Məhkəmə qərarları › İş №2-1(105)-517/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-517/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-517/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2-1(118)- 736/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh orqanın üzərinə ona təyin olunmuş İİ dərəcə əlilliyə (orqanizm funksiyalarının 61-100 faiz pozulması) görə əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh orqanın üzərinə xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması və pensiyanın bərpa olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2-1(118)-736/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində verilməmişdir. Məhkəmə qərarı 09 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmaqla iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilsə də, iddiaçı həmin qərardan 15 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 15 may 2025-ci il tarixə, saat 12:00-a məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə kollegiyası tərəfindən iddiaçıya 02 may 2025ci il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkilinin ona məlumat vermədiyini bildirdi və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi müddət ötürüldüyünə görə apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İşdən görünür ki, iddiaçı 03 dekabr 2023-cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını iddiaçının elektron kabinetində 09 mart 2025-ci il tarixdə yerləşdirmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 09 aprel 2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2-1(118)-736/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar