Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-516/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin “ümumi xəstəlik” səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyin edilməsi" inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-509/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı (iddiaçıya) xx.xx.2022-ci il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Ümumi xəstəlik” səbəbindən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbi ilə razılaşmayaraq xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək üçüncü dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək üçüncü dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə xidmət etmiş, xx.xx.2016-cı il tarixdə döyüş tapşırığını icra edərkən travma almışdır. Hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasına müraciət etmiş, lakin ona “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. Hesab edir ki, ona xx.xx.2022-ci il tarixdə “ümumi xəstəliklə əlaqədar” deyil, “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilməli idi. Bununla bağlı, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraiət etsə də, müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-509/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək üçüncü dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən məhkəmə-tibb ekspertizasının rəyi ilə iddiaçının səhhətində yaranmış ağırlaşmanın 2016-cı ildə aldığı travmanın nəticələri, uzaq fəsadları kimi yarana bilməsi inkar edilməmişdir. Bununla yanaşı, iddiaçıya cavabdeh tərəfindən beş il müddətinə lll dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və əlavə ekspertiza təyin etməmişdir. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar qəbul edərək inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə əlilliyin təyin edilməsi barədə 2022-ci ilin dekabr ayında SMS bildiriş göndərilmişdir. Həmin tarixdə əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, ona cavab verilməmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyin edilməsi barədədir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya instansiyası məhkəmələrinə və inzibati məhkəmələrinə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 65, 66 və 67-ci bəndlərində göstərilmişdir ki, əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq diferensiallaşdırıldığından, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa sirayət etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Bu kimi mübahisələrdə, məhkəmələr tərəfindən ilk növbədə, iddiaçının əlilliyi olan şəxs statusuna malik olub-olmamasının dəqiqləşdirilməsi zəruridir. Belə ki, işlərin öyrənilməsi zamanı bəzən əlilliyi ləğv edilmiş şəxsin əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı iddiasına məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmaqla həll edilməsi halları da müəyyən edilmişdir. Əlilliyin dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın iddiaçıya təqdim edildiyi vaxtdan 30 gün ərzində məhkəmə qaydasında mübahisələndirilməli olunması mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1: 3.1-ci bəndinə əsasən, əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2-ci bəndinə əsasən, əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə əlillik təyin edilmiş, iddiaçı həmin qərardan təyinat aparıldığı vaxtdan məlumatlı olmuş, qərarda əlilliyin səbəbli əlaqəsi ilə razılaşmayaraq, yuxarıda qeyd edilən Qaydanın tələblərinə əsasən, 2022-ci ilin oktyabr ayında Agentliyə şikayət (müraciət) etmiş, Qaydaların 3.7-ci bəndinə əsasən, onun şikayətinə əasən, iddiaçını (əlilliyi müəyyən edilmiş şəxsi) əyani müayinəyə cəlb etmiş, lakin müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi ilkin qərarın qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bundan sonra da, iddiaçı təkrarən 2022-ci ilin dekabr, daha sonra isə 2023-cü ilin aprel və may aylarında əlilliyin səbəbinin dəyişdirilməsinə dair ərizələrlə cavabdehə müraciətlər etmişdir. Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-12113/2023 nömrəli məktubundan görünür ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciətlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 1418 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq, ona ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının **********6 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıda aparılmış əyani müayinələrin nəticələri və anamnestik məlumatlar əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə əlillik təyin edilməsi barədə qərardan məlumatlı olmuş, hətta qərarla razılaşmayaraq, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlı təyinatdan sonra cavabdehə bir neçə dəfə təkrar müraciətlər (şikayətlər) etmiş, buna əsasən, 2022-ci ilin noyabr ayında təkrar əyani müayinə edilmiş, lakin əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas olmadığından ilkin qərar qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan normaların tələbinə əsasən, iddiaçı ən azından 2022-ci ilin noyabr ayından 01 ay müddətində əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə 05 ay sonra, yəni 11 aprel 2023-cü il tarixdə müraciət etmiş, bununla da, İPM-in 38.1-ci maddəsində göstərilmiş 01 aylıq iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyü ilə bağlı işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-509/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-516/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-516/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver