Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-512/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-773/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xidmətdə olduğu zaman xəsarət almışdır. Xəsarət almağı ilə bağlı sığorta verilməsi barədə DİN-nə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata keçirən orqan (DİN, Daxili Təhqiqatlar İdarəsi) tərəfindən aparılmış xidməti təhqiqatla xidmət zamanı ehtiyyatsızlıqdan yıxılaraq xəsarət almağı və guya bunun vəzifələrinin icrası ilə bağlı olmadığı müəyyən olunmuşdur, bununla bağlı DİN Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəy tərtib edilmiş və həmin rəyin əsasında ona sığorta ödənişlərinin ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın rəyi tamamilə qanusuz və əsassızdır. Belə ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 15 mart 2021-ci il tarixli 84 saylı Xəstəlik haqqında şəhadətnaməsindən də görünür ki, aldığı Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır. İddiaçıya birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş, izah edilmişdir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayətə inzibati məhkəmə icraatı qaydasında deyil, məhkəmə nəzarəti funksiyasını həyata keçirən ümumi məhkəmələr tərəfindən baxılır. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ərizəyə inzibati icraat qaydasında baxılaraq, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-773/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). İşə baxan birinci instansiya məhkəməsi bunu qərardadında onunla əsaslandırmışdır ki, hazırkı iddia təhqiqatçının cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətindən irəli gəlir. Yəni təhqiqatçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün öz səlahiyyətlərinə uyğun olaraq inzibati icraat aparmadan müvafiq rəyi-mübahisə predmeti olan rəyi qəbul etmişdir. Nəticə etibarilə qəbul edilmiş rəy (qərar) yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq ümumi məhkəmədə mübahisələndirilməlidir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayətdə qeyd edilir: Məhkəmə hesab etmişdir ki, təhqiqatçının, müstəntiqin və уа ibtidai аrаşdırmауа prosessual rəhbərliyi həyata kеçirən рrоkurоrun hərəkətlərindən və уа qərarlarından şikayətə inzibati məhkəmə icraatı qaydasında deyil, məhkəmə nəzarəti funksiyasını həуаtа kеçirən ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Аzərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və уа qəbul edilməsindən imtina olunması, yaxud inzibati оrqаnın hərəkəti və уа hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qоrunan mаrаqlаrının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və уа müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Мəhkəmənin qərаrını tamamilə əsassız, ədalətsiz və qanunsuz hesab edir. Belə ki, hazırki iddia təhqiqatçının cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətindən irəli gəlmir. X3 İdarəsi mahiyyəti üzrə Аzərbaycan Respublikasının Cinayət Prosessual Мəcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının əməlində cinayət tərkibinin olub-olmamasını аrаşdırmamış, öz səlаhiууətlərinə uyğun оlаrаq alınmış хəsаrətin əmək funksiyasını həyata kеçirən zaman alınıb-alınmamasını yoxlamış və bununla bağlı müvafiq rəy tərtib etmişdir. İddiaçının DİN-nə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Daxili işlər оrqаnlarında qanunçuluğa və xidməti vəzifələrin iсrаsı zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riауət оlunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata kеçirən оrqаn (DiN, Daxili Тəhqiqаtlаr idarəsi) tərəfindən aparılmış xidməti təhqiqatla xidmət zamanı ehtiyatsızlıqdan yıxılaraq xəsarət almağı və guya bunun vəzifələrinin icrası ilə bağlı olmadığı müəyyən olunmuşdur. Bununla bağlı DiN Daxili Təhqiqatlar İdarəsinin 21 sеntyabr 2020-ci il tarixli, **********0 saylı rəу tərtib edilmiş və həmin rəyin əsasında оna sığorta ödənişlərinin ödənilməsindən imtina edilmişdir. Məhz bu səbəbdən iddiaçı inzibati məhkəməyə mürасiət etmişdir. Hazırkı iddia təhqiqatçının сinayət təqibi üzrə cinayət prosessual fəаliууətindən irəli gəlmir. Ümumiyyətlə məhkəmə daxili təhqiqatla, təhqiqatçı anlayışlarında səhvə yol vermişdir. Аzərbaycan Respublikasının Cinayət Prosessual Мəсəlləsinin 7.0.25-ci maddəsinə əsasən təhqiqatçı öz səlahiyyətləri daxilində bu Мəcəllədə nəzərdə tutulmuş hallarda və qaydada сinayət təqibi üzrə təhqiqat араrаn şəxsdir. Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsi isə cinayət təqibini həyata keçirməmişdir. Аraşdırma apararaq yekun rəy vermişdir. Аzərbaycan Respublikasının МРМ-nin 385-ci maddəsinə əsasən yuxarıda qeyd оlunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi Vəkil mübahisənin inzibati mübahisə olduğunu, lakin əsassız olduğunu bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-773/2024 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçmiş, birinci instansiya məhkəməsi iddiaçıya düzgün olmayan hüquqi yardım etmiş, yanlış nəticəyə gəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bunu qərardadında onunla əsaslandırmışdır ki, hazırkı iddia təhqiqatçının cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətindən irəli gəlir. Yəni təhqiqatçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün öz səlahiyyətlərinə uyğun olaraq inzibati icraat aparmadan müvafiq rəyi-mübahisə predmeti olan rəyi qəbul etmişdir. Nəticə etibarilə qəbul edilmiş rəy (qərar) yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq ümumi məhkəmədə mübahisələndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və ona sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə (sığorta şirkətinə) göndərilməsi ilə bağlıdır. İddia tələbindən və işin hallarından göründüyü kimi iddiaçının tələbi və tələblə bağlı aparılan icraat cinayət təqibi ilə bağlı fəaliyyət deyil. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi ilə əlaqədar qəbul edilən qərarlar mahiyyəti etibarı ilə publik hüquq sahəsinə aid edilir, lakin həmin icraat qanunvericilikdə xüsusi olaraq tənzimləndiyi üçün, inzibati orqanların inzibati icraatının əsaslarını müəyyən edən normalar bu icraata tətbiq edilmir və məhkəmə müdafiəsi təminatıda inzibati məhkəmə icraatı qaydasında yox, xüsusi tənzimlənmiş məhkəmə müdafiəsi ilə qorunur. Məhkəmə müdafiəsi zamanı isə ilkin olaraq qərarı qəbul etmiş orqanın adı ilə yanaşı, konkret qəbul edilmiş qərarın yaratdığı hüquqi nəticəyə baxılmalıdır. Hazırkı işdə isə konkret olaraq cinayət təqibi və bununla bağlı qəbul edilmiş qərar müəyyən edilmir. Hazırkı iş üzrə mübahisə inzibati orqanla həmin orqanın əməkdaşı olmuş şəxs arasında yaranmış inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası eyni zamanda iddianın növünədə münasibət bildirməyi vacib sayır. Kollegiya hesab edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə öhdəliyin icrası barədə iddidır və iddiaçının cavabdeh inzibati orqana müraciətinin olduğu müəyyən edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçının DİN-nə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Daxili işlər оrqаnlarında qanunçuluğa və xidməti vəzifələrin iсrаsı zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riауət оlunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata kеçirən оrqаn (DiN, Daxili Тəhqiqаtlаr idarəsi) tərəfindən aparılmış xidməti təhqiqatla xidmət zamanı ehtiyatsızlıqdan yıxılaraq xəsarət almağı və guya bunun vəzifələrinin icrası ilə bağlı olmadığı müəyyən olunmuşdur. Bununla bağlı DiN Daxili Təhqiqatlar İdarəsinin 21 sеntyabr 2020-ci il tarixli, **********0 saylı rəу tərtib edilmiş və həmin rəyin əsasında оna sığorta ödənişlərinin ödənilməsindən imtina edilmişdir. Məhz bu səbəbdən iddiaçı inzibati məhkəməyə mürасiət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq cavabdeh inzibati orqanın müvafiq araşdırmaların hüquqi əsasını müəyyən edən müvafiq normativ tənzimləmələri araşdırmalı və inzibati orqanın formalaşdırdığı inzibati praktikanı öyrənməli, bundan sonra işin faktiki hallarını hərtərəfli araşdırmalı və mahiyyəti üzrə müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməli, yuxarıda qeyd edilən hallar araşdırılmalı və mahiyyəti üzrə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-773/2024 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-512/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-512/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver