Məhkəmə qərarları › İş №2-1(105)-517/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-517/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-517/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “iddiaçıya təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2- 1(118)-1484/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: TSEK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli qərardan görünür ki, İddiaçı həmin tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də müayinə aktından çıxarışda iddiaçının əlillik müddəti “müddətsiz” qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə təqaüd və xx.xx.2020-ci il tarixdə isə əmək pensiyası dayandırıldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilmiş 2-ci qrup əlilliyin etibarsız hesab edilərək dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilmiş 2-ci qrup əlilliyin dayandırıldığı tarixdən ərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ll qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-ci ilin sentyabr ayında yenicə yaranmaqda olan Azərbaycan Silahli Qüvvələrinin xüsusi təyinatlı hüssəsinin sıralarına daxil olmuş və hərbi xidmət keçərkən Qarabağda döyüş zonasında başından ağır kəllə beyin travması almışdır. Diaqnoz “Sifətin sağ hissəsinin yumşaq toxumalarının deşib keçən güllə yaralanmasından sonra dəri çapıqları, funksiyanın pozulmaması ilə” xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi MN-nin 32095 saylı hərbi hospitalda müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 123 nömrəli xx.xx.2000-ci il tarixli Qərarına əsasən aldığı xəsarətlər “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 2000-ci ildə iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş və 2014-cü ildən isə əlillik müddətsiz təyin edilmişdir. Bu səbəbdən də ona DSMF tərəfindən əmək pensiyası, eləcə də aylıq təqaüd ödənilmişdir. Lakin xx.xx.2020-ci il tarixidən aldığı təqaüd, xx.xx.2020-ci il tarixdən isə əmək pensiyası DSMF və onun müvafiq qurumları tərəfindən dayandırılmışdır. DSMF tərəfindən iddiaçıya 2-ci qrup əlil kimi pensiyasının və təqaüdün dayandırılmasına əsas kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlliliyinin etibarsız hesab edilməsi göstərilir. Bundan sonra iddiaçı müvafiq instansiyalara çoxsaylı müraciətlər etmişdir. Lakin həmin qurumlar müxtəlif bəhanələrlə (arxiv sənədləri qalmayıb, altsistemdə adımın yalnız son illərə aid olması və s.) iddiaçıya konkret cavablandırma verməmişlər. TSEK-in varisi olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlliliyini hansı hüquqi əsaslarla etibarsız hesab edilməsi iddiaçıya aydın deyil. Belə ki, cavabdeh orqan, onlar tərəfindən çoxsaylı müraciətlərə baxmayaraq əlilliyin etibarsız hesab edilməsini (dayandırılmasını) hüquqi əsası olmasına dair heç bir açıqlama verməmişdir. İddiaçı son olaraq 2023-cü ilin may ayında cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan rəsmi müraciətini cavablandırmamışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, ərizəyə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının adından inzibati orqana forma 88 göndərilməmişdir. Qeyd edilənləri rəhbər tutaraq iddanın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlillik alt sistemindəki məlumatlara əsasən iddiaçı 6 aylıq müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-1484/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdə təyin olunmuş İİ dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin altsistemində iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz olması barədə məlumat olmasa da, Dövlət Sosial Müdafiə Fondundan təqdim edilmiş sənədlərə əlavə edilmiş sənədlərlə də əlilliyin 2014-cü ildən müddətsiz təyin edilməsi öz təsdiqini tapmışdılr. Məhkəmə hesab etmişdir ki, cavabdehə hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya əlilliyin müddətsiz təyin edildiyi halda ondan əlilliyin ləğv edilərək yenidən forma 88 üzrə göndəriş tələb edilməklə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, həmçinin iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmişdir. Bundan əlavə altsistem məlumatlarına əsasən şəxsdə müddətsiz əlillik yoxdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən DSMF-dən zəruri iş materialları tələb edilərək işin obyektiv həlli üçün araşdırma aparılmamışdır. Məhkəmə bu halları zəruri araşdırma aparmadan iddiaçının sözlərinə əsaslanaraq qərar qəbul etmişdir. b) İddiaçı apellyasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, o, 1992-ci ilin yanvar ayında Azərbaycan Silahli Qüvvələrinin xüsusi təyinatlı hüssəsinin sıralarında hərbi xidmət keçərkən Qarabağda döyüş zonasında başından ağır kəllə beyin travması almışdır. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Müdafiə Nazirliyinin 32095 saylı hərbi hospitalda müayinə və müalicə olunmuşdur. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 123 nömrəli xx.xx.2000-ci il tarixli Qərarına əsasən iddiaçının aldığı xəsarətlər “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Sonradan əlillik təyin olunması ilə bağlı iddiaçı TSEK-ə (hazırkı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) göndərilmiş, orada isə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əliillk təyin edilmişdir. Beləcə olaraq DSMF tərəfindən iddiaçıya 2000-ci ildən başlayaraq müharibə əlili kimi əmək pensiyası ödənilməyə başlanılmışdır. Ötən illər ərzində iddiaçı hər il TSEK müayinəsindən keçmiş və əlilliyi bir daha da təsdiq edilmişdjr. Beləcə davamlı şəkildə iddiaçı 15 il TSEK müayinəsindən keçmişdir. Nəhayət olaraq TSEK-in xx.xx.2014-ci il tarixli 2941 №-li Qərarına əsasən iddiaçıya 2-ci qrup olmaqla “müddətsiz” olaraq əlillik təyin edilmişdir. Beləcə iddiaçı ötən 20 il ərzində, yəni 2000-ci ildən başlayaraq — 2020-ci ilin avqust ayına kimi davamlı olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müharibə əlili kimi əmək pensiyası və daha sonra təsis olunan müharibə veteranı təqaüdünü almışdır. Lakin xx.xx.2020-ci il tarixdən aldığı təqaüd, xx.xx.2020-ci il tarixdən isə əmək pensiyası cavabdeh DSMF və onun müvafiq qurumları tərəfindən qanunsuz olaraq dayandırılmışdır. İddiaçı pensiyası və müavinəti dayandırlıdıqdan sonra, DSMF və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə çoxsaylı müzakirələr aparmış, lakin bunlar heç bir nəticə vermədikdən sonra, məhkəməyə müraciət etmək hüququndan istifadə edərək, pozulmuş sosial və pensiya hüququnun bərqərər olunmasına çalışmışdır. DSMF tərəfindən ona 2-ci qrup əlil kimi əmək pensiyasının və təqaüdün dayandırılmasına əsas kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlliliyinin etibarsız hesab edilməsi göstərilir. İşə baxan birinci instansiya məhkəməsinin Qərarında qeyd edilir ki, cavabdehin altsistemində iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz olması barədə məlumat olmasa da, Dövlət Sosial Müdafiə Fondundan təqdim edilmiş sənədlərə əlavə edilmiş sənədlərlə də əlilliyin 2014-cü ildən müddətsiz təyin edilməsi öz təsdiqini tapmışdılr. Məhkəmə hesab etmişdir ki, cavabdehə hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya əlilliyin müddətsiz təyin edildiyi halda ondan əlilliyin ləğv edilərək yenidən forma 88 üzrə göndəriş tələb edilməklə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini əlilliyin qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçının tələbi ona xx.xx.2014-cü il tarixdə təyin olunmuş İİ dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin altsistemində iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz olması barədə məlumat olmasa da, Dövlət Sosial Müdafiə Fondundan təqdim edilmiş sənədlərə əlavə edilmiş sənədlərlə də əlilliyin 2014-cü ildən müddətsiz təyin edilməsi öz təsdiqini tapmışdılr. Məhkəmə hesab etmişdir ki, cavabdehə hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya əlilliyin müddətsiz təyin edildiyi halda ondan əlilliyin ləğv edilərək yenidən forma 88 üzrə göndəriş tələb edilməklə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi, işin hallarını qiymətləndirməsi və hüquqi əsaslandırması ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan hər hansı bir inzibati icraat aparmadan, müvafiq inzibati akt qəbul etmədən iddiaçının əlilliyini etibarsız hesab edə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının əlilliyini etibarsız hesab etməsi, mahiyyəti etibarı ilə inzibati orqanın faktiki xrakterli hərəkətidir, hansıkı bunun nəticəsində iddiaçının əlilliyi əsasında təyin edilmiş pensiyası dayandırılmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın elektron altsistemdə iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz olması barədə məlumat olmaması ilə bağlı dəlilini əsaslı hesab etmir, beləki birinci instansiya məhkəməsinə Dövlət Sosial Müdafiə Fondundan təqdim edilmiş sənədlərlə əlilliyin 2014-cü ildən müddətsiz təyin edilməsi öz təsdiqini tapmışdılr. Məhkəmə kollegiyası hesab edir ki, elektron altsistemə zəruri məlumatların yerləşdirilməsi cavabdehin vəzifəsidir. Lakin cavabdeh inzibati orqan hüquqi əsası olmayan faktiki xarakterli hərəkət edərək iddiaçının hüququnu pozmuş və nəticədə hüquqi əsas olmadan onun pensiyası dayandırılmışdır. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”-na əsasən 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən qaydaların və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq faktiki xarakterli hərəkət etmiş, nəticədə iddiaçının konstitusion hüquqları pozulmuşdur. Cavabdeh inzibati orqan pellyasiya şikayətində qeyd edir ki, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, həmçinin iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmişdir. Bundan əlavə altsistem məlumatlarına əsasən şəxsdə müddətsiz əlillik yoxdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən DSMF-dən zəruri iş materialları tələb edilərək işin obyektiv həlli üçün araşdırma aparılmamışdır. Məhkəmə bu halları zəruri araşdırma aparmadan iddiaçının sözlərinə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, bu halların araşdırılması yalnız cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat apararaq müvafiq inzibati akt qəbul etməsi və həmin inzibati aktın mübahisələndirilməsi halında zəruri hesab edilə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-1484/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar