Məhkəmə qərarları › İş №2-1(105)-516/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-516/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-516/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-1939/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə VÖEN almış, amma VÖEN üzrə başqa fəaliyyətlər göstərmişdir (yük maşını ilə yük daşıma fəaliyyəti, kənd təsərrüfatı məhsullarının daşınması, satışı və əkilməsi). Təqribi 1 il və ya 1 il yarımdır ki, VÖEN üzrə fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlar tərtib edilərək, ona 13.000 (on üç min) manat maliyyə sanskiyası tətbiq edilmişdir. Barəsində tərtib edilmiş qərarlar ilə razı deyil. Belə ki, 28 sentyabr 2021-ci il tarixində Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Həsənbəy Zərdabi 65 ünvanında yerləşən Dönər evində reyd keçirilmiş və orada qonaq olan, az yaşlı 2 nəfər uşaq oranın işçisi kimi qeydə alınmış və cərimə yazılmışdır. Qeyd edir ki, onlar, yəni, Rusif İddiaçı oğlu və Amay Seyidov ora yemək yeməyə gəldikləri halda vergi orqanın əməkdaşları tərəfindən işçi kimi qeydiyyata alınmışlar. Rusif onun öz oğludur, Amay isə əmi oğludur, hər ikisi oraya günorta naharı etmək üçün gəmişlər. X4 Aqrar Universitetinin 1-ci kurs tələbəsidir və hal-hazırda orada təhsil alır. Hesab edir ki, iddiaçı vergi orqanının əməkdaşları tərəfindən aldadılaraq aktı imzalamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 saylı və **********1827 saylı qərarların ləğv edilməsi barədə şikayət etsə də heç bir nəticə verməmiş, şikayəti təmin edilməmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə İddiaçı inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004144 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1829 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********266100 nömrəli qərar xx.xx.2021-ci il tarixli **********897900 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. Həmin qərar eyni zamanda xx.xx.2021-ci il tarixdə vergi orqanı ilə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmişdir. İddiaçı həmin qərarı şəxsi kabinetində xx.xx.2022-ci il tarixdə oxumuşdur. Bununla yanaşı 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1829 nömrəli və xx.xx.2021-ci il tarixli **********1827 nömrəli qərarları elektron qaydada xx.xx.2021-ci il tarixdə iddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmiş, iddiaçı həmin qərarı elektron kabinetdə xx.xx.2022-ci il tarixdə oxumuşdur. Vergi orqanının "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1829 nömrəli, xx.xx.2021-ci il tarixli **********1827 nömrəli qərarlarının iddiaçıya xx.xx.2021-ci ildə göndərildiyi nəzərə alınsa həmin qərarlar xx.xx.2021-ci il tarixdə (yəni 3 iş günü keçdikdən sonra) rəsmi qaydada təqdim edilmiş sayılır. Qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixə qədər şikayət verə bilərdi, lakin iddiaçı təxminən 6 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçının inzibati şikayətinə dair qəbul edilmiş “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********266100 nömrəli qərarının xx.xx.2021-ci ildə iddiaçının elektron kabinetinə göndərildiyi nəzərə alınarsa, inzibati şikayət verdiyindən xx.xx.2021-ci ildə həmin qərar iddiaçıya rəsmi təqdim edilmiş hesab edilir və mübahisələndirilən qərarlardan xx.xx.2022-ci il tarixə qədər məhkəmədə iddia qaldıra bilərdi. İddiaçı ən azından xx.xx.2022-ci il tarixində (elektron kabinetdə oxunma tarixi) qərarlardan məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçı prosessual müddəti kifayət qədər (5-6 ay) ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-1939/2022 nömrəli qərardadı ilə iddia müddətinin ötürülməsi səbəbəindən iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək X1 X5 Şəxsin nəzarəti altında stenekardiya xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə almış, qeyd olunan müddət ərzində həkim nəzarətində olduğu üçün məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Hesab edir ki, müddəti ötürməsi səbəbi üzrlü hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində X1 X5 Şəxsi adından verilmiş və apellyasiya şikayətinə əlavə edilən sənədin heç bir hüquqi əhəmiyyəti olmamaqla yanaşı, qeyri-mötəbər hesab edilməlidir. Belə ki, həmin sənəd buraxılmış müddətin bərpası barədə ərizə ilə birgə birinci instansiya məhkəməsinə təqdim olunmalı və məhkəmə tərəfindən həmin halın üzrlü hesab edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməli idi. Hazırkı vəziyyət X1 Mərkəzi tərəfindən təqdim olunan sənədin sonradan, yəni əvvəlki tarixə tərtib olunduğunu deməyə kifayət qədər əsas verir. Bundan əlavə, həmin sənəd hər hansı vəzifəli şəxs tərəfindən imzalanmamış və müalicə mərkəzinin möhürü ilə təsdiq olunmamışdır. Hesab edir ki, həmin sənəd sübut kimi nəzərə alına bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati-Prosessual Məcəllənin: - 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. -35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1.3-cü maddəsinə əsasən Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001- ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********1827 nömrəli və **********1829 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə iddiaçı 1000 manat və 12000 manat, ümumilikdə, 13000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı qeyd edilən qərarlardan xx.xx.2021-ci il tarixdə inzibati şikayət vermiş, cavabdehin 20 dekabr 2021-ci il tarixli, **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” 15 may 2015-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır. İş materiallarından görünür ki (iş vərəqə səh.24), iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli qərarlar qərarın qəbul edildiyi tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il 12:28 tarixində oxunmuşdur. Həmçinin, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********266100 nömrəli qərar da elə həmin tarixdə elektron üsulla iddiaçıya göndərilmişdir. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və düzgün olaraq müəyyən etmişdir ki, cavabdehin 01 oktyabr 2021-ci il tarixli aktlarını iddiaçı xx.xx.2022-ci il tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək X1 X5 Şəxsin nəzarəti altında stenekardiya xəstəliyindən müalicə aldığı, qeyd olunan müddət ərzində həkim nəzarətində olduğu üçün məhkəməyə vaxtında müraciət edə bilmədiyini qeyd etmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinə X1 X5 Şəxsi tərəfindən verildiyi iddia etdiyi sənədlər təqdim etmişdir (iş vərəqə səh.53-55). Kollegiya həmin sənədlərə baxış keçirərək qeyd edir ki, sözügedən sənədlər X1 X5 Şəxsin möhürü ilə təsdiq edilməmiş, həmçinin, müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Eyni zamanda, həmin sənədlərdən iddiaçının Diaqnostika Mərkəzində stasionar qaydada müalicə aldığı müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 38.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-1939/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar