, 1 iyun 2003-cü il - 31 iyul 2003-cü il, 1 sentyabr 2003-cü il - 27 oktyabr 2003-cü il, 28 oktyabr 2003-cü il - 1 iyul 2004-cü il, 1 avqust 2004-cü il - 30 sentyabr 2004-cü il, 1 oktyabr 2004-cü il- 1 aprel 2005-ci il, 1 may 2005-ci il-31 may 2005-ci il, 1 iyul 2005-ci il- 31 iyul 2005-ci il, 1 sentyabr 2005-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilmişdir ki, MT-İ ******* nömrəli əmək kitabçanın surətində və “Etilen-Polietilen zavodu”nun 22 may 2022-ci il tarixli, 05/450 nömrəli arayışında 21 sentyabr 1989-cu il - 13 aprel 2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı 7 sentyabr 1995-ci il - 1 noyabr 1995-ci il, 1 sentyabr 1999-cu il - 30 sentyabr 1999-cu il, 1 aprel 2000-ci il - 30 aprel 2000-ci il, 1 avqust 2000-ci il -31 avqust 2000-ci il, 1 fevral 2001-ci il - 28 fevral 2001-ci il, 1 may 2001-ci il -31 may 2001-ci il, 1 avqust 2001-ci il-31 avqust 2001-ci il. 1 fevral 2002-ci il - 28 fevral 2002-ci il, 17 fevral 2003-cü il - 28 fevral 2003-cü il, 19 mart 2003-cü il -26 mart 2003-cü il, 23 aprel 2003-cü il-31 may 2003-cü il, 1 avqust 2003-cü il-31 avqust 2003-cü il, 1 iyul 2004-cü il- 31 iyul 2004-cü il, 1 aprel 2005-ci il-30 aprel 2005-ci il, 1 iyun 2005-ci il-30 iyun 2005-ci il, 1 avqust 2005-ci il - 31 avqust 2005-ci il, 8 yanvar 2006-cı il - 31 yanvar 2006-cı il, 1 aprel 2006-cı il - 30 aprel 2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) öz hesabına məzuniyyətdə olduğu müəyyən olunmuşdur. Bu fakt “Etilen-Polietilen zavodu” tərəfindən 29 noyabr 2023-cü il tarixli birgə Aktla təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə öz hesabına məzuniyyətində olduğu və əmək haqqı ödənilməyən, işləmədiyi müddətləri iş stajınıa daxil etmək mümkün deyil. Eyni zamanda, tərəfindən Mərkəzi Filiala 1 sentyabr 1984-cü il - 9 iyun 1987-ci il tarixləri arasındakı dövr üzrə təhsil aldığı müddətin əyani olub- olmamasını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 aprel 2024-cü il tarixli, 3-29-63/2-346/2024 nömrəli və 15 oktyabr 2024-cü il tarixli, 3-29-63/2-761/20024 nömrəli məktublarından görünür ki, Yusifova (Paşayeva) Maya Maşalah qızı 01 sentyabr 1984-cü il tarixdə 35 nömrəli Sumqayıt Peşə Məktəbinin “NÖC və A üzrə çilingər işini bacaran aparatçı” ixtisasına qəbul olmuş və 15 iyul 1987-ci il tarixdə məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış A 427127 nömrəli diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-847/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu 18 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdeh 1995-2006cı ilədək olan tarixlərdə hər ilə münasibətdə olan dövrləri toplamaqla iddiaçının ümumilikdə 1 il 5 ay 13 gün öz hesabına məzuniyyətdə olduğuna istinad etmişdir ki, qeyd olunan dəlil heç bir normativ əsası mövcud deyil. Cavabdeh tərəfindən təqdim edilmiş etirazında istinad olunmuş kassasiya instansiya məhkəməsinin qərarlarında isə hazırkı dəlilə dair birbaşa heç bir mövqe bildirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - “ƏM”) qüvvəyə mindiyi 1 fevral 1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzrlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30). Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, ƏM-in 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər isə təqvim üzrə heç bir halda və ümumilikdə 6 aydan artıq olmamışdır. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Göründüyü kimi, norma dispozitiv məzmunlu deyildir və adıçəkilən Qanunda qiyabi sözü belə işlədilməmişdir. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyri-mümkündür. Bununla da müəyyən olunur ki, cavabdeh orqanın 1 sentyabr 1984-cü il tarixdən 9 iyun 1987-ci il tarixədək təhsil aldığı dövrlər ilə bağlı dəlili də əsassız olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, X2 ümumi iş stajı 19 il 3 ay 9 gün (xx.xx.1984-xx.xx.1987-ci il (əyani təhsil dövrü), xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, 01 03.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il. xx.xx.2003-xx.xx.2004-cü il, 01,09.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müddətlərin 6 ayı), güzəştli iş stajı isə 14 il 1 ay 10 gün (xx.xx.1987-xx.xx.1988-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci ıl, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-31,12.2005-çi il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçının WT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Etilen-Polietilen zavodu’’nun xx.xx.2022-ci il tarixli 05/450 nömrəli arayışında onun xx.xx.1989-xx.xx.2012ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına ad məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, 01.09 1999-xx.xx.1999-cu il,xx.xx.2000 xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2002- xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, 01 .08.2003-xx.xx.2003-cü il, xx.xx.2004- xx.xx.2004-cü il, xx.xx.2005-30.04,2005-ci il, 1.06.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) onun öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Etilen-Polietilen zavodu”nun arxivçisi və Mərkəzi Filialının mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixli birgə Aktla təsdiq edilmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər qeyd edilmişdir. Lakin ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Ali Məhkəmənin bilavasitə yurisdiksiyasında əksini tapmış analoji iş üzrə 2(102)-1992/2021, 2-1(102)-1527/2021, 2-1(102)-40/2022 nömrəli məhkəmə qərarlarında da bildirilmişdir ki, ödənişsiz məzuniyyət dövrü iddiaçının əmək fəaliyyətli iş dövrü olaraq təzahür edə bilməz. Eləcə də, 2-1(102)-40/2022 nömrəli məhkəmə işi üzrə Ali məhkəmə öz qərarında qeyd etmişdir ki, ödənişsiz məzuniyyət dövrünün işəgötürənin təqsiri üzündən baş verməsi belə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Göründüyü kimi, İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər 1 il 5 ay 13 gün təşkil etməsinə baxmayaraq məhkəmə tərəfindən birmənalı qəbul edilməmiş və tamamən əsassız olaraq təqvim illəri üzrə ümumilikdə 6 aydan artıq olmadığı qeyd edilmişdir. Hesab edilir ki, formalaşmış məhkəmə təcrübəsi əsas götürülməli və iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövlər onun sosial sığorta stajına daxil edilməməlidir. Beləliklə bir daha aydın olur ki, Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(118)-847/2025 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün hallar araşdırılmadan və obyektiv olaraq qiymətləndirilmədən qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, işlədiyi müəssisə ödəniş edə bilmədiyinə görə məcburən işçiləri məzuniyyətə çıxarırdı. O və iş yoldaşları növbəli şəkildə məcburən məzuniyyətə çıxarılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçının hüquqi marağı 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Beləliklə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 20 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 14 il 1 ay 10 gün güzəştli iş stajına malik olmasını qəbul edir. Beləliklə də güzəştli iş stajı ilə bağlı mübahisə mövcud deyil. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulmuş 20 ildən az (19 il 3 ay 9 gün) təşkil etməsi ilə bağlıdır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubu və iddia tələbinə etirazda iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 427127 nömrəli diplomda onun 01 sentyabr 1984-cü il - 09 iyun 1987-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmaması barədə heç bir qeydin mövcud olmamasına istinad edərək həmin dövrləri mübahisələndirmişdir. Lakin elə birinci instansiyada icraat zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilən 12 avqust 2024-cü il tarixli, 3-17-1/3-1-63537/2024 xidməti məktubdan görünür ki, xx.xx.1984-xx.xx.1987-ci il (əyani təhsil dövrü) nəzərə alınmaqla iddiaçının ümumi iş stajı 19 il, 3 ay, 9 gün təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən artıq cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən dəlillə bağlı araşdırma aparmaqla ona münasibət bildirmişdir. Hazırda cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının ümumi iş stajının 19 il, 3 ay, 9 gün təşkil etməklə 20 ildən az olması ilə bağlıdır. İnzibati orqanın apellyasiya şikayətinin dəlili iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrlərlə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, X2 ümumi iş stajı 19 il 3 ay 9 gün (xx.xx.1984-xx.xx.1987-ci il (əyani təhsil dövrü), xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, 01 03.2003xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2003-cü il. xx.xx.2003-xx.xx.2004-cü il, 01,09.2004-xx.xx.2004-cü il, xx.xx.2004xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müddətlərin 6 ayı), güzəştli iş stajı isə 14 il 1 ay 10 gün (xx.xx.1987-xx.xx.1988-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci ıl, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-31,12.2005-çi il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh eyni zamanda qeyd edir ki, iddiaçının WT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Etilen-Polietilen zavodu’’nun xx.xx.2022-ci il tarixli 05/450 nömrəli arayışında onun xx.xx.1989-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına ad məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, 01.09 1999-xx.xx.1999-cu il, xx.xx.2000 xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2002- xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il, 01 .08.2003-xx.xx.2003-cü il, xx.xx.2004- xx.xx.2004-cü il, xx.xx.2005-30.04,2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) onun öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müddətlərin 6 ayı cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar şöbəsinin 02 mart 2020-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, X4 “Azərkimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddətdə 07 sentyabr 1995-ci il tarixdən - 01 noyabr 1995-ci il tarixədək, 01 sentyabr 1999-cu il tarixdən - 30 sentyabr 1999-cu il tarixədək, 01 aprel 2000-ci il tarixdən - 30 aprel 2000-ci il tarixədək, 01 avqust 2000-ci il tarixdən - 31 avqust 2000-ci il tarixədək, 01 fevral 2001-ci il tarixdən - 28 fevral 2001-ci il tarixədək, 01 may 2001-ci il tarixdən - 31 may 2001-ci il tarixədək, 01 avqust 2001-ci il tarixdən - 31 avqust 2001-ci il tarixədək, 01 fevral 2002-ci il tarixdən - 28 fevral 2002-ci il tarixədək, 17 fevral 2003-cü il tarixdən - 28 fevral 2003-cü il tarixədək, 19 mart 2003-cü il tarixdən - 26 mart 2003-cü il tarixədək, 23 aprel 2003-cü il tarixdən - 31 may 2003-cü il tarixədək, 01 avqust 2003-cü il tarixdən - 31 avqust 2003-cü il tarixədək, 01 iyul 2004-cü il tarixdən - 31 iyul 2004-cü il tarixədək, 01 aprel 2005-ci il tarixdən - 30 aprel 2005-ci il tarixədək, 01 iyun 2005-ci il tarixdən - 30 iyun 2005-ci il tarixədək, 01 avqust 2005-ci il tarixdən - 31 avqust 2005-ci il tarixədək, 08 yanvar 2006-cı il tarixdən - 31 yanvar 2006-cı il tarixədək, 01 aprel 2006-cı il tarixdən - 30 aprel 2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, işlədiyi müəssisə ödəniş edə bilmədiyinə görə məcburən işçiləri məzuniyyətə çıxarırdı. O və iş yoldaşları növbəli şəkildə məcburən məzuniyyətə çıxarılmışdır. Göründüyü kimi iddiaçının mübahisəli dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması işin halları və iddiaçının izahatı ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişsiz məzuniyyətdə olan dövrlərin altı ayının iş stajı kimi nəzərə alınması, altı aydan artıq olan dövrlərin isə nəzərə alınmaması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2797/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur: “...Həmin dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin xx.xx.1999-cu il tarixdən başlayan ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər...” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-40/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur: “...Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun işəgötürənin təqsiri üzündən baş verməsi isə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur...” Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müddətlərin 6 ayının nəzərə alınması əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərin altı ayını nəzərə alanda isə ona hazırkı şərtlərdə güzəştli şərtlərlə pensiya təyini üçün tələb edilən 20 il iş stajı tamam olmur. Bu isə hazırkı iddianın qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olduğunu göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-847/2025 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.