Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-516/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2-1(118)-1301/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. 1-ci qrup əlildir (daun sindromu). Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli, 392 saylı sərəncamı ilə X2 üzərində qardaşı X3 həyat yoldaşı X7 qəyyum təyin edilmişdir. X8 qardaşına baxmır, onun müalicəsi ilə məşğul olmur, onun əmlakını isə öz məqsədləri üçün istifadə edir. Bu yaxınlarda Aidə Rəhimova iddiaçının qardaşı Vüqar Rəhimovu və anası X1 yaşadıqları mənzildən qovmuşdur. Bundan başqa X13 Rəhimova aid şəxsiyyət vəsiqəsini və digər sənədləri gizlətmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət edərək qardaşının şəxsiyyət vəsiqəsinin və ona aid digər sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Məqsədi isə qardaşının üzərində öz qəyyumluğunun təyin edilməsi üçün lazım olan sənədlərin hazırlanması idi. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçıya 03.03.2021-ci il tarixli məktubu ilə sənədləri verməkdən imtina etmişdir. İddiaçı Asan Xidmətə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, sənədləri əldə edə bilməmişdir. Sonradan iddiaçı yenidən icra hakimiyyətinə ərizə ilə müraciət edərək Vüqar Rəhimovun qəyyumluğuna xitam verilməsi barədə sərəncam verməyi xahiş etmişdir. İddiaçı həmin ərizəyə qəyyumluğun təyin edilməsi ilə əlaqədar bütün sənədləri əlavə etmişdir. Lakin iddiaçıya 24.05.2021-ci il tarixli məktubla imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(118)-1301/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X2 üzərində X4 qəyyumluğuna xitam verilməsi və iddiaçının X2 üzərində qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt İnzibati Mhkəmsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim iddia tələbinin mülki xarakterli olduğu üçün və ümumi məhkəmədə baxılmalı olduğu üçün iddia ərizəsindən imtina etmişdir. İddiaçı həmin qərardadı qanunsuz və əsassız sayır. Azərbaycan Respublikası (İnzibati İcraat haqqında) Qanununun 2.0.6.-cı maddəsində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvaffiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati fəaliyyətdir. Həmin qanunun 2.0.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan adlanır. Həmin qanunun 2.0.2-ci maddəsində qeyd olunur ki, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salma və həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növü hakimiyyət tədbiri inzibati akt sayılır. Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati orqan sayılır və onun qəbul etdiyi X4 Rəhimov Vüqar üzərində qəyyum təyin edilməsi barədə 392 saylı Sərəncamı inzibati akt sayılır. O, Vüqar Rəhimov üzərində qəyyumluğunun təyin edilməsi və Aidə Rəhimovanın qəyyumluğuna xitam verilməsini, öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın müsbahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmin Məcəllənin 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda mübahisələndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2019- cu il tarixli, 215 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla X2 üzərində X7 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam 1-ci qrup əlil (daun sindromu) və özünü idarə etmək qabiliyyətində olmayan şəxs üzərində qəyyum təyin edilməsi ilə bağlıdır ki, həmin şəxslər üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci maddəsində qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi, həmçinin qəyyumluğa və himayəçiliyə xitam verilməsi qaydası təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiacı İddiaçı apeyllasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2-1(118)-1301/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-516/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-516/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver